QISA DEYİM, UZUN DƏRDİ
Poeziyamızın
Məcnun şairinə bir ismarış
Yaxın günlərin söhbətidi. Bilgisayarda yazı
diktə edirdim. Qulağıma tanış
bir səs gəldi. Hiss etdim ki, məni soruşur.
Yerimdən qalxıb dəhlizə
çıxmaq istəyəndə
özü otağa daxil oldu. Üz-gözündə həmişə nur gəzdirən, çöhrəsi həmişə
işığa bələnmiş
olan Məcnun Göyçəliylə görüşdüm,
hal-xoş etdik. Və onun artıq
iç dünyasını
yaxşı öyrəndiyimdən
gəlişinin mütləq
bir səbəbi olduğunu anladım. Ona görə də nə deyəcəyimi gözləyə-gözləyə qoluna girdim. Yenidən mənim otağıma döndük. Çantasını
açdı və...
Məcnun Göyçəlinin yaradıcılığı
ilə lap çoxdan tanışam, kitablarını
oxumuşam, barəsində
ədəbiyyat adamlarının,
söz bilicilərinin
fikirlərini dinləmişəm. Hər dəfə
də eşitdiyim bir söz elə
bil ki, mənim
üçün təzələnib.
Onu mütaliə edənlər
vurğulayıblar ki,
Məcnun Göyçəli
dərdi üyüdən,
dərdi ürəyində
yaşada-yaşada həm
də ona nəfəs verən şairlərimizdən biridi.
Elə bil ki, o hər
bir şeiri ilə, hər bir misrası ilə yaşadığı
dərdin təkcə
tərənnnümçüsü yox, həm də
onun əlindən tutub özü ilə gəzdirən bir valideynə çevrilir. Sanki o dərdləri gəzmək
üçün doğulub.
Özü də elə-belə
başmaqseyri yox, onunla fikirlərini, ürəyini bölüş-bölüşə,
onunla qol-qola, onunla son mənzilə qədər.
İndi stolun üstündəki kitabı gözdən keçirib bir kənara qoyandan sonra məhz Məcnun Göyçəlinin
dərdlərini gözümün
qarşısına gətirirəm. O dərdlər
mənə çox doğmadır. Çünki mən də
o dərdlərin içindən
keçmişəm, mən
də onun əlinin suyunu dadmışam, mən də onun şirəsinə
bələnmişəm və
nəhayət, mən
də həmin dərdlərin həm həmsöhbətiyəm, həm
yaşayanı, həm
də yaşadanı.
Ona görə də üz-üzə dayandığım
Göyçə dərdi,
Zəngəzur dərdi,
Qarabağ dərdi, Təbriz dərdi, Dərbənd dərdi üzümə gülümsəyir.
Və mən də gözlərimi onların gözlərindən qaçırıb
yerə, ayağımın
ucuna baxıram. Sanki o dərdlər də yerə baxırlar. Və
hiss edirəm ki, mənə gülümsəyən
o dərdlər "yerə
baxmaq yox, yerimək lazımdır. Çünki bizi yerimizdən
tərpətmək üçün,
bizə qovuşmaq üçün siz yeriməlisizin, biz gələsi
deyilik!"
Doğrudan da dərdlərimizin nə ayağı yoxdu, nə də ayaqqabısı. Onların sorağına,
onların xilasına
biz getməliyik. Özü də
tək-tək yox, ellikcə. Bu gün isə biz hələ dərdlərimizlə
danışırıq. Bütün qələm adamları kimi Məcnun Göyçəli
də dərdləri ilə danışır və bildirir ki:
Papaq başımdan uçdu,
Fikrim ərzi dəlirdi;
Kişilər hay-küyündən,
Arvad səsi gəlirdi!
Bəli, doğrudan da elə bir dövr
var idi ki,
qadınlarımız daha
çox önə çıxmışdı. Bizlərə namusun, qeyrətin xilası üçün
nümunə olmaq yolunu göstərirdilər.
Biz isə kürsü
davası edirdik, vəzifə tutmağa çalışırdıq. Bax, həmin o çığır-bağırımızda,
hay-küyümüzdə səsimiz
də kəsərdən
düşmüşdü, cırraşmışdı. Az qala davakar qadınların səsinə çevrilmişdi.
Bunu da Məcnun
Göyçəli öz
poetik fikrinin qanadlarında oxucuya çatdırır və
əlavə edir ki:
Əsrin
məngənəsində,
Birər-birər əyildik.
Torpaq bəhrə, bar dedi,
Biz yemədik - yeyildik!
Əlimdəki kitab Məcnun Göyçəlinin seçilmiş
əsərlərinin birinci
cildidi. Kitab şairin bir
təmənnasız xeyriyyəçi
dostunun yardımı ilə işıq üzü görüb.
Çox
nəfis şəkildə
çap olunmuş kitaba günümüzün
dəyərli tənqidçilərindən
Əsəd Cahangir ön söz yazıb. Əsəd müəllim öz
fikirlərini Məcnun
Göyçəlinin misralarının
fonunda şərh edərkən vurğulayr ki, şair dostumuz
kifayət qədər
söz ehtiyatı olan. sözü
hər şeydən uca tutan və
sözə ömür
verməyi bacaran yazarlarımızdandı. O, təkcə
Göyçənin deyil,
eləcə də itirdiyimiz bütün torpaqdarın sevigisini qazana bilən və buna haqqı
olan, vətən sevgisini bayraq edən bir şairdi.
Təbii ki, bu təqdimat
özü-özlüyündə şairin böyük söz dünyasının
qatlarını oxucunun
üzünə açır. Və həmin
qatların hər birində Məcnun Göyçəlinin orijinallığı
ilə qarşılaşmaq
bir normaya çevrilir. Məsələn:
Qəfəs köhnə qəfəsdir,
Hünər burda əbəsdir!
Millət
ölürəm, - deyir
Deyirlər, bu nə səsdir?! -
Allahım, hoy de, hoy de!
Və yaxud:
Mənası nə əkməyin,
Bazar-bazar
çəkməyin!
Qaraltıya üz tutub,
Kişi
adı çəkməyin
Söz əsgərin olmasa!
Yəqin ki, oxucu təqdim
etdiyim nümunələrdə
söhbətin nədən
getdiyini anladı və elə həmin anlayışla da başqa bir
nümunəyə üz
tuturam.
Sözü dilini kəssə,
Xəncəri qından çıxar!
Öz soyuna köklənib
Qeyrəti candan çıxar!
Bu misralar türkə,
türk oğluna, onun təqdimat və tərənnümünə
həsr olunub. İndi oxuyacağım
misralar isə türk gözəli üçündü.
Ay bu elin el gözəli,
Eldə qurban olum sənə.
Qollarımı kəmər eylə,
Belə qurban olum sənə.
Həm türk
oğlunu, həm türk gözəlini vəsf edən şair bu oxşar,
həm də fərqli şeirlərdə
əsas məqsəd kimi türkün dəyanətini, görkəmini,
şəxsiyyətini, sevgi
və nifrətini önə çəkib. O təkcə
türk oğlunun xarici görünüşünü
deyil, türk gözəlinin boy-buxununu deyil, həm də onların iç dünyalarını
bir növ işıqlandırmağa çalışıb.
Və göstərməyə
çalışıb ki,
bu cür iç dünyaya malik olan millət
işğalla barışa
bilməz. Bu cür iç dünyası olan millətin torpağı əsirlik yaşaya bilməz. Mütləq
silaha sarılmalı,
mütləq qisas üçün meydana atılmalıyıq.
Məcnun Göyçəlinin seçilmiş əsərlərinin birinci cildi bir neçə hissədən ibarətdir. Burada şairin ayrı-ayrı illərdə yazdığı şeirlər, rübailər, eləcə də poemalar toplanmışdı. Bütövlükdə bir ürəyin pıçıltısı olan bu kitab mənim zənnimcə, Göyçə dərdimizə, onun məcnun olan Məcnun Göyçəlinin söz abidəsidi. Necə deyərlər, uğurlu olsun!
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-15 aprel.-S.7.