Uğurlar, perspektivlər, qayğılar...

Ötən il Saatlı rayonunda nailiyyətlər daha çox olub

 

1 yanvar 2004-cü il tarixə 100201 nəfər əhalisi olan Saatlı rayonunda Elsevər Xanlar oğlu Quliyevin ailəsində yüz mininci sakin dünyaya gəlmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən ailəyə xüsusi qayğı göstərilmiş ailə nəzarətə götürülmüşdür.

Bu başlanğıc yazı üçün elə-belə seçilməmişdir. Çünki ötən il Saatlıda doğrudan önəmli hadisələr, quruculuq-abadlıq işləri silsilə formasında davam etdirilmişdir. Heydər Əliyev prospektinin, başqa küçə meydanların abadlaşdırılması sahəsində işlər dayandırılmamışdır. Şəhərin mərkəzində yerləşən yaşayış binalarında təmir işləri aparılmışdır. "Saatlı rayonunda Olimpiya İdman Kompleksinin, Gənclər Mərkəzinin tikintisi haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 may 2011-ci il tarixli Sərəncamına uyğun olaraq Olimpiya İdman Kompleksi tikilmişdir. 4 hektar ərazisi olan kompleksdə idmançılar üçün hər cür şərait yaradılmış, hazırda layihənin nəzərdə tutulan bir sıra işlərinin icrası davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin "Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 16 iyul 2013-cü il tarixli Sərəncamına əsasən 44 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən, 21 kilometr uzunluğu olan Qarayevkənd-Smadakənd yerli əhəmiyyətli avtomobil yolunun tikintisi aparılmışdır. Ümumilikdə bu yolun Hacıqabul-Bəhrəmtəpə magistral avtomobil yoluna qədər olan məsafəsi 23,2 kilometrdir ki, bundan da 21 kilometri Saatlı rayonunun, 2,2 kilometri isə Sabirabad rayonunun ərazisidir. Yolun rayon ərazisinə düşən 11 kilometri Sabirabad rayonu ərazisinə düşən 2,2 kilometri tikilərək ötən il istifadəyə verilmişdir. Avtomobil yolunun Qarayevkənd ərazisindəki giriş hissəsində Ulu Öndərin sözləri yazılmaqla böyük ölçüdə portreti qurulmuş, yaşayış məntəqəsinin adı yazılmış postament tikilmiş, həmin ərazidə abadlıq yaşıllaşdırma işləri aparılaraq dekorativ ağaclar, gül kolları əkilmişdir.

Saatlı şəhərində təqdirəlayiq işlərdən biri şəhidlərin barelyeflərini əks etdirən "Şəhidlər" abidəsinin "31 Mart - Azərbaycanlıların Soyqırımı" abidəsinin ərazisini birləşdirməklə 2 hektar sahədə Bayraq Meydanı Kompleksinin yaradılması olmuşdur. Kompleksin ərazisində Bayraq qülləsi ucaldılmış, Bayraq Muzeyi tikilmiş, tarixi müasirliyi özündə əks etdirən, dövlət atributlarını tərənnüm edən ümumi kompazisiya şəklində tikinti-abadlıq işləri görülmüş, yaşıllaşdırma işləri aparılmış, gəzinti istirahət yerləri yaradılmışdır. Abadlıq ekoloji tədbirlər seriyasından Saatlı şəhəri ərazisində yerləşən gölməçənin qurudulması ilə əlaqədar aparılan işlər indi davam etdirilir. Rayonda ənənəvi iməcilik davam etdirilməklə il ərzində 50 min ədədə yaxın ağac əkilmişdir.

 

Kənd təsərrüfatı rayonun

əsas iqtisadiyyatıdır

 

Saatlı rayonunda kənd təsərrüfatının danılmaz yeri vardır. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Ölkə Prezidentinin 23 yanvar 2007-ci il tarixli Sərəncamı ilə istehsalçılara maliyyə yardımı verilməsi kimi mühüm dövlət tədbiri kənd təsərrüfatının inkişafında xüsusi mərhələnin əsasını qoymuşdur. Dövlət başçısının "Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında" 2013-cü il 25 dekabr tarixli, "Kənd təsərrüfatı ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2014-cü il 16 yanvar tarixli sərəncamları iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən Saatlı rayonunda yüksək məhsul əldə olunmasında öz sözünü deyəcək.

Ötən il ərzində əkin sahələri və çoxillik əkmələrin becərilməsində istifadə edilmiş yanacaqmotor yağlarına görə məhsul istehsalçılarına vaxtlı-vaxtında maliyyə yardımları verilmiş, həmçinin mineral gübrələrin 50 faiz güzəştli qiymətlərlə vətəndaşlara satılması təmin edilmiş, toxumçuluqla məşğul olan təsərrüfat subyektlərinə dövlət tərəfindən subsidiyalar ödənmişdir. Qeyd etmək lazımdır ki, təkcə toxumçuluğa görə verilən subsidiya əvvəlki illə müqayisədə 52,5 faiz çox olmuşdur.

Kənd təsərrüfatının inkişafında Saatlıdakı sahibkarların rolu da az olmamışdır. Ötən il sahibkarlığın inkişafına daha böyük meydan verilmişdir. İş yerlərinin açılmasına xüsusi fikir verilmiş, yerli ehtiyatlar nəzərə alınmaqla adamları və sahibkarların cəlb olunması ilə qeyri-dövlət sektoruna hərtərəfli şərait yaradılmışdır. Əhalinin işgüzar fəallığının artırılması məqsədi ilə Aran İqtisadi rayonu üzrə 07 noyabr 2013-cü il tarixdə Saatlı rayonunun Kamallı kəndində sahibkarlığın inkişafına dövlət dəstəyi mövzusunda seminar keçirilmişdir. Müşavirədə 74 nəfər fermersahibkar iştirak etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2013-cü ildə Saatlı rayonunda 118 yeni yerinin yaradılması üçün 98 subyektə 704,3 min manat güzəştli kreditlər vermişdir. Hazırda rayonda 602 hüquqi, 3795 fiziki şəxs kiçikorta sahibkarlıqla məşğul olurlar. 2013-cü ildə rayonda 760 yeni yeri yaradılmışdır ki, bundan da 430-u daimi yerləridir. Ümumilikdə isə son 10 il ərzində Saatlı rayonunda 23625 yeni yeri yaradılmışdır ki, bununda 15905-i daimi yeridir.

2013-cü ilin məhsulu üçün 2012-ci ilin payızında 23902 hektar sahədə taxıl əkilmişdir. Ümumilikdə biçilmiş 23902 hektar taxıl sahəsindən 95676 ton məhsul əldə olunmuşdur ki, bu da hər hektardan 40 sentner məhsul deməkdir. Əvvəlki illərdə olduğu kimi ötən ildə də heyvandarlıqquşçuluq sahəsində işlər rentabelli aparılmaqla ət, süd, yumurta istehsalı çoxalmış, mal-qaranın baş sayı xeyli artmışdır.

 

(Ardı var)

 

Səxavət Məmmədli.

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

Ədalət.-2014.-10 aprel.-S.7.