Şamaxı - Xəqaninin
sözündə, bizim gözümüzdə
Buqbeysə - bənzəyir
bizim Gülüstan,
Məkkə kimi Şamaxı onun ətəyindədir
Ə.Xəqani
Aristotel özünün "Siyasət" kitabında o dövr üçün şəhərsalma çoğrafi məkan seçənlərə gigiyenik ərazilər seçməyi tövsiyə edir. Belə gigiyenik şəhərlər o şəhərlərdir ki, onlar ərazinin şərq yamaclarında yerləşsin və şərq küləkləri ilə havası dəyişilmiş olsun. Belə yerlər şimal küləklərindən yaxşı mühafizə olunur və qışı yumşaq keçir. Əlbəttə, Aristotelin fikrinin o dövrün insanlarına məlum olduğun qəti deyə bilmərəm. Ancaq şəhər mədəniyyətində, şəhərsalma arxitektura baxımından böyük tarixi təcrübəyə malik olan Şamaxı bütün dövrlərdə yeni-yeni arxitektura mədəniyyətinə yiyələnmişdir.
Gəlin, Ə.Xəqaninin yuxarıdakı fikrinə bizi düşündürən tərzdə yanaşaq. Buqbeysi şair Şamaxının Gülüstanına bənzədir. Əgər Buqbeys Məkkə şəhərini təbiətin zərərverici təsirindən qoruyursa, Şamaxını da Gülüstan qoruyur. Əgər Məkkə şəhəri Hizac əyalətinin mərkəzi şəhəri olmuşsa, Şamaxı Şirvan əyalətinin, Azərbaycanın mərkəzi şəhəri olmuşdur, əgər Məkkənin Qırmızı dənizlə yəni su yolu ilə əlaqəsi 70 km olmuşdusa, Şamaxının Xəzər dənizi ilə yəni dəniz yolu ilə əlaqəsi 120 km olmuşdur. Məkkə ərəb dünyasının böyük şəhərləri - Ər-Riyad, Mədinə, Ciddə və başqa şəhərləri ilə əlaqəsi olmuşsa, Şamaxının XVI əsrdə Asiya ölkələri ilə İtaliya, Çin, İngiltərə ilə əlaqəsi olmuşdur. Əgər Məkkə toxuculuq sənəti ilə məşhurlaşmışsa, Şamaxı da tarixin bütün keçidlərində toxuçuluq məmulatı ilə şöhrət tapmış və onun ipək, xalça, palaz məmulatı dünya bazarını gəzmişdi. Həm də Karvan yolu ilə sıx əlaqəsi olmuşdur. Əgər Məkkə böyük İslam dininin ana şəhəri kimi yaşamışsa, Şamaxı elm, təhsil, mədəniyyət, memarlıq ocağı kimi yaşamışdır.
Diqqət yetirin, Mədinə şəhərində tikilən "Beyt-ül-Lah" Allah evindən sonra, Dəməşqdə 705-715-ci ildə, Təbrizdə 1465-ci ildə, İstanbulda 1550-1557-ci illərdə məscid tikildiyi halda, Şamaxının şəhər mədəniyyəti, tarixi nailiyyəti, elm, təhsilin inkişaf mərhələləri burada cümə məscidinin tikilməsini (743-cü il) tezləşdirmiş, hətta ərəb ölkələrini, Təbrizi, İstanbulu da qabaqlamışdır.
Yaşadığı dövr üçün yüksək təhsil almış Əfsələddin Xəqani Şamaxı ilə Məkkəni həm coğrafi, yəni şəhər düşmə mövqeyi ilə, həm də islam dininə, elminə, təhsilinə yaxınlığı ilə müqayisədə bu şəhərlərin yaxın olduğunu fəxrlə söyləmişdir.
Tarixin inkişaf yolunda büdrəməyən, elm, təhsil yolunda irəliləmiş, on əsrə qədər Şirvanşahların, Azərbaycanın paytaxtı, mərkəz şəhəri olan Şamaxı haqqında əlbəttə, mən tarixi bir bilgi yazmaq fikrində deyiləm. Fikrim bu torpağın bu gün insanlara verdiyi öyüd-nəsihətin babalardan qaldığını diqqətinizə çatdırmaqla, Xəqani, Nəsimi, S.Əzim, Sabir məktəbinin yetişdirmələri, əyilməməzliyin qayası olduğunu bir daha diqqətə çatdırmaq istəyirəm.
Haşiyə:
Rayonumuza yeni katib təyin olundu. Bu şəxs kənd məktəblərinin birində məktəb direktoru işləyən yerlimizlə institutda bir qrupda təhsil alıb, yataqxanada eyni otaqda yaşamışdılar. Katib gələndən bir neçə gün sonra ona dedilər ki, get, katibi təbrik elə. Çörək kəsmisiniz, bir yerdə yaşamısınız. Doğru deyirsiniz, ancaq nə vaxtsa rastlaşarıq, görüşərik, o zaman siz deyəni edərəm. İndi getsəm, yox gedə bilmərəm. Məsləhətə görə sağ olun, yox gedə bilmərəm, sözünü yenə təkrar edir.
Elə oldu ki, katib köməkçisinə tapşırır ki, o, müəllimi çağırın. Görüşür. Təklif edir ki, sənə aparatda, ya da rayonda harda istəyirsən iş verim. O isə əlini katibin çiyninə qoyur və deyir. Yox, uşaqlarım yazıqdı, sonra onlar mənim əziyyətimi çəkərlər - deyib, katibi evinə qonaq çağırır. Katib qonaq gedir, ancaq müəllim imkan vermir ki, o söhbətə bir də qayıtsınlar. Katib gedəndə onunla görüşməyə gələn müəllimə deyir. Ə. Xəqaninin sınmamazlığından, əyilməməzliyindən çox danışmışdım. Elə Şamaxılıların hamısını elə gördüm, sizin kimi. Əhsən, bu torpağa, əhsən Şamaxılılara.
- Qardaş, bizdə deyil günah, palıd qocalır, quruyur, nə qədər, tufan, külək əssə də qol-budağın qıra bilsə də palıdı kökündən aşıra bilmir. Bu bizlik deyil. Təkcə on altıncı əsrdə Osmanlı-Səfəvi müharibələri beş dəfə Azərbaycan şəhərlərinin torpaqlarını hücuma məruz qoyub, iqtisadiyyatına, abadlığına mədəniyyətinə ağır zərbə vurub. Ancaq Şamaxı xanlığı onlardan asılı vəziyyətə düşməyə razı olmayıb.
Katib maraqlıdı deyib, müəllimin qoluna girir, vaxtım çoxdu, söhbət elə dincəlirəm deyir.
- Bilirsən də, dünya ədəbiyyatında öz dəst-xətləri ilə ayrıca yer tutan, yəni bunların nə bir-birinə, nə də dünya ədəbiyyatında yaradıcılıq yeri tutan ədiblərə heç bir üslub, məna oxşarlığı olmayan Ə.Xəqani, İ.Nəsimi, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, yaşadıqları dövrdə heç bir vara-dövlətə ehtiyacları üçün əyilməyiblər. vətəndən didərgin düşməyi, qürbətdə ölməyi qəbul ediblər, ancaq....
Katib müəllimi, qucaqlayıb öpür, ondan ayrılanda deyir, sizdə yediyim turşulu çolpa çığırtmasının ləzzətini heç vaxt unutmayacağam. Oğlanlarımızın toyunda görüşərik. Yazını yazanda müəllim xahiş etdi ki, ad çəkməyim. Elə də etdim.
Hər il may ayında Sabir poeziya günləri keçirilir. Sədr və təşkilatçı rəhbəri istedadlı şairimiz, söz ustadı Əjdər Ol bu tədbiri böyük maraqla hazırlayır. Tədbir çox vaxt Şamaxıda yekunlaşır. Həmin gün üçün rayon həftələrlə hazırlıq görür. Elə bil bayrama hazırlaşırlar. Respublikamızın yaradıcı ziyalıları Şamaxıya gəlir. Qonaqların sevinci bizim sevincimiz Şamaxını güldürməyə bilməz. Tədbirə gələnlər də güclü hazırlaşıb gəlirlər. Axı, onlar şeri, sözü Şamaxıya deyəcəklər, axı Şamaxıda sözün əsil çəltik tarlası var, axı hamı sözü tez əridir.
Deyim ki, Sabir poeziya günü Şamaxılılar üçün əsil bayramdır. Şamaxılılar da qonaqlarla birlikdə şairin böyük heykəlinin qarşısında baş əyir, gül qoyurlar, məqbərəsini ziyarətə gedirlər, axırda ev muzeyində poeziya məclisi qururlar. Böyük hörmətdir Şamaxıya və Şamaxı klassiklərinə. Bu hörmət Şamaxı ziyalılarının içində ev tikib, ildə bir dəfə may ayında göyərir və yaşayır.
Ancaq poeziya anında bəzən Şamaxı şairləri, Sabir biliciləri unudulur, onda küsmürük, incimirik. Sabirsayağı gülümsəyirik.
İndi iki hala diqqət yetirməyi sizdən xahiş edirəm.
Əvvəlcə onu diqqətinizə çatdırım ki, XVI əsrdə ingilis səyyahı A.Sennipson (1562-ci il) "Şamaxını qəşəng hökmdarlar şəhəri" adlandırır. Ceffri Deket isə" bütün Midiyanın ən yaxşı şəhəri kimi vəsf edir".
Bugünkü Şamaxı heç də tarixlərdə üzləşmədiyi və əldə etmədiyi böyük tikinti abadlıq nailiyyətləri qazanmışdır. Əlbəttə, bu dövlət başçısının Şamaxının tarixi keçmişinə verdiyi qiymətdir. Belə ki, Böyük Cümə məscidi, Sağlamlıq ocaqları, İdman Kompleksi, gözəl park kompleksi, yeni idarəçilik binaları, təzə tikilmiş musiqi məktəbi, özü də çox böyük və gözəl layihədə, yeni təmir olunmuş mədəniyyət sarayı və başqa abadlıq işləri hər birimizə yaşamaq üçün həvəs verir. Doğrudur, indi su və kanalizasiya işləri geniş planda aparılır. Şəhərdə söküntülü, dağıntılı küçələr çoxdur. Bunların abadlığı heç şübhəsiz rayonun diqqət mərkəzindədir.
Məni bu yazını yazmağa tamam başqa düşüncə tərzim vadar etmişdir. Özü də illərlə özümlə bu fikirləri gəzdirmişəm. Ziyalı nəsildən hər sahəni yaxşı bilən ziyalı təbəqəsindən gələn bu dediklərim, əlbəttə, sizi də bizə ortaq çıxmağa vadar edəcək.
İllərlə tarixi çəkişmələrdə bu torpağı qoruyub saxlayan Şirvanşahlar dövləti, onun oğulları hər vaxt Şamaxıya qürur hissi verib. Sovet hakimiyyəti illərində də Şamaxı idmançıları öz idman şərəflərini həm ittifaq miqyasında, həm də qitələr birinciliyində hər vaxt qoruyub saxlayıblar. İdmanın bütün sahələrində Şamaxıya orden və medallar gətiriblər.
Bağışlayın ki, yazının çox olmasına görə onlardan söhbət aça bilmirəm. Bəs bu gün. Hamısı Azərbaycanındı. Ürək birdi. Regionlarda futbol, valeybol, basketbol komandaları, respublika yarışları, respublika birincilikləri qazanıb dünya komandaları ilə yarışırlar. Məgər Şamaxıda belə oyuncular yoxdur? Bu suala yalnız var cavabın vermək olar. Sadəcə, qayğı, təşkilatçılıq, əl üstə əl qoymaqla gücləndirmək həvəsi lazımdır. Çox istəyərdik, bu sahəyə baxan əlaqədar respublika təşkilatları dönüş yaratda biləcək köməklik göstərsinlər. Sizi əmin edirəm, Şamaxı idmançıları bu sahədə böyük uğurlar qazanar, nə "Neftçi", Nə "Qarabağ", nə "Qəbələ" idmançılarından geri qalmazlar. Uğurları həm Şamaxılıları, həm də respublikamızı çox sevindirəcək. Hörmətli yoldaşlar, sizdən bizim gənclərimizi həvəsləndirən təşəbbüs və qayğı umuruq.
Doğrudur, bu gün respublikamız müstəqildir. Böyük
irliləyişlər əldə edib, Azərbaycan
başdan-ayağa yeniləşir, sökülür və
yığılır. Buna sevinməyən
gözlərə mən kor deyirəm. Azərbaycanın
bütün bölgələrində ogey-doğmalıq
olmadan yenidənqurulma sürətlə gedir. Burada bu fikri desəm çox yerinə düşər.
"Azadlıq hər şeyi etmək deyil.
Heç bir şeyə məcbur edilməmək"
deməkdir. Necə də doğrudur,
heç bir işi görməyə məcbur edilmir. Hər kəs öz həvəsi ilə qurduğu
işin ardınca gedir, işləyir və yaşayır.
Bu gün ziyalıların azadlığı
onların öz istədikləri kimi yazıb
yaratmasıdır.
Şamaxını
XIX əsrin qururunda saxlayan çox böyük insan, səxavət
və əliaçıqlıq nümunəsi, musiqi, şeir,
ifaçılıq mədəniyyətini başa düşən,
zamanı üçün çətin anlaşılan rəqs,
oyun xırdalıqlarını təbliğ etdirən, Azərbaycan
qonaqpərvərliyini, Şirvan süfrsinin zənginliyini təbliğ
edən, insanları dostluğa, səxavətə
çağıran Mahmud Ağanın (1826-1896) qonaqları
kimlər olmamışdır?
Fransız
Aleksandr Düma, rus rəssamı Knyaz Qaqarin, Qafqaza gələn
səyahətçilərin demək olar ki, əksəriyyəti
Mahmud Ağanın qonağı olmuş, Azərbaycan süfrəsinin
zənginliyini, qonaqpərvərliyini
yaradıcılıqlarında Avropaya yaymışlar.
Bu məclisə İrandan, Gürcüstandan,
Qarabağdan, ümumiyyətlə Qafqazda tanınıb,
seçilən incəsənət işçilərinin əkəsriyyəti
dəvət olunmuş, hətta aylarla onlar məclisdə
yaradıcılıq müsabiqəsindən keçmişlər. Bu məclisin
tədqiqatçıları öz dövrü
üçün bu məclisi xalq mahnılarının, rəqslərinin,
muğamlarının, yaradıcı ifaçı sənətkarların
festivalı adlandırmışdır. Həm
də burada iştirak edənlər "Mahmud Ağa" məclisini
fəxri məktəb kimi saymış, mən Mahmud Ağa məclisinin
iştirakçısıyam deməklə fəxr etmişlər.
Bəli, XX əsrin əvvəllərində
yetişən ustad sənətkarların yetişməsində
də Mahmud Ağa məclisinin rolunu danmaq olmaz.
Bu gün Alim Qasımovlar məktəbi, Mələkxanım,
Elnarə üslubu, Zabit zənguləsi, Ağagül və
Mirələm gəncliyi Azərbaycan musiqisinin xəzinəsi
deyilmi?
"Şirvan Şikəstəsi", "Döymə
Şikəstəsi", "Sarı torpaq sikəstəsi",
"Qocaman şikəstəsi",
"Çağdançıxarma şikəstəsi",
"Qara qafiyəni", "Güllü qafiyəni",
Şirvan aşıqlıarının yaşadıb
inkişaf etdirdikləri saz-söz inciləri ilə fəxr
etmək yerinə düşməzmi? Əlbəttə,
yeni nəsil müasirliyi itirmədən incəsənətimizə
yeni yollar açırlar, yeni avazlar gətirirlər. Çox istəyərdik muğam
yarışmaları, muğam festivalları, aşıq
yaradıcılıqları Şamaxıda - Mahmud ağa
yurdunda da keçirilsin, Respublikamızın televiziya
kanalları tez-tez bizə qonaq gəlsin. Bu
torpağın keçmiş sözündən, qürurundan
çox danışsınlar. Onda bu
torpaqdakı yaxşı cəhətlər gənclərimizə
qürur hissi verər. Axı, biz istər
muğam tarixində, istərsə də incəsənətin
başqa sahələrində, Azərbaycanın söz sənətində
yerimiz olan və yerimizi saxlamağa çalışan
ziyalılardır.
Çahil yaşayış həyat tərzinə
düşmək istəyən cəmiyyətin bir qrup üzvlərinə
yaşlı nəsildən öyüdü, ədəbi
düşüncə tərzini, müasir həyata incəsənətin
və mədəniyyətin təsirini, zövqünü tərbiyə
vasitəsi kimi hopdurmaq lazımdır. Bu bütün bölgələrimizdə
lazımı dərəcədə var, unutqanlı deyil.
Fikir verin, bəzi televiziya verilişləri
tamaşaçını yükləyir. Gərək
o verilişdən sonra sakitlikdə dincəlməyə, ya da
yatmağa qaçasan. Ancaq Azərbaycan
televiziyasında və İctimai televiziyada ovqat və səhər
ovqatı verilişlərində ziyalı nəsil
çıxış edir. Hamı dincəlir.
Yorğunluq olmur, tamaşaçını
yaxşı yüklə təmin edir. Telefon
zəngləri işə düşür. Yaxşı söz üçün
çıxış edənləri təbrik edirlər.
Çox istəyirdim, mətbuat, radio, televizor verilişlərində
bölgə-bölgə yazarların ədəbi verilişi
keçirilə. Əlbəttə, seçmə üsulu
ilə. İnanın bu gün gələcəkdə
dünya ədəbiyyatında qala bilən
ziyalılarımız hər bölgədə var, o cümlədən
Şamaxıda da.
Arzu edərdim, sevimli Azərbaycan Televiziyamızda,
İctimai televiziyamızda nə üçün Azərbaycan
Televiziyasında, nə üçün İctimai
televiziyasında çünki onlar bu gün ziyalıları təmin
edir. "Şamaxıda bugünkü söz
dünyası" adlı veriliş aparılsın. Görün necə incilər çıxacaq üzə.
Şirvan aşıq sənəti niyə axsayır. Axı bir
balaca maraqlanan kimi Aşıq Əli çıxdı.
Dilçi alim, Millət vəkili, mənim müəllimim,
poeziya həvəskarı, xalqın ürəyində yeri olan
Həsən Mirzəyev: "Aşıq Əli, səndə
Aşıq Şakir səsi, həvəsi var, - dedi. Aşıq Əlilər Şirvan aşıq məktəbində
çoxdur. Sadəcə olaraq axtarmaq
lazımdır. Yeri qazıyıb, qiymətli
metalları axtarır. Onu evdə qiymətli
daş kimi bəsləyirik. Nəyə
lazımdır?
Aramızda olan əsil ləl Aşıq
Ağamuradları, Aşıq Əliləri tapaq, üzə
çıxaraq, onlara aşıq Əlilər, Aşıq
Ağamuradlar yetişdirməyi tapşıraq. Onlar da
yüzlərlə ürəklərə sevinc,
gülüş, şadlıq, yaxşıya oxşamaq hissi gətirsin.
Hörmətli oxucular. Əlbəttə, mən
bunları yazmaqla demək istəmirəm ki, bu işlər
görülmür, ya da siz bunları bilmirsiz. Yox, əsla, hamımız əl-ələ verək,
güclü incəsənət yaradaq, deyirəm. Güclü incəsənət bolluğu
yaradağın, o bolluğun içində şən həyatımız
davam etsin.
Hər gün işdən evə qayıdanda, işdən,
təbiətdən, cəmiyyətdən, əhatəmizdən
yığdıqlarımızı evə
boşaldırırq. Çox çətindir. Əgər xalqın milli dəyərlərinə
söykənən incəsənətimizi daha da güclü
etsək, onun bolluğunu yarada bilsək, yorğun
dünyamızı evə yox, incəsənətin
bolluğuna töksək uzun ömürlü olarıq.
O zaman özünə qəsdlər, həyatdan küsmələr,
milli dəyərlərimizdə olmayan vərdişlərin
kökü kəsilər.
Əvəz
Süleyman
Ədalət.-2014.-5 aprel.-S.22.