İNCƏ
RÜZGARI
Qazağın ilhamı bol
verilmiş İncə şairlərindən İbrahim
İlyaslı mənə bir şeir
ünvanlamışdı. Əslində ithaf
olunmuş şeir də
bir şirin paydır.
Ərənlər deyərdi: "Ay pay, hara gedirsən?" Pay da cavab
verərdi ki: "Pay
gətirməyə!" Mən də İbrahimin
"boşqabını" boş qaytarmaq istəmədim.
I şeir:
İBRAHİM
İbrahim İlyaslının mənə nəzm
ilə yazdığı məktuba cavab
Mənə yolladığın şeri oxudum,
Nə incə yazmısan, incə, İbrahim.
Hər şair gül açar yurduna nisbət,
İlyaslı İbrahim, İncə İbrahim.
Qələmin kəsərli, sözün al-əlvan!
Məntiqin tutarlı, hər
misran rəvan!
İxtiyarı saya salmaz hər cavan,
Qəlbinə min əhsən öncə,
İbrahim!
Şair
dediyimiz: sözün nəqqaşı!
Donmuş
bir hikmətdi hər üzük qaşı!
Kim olursa-olsun söz qələmdaşı:
Bir ruhun övladı, məncə, İbrahim!
Bu bədən ki aşırmadı əmrimi,
-
Əbəs yandı, kül
elədi kömrümü...
İl hesabı yaşamadım ömrümü:
Yetmiş beşim olar mincə, İbrahim.
Nöqtə-nöqtə artıb, pir olur insan,
Sənin
oxunuşun indi çox asan!
Dürüst anladığım kitablardansan!
İnsan dərsi aldım fəncə, İbrahim.
Qartallara
qoşul, zirvələr
hayla,
Dara düşmə! Düşsən,
mərdi harayla!
Aranda kefə bax, yaylaqda yayla,
Qısılma heç zaman küncə, İbrahim!
Bakıda
əhvalın yorulmuş
kimi,
Xəzərdə balığın qırılmış
kimi,
İncədə pərvazın qızılquş
kimi! -
Bir yan
Tiflis, bir yan Gəncə, İbrahim.
Qayıt
öz dərənə,
keçməmiş vədə,
Əkinlə-biçinlə qayğını
ödə!
Kim sənə yer verməz Astanbəylidə:
Buğdan
olar pəncə-pəncə,
İbrahim!
Möhtəşəm zirvələr dağlara dirək!
Zehinlər çox iti, xəyallar zirək!
Biz çəmin tapmadıq, sən yaşa görək!
İncənin qucağı gencə,
İbrahim!
Kim ki, Yaradana ağ olsa əgər,
Zərrəsi də qalmaz - dağ olsa əgər!
Hər kəs bu dünyada
əkdiyin biçər!
Yaşar etiqadca, dincə, İbrahim.
Nə var bu şəhərdə,
qurtul xiffətdən!
Yağ-yavanlıq göndər bizə də kənddən.
Gərəkli təklifdi: eşit Məmməddən, -
Tapşır qulağını dincə, İbrahim.
İlyaslı İbrahim, İncə İbrahim!..
II şeir: SƏNSİZ
Bakı sənsizliyin fərqinə varmaz,
İncə xiffət çəkər hər gündə sənsiz.
Titrər həsrətindən gül-çiçək müdam:
Ağaclar yol gözlər hər tində sənsiz.
İbrahim, sözümü yozma kürlüyə,
Təpin dambatlığa, təkəbbürlüyə!
Kəndinə qayıtmaq yasaqmı bəyə?!
Qartal o dağların sərtində sənsiz.
Dön ki: dönüşündən dağlar doyalar!
Səsinə səs verə küskün qayalar!
Astanbəyli gəlişindən bay olar!
Dönməsən, kənd olar bir kündə sənsiz.
Simsarlı-qəmxarlı yaşar o yanlar,
Ömürdən yorulmaz insan duyanlar!
Gəlməsən, güneylər zəndini danlar:
Çiçək doluqsunar çəməndə sənsiz.
Qocalar kövrələr gün batabatda,
Günlü gün az gördü Məmməd həyatda.
Ürək göynəməzmi sinənin altda:
İncə nur içində çiməndə sənsiz!
Məmməd
ASLAN
Ədalət.-2014.-29 aprel.-S.7.