Təbiət ilhama
çağırır məni
Ağdamın yaz günləri
Hər dəfə
üzü
Qarabağa səfər edəndə
şair dili ilə desək, könlüm qübar eləyir və
bu da səbəbsiz deyil.
Çünki insan yaşa dolduqca onun həmsöhbəti daha çox xatirələri və bir də ömrünə
iz salmış müəyyən anlar olub. Bax, bu mənada Bakıdan üzü Qarabağa uzanan yolun demək
olar ki, mahiyyəti mənim üçün indi bir az da dəyişib. Yəni artıq ötən illərdən
fərqli olaraq ölkənin baş yolunda qoyulmuş nişanlar üzərində
Qarabağın da, konkret desəm, Ağdamın, Xankəndinin,
Şuşanın, Laçının,
Qubadlının, Füzulinin,
Zəngilanın, Kəlbəcərin,
Xocalının, Xocavəndin,
Cəbrayılın adları
da iri hərflərlə
yazılıb, məsafələri
göstərilibdi. Zənnimcə, göz yaddaşımı
və onun sayəsində də bütövlükdə yaddaşımızı
oyaq saxlamaq üçün bu çox düzgün bir addımdı. Bu işi gerçəkləşdirənlər
gec də olsa bu yollardan
ötüb gedənlərə
işğal altında
olan torpaqlarımızın
bizdən nə qədər uzaqda olduğunu və onun üçün günün birində döyüşməli olacağımızı
yəqin ki, düşünür və
yaxud da düşünməyə məcbur
olur.
Bəli, həmin gün də Ağdama gedirdik. Bəzən irad tuturlar ki, Ağdam yox, Quzanlı demək, yazmaq lazımdı. Çünki hələlik biz Quzanlıya
gedirik. Amma neyləyim ki,
abadlaşan, demək olar ki, bütünlüklə
görkəmini dəyişmiş
və bir vaxtlar Ağdamın sıradan bir kəndi olan Quzanlı indi əməlli-başlı şəhərə
çevrilib. Lakin onun
bu sürətli inkişafı, bu təmtərağı ona
hələ ki, Ağdamın bütün
özəlliklərini verməyib.
Konkret desəm, Quzanlı müəyyən mənada
o torpaq, kənd ab-havası ilə yaşayır. Ağdam isə
şəhər idi.
Özü də oturuşmuş,
haqqını sübut
etmiş bir şəhər. Təəssüf ki, biz bu gün
ona uzaqdan baxırıq. Ancaq ovcumuzun
içində olan bu məsafə mütləq qət ediləcək və biz ağdamlı günlərə
qayıdıb onu öz ritminə qaytaracağıq. O günə
qədər isə necə deyərlər, yaşamaq. işləmək,
qurub-yaratmaq lazımdı.
Bu gün regionların
inkişafına dair Dövlət Proqramına uyğun olaraq Ağdam rayonu da özünün inkişaf perspetivlərini
günbəgün sürətləndirir
və onun coğrafiyasını genişləndirir. Belə
ki, artıq rayonda ötən il ehtiyata
keçirilmiş planlı
tədbirlər nəticəsində
sakinlərin fasiləsiz
enerji ilə təmin olunması istiqamətində kifayət
qədər diqqəti
çəkən işlər
görülmüş, problemlər
ortadan qaldırılmışdı.
Məhz həmin işlərin nəticəsində rayonun
demək olar ki, bütün ərazisini əhatə edən transformatorların
quraşdırılması, təmir edilməsi, eləcə də yarımstansiyaların istismara
verilməsi düşmənlə
üz-üzə dayanan
bu bölgənin al-əlvan işıqlara qərq olmasına kömək etmişdi.
Rayon icra hakimiyyəti
başçısının yaxından iştirakı və köməyi ilə arıtq rayonda kifayət qədər böyük tutumlu transformatorlardan istifadə olunub.
Elektrik enerjisi ilə yanaşı, rayonun qazlaşdırılması
istiqamətində də
xeyli işlər görülüb. Artıq 16 km uzunluğunda Quzanlı-Baharlı yeni qaz xəttinin istismara verilməsi həmin yol üzərində olan Əfətli, Qaradağlı,
Zəngişalı, Çəmənli
inzibati dairələrində
də qaz təminatını xeyli yaxşılaşdırmışdı.
Ümumiyyətlə, sakinlərin
qazla təminatı, abonentlərin istehlak olunmuş enerji, qaz, su pullarının
vaxtında ödənilməsi
kimi hallar da rayonda birbaşa
icra hakimiyyəti başçısının şəxsi
nəzarəti ilə
davamlı olaraq həyata keçirilir və prosesin uğurlu nəticələri
rayonun nüfuzunu bir az da artırır. Bir məsələni də xatırlatmaq lazımdır
ki, bu gün
Ağdam rayonu ərazisində yol tikintisi istiqamətində
də uğurlu işlər görülür.
Yəni rayonun 46 saylı Yol-istismarı idarəsi respublika əhəmiyyətli yolun
34 kilometrini, eləcə
də, yerli əhəmiyyətli yolların
97 kilometrini yüksək
keyfiyyətlə təmir-bərpa
etmişdi. Ümumiyyətlə Ağdamda həyat
əhəmiyyətli sahələrin
əvvəldə xatırlatdığımız
kimi, işıq, qaz, su, yol
sahələri ilə
yanaşı, telekommunikasiya
istiqamətində də
xeyli işlər görülüb. Rəqəmlərə
müraciət etsək,
onda bəlli olar ki, Ağdam
Telekommunikasiya Qovşağı
ötən il İkinci Dördyol qəsəbəsində 128 nömrəlik,
Bənövşələr qəsəbəsində 144 nömrəlik,
Əfətli kəndində
86, Çəmənli kəndində
77, Birinci Dördyol qəsəbəsində 288, Qaradağlı
kəndində 336, bütövlükdə
rayon üzrə EATS gücü
3100 nömrəyə çatdırılmışdı.
Bunlardan da 2534 ədəd artıq tam gücü ilə istismar olunur.
Döyüş bölgəsində yerləşən
Ağdamda həyat səviyyəsinin durmadan yüksəlməsinin göstəricilərindən
biri də təbii ki, elmi-texniki tərəqqinin
son nailiyyətlərinin burada
da istifadə olunması və burada da həyatın
bir parçasına çevrilməsidir. Belə ki, artıq
Ağdamda 300 portluq geniş zolaqlı internet şəbəkəsi istifadəyə
verilmiş və hazırda burada internetin sayı artaraq 688-ə çatdırılmışdı.
Sevindirici haldır ki,
həmin mövcud internetin 615 ədədi demək olar ki, tam gücü ilə istismardadı.
Bu da rayonun
kompüterləşdirilməsi, internet şəbəkəsinin genişləndirilməsi
istiqamətində görülən
işlərin qısa
bir mənzərəsidi.
Gənc nəslin internetə, kompüterə olan marağını təmin
etmək və düzgün istiqamətə
yönəltmək üçün
lazım olan bütün tədbirlər
Ağdamda da gerçəkləşdirilib və
bunun da nəticəsində bu döyüş bölgəsinin
bütöv Azərbaycan
internet-kompüter məkanında
öz yerini genişləndirməsinə imkan
verir.
Rayon sakinlərinin istər
poçt xidməti sayəsində, istər içməli və suvarma sularına olan tələbatı
rayon rəhbərliyinin diqqət
mərkəzindədi. Ötən
ilin yekunlarına dair keçirilən hesabat yığıncağında
rayon icra hakimiyyətinin
başçısı Nizami
Sadıqov vurğulamışdı
ki, bu gün
Ağdam poçt filialı cair ildə proqnozlara 108 faiz əməl etmişdi. Poçt filialında poçt maliyyə xidmətlərinin
həyata keçirilməsi
üçün mərkəzi
poçt şöbəsində
Quzanlı, Qaradağlı,
Xındırıstan, Mahrızlı,
Üçoğlan poçt
şəbəkələrində yeni şəbəkə qurularaq istifadəyə verilmiş və bunun davamı kimi cari ildə
Əfətli və Çəmənli şöbələri
də bütünlüklə
yenidən qurulacaqdı.
O ki, qaldı əhalinin içməli və suvarma sularına olan tələbatı, bu sahədə də işlər ürəkaçandı.
Belə ki, ötən il rayonun su-kanal idarəsi tərəfindən
sakinlərin içməli
suya olan tələbatını ödəmək
üçün 14918 metr,
o cümlədən Birinci
Dördyol qəsəbəsində
2150 metr, İnkinci Dördyol qəsəbəsində
1210 metr, Birinci Quzanlı qəsəbəsində
1076 metr, Bənövşələr
qəsəbəsində 548 metr, Mahrızlı kəndində 7852 metr su xətti çəkilmişdi.
Ümumiyyətlə bütün kənd
və qəsəbələrin
suya olan ehtiyacı müəyyən
qədər ödənilmişdi.
Cari ildə də bu istiqamətdə işlər davam etdirilir.
Bəli,
hələ Ağdamın,
daha doğrusu, Quzanlının giriş qapısına yaxınlaşanda
hiss etdim ki, baharın bu çağında təkcə
torpağın oyanışı
deyil, həm də insanların qurub-yaratmaq əzminin coşqulu bir səviyyədə üzə
gülməsi bizi böyük uğurlara doğru aparır. Mən isə bu kiçik
qeydləri hələ
bir müddət öncə yol dəftərimə yazmışdım.
Və indi o qeydlərin bir qismini sizlərə
təqdim etməklə
Quzanlıdakı mənzərəni
diqqətinizə çatdırmaq
istədim.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-16 aprel.-S.7.