MÜƏLLİM ADININ
ŞƏRƏFİ ƏLÇATMAZ UCALIQDIR
(əvvəli ötən sayımızda)
Bütün bunları əks etdirən mövzu planları
tutulur.
Planlar kafedra üzrə ümumi qəbul edilir. Planlarda tədqiqat
istiqamətləri, ümumi
bölmələr, illər
üzrə şaxələnmiş
mövzular və yarım-mövzular müəyyənləşdirilir.
Bu tədqiqat işinin
planları yaxın perspektiv üçün
3-5 illik müddətə,
o da öz növbəsində illər
üzrə görüləcək
işlərin planlarına
çevrilir. Təqvim ilinin əvvəlində
mövzu planları kafedra iclasında geniş müzakirə olunur. Bürada hər əməkdaşın
yerinə yetirilməsini
planlaşdırdığı tədqiqat mövzusunun profilə uyğunluğu,
aktuallığı bunun
üçün maddi
və ya elmi bazanın mövcudluğu araşdırılır.
Bundan sonra kompleks halda cari və
illik planlar təsdiq olunaraq filial Direktor Şurasının
təsdiqinə verilir.
AMİ Zaqatala filialının Direktor Şurası, Metodik Şura, elmi cəmiyyət tədqiqat işlərinin yerinə yetirilməsini istiqamətləndirir,
ona kömək edir, ən yaxşı
işlər beynəlxalq
və ya yerli konfranslara təqdim olunur. Hər ilin yekununda elmi-tədqiqat işlərinin
yerinə yetirilməsinə
həsr olunmuş konfranslar keçirilir.
İnnovasiya, ixtiraçılıq və patent-lisenziya fəaliyyəti
İnnovasiya fəaliyyətinin həyata
keçirilməsi məqsədilə
filial Elmi Cəmiyyətinin
nəzdində innovasiya
qrupu yaradılmışdır. Buraya bacarıqlı
məktəbşünaslar, pedaqoq-alimlər və yeniliklə gənc kadrlar daxil edilmişdir.
Əlavə təhsil bölməsi
üzrə fəaliyyət
göstərən müasir
təlim metodları və innovasiyalar kabineti yeni elmi
təşəbbüslərin öyrənilməsi və
yayılmasında əhəmiyyətli
rol oynayır. Həmçinin nəzərdə tutulmuşdur ki, hər hansı tədqiqatçı, gənc
müəllim istər
müasir dərsin yenidən qurulması, qabaqcıl təlim texnologiyalarının tətbiqi,
istərsə də özünün fəaliyyət
sahəsinə daxil olan digər istiqamətlərdə hər
hansı səmərələşdirici
təkliflə çıxış
edərsə, ona xüsusi dəstək göstərilir. İnnovasiya fəaliyyətinin
işi bununla məhdudlaşmır. Filial
elmi fəaliyyətinin
diqqət mərkəzində
əsas o məsələ
yer tutur ki, bunlar hazırkı
təhsil prosesinin təkmilləşdirilməsinə xidmət edir.
Elmi konfransların planlaşdırılması
və keçirilməsi
Azərbaycan Müəllimlər İnstitutunun
Zaqatala filialında elmi konfranslar bir qayda olaraq
ildə 2 dəfə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin
yekunlarına həsr olunur. Professor-müəllim
heyəti və tələbələr tərəfindən
yerinə yetirilən hər iki elmi
tədqiqat işlərinin
yekunları cari təqvim ilinin noyabrında keçirilmişdir.
Filialda 2013-cü il üzrə elmi fəaliyyətin yekunları aşağıdakı
ardıcıllıqla keçirilib,
müvəffəqiyyətlə başa çatmışdı.
Professor-müəllim heyəti üzrə 2013-cü il 29 noyabr.
Tələbə elmi işlərinin
yekunları üzrə
2013-cü il 05 dekabr.
Elmi tədqiqatların
yekunlarına həsr olunmuş konfransların
ilk günü plenar iclaslara həsr olunmuşdur. Hər iki konfransda
ötən ilki elmi fəaliyyət barədə filial rəhbərliyinin
hesabatı dinlənilmişdir.
Bundan sonra fəaliyyətin təhlilinə, qarşıdakı
elmi istiqamətlərin
araşdırılmasına dair müzakirələr aparılmış və konfranslar bu barədə yekun qərarlar qəbul etmişlər.
Müəllim və tələbə elmi işlərinin konfransları sonrakı günlərdə ardıcıl
olaraq öz işini bölmələrdə
davam etdirmişlər. Bu bölmələr aşağıdakı
ardıcıllıqla müəyyən
olunmuşdur.
I. Humanitar fənlərin tədrisi metodikası kafedrası üzrə:
1. Pedaqogika və psixologiya;
2. Tarix elmləri;
3. Dil və ədəbiyyat;
4. Yeni pedaqoji psixologiyalar.
II. Təbiət fənlərinin
tədrisi metodikası
kafedrası üzrə:
1. Dəqiq elmlər;
2. Coğrafiya;
3. Təbiət elmləri;
4. Texnoloji innovasiyalar.
III. Tələbə elmi konfransları da analoji olaraq sadalanan bölmələrdə
fəaliyyət göstərmişlər.
Tələbələrin elmi-tədqiqat işlərinin təşkili
Filialda təhsil alan
tələbələrin hamısı
tələbə-elmi cəmiyyətinin
ətrafında birləşmişdir.
Onlar 20-ə
yaxın müxtəlif
elm sahələri üzrə
mövzular üzərində
işləyirlər. Bu
mövzular arasında
xarici dil, ədəbiyyat, coğrafiya,
informatika, interaktiv təlim, fənlərarası
inteqrasiya kimi aktual istiqamətlər üstünlük təşkil
edir. Bu işlərə
ümumi rəhbərliyi
filial Elmi Cəmiyyət
fakültədə həyata
keçirir. Tələbə Elmi Cəmiyyəti fakültə yaradılır
və o, işini aşağıdakı ixtisaslarda
əlaqəli qurur.
1. İbtidai sinif müəllimliyi;
2. Riyaziyyat və informatika müəllimliyi;
3. Tarix və coğrafiya
müəllimliyi;
4. Azərbaycan dili və ədəbiyyat müəllimliyi;
5. Məktəbəqədər təlim
və tərbiyə;
6. Təhsildə sosial-psixoloji
xidmət.
Ayrı-ayrı ixtisaslar üzrə akademik qruplarda TEC-in özəkləri yaradılır.
Hər tələbə
bir, bəzi hallarda bir neçə
mövzu üzərində
işləyir. Bir müəllim ən
azı iki tələbəyə rəhbərlik
edir. Filialda hazırda 400 nəfərə
yaxın tələbə
70-dən çox professor-müəllim
heyətinin rəhbərliyi
ilə Azərbaycan və dünya elminin müxtəlif istiqamətləri üzrə
tədqiqat işlərini
aparırlar.
2013-cü ildə filialın
müxtəlif ixtisaslar
üzrə 7 nəfər
tələbəsi ADPU-da
keçirilən tələbələrarası
Respublika XVII elmi konfransında məruzələrlə
çıxış etmişlər. "Azərbaycan
dili və ədəbiyyatı müəllimliyi"
ixtisası üzrə
III kurs tələbəsi
Məhərrəm Şükürov
Heydər Əliyev-90 devizi
altında "Zamanı
qabaqlayan insan" adlı ingilis dilində elmi məruzəsinə görə
birinci, "Tarix və coğrafiya müəllimliyi" ixtisası
üzrə III kurs tələbəsi Nərgiz
Şabanova fənlərarası
inteqrasiyaya həsr olunmuş məruzəsinə
görə isə
AMİ filialları arasında
III yerə çıxaraq
diqqətəlayiq nəticələrlə
kollektivə qayıtmışlar.
2013-cü
ilin noyabr ayının sonlarında
TEC üzvlərindən Fərid
Əzimov, Afət Cəfərova, Əhməd
İsmayılov və
digər 4 nəfər
tələbə Tələbələrarası
Respublika intellektiv yarışına vəsiqə
qazanmış, "Kim?", "Nə zaman?", "Harda?" adlı müsabiqədə diqqətəlayiq
göstəricilər əldə
etmişlər.
Bu nailiyyətlərin davamı olaraq onlar Tələbə Gənclər Təşkilatlarının
Respublika Komitəsi tərəfindən mükafatlandırılaraq
2013-cü ilin dekabrında
bir həftəlik gəzintiyə göndərilmişlər.
Tələbələrin elmi-tədqiqat işlərinin əlaqələndirilməsində
onların intellektual yarışlarda uğurlu nəticələr əldə
etməsində filial Direktor
Şurasının katibi,
əməkdar müəllim
Bahar İsmayılovanın,
filial Elmi Cəmiyyətinin
sədri Rəna Əliyevanın, tələbə
ictimai təşkilatlarının
xüsusi əməyi
olmuşdur. Filial tələbələri 2014-cü təqvim ilində də bu nailiyyətlərini
möhkəmlətmək əzmindədirlər.
Məzahir
ƏHMƏDOĞLU
ədalət.-2014.-9 aprel.-S.7.