Neftçala - sabaha boy göstərən məkan
Ötən ilin uğurları bunu deməyə
əsas verir
(əvvəli
ötən sayımızda)
Rayonun Heydər
Əliyev prospektinin yenidən qurulması, yeni park və meydanların salınması,
prospekt boyunca yol kənarlarının abadlaşdırılması bu
qəbildəndir. Heydər Əliyev Mərkəzinin inzibati binasının,
"Bayraq" Meydanının,
"Şəhidlər Kompleksi"nin,
Kür çayı sahilindəki "Bulvar"ın
tikintisi, müasir saat qülləsinin inşası, uzunluğu
3,7 kilometr olan "Axmaz Göl"ün ekoloji cəhətdən sağlamlaşdırılması tədbirinin həyata keçirilməsi, Bankə
qəsəbəsi ərazisində
mini futbol meydançasının
tikintisi uğurla davam etdirilir. İndi rayonun "Şorsulu-Xolqarabucaq-Xəzərkənd"
avtomobil yolu, Hüseyn Cavid parkında müasir standartlara cavab verən mini futbol meydançası istifadəyə
verilmişdir.
Rayon İcra Hakimiyyətinin
inzibati binasının
tikintisində son tamamlama
işləri aparılır. Qarabağ
əlilləri və şəhid ailələrinin
mənzil şəraitinin
yaxşılaşdırılması məqsədi ilə 90 mənzilli binanın inşası və "İdman Kompleksi"nin tikintisi ilə əlaqədar ərazilər ayrılmış,
kompleksin tikintisi ilə bağlı işlərə başlanılmışdır.
Hazırda Neftçala
şəhəri Ağaşirin
Cəfərov küçəsinin
3A binasının, Heydər
Əliyev prospekti 33 ünvanda Mərkəzləşdirilmiş
Kitabxana Sistemi binasının, "Gündoğar"
qəzeti redaksiyasının,
Neftçala şəhər
inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati
binasının fasad hissəsinin polietilen üzlük məmulatlarla
üzlənməsi işləri
aparılır. Heydər Əliyev
prospektində, 20 Yanvar,
Ağaşirin Cəfərov,
Məhəmməd Əsədov
küçələrində yerləşən binaların
dam örtüklərinin dəyişdirilməsi
həyata keçirilir.
39 saylı Yol İstismar İdarəsi ötən il
yol təmiri işləri və yolların saxlanılmasına
666 min manat vəsait xərcləmişdir. Neftçala
şəhər Mənzil
Kommunal Təsərrüfatı
İstehsalat Birliyi tərəfindən 2013-cü ildə
275303 manatlıq, o cümlədən
sanitar təmizliyə
184876 manatlıq, yaşıllaşdırma
işlərinə 90427 manat
vəsait sərf etmişdir.
Güləhməd müəllim söhbətini
belə yekunlaşdırdı
ki, Neftçala rayonunda aparılan tikinti, abadlıq, quruculuq işləri son vaxtlar daha da
sürətləndirilmişdir. Bu işlər Heydər Əliyev prospektində daha böyük vüsət almışdır.
Burda yerləşən
Neftçala rayon İcra
Hakimiyyətinin, Maliyyə
İdarəsinin, Milli
Təhlükəsizlik Nazirliyinin
rayon şöbəsinin inzibati
binalarının, Heydər
Əliyev Mərkəzinin
və Muzeyinin, Mərkəzi Kitabxananın,
müasir görkəmə
salınmış yaşayış
binalarının yerləşdiyi
bu ərazi Neftçala şəhərinə
başqa bir gözəllik verəcək.
Yaxşı şərait
yaxşı təhsil
deməkdir
Respublikanın bütün ərazisində
son vaxtlar təhsilə
göstərilən qayğı
Neftçala rayonundan da yan keçməmişdir. Rayon Təhsil Şöbəsi
və təhsil müəssisələri tərəfindən
aparılan ardıcıl
işlər nəticəsində
məktəblərdə təhsilin
keyfiyyəti xeyli yaxşılaşmışdır. Ötən il Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyası tərəfindən
keçirilən buraxılış
imtahanları nəticəsində
733 nəfər XI sinif
şagirdi attestat, 1007
nəfər IX sinif şagirdi isə ümumi orta təhsil səviyyəsi üzrə şəhadətnamə
almışdır. Ali məktəblərə tələbə
qəbulunda uğurlar
özünü daha çox göstərir.
Ötən il
ali məktəblərə
384 nəfər məzun
müraciət etmişdir
ki, onlardan da 204 nəfəri tələbə adını
qazanmışdır. Qəbul
olunanların 33 nəfəri
500-600 bal arasında,
10 nəfəri isə
600-dən yuxarı bal toplamışdır.
Ali məktəblərə tələbə qəbulu
göstəricilərinə görə ən yaxşı göstərici
Neftçala şəhər
1 və 4 saylı, Ərəbqardaşbəyli, Mürsəqulu,
Xıllı qəsəbə
1 saylı və Qədimkənd tam orta məktəblərinin payına
düşür. Rayon Təhsil Şöbəsinin
müdiri Əjdər
Kərimov bu uğurların daha davamlı olacağını
əminliklə söylədi.
Rayon təhsilinin inkişafında xüsusi
əməyi olan Əjdər müəllim
bildirdi ki, son vaxtlar rayondakı bütün nailiyyətlərin
əsas səbəbkarı
olan Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl
Vəliyev rayondakı
məktəb binalarının
tikintilərinə xüsusi
önəm verir.
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında yeni ümumtəhsil məktəblərinin
tikintisi, mövcud məktəblərin əsaslı
təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Dövlət Proqramı"na uyğun olaraq 2013-cü il ərzində bu yöndə kifayət qədər iş görmüşük.
Rayonda
260 yerlik Xəzər kənd tam orta məktəbi üçün
yeni məktəb binası tikib istifadəyə vermişik.
Hazırda 2 məktəbin
- 200 yerlik Kürkənd
kənd ümumi orta və 360 yerlik Yuxarı Qaramanlı kənd tam orta məktəblərinin
tikintisi, Aşağı
Surra kənd tam orta məktəbinin isə əsaslı təmiri və 10 əlavə sinif otağının tikintisi
davam etdirilir. Bütün bunlarla bərabər hələ təmir olunacaq məktəblərimiz
qalmaqdadır. Onların maddi
texniki bazasının
möhkəmləndirilməsi də gündəmdə duran məsələlərdəndir.
Ümumtəhsil məktəblərində
informasiya və kommunikasiya texnologiyalarından
müasir tələblərə
uyğun istifadə olunması, onların geniş tətbiq edilməsi "Azərbaycan
Respublikasında ümumtəhsil
məktəblərinin informasiya
və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət
Proqramı"na uyğun olaraq aparılmışdır.
Rayon Təhsil Şöbəsi
və 11 məktəb
sürətli internetə
qoşulmuş, daha 14
məktəbin isə
sürətli internetə
qoşulması üçün
lazımi işlər
görülmüşdür.
Beləcə, Neftçala rayonunda iqtisadi, sosial, ictimai sahədə könülaçan işlər
görülməkdə, tədbirlər
həyata keçirilməkdədir. Çox yaxın
vaxtlarda Neftçala rayonu, eləcə də rayon mərkəzi öz simasını tamamilə dəyişəcək.
Səxavət Məmmədli
Ədalət.-2014.-22 aprel.-S.7.