AYRILIQ NƏĞMƏLƏRİ
(Şairə Arzu Nehrəmlinin
şeirləri haqqında)
Arzu Nehrəmli iki şeir kitabının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, ADU-nun kitabxanaçılıq fakültəsini bitirib, tarix elmləri namizədidir.
Bu qısa girişdən
sonra bir də onu deyim
ki, onun həyat yoldaşı təyyarəçi Yusif Vəliyev torpaqlarımızın
azadlığı uğrunda
döyüşlərdə həlak olmuşdur.
Bəlkə elə bu həsrət,
bu ayrılıq Arzu xanımı şeirə gətirib, illər boyu içindəki qəmli duyğuları həzin, kövrək misralara çevirib.
Səndən ayrı düşən
gündən
Qara geydi bəyaz könlüm.
Coşub
daşdı dəli Kür tək
Sakit axan Araz könlüm.
"Əbədi sevgi"
adlı ilk kitabı
"Könlüm" şeiri
ilə açılır
və bu kitabdakı əksər şeirlər onun bu həsrətini, bu ayrılıqdan doğan kədərini ifadə edir. Bir gözü yaşlı azərbaycanlı qadının
yerə-göyə sığmayan,
işıqlı günlərini
az qala
qara rəngə boyayan, arzuları alt-üst edən o itki indi də
Arzu xanımın şeirlərində korun-korun
tüstülənir. Arzu Nehrəmli
ürəyində o itkiylə
barışmasa da, həyatını, ömrünü-gününü
o şəhid insanın
xatirəsini yaşatmağa,
uca tutmağa həsr elədi.
Son iyirmi-iyirmi beş
ildə əri, qardaşı Qarabağ müharibəsində həlak
olan, itkin düşən analarımız,
bacılarımız var,
amma onların heç biri şair deyil. Arzu Nehrəmlinin şeirlərində
onların həsrəti
də dilə gəlir - desəm, səhv etmərəm.
Azərbaycan qadını həmişə
səbrli, dəyanətli
olub. Böyük Vətən
müharibəsi illərində
bir saçını
ağ, birini
qara hörüb intizarla ömür yoldaşını gözləyən
anaların həsrəti
onlarla, yüzlərlə
şeirə, poemaya çevrildi (Məmməd
Arazın "Üç
oğul anası" poemasını xatırlayın).
Bu ənənə 90-cı illərdə, Qarabağ müharibəsi bitəndən,
Atəşkəs elan
olunandan sonra da davam etdi.
Əslində, o müharibə hələ bitməyib, çünki ürəklərdə
ucalan o ayrılıq dağlarını kimsə
yerlə-yeksan edə bilməz. Hətta əri, qardaşı,
nişanlısı şəhid
olanlar var ki, onlar da
yol gözləyir.
Əbədi Dərd onların alın yazısına dönüb:
Dizlərimdə qum şırımı,
Qulağımda daş sədası.
Dərddir mənim alın
yazım,
Dərddir nöqtəsi, nidası.
Qınayıram bu dünyanın,
Zalımını, fağırını.
Gözləyirəm intizarla,
Nə vaxt gələr? - axırını.
Sevgi Azərbaycan qadınının xarakterini, qəlbinin dünyasını tanımaq üçün ən birinci yoldur. Bu yolla irəliləyib, o qadının mənəvi dünyasının gözəlliklərini seyr edərsən. Bizim qadın yazarlarımız sevgi şeirlərində heç vaxt yalan danışmamışlar. Arzu Nehrəmli də deyəndə ki: "Yetmir mənə bu həyatda, Yuxularda görmək hətta. Nağıllarda, ağ Qıratda, Səni görmək istəyirəm. Eşqin müqəddəs andında, Vüsalında, muradında. Uçan durna qanadında, Səni görmək istəyirəm". İlk baxışda bu misralar cavan bir qızın sevgilisi ilə görüşdən qabaqkı intizarından doğduğunu ifadə edir. Amma yox! Şeir artıq əbədiyyətə qovuşmuş həyat yoldaşını arzulayan bir qadının könlündən gəlir. İndi isə aşağıdakı misralara diqqət yetirin:
Əzabdı bu dünya başdan, binadan,
Yalandı baharın çiçəyi,
gülü.
Sənin
məzarının üstə
gəlirəm,
Ürəyi qubarlı, boynu bükülü.
Qaldıra bilmirəm kirpiklərimi,
Durub göy üzünə boylanım,
baxım.
Bir zaman qartal tək
uçardın orda,
İndi o səmaya ucalır ahım.
"Bir zaman qartal tək uçardın orda, İndi o səmaya ucalır ahım" - bu iki misra
mənə XIX əsr
şairəmiz Natəvanın
dərdli misralarını
xatırlatdı. Və həm də
dərdin poetik ifadəsi kimi diqqətəlayiqdir.
Amma təbii
ki, şairin şeir dünyasını
bir mövzu ilə məhdudlaşdırmaq
olmaz. Doğrudur, Arzu Nehrəmli şəhid həyat yoldaşı ilə bağlı qəmli duyğularına son vermir,
yenə yazır:
"Bu yolların yorğununa
dönmüşəm, Gözüm
kökü gözləməkdən
saralıb. Bağçamızda daha açmır
gül-çiçək, Qızıl güllər qara gül tək
saraldı"...gAmma onun şeirlərinin tematik dairəsi genişdir. O, analara üz tutur, onların müqəddəsliyindən
söz açır. Bir ana sanki
məzardan boylanıb
deyir:
Ağlayıb islatma sinə daşımı,
Nəm çəkər
otağım, yaşına
dönüm.
Əlimdə deyil ki, hər ah çəkəndə,
Durub milyon dəfə başına dönüm.
Torpaq nalə çəkər,
açar bağrını,
Burda doğma
yatar, yad yatar bala.
Gəlib
qızışdırma buz
yatağımı,
Ana məzarıdır, od tutar, bala!
O, fəsillərin şeiriyyətini
də duyur. Qış lövhələrini sözlə
çəkməyə çalışır.
"Payız öz ömrünü başa vurmamış, Şəhərə qar yağdı, nə yağdı...gSərçələr
gör necə asudə, məsum, Dən-dən səpələnib
bəyaz qar üstə. Soyuq məkanlara
həzin təbəssüm
Axır nəğmə
kimi notların üstə".
O, doğulduğu Naxçıvanı
da vəsf edir. Çalışır ki, şairlərin
Naxçıvan haqqında
dediklərində fərqli
bir şeir yaratsın.
Odlardan sıyrılıb əyilməz
başın,
Hikmət
dəryasıdır sözün,
yaddaşın,
Dindirsən dillənər torpağın,
daşın,
Hər düşən
yarpağın, kolun, Naxçıvan.
Cığırlar alnının qırışan
yeri,
Ağ rəngin qarayla barışan yeri,
Qoşa
Uulfaların qovuşan
yeri,
Ürəyi niskillə dolu Naxçıvan.
O, yurd-yuvasından, doğulduğu
eldən-obadan ayrı
düşən soydaşlarımıza
üzünü tutub deyir ki: "Taledən qaçmağa tələsən soydaş,
Xoş günün oldumu vətəndən ayrı. Səni itirməsə bu
torpaq, bu daş, Canına sinərmi qürbət mahalı. Vətən bir, ana bir, dilimiz birdir,
Bu birlər içində
bizik əriyən.
Ana yurd dediyin
müqəddəs pirdir,
Mən də yurd içində sizdən biriyəm".
Arzu xanımın vətənpərvərlik
ruhu üstə kökləniən şeirləri
də az deyil və belə
şeirləri oxuduqca
hiss edirsən ki, onun dərdi təkcə itirdiyi şəhid həyat yoldaşı deyil, həm də Vətənin əsrlərdən
əsrlərə torpaq
itkisinə məruz qalmağıdı, bu, daha böyük itkidir. Deyir ki:
Yol açın anama haqqın haqlasın,
Toxusun gəbəsin, izin saxlasın,
Vurmasa naxışın, bəndin,
halqasın,
Sərmərəm yad xalın üstünə, Vətən.
Bağın, bağçaların dad gəzən yerdə,
Necə çiçək açsın
yad gəzən yerdə?
Kül altda ocağın od gəzən
yerdə
Boğulum, kor olum tüstünə,
Vətən.
Qınında qılıncın pas bağlayıbsa,
Girmisən Babəkin qəsdinə, Vətən.
Arzu Nehrəmlinin elə şeirləri də var ki, onlar OBRAZ kimi düşünülür, yəni müəllif o şeirdə hansı bir əşyanısa (maddi ya mücərrəd) mənalandırmağa çalışır. İndiyə QAPI adına çox şeirlər yazılıb. Amma Arzu xanımın "Qapı" şeirində Dərd və Qapı məfhumları, biri maddi, biri məcazi məfhumlar qoşalaşır, nəticədə Dərdin Qapısı və Qapının Dərdi obrazları yaranır. Buyurun, baxın:
Niyə belə kilidlisən,
Səni kim bağlayır, qapı!
Dərd üstə dərd gətirən var,
Qəm üstə gül bitirən var,
Sabahını itirən var,
İtəni saxlayır qapı.
Arzudan
al dərdə dözüm,
Ocaq çatar çınqa gözüm,
Dərd
göstərdim düzüm-düzüm,
Gördüm ki, ağlayır qapı.
Onun "Söyüd"
şeirində də yeni bir obrazla
qarşılaşırıq. Dərdli söyüdlə.
"Xəzan vurdu, rəngin soldu, Xəyallara dalan söyüd".
Arzu Nehrəmlinin
"Tənha qu nəğməsi" adlı
ikinci şeirlər kitabı birinci kitabla müqayisədə
daha sanballıdır. Elə bil,
yaxşı şeirlərin
ardı gəlir, sayı çoxalır.
Amma gizlətməyək ki, onun bütün şeirləri eyni səviyyədə deyil.
Qüsurluları da var. Mövzu
təkrarını qeyd
etmək olar. Dərddən də çox
yazmaq olar, amma eyni ifadələr,
daha doğrusu, dərdin ifadəsində eyni fikirlərin səslənməsi nəzərdən
qaçmır. Amma bütün
bunlar istedadlı sandığımız bir
şairənin gözəl
şeirlərini kölgələmir.
O şeirlərdən yenə
çoxlu nümunələr
gətirə bilərik.
Məsələn: "Arzu
da Əsli tək alışıb yanır, Telli saz köklənir "Kərəmi" üstə".
Yaxud: "Ağaclar soyunub yarpaq donunu, Meyvəsi-gözlərdə
donan yaş kimi". Kifayətdir.
İndi
Arzu Nehrəmli yeni şeirlər kitabını çapa hazırlayır və inanırıq ki, bu kitab onun
yeni poetik uğurlarını əks
etdirəcək...
VAQİF YUSİFLİ,
filologiya elmləri doktoru
ədalət.-2014.-9 aprel.-S.6.