Ağaxan Salmanlı: "Uğurlu aktyor oyununu danmaq günahdır"

 

Haqsız yerə teatrda illərdən bəri fəaliyyət göstərən aktyorlarımızı incilər adlandırmırıq. Bu simvolik ad onların öz peşəkar, ahəngli, dərin emossianal hisslərə söykənən rolları ilə tamaşalarımıza səhnəmizə bəxş etdikləri bəzəkdən qaynaqlanır. Dövlətimiz teatr sənətinə qayğısı yönündə sənətçiləri müxtəlif titullarla dəyərləndirir. Diqqət qayğı yalnız dövlət tərəfindən verilən titullarla deyil, xalqın sevgisi sənətə hörməti fonunda da büruzə verilir. Adalet.az-ın əməkdaşının Xalq artisti Ağaxan Salmanlı ilə söhbətini oxucularımıza təqdim edirik.

- Müasir teatrda nələrdən şikayətçisiniz?

- Şikayətdən başlamaq düz olmazdı. Respublikada 30-a yaxın dövlət teatrı var, əlavə özəl truppalar. Bölgələrdəki teatrlarda yüksək səviyyədə şərait yaradılıb. Bu yaxınlarda Mingəçevir Dram Teatrında oldum. Paytaxt teatrlarından geri qalmayan, nədəsə onları üstələyən şəraiti var onların. Qalır yaratmaq. Burada problemlər olur. Teatr sintetik sənət növüdür, ona görə gənc rejissor, aktyor, rəssam, xoreoqraflara s. yol açmaq lazımdır. Onları teatra cəlb etməyin yollarını tapmaq lazımdır. vaxta qədər gənc istedadlar ruzisini restoranda axtarmalıdır, istər aktyor, rəqqas, müğənni, rəssam, operator, rejissor olsun.

- Gənc aktyor aktrisalarımız özlərini dərəcədə doğruldurlar?

- Gənclərə qarşı heç bir iradım yoxdur. Onlar istedadlıdırlar, intizamlıdırlar, lakin imkan düşdükdə maddi vəziyyətlərini düzəltmək üçün kənara gedirlər, biz onlara imkan daxilində şərait yaradırıq. Teatrlarda bu gün əsasən elə gənclər fəaliyyət göstərir.

- Adi bir tamaşaçı gənc aktyorlarımızın satiranı daha yaxşı oynadığını söyləyə bilər. Onlar ciddi filmlər ya teatr səhnələrində oynaya bilmirlər.

- Mən deməzdim ki, ciddi seriallarda gənclər səviyyəsizdir. Bu fikirlə qəti razılaşmıram. Serial ssenaridən başlayır, keçir rejissora, daha sonra rol bölgüsünə. Rol bölgüsü işin tən yarısı, bəzən daha çox hissəsinin uğuru deməkdir. Əgər rollar düz bölünübsə. Serialın uğur qazanmasından asılı olmadan da elə gənclər var ki, onların oyunu səviyyəlidir. Uğurlu aktyor oyununu danmaq günahdır. Yenə deyirəm, bizim sənət sintetik sənətdir, hər uğursuzluğu aktyorda görmək düzgün deyil. Buna qiyməti ancaq mütəxəssis verə bilər.

- Mədəniyyət İncəsənət Universiteti gənc aktyorların yetişdirilməsində kifayət qədər xidmət göstərirmi?

- Heç şübhəniz olmasın, kifayət qədər yox, ondan da artıq, yüksək səviyyədə öyrədilir, sənətin sirrləri birər-birər açılır, yollar göstərilir, məşğələlərlə vərdişlərə keçir. Lakin universitetdən sonrakı həyat hərənin üzünə bir cür gülürsə, ona universitet neyləsin. Mən öz tələbələrimə həyatda da dəstək olmağa çalışıram. Səhnədə, çəkilişlərdə imkan yaranan kimi özlərini sınaqdan keçirməyə sövq edirəm.

-Bildiyimizə görə siz həmin ali məktəbin bir vaxtlar pedaqoji kollektivində olmusunuz hətta bir müsahibənizdən öyrəndim ki, yenidən gənc aktyorlar yetişdirməyə başlamısınız.

- Bəli, çox doğrudur, bir vaxtlar dərs demişəm. Ümumiyyətlə, pedaqoji fəaliyyətə 1971-ci ildən başlamışam. Müxtəlif tədris müəssisələrində aktyorluq sənəti, səhnə danışığı, səhnə texnikası, etika, estetika fənnləri, rejissorluq sənətindən dərs demişəm. İndi "musiqili teatr aktyorufakültəsinin kurs rəhbəriyəm, hələ I kursdayıq, ilk addımlarımızı atırıq. Ümidimiz var ki, gələcəkdə bir çox uğurlara imza atacağıq.

- Tamaşalarımız hazırda kommersiya xarakteri daşıyır. Ciddi əsərləri kiçikmiqyaslı tamaşaçılar üçün göstərirlər.

- Həmişə belə olub, tamaşanın məzmun və forması öz fəlsəfi dəyəri ilə kimi cəlb edirsə, o şəxslər də onun seyrinə gəlir. Kommersiya xarakterli tamaşalar təbii ki, tez anlaşılan, dərk olunan olduğundan, belə tamaşaların seyrçiləri də təbii ki, çox olur, belə tamaşalar uzunömürlü olurlar.

- Vaxtilə Xalq Teatrları fəaliyyət göstərirdi. Həvəskarlar bu teatrlarda formalaşıb daha sonra böyük səhnələrə çıxardılar. İndi Xalq Teatrlarından əsər-əlamət qalmayıb. Ən böyük Xalq Teatrını da söküb yerində bank tikdilər. Yəqin bir aktyor kimi bütün bunlar sizə də ağır gəlir…

- Bəli, vaxtilə belə olub. Özün deyirsən vaxtilə. Zaman keçib, dövran dəyişib, həmin üsuldan bərk yapışıb qalan deyilik ki? Həmin Xalq Teatrlarının böyük xidməti var idi. Aktyorluq sənətinin başlanğıc məkanı kimi dəyərli idi. Oradan ali məktəblərə çoxsayda gənclər gedirdaha da dərindən sənətə yiyələnirdilər. Bu gün üsul dəyişib. Çoxlu sayda və məzmunda müsabiqələr, festivallar və sairələr keçirilir ki, bunlar həmin məqsədə xidmət edirlər. Yəni, gənc istedadlara incəsənətin müxtəlif sahələrində xüsusi diqqət verilir ki, bu tədbirlər əvvəlkindən daha effektli olmalıdır. Bir çox uğurlu nəticələrin də şahidi oluruq. Gənc rejissorlara meydan açılıb. Aktyorlar müxtəlif teatrların səhnələrində oyununu nümayiş etdirə bilir. Məsələn, bu yaxında Migəçevir Dram Teatrında nəvəm Ləman Salmanlıya şərait yaradıldı. "Tıq-tıq xanım” tamaşasının tərtibatını hazırladı və nəticəsi də uğurlu oldu. Bunu 18 yaşlı gənc rəssamın ilk teatr debütü saymaq olar. Belə faktlar çoxdur, aktyorluqda, rejissorluqda, gənc rəssamların işlərinin sərgilənməsində, musiqı sahəsində, hər sahədə. Sadəcə forma dəyişib. Gileyə yer yoxdur. O ki qaldı söküntülərə, inanın ki, söküb, ondan da qat-qat yaxşısını tikirlər. Baxın elə doğma Bakımıza. Hələ bölgələri demirəm. Gəlin nikbin olaq!

 

Rüfət Soltan

Ədalət.-2014.-17 aprel.-S.5.