Keçdiyim yolları salamlayıram
Mənim arzularım
Sübh şehi ulduz tək qondu çiynimə,
Çiskinli havadan canım nəm çəkdi,
Gedim pencəyimi geyim əynimə,
Soyuq dəyməsə
də, göz dəyəcəkdir.
Dağların xəyalı dərindən
dərin,
Bulud az qalır
ki günəşi uda,
Sevincdən çiçəyi çırtlayır
yerin,
Amma qaçmır
göyün dodaqları
da.
Quşlar
salamlayır gələn
baharı,
Yaz qışın izini torpaqdan silir,
Yayılır bənövşə pıçıltıları,
Torpağın dilindən ətir səpilir.
Bu gözəl bu gecə yuxuma girsə,
Bəxtimin günəşi nur
saçmalıdır,
İydə ağacları çiçəkləyirsə,
Mənim arzularım gül açmalıdır.
Qoy köçüm qəlbinə
Mələksən, qanadsız doğulduğundan
Göydə qalammırsan, yerə
düşürsən,
Sənin
məhəbbətin dəryada
tufan,
Heyf, qayığımdan yan ötüşürsən,
Hələ loğmanların kəşf
etmədiyi
Ən şirin məlhəmsən,
can dərmanısan,
Heç
zaman, heç yerdə çəkməzdim
çiyin,
Kəsildiyim həyat imtahanısan.
Vüsalın ölünü dirildə
bilər,
Həsrətin dirini öldürən
kimi,
Dərdi
göz yaşınla yu, qəlbimə sər,
Onda duyacaqsan
nə çəkdiyimi.
Sevgisiz həyatın nə mənası var,
Sənə can verərəm, mənə
can desən,
Sənsiz
cənnətdə də
tutmaram qərar,
Gələrəm arxanca, haracan desən.
Yaman yanıqlıyam intizarından,
Daha dərd çəkməyə
qalmayıb gücüm,
Bezmişəm dünyanın əzablarından,
Qoy köçüm
qəlbinə yaşamaq
üçün.
Sənə bel bağladım
Sənə bel bağladım,
belimi qırdın,
Heyf, bəslədiyim ümidə
heyf,
Bizi birləşdirən hər
nə ki vardır,
Batacaq bu sərsəm gəmidə,
heyf.
Durub ağlayımmı, mən
zülm-zülm,
Yanında bircə yol gülmədim sənin,
Nəğməni oxuya bilsəm də, gülüm,
Qəlbini oxuya bilmədim sənin.
"Tabla" qısmətimi,
"döz" taleyimi,
Sönüb nurlandıran zəif
şam, demə,
Mən öz yığvalımı,
öz taleyimi,
Sıfır məkanında qurmuşam,
demə.
Sübut
et, arxadan vurmadığını,
Kölgə tək günorta
yox olmalıydım,
Sözünün üstündə durmadığını,
Gözünün içindən oxumalıydım.
...Sənə bel bağladım, belimi qırdın,
Heyf, bəslədiyim ümidə
heyf,
Bizi birləşdirən hər
nə ki vardır,
Batacaq bu sərsəm gəmidə,
heyf.
Bir gün işləmədi
televiziya
Bir gün işləmədi televiziya,
Ekranın qaralan közünü
gördük,
Min il ayrı
düşmüş adamlar
kimi
Biri-birimizin üzünü gördük.
Bir gün işləmədi televiziya,
Biz elə bildik ki, ömür-gün bitdi,
Efir birdən-birə elə boşaldı,
Ağızdan çıxanı qulaq eşitdi.
Bir gün işləmədi televiziya,
Yox oldu hədəfi qəzəbimizin,
Ünsiyyət telləri möhkəmləndikcə
Boşaldı qaytanı əsəbimizin.
Bir gün işləmədi televiziya,
Ekranın üzünə baxan
olmadı,
Pultun, nəhayət ki, gözləri güldü,
Kanal savaşına
çıxan olmadı.
Bir gün işləmədi televiziya,
Andıq
məhəbbətlə yaxını,
yadı,
Döndü məcrasına mehribançılıq,
Ekran qaralsa da, qan qaralmadı.
Biz də qoşulmuşduq mübahisəyə,
Qeyb oldu efirlə söz savaşımız,
Bir gün işləmədi televiziya,
İşlək vəziyyətə gəldi
başımız.
Gecə
də, gündüz də sönmək bilməyən
Ekranda gəzirdik biz dünyamızı,
Bir gün işləmədi televiziya,
Bax onda kəşf etdik öz dünyamızı.
Tikanlar
Bir vaxt ayaqyalın gəzərdim elə,
Yer məni özünə çəkər, əyərdi,
Tikanlar dizimə batmağı ilə
Mənə yurd sevgisi peyvəndləyərdi.
Telimi darayan yaz nəsimiydi,
Unuda bilmərəm o çağlarımı,
Yurdun tikanı da ipək kimiydi,
Deşsə, ağrıtmazdı ayaqlarımı.
İnsanlar məhv olar söz zəhərindən,
"İlanlar" özünə
yığılmaz yenə,
Kirpi sayaqların iynələrindən
Qorunmaq öyrədər
tikanlar mənə.
Vətəni sevən də,
sevməyən də var,
Bu torpaq yadları köksündən silər,
Mənim
ayağıma batan tikanlar
Düşmənin gözünə sancıla
bilər.
Kəmfürsət, özünü bəxtiyar
sanma,
Mənim
öz sevincim, öz fərəhim var,
Dünən ayağıma batırdı,
amma
Bu gün ürəyimdən
çıxır tikanlar.
Keçdiyim yolları salamlayıram
Durub seyr edirəm sərt dolayları,
Düşünmə, ömrümü
tamamlayıram,
Boylanıb yoxuşdan enişə
sarı
Keçdiyim yolları salamlayıram.
Çoxları çox yerdə
gömür yolumu,
Var olan görürəm yenə bu yolu,
Özüm seçməmişəm ömür yolumu,
Allah bağışlayıb mənə bu yolu.
Mən hələ səmtimi itirməmişəm,
Səbri
ilahidən bol istəyirəm,
Ömür dastanımı bitirməmişəm,
Yollardan
bir az
da yol istəyirəm.
Yaxınmı, uzaqmı - bura
çatmışam,
Gah yağış isladıb,
gah döyüb dolu,
Tanrı uzatdıqca mən qısaltmışam
Beşikdən məzara yönələn yolu.
Həyat yollarında yanıb sönmüşəm,
Çəkilib tarıma qəlbimin simi,
Bəzən də olub ki, geri dönmüşəm
Nəyisə unutmuş yolçular kimi.
Dağlardan saçıma köç eyləyir qar,
Bir olan ürəyin min dərdi vardır,
Azalır
Tanrıya yüksələn
yollar,
Şeytana alçalan cığırlar
artır.
Yollar kəsişdikcə yol kəsir ağrı,
Hər səyyah bir sayaq yolçuluq edir,
Adam var, zülmətdən işığa doğru,
Adam var, işıqdan
zülmətə gedir.
Qəlbin
istiliyi atəşdən
deyil,
Yolun hər qarışı öpülməlidir,
Yolçunun yoluna günəşdən
deyil,
Şəfəqlər üzündən səpilməlidir.
Yolçunun müqəddəs savaşınadək,
Nə varsa, hər şeyə həyat qol çəkir,
Ömrün bu başından
o başınadək
Özüm yol gedirəm, gözüm yol çəkir.
Yolumu kəsəni yıxa biləydim,
İrəli şığımaq qəbahətdimi,
Yolun axırına çıxa
biləydim,
Fələk axırıma çıxana
kimi.
Mirdamət
ƏZİZ
Ədalət.-2014.-11 aprel.-S.7.