Axirət
Bir səhər yuxudan durarsan, qardaş...
bilməzsən səhərdi,
ya axşamçağı
Axar suların da, yolu dəyişib
Görərsən əriyib Himalay
dağı
Yolların da sağı, solu dəyişib,
Suların altında qalıb
qəbirlər
Sular da, qəbrinin üstündən axır
Ruhun da, göylərdən qəbrinə
baxır.
Baxarsan,
elə hey gözün
axtarar
Amma görərsən ki, nə bir can qalıb
Nə bəla, nə xəta, nə də qan qalıb...
Sular da ovulub, əriyib
hər şey
Nə səs, nə bir səda
Kiriyib hər şey...
Daşlar
ağac olub, ağaclar da daş
Sən özün özündə
batmısan, qardaş...
Nə nar ağacları, nə əncir, üzüm
Nə alma, nə püstə,
nə badam qalıb.
Dünyanı su basıb
Dünya
bir ada...
Bu kiçik adada
tək Adəm qalıb.
Adanın
köksündə sevgi
çatları
Nə Həvva görünür,
nə övladları...
Tabut
Alışdım tək daşımağa
Çiynimdə yük daşımağa
Yer yox bir tük
daşımağa
Çiynimdə tabut gəzirəm.
Dolaşıram dağı-daşı,
Nə zər, nə yaqut gəzirəm
Düyün-düyün yollarımı
Aça-aça oxuyan bir
kökdən düşmüş
ud gəzirəm.
Gəzirəm dörd bir tərəfi,
Bilmirəm yolum haradı?
Çəkir məni sirr tərəfi
Ölümü gördüm, deyəsən...
Görəsən olum haradı?..
Suyuna dodaq dəyməmiş
Köksünə ayaq dəyməmiş
Sinəsinə ox dəyməmiş
Gözdən uzaq yurd gəzirəm
Çiynimdə tabut gəzirəm.
Dörd
yana meydan
sulayan
Səsi
ruhumu dalayan
"Axirət" deyib ulayan
yalqız qalmış
qurd gəzirəm
Çiynimdə tabut gəzirəm.
Balalar göyçək doğulur
Gül doğulur balalar
Torpaqdan
altun doğulur
Daşlardan yaqut doğulur
Nədənsə, şair doğulan
Çiynində tabut doğulur.
Çox
göynətdi ürək
məni
Dərdsiz ürəyə qurd düşər.
Silkələmə fələk, məni
Çiynimdəki tabut düşər.
Dünya,
qayıt dünyamıza
Arxanca mən su atmışam,
Gözləməkdə haqlıymışam
Mən ki gedib qayıtmışam,
Dünya, qayıt düyamıza.
Bu bar ayrılıq barıdır,
Gözəllər erkən qarıdı
Yarıyan sənnən yarıdı,
Dünya qayıt dünyamıza.
Tale bizi yarıtmadı,
Yaramızı sarıtmadı,
Nəm gözləri qurutmadı,
Dünya, qayıt dünyamıza.
Daş da dönüb oğul olub,
Ərənlərin nağıl olub.
Körpələrə noğul doğub,
Dünya, qayıt dünyamıza.
Çəkdik hər çəkilən
qəmi,
Bu ömür-gün boş
yerəmi?
Götür Əslini, Kərəmi
Dünya qayıt düyamıza.
Torpağında ah göyərər,
Hər atılan
ox göyərər.
Dönməsən günah göyərər
Dünya, qayıt dünyamıza.
Bir cüt uşaq əlləri
Anam, bu ağını oxuma, anam...
Məzardan boy atıb, bir dərd uzanıb.
Yapışıb çökəcək yaxama,
anam.
Baş alıb
gələcək yuxuma,
anam.
Anam, bu ağını oxuma, anam,
Hələ qurumayıb gözümün
yaşı.
Gözümün yaşına çöküb
islanıb,
Hələ qurumayıb körpə başdaşı.
O ürəyim qardaş, o canım qardaş,
Çözələnmiş ümid-gümanım
qardaş,
Gözümün yaşını gəlib
aparar,
Mənim
varım-yoxum bu son umuddan
Bircə təsəllidən gəlib
qoparar.
Anam, bu ağını oxuma... anam!
Bu dərdə-bəlaya yazar qardaşım.
Şirin
yuxusundan haram oyanıb,
Yol alar üstümə, qaçar üstümə,
Körpə əllərini açar üstümə.
Anam, bu ağını oxuma, anam,
Səsinə məzardan oyana bilər.
O körpə ürəyi, uşaq ürəyi
Qüssə harayına, qəm naləsinə.
Qorxudan döyüküb
dayana bilər.
Top-top oynamağa gələr məzarda,
Qaranlıq qəbirdə topunu
tapmaz,
Birdən
əl uzadıb axtarar orda,
Hey gəzib vurnuxar, qapını tapmaz.
Anam, bu ağını oxuma, anam.
O soyuq qəbirdən, oyuq qəbirdən
Bir cüt uşaq əlləri göyərib
qalxar...
Qarabağsız
(Mahir muğam ustadlarından
biri çadır şəhərciyində:
- Xoş gəldin elinə, obana, nə yaxşı... dedi
mənə və
"Şuşanın dağları"nı
oxudu...)
Dostlar, bağışlayın, əliboş
gəldim,
Gəldim qapınıza mən, Qarabağsız.
Vallah, gözlərimdən çəkilib
getmir
Duman Qarabağsız,
çən Qarabağsız.
Ələ qələm aldım,
əlim göynədi,
Hər adı gələndə dilim göynədi.
Çiçəyim göynədi, gülüm göynədi,
Bölündüm ortadan tən, Qarabağsız.
Sel də yox Saranı
gəlib aparsın,
Bu dərdi, bəlanı
bölüb aparsın.
Qoymayın sürüşüb, silib aparsın
Qara saçlarımı
dən, Qarabağsız.
Könül sevdan vətən
adlı bir bağa,
Göz aç, bir gör bağban kim oldu,
qağa.
Dəmyə taleyinə min yağış
yağa,
Bitirməz bir sünbül, dən, Qarabağsız.
"Qalmaz belə, qalmaz dünya" yazanda,
Ümid közərirdi könül
sazında.
Zakir Fəxri hər üzünə yozanda,
Anasız yetimsən sən, Qarabağsız.
Dünyayla üz-üzə
Üzünə, közünə saçı
dağılmış,
taxtı viran olmuş, tacı dağılmış
Qonur göz, qara qaş, bir qara
oğlan
Dolaşar dünyanı, gəzər
biçarə
axtarar, dərdlərə
tapammaz çarə.
Cüyürün qaçarı, quşun
uçarı...
Qara qaş, qonur köz, o qara oğlan
Əlindən, dilindən salıb itirər
Bir eşqin sirrinə düşən açarı.
Getdiyi yollar da dalınca
qaçar,
Gəldiyi yollara könlünü açar.
Torpağında gəzər, göyündə
uçar
Qara qaş,
qonur göz, o qara oğlan.
Qonur gözlərində qara yaş gəzər,
Qara ciyərində qara daş gəzər
Bu varlı dünyada cibi boş gəzər
Qara qaş,
qonur köz, o qara oğlan.
Gözəl sevdalardan sönük
adamlar,
Dost üzündən üzü
dönük adamlar
Qarğıyar o ki var, hey danar onu
Gəzdiyi torpağa,
uçduğu göyə
Getdiyi yollara qısqanar onu.
Beləcə, beləcə yaşar
dünyada
Gözündən, sözündən, özündən
daşar.
Külündən püskürüb, gözündən
daşar
Dünyayla üz-üzə bir
oğlan yaşar...
Zakir Fəxri
Ədalət.-2014.-5 aprel.-S.20.