MÜASİRLƏŞMƏNİN GÖYÇAY NÜMUNƏSİ

(əvvəli 26-31 iyul sayımızda)

 

Hesabat dövründə Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Göyçay şəhərinin su təchizatı kanalizasiya sisteminin yenidənqurulma layihəsinin ikinci mərhələsində işlər davam etdirilmiş, şəhərin Heydər Əliyev prospektindən cənubda yerləşən əhaliyə müəssisə təşkilatlara yeni su mənbəyindən yüksək keyfiyyətli içməli su verilməsinə başlanılmışdır. Şəhər üzrə su kanalizasiya çəkilişi işləri başa çatdırılmaq üzrədir ilin sonuna qədər bütün şəhər əhalisinə içməli su verilişi təmin ediləcəkdir...

 

Göyçay ərazisində magistral şəhərdaxili yollar yenidən qurulur

 

Hesabat dövründə Şamaxı-Yevlax avtomobil yolunun rayondan keçən hissəsinin tikintisi, Göyçay-Ucar avtomagistralının əsaslı təmiri işləri davam etdirilmişdir.

2014-cü ilin yanvar-iyun aylarında rayon büdcəsinin mədaxil hissəsinə 104,8 faiz, məxaric hissəsinə 96,94 faiz əməl edilmiş, rayon büdcəsinin mədaxil hissəsinə nəzərdə tutulduğundan 502,4 min manat çox vəsait daxil olmuşdur. Yerli gəlirlər üzrə proqnoza artıqlaması ilə 101,5 faiz əməl edilmişdir. Yerli gəlir xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən nəzərdə tutulduğundan 6,9 faiz ya 428,6 min manat çox vəsait daxil olmuşdur.

 

Abadlıq quruculuq işlərində yeniliklər

 

Hesabat dövründə abadlıq quruculuq sahəsində xeyli işlər görülmüşdür.

Şahmat məktəbinin tikintisi başa çatdırılmış, Gənclər evinin tikintisində işlər sürətlə davam etdirilir. Rayon mədəniyyət evinin fasadı, Heydər Əliyev prospektində çoxmənzilli binaların üz hissələri müasir memarlıq baxımından yenidən qurulur, dam örtükləri təzələnir. Şəhərin Nizami küçəsində yağış sularını ötürmək üçün yeni su ötürücülər çəkilib, Nizami M.Hüseynzadə küçələrində abadlıq işləri aparılıb, həmin ərazidəki fərdi yaşayış evləri divarlar müasir memarlıq tələbləri baxımından üzlənib, evlərin xidmət obyektlərinin dam örtükləri təzələnib. Heydər Əliyev prospektinə, Nizami, R.Rza M.Ə.Rəsulzadə küçələrinə yeni asfalt örtüyü salınıb.

 

Kəndlərin sosial qayğıları təmin olunur

 

İkinci kənd investisiya layihəsi çərçivəsində rayonun kənd yaşayış məntəqələrində bir sıra işlər görülmüşdür.

Bütövlükdə cari ilin ötən altı ayı ərzində 11 kənddə layihələrin həyata keçirilməsi üçün icmalar yaradılmışdır. Layihə çərçivəsində Cəyirli kəndində uşaq bağçası yenidən qurulmuş, Bəydövül, Kürdəmiş, Kürdşaban, Potu kəndlərində kəndarası yollar əsaslı təmir edilmiş, Qarabaqqal Mallı-şıxlı kəndlərində əhalini içməli su ilə təminatının yaxşılaşdırılması üçün tədbirlər görülür.

Hazırda Qaraxıdır kəndində 150 min şitil yetişdirəcək istehsal gücü olan istilikxana inşa edilir. Alpout kəndində tibb məntəqəsinin tikintisi, Şəhadət kəndində bir məhəllənin içməli su ilə təminatının yaxşılaşdırılması üçün hazırlıq işləri aparılır.

 

Yeni yerlərinin açılmasına xüsusi diqqət

 

2014-cü ilin birinci yarısında 424 yeni yeri açılmışdır. Bütövlükdə 2003-2014-cü illərdə rayonda 10463 yeni yeri açılmışdır ki, bunun da 8419-u ya 80,5 faizi daimi yerləridir.

 

Təhsil, səhiyyə mədəniyyət...

 

Hesabat dövründə rayonda təhsil, səhiyyə mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, mərkəzi rayon xəstəxanasının əsaslı yenidən qurulması işləri, Müskürlü kəndində 180 yerlik ümumi orta məktəbin, Qəbələ-Müskürlü kəndində 80 yerlik məktəb binalarının tikintisi davam etdirilmişdir. Məktəb binalarının yeni tədris ilinə qədər istifadəyə verilməsi nəzərdə saxlanılır.

 

Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılır

 

Rayon icra hakimiyyətində yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına, Prezident Administrasiyasının təlimat tövsiyələrinə uyğun təşkil edilib. 2014-cü ilin birinci yarısında vətəndaşlardan rayon icra hakimiyyətinə 443, o cümlədən Prezident Administrasiyasından 179 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin ümumi sayı 2013-cü ilin müvafiq dövrünə nisbətən müvafiq olaraq 69 27 vahid azalmışdır. Bütün müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılmış, onların əsasən müsbət həlli təmin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 saylı fərmanı ilə "Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət Proqramında növbəti 5 ildə Göyçay rayonunda müxtəlif sahələr üzrə 20 tədbirin həyata keçirilməsi nəzərdə saxlanılır.

Əvvəlki Dövlət Proqramları kimi 2014-2018-ci illər üzrə nəzərdə tutulmuş Dövlət Proqramının uğurla həyata keçirilməsi Göyçay rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə, rayon iqtisadiyyatının möhkəmləndirilməsinə, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə səbəb olacaqdır.

 

Məzahir Əhmədoğlu

Ədalət.-2014.-1 avqust.-S.3.