YENİ TİPLİ ORTA İXTİSAS KADRLARI DÖVRÜN TƏLƏBİDİR

(mövzu əsasında VIII yazı)

 

 (əvvəli ötən sayımızda)

Hal-hazırda tədris ocağının vəzifəsi təkcə tələbələrə bilik vermək, onlara elmlərin, ixtisasların incəliklərini öyrətmək deyil, həm də sərbəst yaradıcı düşüncəyə malik, demokratik dövlətçilik qanunlarını inamla qoruyan, insan hüquqlarının aliliyini yüksək mənəvi dəyər kimi qəbul edən, müstəqil dövlətçiliyimizi, ərazi bütövlüyümüzü, dilimizi bütövlükdə milli-mənəvi dəyərlərimizi daim qoruyub yaşada bilən yeni nəsil, fəal vətəndaşlar yetişdirməkdir. Bu sahə bir an da olsa, diqqətdən kənarda qalmır.

 

GƏNC NƏSLƏ HƏSSASLIQLA YANAŞILIR

 

Bu gün yeniyetmə və gənclərdən ibarət olan tələbə kollektivi özünə həssas münasibət tələb edir. Onları inandırmaq, gələcək həyat yolunun düzgün seçilməsini onlara təqdim etmək hər bir müəllimdən gərgin əmək, dərin bilik, işə yaradıcı münasibət tələb edir. Ona görə də, təhsilin keyfiyyətini yüksəltmək istiqamətində çalışmaqla yanaşı, tərbiyə işinə, tələbələrin milli-mənəvi dəyərlərə yiyələnmələrinə, yüksək mənəviyyatlı insanlar kimi yetişməsinə diqqəti daim artırmaq tələb olunur. Bu məqsədlə kollecdə tez-tez müxtəlif maraqlı tədbirlər, elmi-praktik konfranslar, bilik yarışları, yaradıcılıq müsabiqələri keçirilir. Bunlarla yanaşı, kollecdə idman və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi üçün müxtəlif tədbirlər keçirilmişdir. Belə ki, spartakiadanın proqramına daxil olan oğlanlar arasında voleybol yarışı 2013-cü ilin noyabr ayının 8-dən 16-na kimi keçirilmişbu yarışda 10 komandadan 80 nəfər iştirak etmişdir. Yarış 2 yarımqrupda keçirilmişdir.

2013-cü ilin noyabr ayının 20-dən 30-na kimi isə spartakiada proqramına daxil olan oğlanlar arasında futbol yarışı keçirilmişdir. Yarışda 8 komandadan 110 nəfər iştirak etmişdir. Yarış 2 yarımqrupda keçirilməklə finala 4 komanda çıxmışdır. Finala çıxanlara kollecin direktoru Xəlil Orucov tərəfindən diplom və hədiyyələr verilmişdir. 2013-cü ildə kollecin idmançıları rayonRespublika yarışlarında iştirak etmişdilər ki, bunlar da FT-1 qrupunun tələbələri Məmmədli Əkbər, İbrahimov Fazil, Babayev KamranSüleymanov Təbriz yunan-roma güləşi üzrə yarışlarda iştirak etməklə diplom və fəxri fərmanlar almışdır. Nadir Ağayevin xatirəsinə həsr edilmiş Respublika turnirində də tələbələr iştirak etmişdilər. Bu turnirdə Məmmədli Əkbər iştirak edərək 3-cü yerə çıxmışdır.

 

Peşəkarlıq və işgüzarlıq

 

Kollecdə təlim texnologiyalarının, onun tərkib hissəsi olan təlimin metod və priyomlarının, eləcə də təlim prosesinin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində də xeyli görülmüşdür. Müəllimlərin peşəkarlığını, yaradıcılıq qabiliyyətlərini aşkara çıxarmaq üçün fənn birləşmə komissiyalarının iclasları vaxtında keçirilirburada qarşılıqlı dərs dinləmələri müzakirəsi təmin edilirgeniş təhlil olunur. Bu da müəllimlərin metodiki səviyyələri ilə yanaşı diskussiya mədəniyyətlərinin yüksəlməsinə xidmət edir. Bir sözlə, təlim-tərbiyə prosesinin daha da təkmilləşdirilməsi üçün kollecdə təhsilin demokratikləşdirilməsi və humanistləşdirilməsi prinsipini rəhbər tutaraq hər bir müəllimə və tələbəyə müasir yanaşma metodları mövqeyindən münasibət bəslənilməsi daim diqqət mərkəzində saxlanılır.

 

Maddi-texniki baza daha da möhkəmlənir

 

Kollecdə 2012-2013-cü tədris ilində maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində xeyli görülmüşdür. Belə ki, tədris korpusundan təmir işləri bu ildə də davam etdirilmiş, əsas tədris korpusunun sistemi yeniləri ilə əvəz olunmuş, Qarabağ döyüşlərində şəhid olmuş tələbələrimizin xatirə guşə kompleksi yenidən işlənib hazırlanmışdır.

Bu gün regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq Göyçayda da böyük tikinti abadlıq işləri aparılır. Bu işlərdə də kollecin rəhbərliyi tələbə qəbulu məsələsini də daim diqqət mərkəzində saxlayır, dövrümüzün, günümüzün aktual, gərəkli ixtisaslarını kadr hazırlığı strukturuna daxil etmək üçün yollar axtarılır. Bu gün 11 ixtisas kollecin kadr hazırlığı strukturuna daxildir. Bu ixtisasların əksəriyyəti bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yeni açılmış ixtisaslardır:

1. Aqrar (fermer) təsərrüfatı təşkili

2. NV-ni texniki istismarı

3. NV-nin təmiri servis

4. Elektrik təchizatı

5. Mühasibat uçotu

6. Yol hərəkətinin təşkili

7. Fiziki tərbiyə müəllimliyi

8. Texnologiya müəllimliyi

9. İnformatika müəllimliyi

10. Təsvir incəsənət müəllimliyi

11. Maliyyə işi

Kollecin maddi-texniki bazasının daha da möhkəmləndirmək üçün xeyli miqdarda kondisioner, bərk yumuşaq inventarlar alınaraq tədris kabinet laboratoriyaları təchiz edilmişdir. Təhsil Nazirliyindən kompüterlər hesabına kompüter sinifi təşkil edilmiş internetə qoşulmuşdur. Bu da tələbələrin kompüter təhsilinin inkişaf etməsinə, onların geniş informasiyaya malik olmalarına xidmət edir. Kollecin daxilində geniş tərtibat işləri aparılmış, kitabxana az müddət ərzində təmir edilib tələbələrin ixtiyarına verilmişdir. Kitabxananın kitab fondu latın qrafikası ilə çap olunmuş yeni kitablarla xeyli zənginləşdirilmişdir bu bu gün davam etdirilir. Fərdi təlim dərslərini keçirmək üçün kollecin balansında olan avtomobil traktorlar yararlı vəziyyətə gətirilərək texniki baxışdan keçirilmiş, dövlət nömrə nişanları alınmış fərdi sürüş dərsləri keçmək üçün istifadəyə verilmişdir.

Bu gün kollecdə öz işini sevən, tələbələri hər vasitə ilə fəallaşdırmağa çalışan, müasir təlim metodlarına səylə yiyələnən onları öz fəaliyyətinə tətbiq edən, daim yaradıcı axtarışlar aparan, səviyyəsini, metodik ustalığını artıran müəllimlər çalışır. Belə müəllimlərdən Sona Kərimova, Əlican Cəfərov, Reyhan İbrahimova, Raisa Muradova, Şahnaz Əzizova, Xatirə Qurbanova, Gülçən Vahidova, Rafiq Abdullayev başqalarının kollecin uğurlar qazanmasında əməyi çoxdur.

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-18 aprel.-S.7.