RUHUNDA YALQIZLIQ
HAVASI YAŞADAN ŞAİR
(Sərvər Məsumun
şeirləri haqqında)
Sərvər Məsumu bəlkə
də oxucular yaxşı tanımır. O, on kitabın müəllifidir, şeirləri
mətbuatda az-az göründüyü kimi,
özü də qaynar ədəbi mühitdə sanki nəzərə çarpmır.
Amma siz onun şeirləri ilə tanış
olsanız, nə zövqünüz korşalacaq,
nə də vaxtınızı itməyinə
təəssüf edəcəksiniz.
Sevinəcəksiniz ki, istedadlı
bir şairlə, onun ürək duyğularını ifadə
edən şeirləri
ilə baş-başa,
göz-gözə dayanırsınız.
Çiçək kimi açdım,
soldum,
Saçımı, başımı yoldum,
Sonda qürbət quşu oldum,
Öndə Vətən, sonda
vətən,
Məndə vətən.
Sən dərdimi ellərə de,
Dənizlərə, göllərə de,
Burdan ötən yellərə
de,
Öndə Vətən, sonda
Vətən,
Məndə Vətən.
Hanı
Ağrı, Savalanım,
Az qalıram havalanım,
Bir qayanda yuvalanım,
Öndə Vətən, sonda
Vətən,
Məndə Vətən.
Vətənə, Azərbaycana yüzlərlə,
minlərlə şeirlər,
poemalar, nəğmələr
həsr olunub. Bu da bir "Vətən"...gBir misrası belə atılmalı olmayan təmiz şeir. Vətənə
məhəbbətin özünəməxsus
tərzdə ifadəsi...gŞair, qürbət eldə Vətən həsrətini belə duyarmış, əsl poeziya dili ilə...g
Sərvər Məsumun şeirləri haqda söhbətə onun "Vətən" şeiri ilə başlamağımız təsadüfi
deyil. Vətən onun şeirlərində
kiçik bir kənddən-Ordubad rayonunun
Tivi kəndindən başlanır, çox böyük, geniş ərazilərə malik, amma tarixi dönəmlərdə
torpaq itkilərinə
məruz qalan bir məmləkətdir.
Vətən-Xudafərindir, Vətən-Savalandır, Vətən-Göyçədir, Dərbənddir, Naxçıvandır,
Arazdır, Mildir, Muğandır, Xəzər
dənizidir, Göy Göldür. Vətən həm
də geniş anlamda böyük Türk dünyasıdır,
Turan elləridir.
Mən bir qəflət yolçusuyam,
Qafiləm gedər öndə.
Mən bir yovşan qoxusuyam,
Yayılmışam bozkurlara.
İçimdə bir yarag
Ruhum dağılmış dağlara...
İstəklərim həm bu gündə,
həm dünəndə.
Turan xəritəsi sinəmdə,
Gedirəm özümə sarı.
Budur son
vəsiyyətim məni,
Üzü qibləyə Savalanadır
yolum..
Üzü Savalana çevirin
Borçalıya, İrəvana, Dərbəndə,
Təbrizə, Kərkükə
baxacaq qəbrim.
Sərvərin "Azərbaycan" şeiri də Vətənə həsr olunan şeirlər içində
seçilməyə layiqdir.
Sərvər Məsumun şeirlərində
yüksək vətənpərvərlik
duyğularının ifadəsi
ilə yanaşı, əslində, onun kitabdakı şeirlərinin
müəyyən axarını
təşkil edən bir xətti görürük. Onun şeirlərində dərdini öz içində çəkən,
sanki tənhalıqdan,
yalqızlıqdan ruhu
sıxılan, amma həm də bu tənhalıq və yalqızlıqdan təsəlli tapan bir insanın-bir şairin səsini eşidir, bəzən pıçıltı ilə,
bəzən də harayla dediyi sözlərin mənasına
varırıq. Elə
bil ki, Vətən
haqqındakı o "uca
səsli" şeirlərdən
sonra səsini bir qədər bəmə keçirir, hətta pıçıltıya
üz tutur, necə deyərlər, kürsüdən aşağı
düşür, sakit
bir guşəyə çəkilib özünə
qapılır
Bu gecə geyinib
çıxdım küçəyə.
İçimdə pəmbə umud,
Başımın üstündə
yağmurlu bulud.
Məndə olan xatirələr
Donmuşdu sanki.
Uşaqlığımın ümidləri
Suya düşmüşdü,
yamyaş idi.
Yaxud, "Göz
yaşı" şeiri. "Bu dünya bir göz yaşıdı Düşüb göylərin
yanağına. Axır üzü
aşağı. Yuxarıda günəş,
ay da onun yaraşığı. Arxası
üstə uzanıb seyr etdikcə göy üzünü, görürsən, dünyanın
appaçıq gözünü,
aydın üzünü"...
Sərvərin şeirlərində diqqəti
cəlb edən xüsusiyyətlərdən biri
də dilinin səlisliyi, oxucu üçün maneəsizliyidir. Onun yaxşı
şeirləri ilə
yanaşı, bəzi
ortabab şeirləri də var. Amma bu şeirlərin hamısında dili pəltək vurmur, kobud, nahamar, şeirə gəlməyən
sözlərə, ifadələrə
rast gəlmirik. Həm də təzə poetik ifadələr arxasınca gedir, bədii təsvir vasitələrinə üz
tutur ki, şeirlərində bir canlılıq, cilvə nəzərə çarpsın.
Deyir ki: "Göz yaşımı daşa əkdim"-yaxşı ifadədir. Yaxud: "Bir parça ilğımdı,
dumandı dünya".
Dünyanı ilğıma, dumana
bənzətməyi başqa
şairlərin şeirlərində
görməmişəm. Poetik sözün gücü həm də əşyanı ya mücərrəd bir məfhumu obraz səviyyəsinə qaldırmaqla
da əyan olur. Bu mənada
"Ruh" şeirinə
diqqət edək:
Tanrısını görə-görə,
Nüfuz edər göydən yerə.
Gah qarışar könüllərə,
Qıfıl, açar olanda ruh.
Sevdiyinə əl eyləyər,
Duyan yoxsa, boynun əyər,
Bəs dərdini
kimə deyər?!
Göydə naçar qalanda ruh.
Dayananda
ərşə ünü,
Görər cismin ölümünü,
Tənha
qalar məhşər
günü,
Saçın-başın yolanda
ruh.
Bu şeirdə RUH obrazı yaratmağa can atıb Sərvər Məsum və az
da olsa, nail olub. Amma birinci bənddəki
"Nüfuz edər göydən yerə" misrası bəyənimli deyil. "Nüfuz
edər" ifadəsi
bəlkə də başqa şeirdə yerinə düşərdi,
amma burada alınmır. Elə buradaca
Sərvər Məsumun
bəzi şeirlərinin
ümumi qüsurlarından
qısaca söz açmaq istəyirəm.
Mənim
fikrimcə, "Savalanım"
şeirlər kitabında
bir neçə nümunə şeirə yox, publisistik şərhə oxşayır.
Məsələn, "Bakı" şeiri. "Dağ üstündə Çəmbərəkənd Qaradağın
ayağında, Bayıl,
Bibiheybət.
Ürəyimdə bu torpağa xoş bir arzu,
Xoş bir niyyət...gŞərqin Qərbə yolu Bakı! Sevinc ilə könlü, qəlbi dolu Bakı! ..Şəhərlərin
gözü Bakı, Ey ürəyi təmiz Bakı, Əziz Bakı, əziz Bakı".
Öncə dedik ki, Sərvər Məsumun şeirlərində vətənpərvərlik
duyğuları güclüdür
və bu, təkcə böyük Azərbaycanla bağlı
deyil, həm də onun şəhərlərinin,
kəndlərinin, çaylarının,
dağlarının təsviri
ilə də davam edir. Sərvərin "Bu kənd yaman qocalıbdı" şeirini
ürək ağrısı
ilə oxuyursan. Doğrudan da, bir vaxt
gördüyümüz, gözəl
təbiəti ilə öyündüyümüz, tamaşasına
durduğumuz o kəndlər
indimi sifətini dəyişir, "modernləşir".
Çox
kənddə daha təndirlərdən tüstülənmir,
güllər, çiçəklər
də elə bil, gözə dəymir. Kənd hara, hasar hara?
Ağacların ayıq gördüm,
Bulaqların soyuq gördüm.
Nə bir davar, toyuq
gördüm,
Gedən-gələn azalıbdı,
Bu kənd yaman qocalıbdı.
Duman sarıb dağ başını,
Sığalladım hər daşını.
Tutammadım göz yaşını,
Yalqız
qalıb sozalıbdı,
Bu kənd yaman qocalıbdı.
Ötüb dövran, keçib
zaman,
Unudulub yaxşı-yaman,
Buxarıdan çıxmır duman,
Bu kənd yaman qocalıbdı.
Bu şeir təkcə
sosial-mənəvi aspektdə
deyil, həm də nostalji duyğunun ifadəsi kimi diqqəti cəlb edir. Sərvərin bir çox şeirlərində təbiət
insan hisslərinin, duyğularının doğmalığı
kimi nəzərə çarpır, yəni insan hissləri ilə təbiət arasında bir ahəngdarlıq olduğu
diqqəti cəlb edir. Onun dağlara aid şeirləri
çoxdur. Bunlarda
peyzaj səciyyəli nümunələr də
var. Bir də dağlara üz tutub onlarla dərdləşmək,
yaxud onların da dərdinə şərik olmaq... "Dağlar" şeirində
Sərvər yazır
ki: "Ruhumda bir yalqızlıq havası. Canım bir yalqızlıq
yuvası. Dərdimi
suya dedim, axdı getdi.
Ey zirvəsi uca dağlar, dərd dinləyən, sirr saxlayan qoca dağlar.
Yalnızlara güman olan,
dərdi başa duman olan...gUca
dağlar, axı, mənim kimim var ki, sizdən
qeyri. Sizdən başqa yoxdu
duyan içimdəki bu dərdləri. Uca dağlar, qoca dağlar".
Onun "Dağlara" adlı başqa bir şeiri də var. Bu şeirin bir məziyyətini qeyd edim: Sərvər Məsum qoşma yazıb. Bu, bugünkü gözəl qoşmalarımız içərisində bəlkə də sonuncu sıradadır) hər halda, sıradadır!), amma fikrin poetik ifadəsinə, klassik formaya tam mənada riayət olunmağına görə, ən əsası isə hisslərin təbiiliyinə, səmimiliyinə görə seçilir, fərqlənir. Şair, dağlarla elə bil, ən əziz adamı baxır, boylanır...g
Bəlkə gələmmədim, gözünə qurban,
Mənim salamımı yetir dağlara.
Dəyişdi zəmanə, dəyişdi dövran,
Çəkdiyim həsrəti bitir dağlara.
Çiçəklər solacaq gələnə qədər,
Sarmasın qoy səni nə qəm, nə kədər.
Gözədən yenə də bir bənövşə dər,
Oradan yayılsın ətir dağlara.
Zirvələr buluda qoy olsun balış,
Dolaş məni deyib, təkliyə alış.
Sən çağır hamını harayla, çalış,
Qoy tutsun buludlar çətir, dağlara.
Sərvər Məsumun yalnız "Savalanım" kitabına
üz tutdum. Başqa
kitabları da var: "Ruhumda yaşayan Vətən",
"İçimdə göynəyən
Vətən", "Türkün
yolu", "Türkün
qədəri", "Özümə
yol gedirəm",
"Gör nə vaxtdı qurd ulamır", "Ruhuma doğru", "Yolum millət yoludur"... Amma birgə kitabı bəs elədi ki, söz deyim... Ona uğurlar arzulayıram!
Ədalət.-2014.-26
aprel.-S.17.