UĞURLARA İMZA ATAN İMİŞLİ

Bu gün rayon əsl yaz ovqatı yaşayır

 

 (Əvvəli ötən sayımızda)

Ərazi baxımından daha çox aran zonası kimi xarakterizə olunan İmişlinin zahiri görkəminin zaman-zaman dəyişməsi bir vaxtlar burda yaşamağın çətinliyindən gileylənənlərin indi demək olar ki, əhvalı müsbət mənada kökündən dəyişib. Bu da səbəbsiz deyil. Yəni rayonda aparılan quruculuq işləri, əhaliyə göstərilən sosial diqqət öz növbəsində həm ümumi mənzərəni dəyişir, həm insanların həyat səviyyəsinə, şəraitinə öz təsirini göstərir.

Bu gün İmişlidə əhalinin sosial müdafiəsi üçün həyata keçirilən işlərin geniş hərtərəfli layihəsi ilə tanış olanda məlum olur ki, rayon icra hakimiyyəti demək olar ki, rayon daxilində əhalinin bütün sosial qayğılarını aradan qaldırmaq məqsədilə ardıcıl görür. İstər işsizlik probleminin ortadan qaldırılması, istər vətəndaşların peşə hazırlığı kurslarına yönəldilməsi, istər yeni yerlərinin açılması bu sahədə görülən tədbirlərin əsas parametrlərini təşkil edir. Əgər rəqəmlərə üz tutsaq, onda məlum olar ki, ötən il, daha dəqiq desək, 2013-cü ilin iyul ayının 12-də İmişlidə keçirilən "Əmək yarmarkası" sakinlərin böyük marağına səbəb olmuşdu. Həmin yarmakada axtaranlara 21 idarə, müəssisə təşkilatdan bütövlükdə 318 yeri axtaranların diqqətinə təqdim olunmuşdu. Məhz 318 boş yerinin 110-u demək olar ki, yarmarkada öz axtaranını tapmış, 23 nəfər isə peşə hazırlığı kursu keçmək üçün həmin boş yerləri ilə bağlı göndərişlər almışdılar. Təbii ki, rayon yeri üçün birdəfəyə bu qədər axtaranın işlə təmin edilməsi özü-özlüyündə böyük hadisədi.

Ümumiyyətlə götürəndə isə ötən il ərzində İmişli rayonu üzrə 717 nəfər axtaran vətəndaş qeydə alınmış həmin qeydiyyata götürülmüş vətəndaşların da 312 nəfəri öz peşəsinə, axtardığı ixtisasına uyğun işlə təmin olunmuşdu. Vətəndaşların işlə təmin edilməsi təbii ki, daha çox yeni yerlərinin açılması ilə gerçəkləşir. Yəni rayon ərazisində özəl sektorun, sahibkarlığın inkişafına verilən dəstək paralel olaraq yeni yerlərinin açılmasına da yaşıl işıq yandırır. Məhz bu mənada 2013-cü il ərzində İmişlidə 1484 yeni yeri açılmışdı. Bunların da xeyli hissəsi daimi yerləri olmuşdu.

Rayon rəhbərliyinin daimi diqqəti nəticəsində respublikamızın hər yerində olduğu kimi, İmişlidə ehtiyac, sıxıntı içərisində yaşayan, sosial problemləri olan ailələrə yardım göstərilməsi məsələsi öz həllini tapmış, aparılmış dəqiq araşdırmalar nəticəsində ehtiyacları olan 1676 ailəyə sosial yardım verilmişdi. Həmin sosial yardımla bərabər daha bir xeyirxah addım da atılmışdı. Yəni rayonda yaşayan 312 ailəyə sosial müavinətlər təyin olunmuşdu.

Göründüyü kimi, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlər ürəkaçandı. Bu uğurlu addımların davamı kimi İmişli sakinlərinin elektrik enerjisinə, qaza suya olan tələbatının ödənilməsi rayon icra hakimiyyəti başçısı aparatının diqqət mərkəzində olmuş, xüsusilə icra başçısı Vilyam Hacıyev bu məsələ ilə çox ciddi şəkildə məşğul olaraq məsul şəxslərin qarşısında demək olar ki, hər gün bu məsələni qaldırmışdı. Nəticədə İmişli şəhərində 0,4 kV-lıq elektrik verilişi xətləri SİP kabebli ilə əvəz olunmuş, bu da öz növbəsində həm şəhərin görkəminə, həm təhlükəsizlik baxımından məsələnin çözümünə müsbət təsir etmişdi. Bununla yanaşı, rayon əhalisinin SMART kartlarla təmin olunması həm işıq pullarının vaxtlı-vaxtında ödənilməsinə, həm sayğaca müdaxiləyə son qoyulmasına öz müsbət təsirini göstərmiş, insanlarda qənaətcilliyə, sahibkarlıq hissinə xeyli müsbət təsir göstərmişdi. Ümumiyyətlə, rayonda köhnə elektrik xətlərinin dəyişdirilməsi bunun da daha çox SİP kabellərlə əvəz edilməsi çox uğurlu addımlardan biridi. Faktiki olaraq bu gün İmişlidə əhalinin elektrik enerjisi ilə təmin olunmasında köklü bir problem yoxdu. Həm köhnəlmiş transformatorların bərpası, yenilənməsi, həm dirəklərin dəyişdirilməsi, xüsusilə daha müasir metal dirəklərdən istifadə olunması sakinlərin ürəyindən xəbər vermişdi.

Bu gün İmişlidə qaz məsələsinin əhalinin maraq dairəsində olması təbiidi. Yəni insanlar öz məişət problemlərinin həll olunmasında bir yanacaq mənbəyi kimi artıq qazdan istifadəyə daha çox ehtiyac duyur üstünlük verir. Bunu nəzərə alan respublika rəhbərliyi, eləcə İmişli rayon icra hakimiyyəti, həmçinin rayon qaz istimarı sahəsi müvafiq plana uyğun olaraq İmişlinin bütünlüklə qazlaşdırılması bu problemin aradan qaldırılması istiqamətində böyük işlər görür. Əgər rəqəmlərə müraciət etsək, onda məlum olar ki, 2013-cü ildə rayon Qaz İstismarı İdarəsi İmişlidə qazlaşdırma işlərini davam etdirərək 1827 abonentin evinə təbii qaz xətti çəkmişdi. bununla da rayonda 8451 abonentin qazdan istifadəsi demək olar ki, bütünlüklə təmin olunmuşdu. Təbii ki, qısa bir müddətə rayonu bütünlüklə qazlaşdırma bu problemə son qoymaq həm asan deyil, həm bunun üçün müəyyən bazanın olması da vacibdi. Ona görə rayon rəhbərliyi bütün İmişli rayonunun kənd qəsəbələrini, bütövlükdə rayondakı hər bir abonentin mavi qazla təmin olunması üçün çox böyük işlərin layihəsinə start verib. Bəzi nöqsanlara yol verən qaz istismarı sahəsinin məsul şəxsləri rayon rəhbərliyi tərəfindən xəbərdarlıq edilməklə işin sürətinin artırılmasına artıq nail olunubdu. Yol verilmiş ləngimələr əhalinin müəyyən narazılığına səbəb olsa da, ancaq indi işin sürət tempi öz axarına düşmüşdü.

Su həyatdı deyiblər. Bu mənada hər yerdə olduğu kimi, İmişlidə insanların daha çox içməli suya ehtiyacı həmişə gündəmdə olubdu. Ona görə rayon rəhbərliyi bu məsələni diqqət mərkəzində saxlamış, yeni su xətlərinin çəkilməsi, artezian quyularının vurulması sahəsində, həmçinin elektron su sayğaclarının quraşdırılması istiqamətində müvafiq addımlar atmışdı. Artıq rayonda içməli su problemi, həmçinin kanalizasiya xətləri suvarma suları məsələləri öz həllini tapmaq üzrədi. Yəni həm respublikanın, həm rayonun adiyyəti qurumları bu istiqamətdə müvaifq addımlar atırlar. Təbii ki, bütün bunlar da rayon icra hakimiyyəti başçısının bilavasitə nəzarəti altında gerçəkləşir.

 

(Ardı var)

 

Əbülfət Mədətoğlu

Ədalət.-2014.-24 aprel.-S.7.