Müəllim adının şərəfi əlçatmaz ucalıqdır

Pedaqoji kadrların yetişməsində AMİ-nin rolu böyükdür

 

Ali məktəb elminin inkişafı hazırda Azərbaycan təhsilinin qarşısında duran prioritet məqsədlərdən biridir. Bu gün ali məktəblərdə kadr hazırlığı ilə paralel onun elmi fəaliyyəti diqqət mərkəzinə çıxarılmış, onun əhəmiyyəti yüksəldilmişdir. Təsadüfi deyildir ki, fundamental tədqiqatların baza müəssisəsi olaraq ali tədris ocaqları akademiya elmi ilə bir sırada durmaq statusu əldə etmək gücündədir.

Son vaxtlar Azərbaycanın təhsil sistemində yeniləşmə, islahatların genişlənməsi, elmin nailiyyətlərinin istehsalata tədbiqi sahəsində irəliləyişlərin olduğunu nəzərə çatdırır. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası" təsdiq olunmuş, ölkə başçısının 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə qüvvəyə minmişdir. Strategiyada birmənalı olaraq göstərilir ki, səriştəli təhsilverənlər, biliklərə əsaslanan iqtisadiyyatı idarə edə biləcək mütəxəssislər kamil lider, dərin erudisiyalı, mükəmməl bacarıqlara yiyələnmiş kadrlar kimi hazırlanmalıdırlar. Bunun yolu isə təkcə pedaqoji ustalıqlarla yox, həm dərin elmi biliklərlə silahlanmış təhsilverənlər, dərsliklər, maddi-texniki baza, innovativ texnologiyalarla mümkündür. Sadalanan vəzifələr ali məktəb qarşısında elmin durmadan inkişaf etdirilməsi vəzifəsini qoruyur.

Respublikanın qabaqcıl elm təhsil müəssisələrindən biri kimi Azərbaycan Müəllimlər İnstitutu da bu baxımdan fundamental elmi fəaliyyəti ilə getdikcə daha çox fərqlənir. Bu gün əslində bu təhsil ocağının regionlarda fəaliyyət göstərən 11 filialı 2013-cü təqvim ilində diqqətəlayiq elmi uğurlara nail olmuşlar. Zaqatala, Balakən Qax rayonlarının dislokasiya olunduğunu vahid təhsil elm mərkəzi sayılan Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı regionda həm kadr hazırlığı, həm bölgələrdə elmin inkişafına əhəmiyyətli töhfələr verir.

 

 

Şəxsi nümunə həlledici amildir

 

Biz Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının fəaliyyətindən geniş söhbət açarkən mütləq bir faktı xüsusi vurğulamalıyıq. Bu mənada ki, istənilən kollektivdə, xüsusilə təhsil müəssisəsində rəhbərliyin üslubundan yüksək təcrübə bacarığından, şəxsi keyfiyyətlərindən çox şey asılıdır. Bəlkə elə bu cür vacib xarakter xüsusiyyətlərə malik olan professor Orucəli Rzayev bir müddət əvvəl filialda yaranmış bəzi çatışmazlıqların aradan qaldırılması üçün buraya direktor təyin olunmuşdur. Müəllimlər İnstitutunun rəhbərliyinin məsələyə prinsipial münasibət göstərməsi az vaxt ərzində özünü göstərmiş, filial tezliklə qabaqcıllar sırasına çıxmışdır. Sırf qayda-qanun çərçivəsində intizamın möhkəmlənməsi mütərəqqi metodların effektiv tətbiqi institutu filial rəhbərliyinin mükəmməl fəaliyyətidir.

 

Filialın elmi-təşkilati strukturu

 

Azərbaycan Müəllimlər İnstitunun Zaqatala filialı "Azərbaycan Respublikasında təhsil sisteminin 13 iyun 2000-ci il tarixli 349 saylı fərmanı" ilə yaradılmışdır. Təhsil ocağının qarşısında duran məqsəd konrket olmuşdur. Məktəbəqədər tərbiyə müəssisələrinin tərbiyəçiləri ibtidai sinif müəllimləri hazırlamaq eləcə pedaqoji kadrların diplomdan sonrakı təhsilini təşkil həyata keçirmək.

Filial respublikanın şimal-qərb bölgəsində yerləşməklə onun dislokasiyasına üç rayon - Zaqatala, Balakən Qax rayonları daxil edilmişdir. Beləliklə, yaradılan AMİ-nin Zaqatala filialı həm adı çəkilən ixtisaslar üzrə regionun tələbatına uyğunlaşdırılmış şəkildə ilkin müəllim hazırlığı həyata keçirmək, həm bu rayonların ümumtəhsil məktəblərində çalışan müəllimlərin, habelə, bu kateqoriyadan olan digər pedaqoji kadrların ixtisasının artırılması, yenidən hazırlanması, təkmilləşdirilməsi, stajkeçməsi kimi əlavə təhsil fəaliyətini yerinə yetirilməsini təmin etmək idi. Elə buradan da filialın profilinin istiqamətləri aydın görünür:

Bakalavr pilləsi üzrə kadrların hazırlanması;

Əlavə təhsilin (diplomdan sonrakı təhsil) həyata keçirilməsi.

Təhsil müəssisəsi olaraq bu vəziyyətlərin yerinə yetirilməsi öz-özlüyündə filialın daha mühüm bir sahəsinin elmi istiqamətinin əsasını təşkil etmişdir. AMİ Zaqatala filialı həm tədrisin keyfiyyətinin yüksəldilməsini, həm buna paralel olaraq elmi fəaliyyətin əsaslı şəkildə yenidən qurulmasını özünün prioritet sahəsi elan etmişdir. Ötən dövr ərzində filialın elmi fəaliyyəti diqqətəlayiq nəticələrlə müşayiət olunmuşdur.

AMİ Zaqatala filialının elmi-təşkilati strukturu aşağıdakı kimidir:

1. Direktor (Elmi) şurası:

2. Direktor müavini:

Tədris elmi işlər üzrə direktor müavini.

3. Kafedralar:

3.1. Humanitar fənlər tədrisi metodikası kafedrası;

3.2. Təbitə fənlərinin tədrisi metodikası kafedrası.

4. Filial Metodik şurası.

5. Kafedraların metodbirləşmələri.

6. Filial Elmi cəmiyyəti:

6.1. Professor-müəllim heyətinin cəlb olunduğu elmi cəmiyyəti;

6.2. Tələbə Elmi Cəmiyyəti.

Elmi-təşkilati strukturun bu cür formalaşdırılması yerinə yetirilən tədqiqatların məzmunun yüksəldir, onun koordinasiya olunmasını asanlaşdırır, işlərin səmərəlilik göstəricilərini xeyli yaxşılaşdırır.

2013-cü hesabat ilinin nəticələri göstərmişdir ki, Elmi Cəmiyyətlərin Metodbirləşmələrin işinin canlandırılması elmi potensialın boy artımına stimul vermiş, əməkdaşlar elmi-tədqiqat yaradıcılığına daha yaxın olmuşlar, tədqiqatçılığa, axtarışlara meyli xeyli güclənmişdir.

Cari təqvim ilində nailiyyətlərin bu istiqamətdə artırılması proqnozu vardır filial həyatında elmi fəaliyyətin çəkisinin yüksəldilməsi qarşıya qoyulmuşdur.

 

Filialın elmi-tədqiqat innovasiya fəaliyyəti

 

Filialın elmi-tədqiqat fəaliyyəti aşağıdakı ardıcıllıqla yerinə yetirilir. Tədqiqat işlərinin aparıcı mərkəzi kafedralar sayılır. Professor-müəllim heyətinin hər bir üzvünün mövzusu olur. Mövzular seçilərkən müəllifin profili, tədris etdiyi fənlər, yaradıcılıqda fərqləndiyi istiqamətlər əsas götürülür. Elmi dərəcəsi olanlar bir neçə gənc əməkdaşlarla ya kafedranın digər üzvləri ilə birgə kompleks mövzular üzərində işləyirlər.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-8 aprel.-S.7.