ƏNƏNƏLƏR MƏDƏNİYYƏTİN MODERNLƏŞMƏSİNƏ TƏMİNAT YARADIR

 

Sosial-iqtisadi inkişafın ölkənin bütün bölgələrini əhatə etməsi, insanların rifah halının yüksəlməsi digər istiqamətlərə işıq salmışdır. Dövlət Proqramlarında qarşıya qoyulan vəzifələr, artıq hansısa bir binanın cari təmiri ya hansısa bir yola yüngül bir asfalt döşənməsi kimi bəsit məsələləri gündəmə gətirmir.

Bu tərəqqi, bu yüksəliş Azərbaycan Respublikasının adi vətəndaşından tutmuş, onun rəhbərinə kimi sevinc qürur bəxş edir. Ölkə prezidenti İlham Əliyev regionlara səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşlərində ən sadə adamlarla bu sevinci bölüşür, Azərbaycan Respublikasının gələcəyinin daha gözəl olacağına inandığını bildirir. Bu mənada vaxt Göyçay rayonundan da söz düşəndə söhbətin hansı mövzu üzərində qurulmasından asılı olmayaraq, bu rayonun özünəməxsus mədəni həyatı mütləq xatırlanır. Öz tikililəri təbii gözəllikləri ilə göz oxşayan yaraşıqlı Göyçay şəhəri onun bir çox kəndləri aranın dağ ətəkləri ilə qovuşan bir təmtəraqdı.

 

İnkişaf bütün sahələrin uğurlarına yol açır

 

Son illər Göyçayın bütün istiqamətlərində nəzərəçarpacaq inkişaf diqqəti cəlb etməkdədir. Rayon rəhbərliyinin ciddi səyi nəticəsində Prezidentin tarixi fərmanları hər yerdə olduğu kimi, Göyçayın həm gündəlik, həm perspektiv həyatında mümkün rol oynayır. Abadlıq müasirləşmə, bir-birinin ardınca istifadəyə verilən irili-xırdalı obyektlərin timsalında yeni yerlərinin açılması, müxtəlif sahələrdə irəliləyişlər əhalini daha böyük uğurlara ruhlandırır.

Paralel olaraq digər sahələrin - təhsil, səhiyyə, mədəniyyət başqa strukturların inkişafını da xüsusi vurğulamaq lazımdır. Məsələn, rayon mədəniyyət turizm şöbəsinin son illərdəki fəaliyyəti sevinc doğurur. Şübhəsiz bu uğurların reallaşmasında şöbəyə rəhbərlik edən Sahib Şükürovun zəhməti danılmazdır. Bacarıqlı mütəxəssisin əzmkar fəaliyyəti nümunə göstərilir. Məhz bu səbəbdəndir ki, rayonu əhatə edən böyük bir mədəniyyət turizm şəbəkəsi mərkəzdən tutmuş ucqarlaradək sakinlərin qəlbən ruhən qaynayıb-qarışdığı, üz tutduğu, içində yaşadığı sevimli bir dünyasıdır.

 

Prezident sərəncamları diqqətlə öyrənilib həyata keçirilir

 

3 noyabr 2013-cü il tarixdə Göyçay İnkişaf Mərkəzi İctimai Birliyinin Gəncələr Fondu "Baku Languages and Busness School"un dəstəyi ilə birlikdə "Gəncliyi gələcəyimiz üçün quraq!" layihəsi çərçivəsində "Kitab müzakirə klubu" vasitəsilə "Elm öyrənək - gəncliyimizi quraq" adlı geniş məktəbli auditoriyası ilə tədbir keçirilmişdir.

Həmçinin rayonda uşaq gənclərə milli-mənəvi tərbiyə vermək, onların inkişafına yaxından kömək etmək, bilik bacarıqlarını artırmaq məqsədi maraqlı müsabiqələr əyləncəli oyunlar təşkil edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24.06.2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Prqramı"nın icrasının həyata keçirilməsi məqsədi ilə rayon Mədəniyyət və Turizm şöbəsi narkomanlığın cəmiyyətə ziyanı, sağlamlığa mənfi təsiri ilə bağlı mövzularda mülahizələr təşkil etmiş, "Sağlam gənclik uğrunda" devizi altında rayon gəncləri arasında idman növləri üzrə əyləncəli yarışlar təşkil etmişdir. Rayon polis şöbəsinin sahə müvəkilləri və səhiyyə şöbəsinin əməkdaşları ilə birlikdə mədəniyyət evləri və klublarda gənclərlə görüşlər keçirilmiş, bu mövzuda mühazirələr təşkil edilmişdir.

"Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq rayon Mədəniyyət və Turizm şöbəsi tabeliyində olan müəssisələri kompüter avadanlıqları ilə təmin etmiş və onların internet saytlarının yaradılması istiqamətində bir sıra işlər görmüşdür. Belə ki, Heydər Əliyev Mərkəzində, rayon Mərkəzi kitabxanasında və Mədəniyyət və Turizm şöbəsində interent saytları yaradılmışdır.

 

Musiqi məktəbinin uğurları

 

Uşaq Musiqi Məktəbinin xor kollektivi 2013-cü ildə Bərdə şəhərində Respublika Uşaq xor kollektivlərinin Respublika baxış müsabiqəsində müvəffəqiyyətlə çıxış etmiş və münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

Musiqi məktəbinin tələbəsi Səmədova Lalə Laçın qızı IV Beynəlxalq Uşaq Muğam Festivalının laureatı olmuş, Qran-pri və təşkilatçılar tərəfindən 600 manat pulla mükafatlandırılmışdır.

2013-cü ilin may ayında Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə fortopiano üzrə Ümumrespublika müsabiqəsində uşaq musiqi məktəbinin şagirdlərindən 2 şagird diplom, 4 şagird fəxri-fərman, 3 şagird isə tərifnamə ilə təltif edilmişdir.

Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Azərbaycan mədəniyyəti" mövzusunda bilik müsabiqəsində Uşaq Musiqi Məktəbinin şagirdləri iştirak etmiş və mükafatlandırılmışdırlar.

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-12 aprel.-S.19.