UĞURLARA İMZA ATAN
İMİŞLİ
Bu gün rayon əsl yaz ovqatı
yaşayır
(Əvvəli ötən
saylarımızda)
Dünyanın hər yerində xüsusi diqqət tələb edən sahələrdən biri təhsil və mədəniyyətdi. Təbii ki, Azərbaycan
hökuməti bu məsələdə öz
prinsipiallığı və
həm də təhsilə, mədəniyyətə
xüsusi diqqət və qayğısı ilə həmişə fərqlənib. İndinin
özündə də
adı çəkilən
sahələrə təkcə
dövlətin deyil, həmçinin Heydər Əliyev Fondunun, şəxsən onun rəhbəri, ölkənin
birinci xanımı, millət vəkili, sülhməramlı səfir
Mehriban xanım Əliyevanın böyük
qayğısı hər
kəsə bəllidir.
Yəni insanlar ölkənin istənilən guşəsində
Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan məktəblərin,
uşaq bağçalarının
bilavasitə şahididilər.
Məsələnin bu istiqamətinə xüsusi diqqət yetirən İmişli
rayon icra hakimiyyətinin
başçısı və
onun aparatı rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə,
müəllimlərin peşə
hazırlığının artırılmasına, müxtəlif
elmi müsabiqələrin
keçirilməsinə həmişə
dəstək verir və bu sahədə
çalışan pedaqoji
işçilərə gərəkli
yardımlarını göstərir. Məhz
bunun nəticəsidir
rayonda mövcud olan 63 ümumtəhsil məktəbinin, 15 məktəbəqədər,
4 məktəbdən kənar
və 1 peşə təhsili müəssisəsinin
həm pedaqoji kadr, həm də şagird potensialı yetərincədi.
Yəni bu məktəblərdə ölkənin
ali təhsil
məktəblərini bitirmiş
gənc kadrlarla yanaşı, uzun illərdi ki, fəaliyyət göstərən,
həyatlarını təlim-tərbiyəyə
həsr edən qocaman pedaqoqlar da sabahımız olan şagirdlərin biliklərə yiyələnməsində
öz sözlərini
deyir, öz biliklərini günün tələbləri səviyyəsində
şagirdlərin mənimsəməsinə
çalışırlar. Təbii ki,
bu işdə onlara müasir avadanlıqlar, kompüterlər
yardımçı olur.
Bugünkü İmişlidə rəqəmlərin
dili ilə ifadə etsək, 15004 şagirdin təlim-tərbiyəsi
ilə 1486 nəfər
məşğul olur ki, bunların da hər birinin
kifayət qədər
təcrübəsi var. Üstəlik,
maraqlı bir məqam da ondan
ibarətdir ki, şagirdlərin təlim-tərbiyəsi
ilə məşğul
olan həmin pedaqoqların 65 faizini, yəni 975 nəfərini qadınlar təşkil edir. Məhz həmin pedaqoqların şagirdlərdə yaratdığı
maraq, elmə olan həvəs məktəblərdə fizika,
riyaziyyat, kimya və digər fənlər üzrə şagirdlər arasında
bilik yarışmaları
təşkil olunmuş,
bütövlükdə isə
şagirdlərin ədəbiyyatımıza,
tariximizə, dilimizə
olan maraqlarını təmin etmək üçün konkret layihələr həyata keçirilmiş, əlavə
dərs vəsaitləri
hesabına onların biliklərinin artırılmasına
təkan verilmişdi.
İmişli rayonunda təhsilin
əsas göstəricilərindən
biri də burada məktəblərdə
dərs saatlarının
nizamlanması, yəni
növbəlilik sisteminin
düzgün planlaşdırılması,
eləcə də ötən tədris ilinin yekunlarına görə ali
məktəblərə qəbul
olunan şagirdlərin
say artımının diqqət
çəkməsidi. Fikirlərimizi
bir az
da geniş şərh etsək, onda göstərmək lazımdır ki, ötən il rayonun 27 ümumtəhsil məktəbində birnömrəli
iş rejimi tətbiq olunmuşdu. Bununla paralel olaraq məktəblərin təmiri,
yenidən tikilməsi,
istilik sistemlərinin və digər texniki problemlərin həll olunması istiqamətində də böyük işlər görülmüşdü. Nəticədə 30 məktəbdə mərkəzləşdirilmiş istilik sistemi quraşdırılmışdı. Təbii ki, görülən işlərin miqyası nə qədər böyük olmasına baxmayaraq, bu gün İmişlidə yeni məktəb binalarının tikintisinə,
təmirinə də böyük ehtiyac özünü göstərir.
Rayon icra hakimiyyəti
başçısının hesabat məruzəsində
vurğulandığı kimi,
hazırda rayonda 63 tümumtəhsil müəssisəsinin
7-də yeni tədris binasının tikintisinə,
8-də isə əsaslı
təmir işlərinin
görülməsinə ehtiyac
var. Bundan başqa 16 məktəbəqədər tərbiyə
müəssisəsinin 13-nün yenidən tikilməsinə
və yaxud da onların əsaslı təmir olunmasına böyük təlabat danılmazdır.
Görülən işlərin
və problemlərin ümumi fonunda birmənalı olaraq vurğulamaq lazımdır
ki, 2012-2013-cü tədris
ilinin yekunlarına görə, İmişlidə
ali təhsil
müəssisələrinə qəbul olunmaq üçün sənəd
vermiş məzunların
sayı xeyli artmışdı. Əgər
rəqəmlərlə ifadə
etsək, 2013-cü ildə
tam orta təhsilini başa vurmuş 1292 nəfər məzundan 477
nəfəri TQDK-ya sənəd vermiş və onlardan da 205 nəfəri, yəni 42,7 faizi
tələbə adını
qazanmışdı. Bu isə 2012-ci ilin nəticələri ilə
müqayisədə 52 nəfər
çox deməkdir.
Həmin qəbul olunmuş tələbələrin
14 nəfəri 500-dən artıq,
8 nəfəri 600-dən yuxarı,
bir nəfəri isə 695 bal toplamaqla İmişlinin təhsil işçilərinin zəhmətini
necə deyərlər,
əsl sevincə çevirmişdi. Həmin
695 bal toplayan məzun rayonun 7 saylı tam orta məktəbini bitirmiş
Əsmər Valeh qızı İsgəndərovadı.
O artıq Tibb Universitetinin tələbəsidir.
Ümumiyyətlə isə təhsildəki
uğurlarını müqayisə
edəndə rayonun şəhər məktəbləri
ilə yanaşı, Muradxanlı, Buludlu, Məzrəli, Qızılkənd
və digər məktəblərinin adları
ön cərgədə
çəkilir. Təəssüf ki, rayonun bir
çox məktəblərində,
xüsusilə kənd
məktəblərində hələ
də həm kadr baxımından, həm də təhsildə qazanılması
vacib olan uğurlar baxımından
böyük problemlər
yaşanmaqdadır. Yəqin ki,
İmişlinin təhsili
üçün məsuliyyət
daşıyan şəxslər
builki dərs ilinin yekunlarında problemlərin ortadan qaldırıldığı barədə
danışmaq imkanı
qazanacaqlar. Bu gün İmişlidə insanların təkcə maariflənməsi, təhsilə
sahib olması, biliklərə
baş vurması deyil, həm də sağlam həyat tərzinə malik olması üçün də uğurlu işlər görülür. Bir vaxtlar
şüar kimi səslənən "Sağlam
bədəndə sağlam
ruh olar" deyimi indi regionlarımız
üçün, eləcə
də İmişli üçün xüsusi
önəm daşıyır.
İnsanlar səhiyyə ilə
bağlı sağlamlıqla
əlaqədər ölkənin
digər şəhər
və rayonlarına üz tutmağı yavaş-yavaş unutmağa
başlayırlar. Bu da səbəbsiz deyil. Çünki İmişlidə fəaliyyət
göstərən 9 xəstəxana,
12 həkim məntəqəsi,
29 tibb məntəqəsi,
1 poliklinika və digər səhiyyə ocaqları demək olar ki, zəruri
avadanlıqlarla, müasir
biliklərə yiyələnmiş
tibbi personalla təmin olunub. Faktiki olaraq bu gün
İmişlidə 126 nəfər
yüksək ixtisaslı
həkim, 493 nəfər
orta ixtisaslı tibb bacısı çalışır. Onu da vurğulayaq ki, mərkəzi rayon xəstəxanasında
ötən ildən başlayaraq yeni şöbələr də
açılmışdı. Onlardan biri də "dializ" şöbəsidi.
Doğrudu, rayonun səhiyyə sahəsində
müəyyən işlər
görülsə də
ancaq bu gün etiraf etmək lazımdır ki, İmişlidə ali təhsilli həkimlərə orta ixtisas təhsilli tibb işçilərinə
xeyli ehtiyac var. Elə rayon rəhbərliyinin
hesabatında da göstərildiyi kimi
"hazırda rayonun səhiyyə müəssisələrində
ayrı-ayrı ixtisaslar
üzrə 61 nəfər
həkim və 72 nəfər orta ixtisaslı tibb bacısına ciddi tələbat vardı".
Bəli, biz İmişlinin bügünündən, uğurlarından, bu bölgənin inkişaf tempindən, həmçinin problemlərindən əldə etdiyimiz bilgilərə əsaslanaraq fikirlərimizi sizinlə bölüşdük. Düşünürük ki, uğurlara imza atan İmişli hələ böyük yolun astanasındadı. Onu daha böyük uğurlar sabahlarda gözləyir.
Əbülfət
Mədətoğlu
Ədalət.-2014.-25 aprel.-S.7.