Cəlal Əliyev mükafata
layiq görüldü
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa təşviq etmək, eləcə də Azərbaycanın bir sıra görkəmli alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirmək məqsədilə "Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatlarının təsis edilməsi haqqında” qərar qəbul edib.
Həmin qərara uyğun olaraq Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 7 alim AMEA-nın görkəmli alim və mütəfəkkirlərin adına təsis edilmiş mükafatları ilə təltif olunub.
Adalet.az
modern.az-a istinadən mükafatları təqdim
edir:
-akademik Çingiz Qacarbiratomlu spirtlərin və törəmələrinin
trans- və qoş-konformerlərinin
fırlanma spektrlərinin
identifikasiya edilməsi
sahəsindəki fundamental tədqiqatları
və mühüm nailiyyətlərinə görə
AMEA-nın Nəsirəddin
Tusi adına
mükafatı ilə;
-akademik Ömər EldarovAzərbaycan mədəniyyətinin
və monumental heykəltəraşlıq
sənətinin inkişafındakı
xidmətlərinə görə
AMEA-nın akademik Üzeyir Hacıbəyli adına mükafatı
ilə;
-akademik Cəlal ƏliyevAzərbaycanda kənd
təsərrüfatı bitkilərinin
fiziki-kimyəvi biologiyası
sahəsində fundamental tədqiqatları
və əldə etdiyi nailiyyətlərinə
görə AMEA-nın
Həsən bəy Zərdabi adına
mükafatı ilə;
-akademik Məhərrəm Məmmədyarovxüsusi texnika
üçün vacib
olan sintetik yağların yaradılması
və kimya sahəsində əldə
etdiyi nailiyyətlərə
görə AMEA-nın
akademik Yusif Məmmədəliyev adına mükafatı
ilə;
-akademik Böyükkişi
AğayevAzərbaycanda səhiyyənin
və tibb elminin fundamental və tətbiqi sahələrinin
inkişafındakı çoxillik
xidmətlərinə və
əldə etdiyi nailiyyətlərə görə
AMEA-nın akademik Mirəsədulla Mirqasımov
adına mükafatı ilə;
-AMEA-nın müxbir
üzvü İradə
Hüseynovakənd təsərrüfatı
sahəsində fundamental tədqiqatları
və əldə etdiyi nailiyyətlərinə
görə AMEA-nın
Həsən bəy Zərdabi adına mükafatı ilə;
-geologiya-mineralogoya elmləri doktoru, professor Fərid DadaşovAzərbaycan
geologiya elmi sahəsində yüksəkixtisaslı
kadrların hazırlanmasındakı
mühüm xidmətlərinə
görə AMEA-nın
akademik Musa Əliyev adına mükafatı ilə təltif olunublar.
Alimlərə mükafatlar AMEA-nın aprelin 18-də keçiriləcək
illik Ümumi yığıncağında təqdim
olunacaq.
Ədalət.-2014.-10
aprel.-S.2.