QOBUSTAN:
İNDİ GÖRƏNLƏR SEVİNİR
Tarixi yenidən yazılan məkan
...Yayın qızmarında, qışın şaxtasında Qobustan ərazisindən keçdiyiniz günləri indi xatırlayırsınızmı? Necə yeknəsək,
necə miskin görüntülər... Yol
kənarlarından tutmuş
içərilərə doğru
yosma-yoluq evlər, qol-budağı, başı
kəsilmiş adda-budda
ağaclar... Yayda lap çətin olurdu. İns-cins görünməyən bu
yerlərin uzaqlığı
olsa-olsa ilğım təsiri bağışlayırdı.
Sanki Allahın da yadından çıxmışdı
bu yerlər, unutmuşdu Qobustan adlı yaratdığını...
Yetərmi?
Bəs indi necədir, o vaxtlar üzümüzü yan çevirib keçdiyimiz həmin o miskin Qobustandan nəsə bir əlamət, görüntü qalıbmı? Qaranlıq
və toz-dumanlı xatirələrdən başqa
heç nə qalmayıb axı!
Ölkəmizdə aparılan geniş quruculuq işləri, müasirləşdirmə tədbirləri
Qobustan kimi ucqar hesab edilən
rayonlarımızın bəxtini,
tarixini sanki yenidən yazdı. Çünki ölkə rəhbərliyi
respublikanın bütün
bölgələrinə eyni
qayğı və diqqətlə yanaşır,
Dövlət Proqramları
elə gerçək
proqram olaraq məqsədyönlü şəkildə
icra olunur. Bəzən
biz hadisələrə, görülən
tədbirlərə statistik
istiqamətdən yanaşır,
nəticələrin sanbalına
ciddi fikir vermirik. Buradaca yada salmaq istəyirəm:
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin ölkəmizin
hər yerində olduğu kimi Qobustan rayonunda da baş verən
sürətli inkişafa
göstərdiyi qayğı
və diqqət hər bir azərbaycanlını
fərəhləndirmirmi? Cənab Prezidentin
son illər bu rayona səfərlərini
də bəzən dəqiqləşdirməli olursan.
Yəni
"bu neçənci
səfər idi" deyə.
Bəli, indi Qobustan tanınmaz
dərəcədə inkişaf
etmiş rayona, yaraşıqlı bir şəhərə çevrilmiş
və bu yüksəliş eləcə
öz axarı ilə davam etməkdədir.
Nə yaxşı
ki, Qobustan rayonuna neçə illərdir xalqına və dövlətinə sadiq olan təcrübəli
dövlət məmuru
Adil Məmmədov başçılıq edir. Bunu o səbəbdən
xatırladırıq ki,
A.Məmmədov indiyədək
başçılıq etdiyi
4 ayrı-ayrı rayonların
hər birində məhz ölkə rəhbərliyinin yüksək
etimadını doğruldaraq
həmişə uğurlar
qazanılmasına çalışmış,
camaatla bir yerdə olmuşdur. Bunun nəticəsidir ki, Qobustan rayonunda sürətli inkişaf və müasirləşmə
ilə yanaşı, ictimai-siyasi mühit də istənilən səviyyədə və istiqamətdədir.
Bütün istiqamətlər inkişafdan
xəbər verir
2014-cü ilin birinci
yarısının sosial-iqtisadi
inkişafının yekunları
və qarşıda duran vəzifələrlə
bağlı rayonda keçirilən yığıncağın
da əsasını elə bu məsələlər
müəyyənləşdirmişdir. Yığıncaqda
məruzə ilə çıxış edən
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı
Adil Məmmədov demişdir:
-
2014-cü ilin birinci yarısı bütövlükdə
respublikamızda olduğu
kimi rayonumuzda da bir sıra
nailiyyətlərlə yadda
qalmışdır. Birinci
yarımillikdə investisiya
qoyuluşu 84,3 faiz artmışdır. Kənd təsərrüfatında
0,8 faiz, nəqliyyatda 2,3 faiz, rabitədə 58,8 faiz, ticarətdə 7,8 faiz artım əldə edilmişdir. Müqayisəli
dövrdə pərakəndə
əmtəə dövriyyəsi
8,8 faiz artmışdır.
Rayon sahibkarlarına Sahibkarlığa
Kömək Milli Fondundan 50 layihə üzrə 3 milyon 990 min manat kredit verilmişdir
ki, bunun nəticəsində 56 iş
yerinin yaradılması
nəzərdə tutulur.
Bu sahədə işlərin
daha da gücləndirilməsi
məqsədilə 3 iyul
2014-cü il tarixdə rayonun Xilmilli kəndində Sahibkarlığa Kömək
Milli Fondunun təşəbbüsü ilə
"Sahibkarlığın güzəştli kreditləşdirilməsi
məsələləri"nə dair işgüzar forum keçirilmişdir. Forumda mövcud
vəziyyət müzakirə
edilmiş, sahibkarlara səmərəli investisiya
layihələri təqdim
edilmişdir. Rayonumuzda əhalini
narahat edən ən mühüm məsələlərdən biri
içməli su ilə təminat məsələsidir. Hamınıza yaxşı məlumdur ki, biz son illərdə bu sahədə çox qətiyyətlə
çalışmışıq. 2012-ci ildə Təsi-Qobustan
su xəttinin istifadəyə verilməsi
bu gün rayonumuzu çox böyük bir çətinlikdən xilas
etdi. Belə ki, 8000 nəfərdən
artıq əhalinin içməli su ilə təminatı
2012-ci ilədək yalnız
Xaltava-Qobustan su xətti ilə təmin olunub. Eyni zamanda Çalov su mənbəyindən şəhərə suyun daşınması təmin
edilib. Hazırda Çalov su
mənbəyi yalnız
kəndin öz tələbatını ödəyə
bilir. Xaltava suyu isə keçən ciddi quraqlıq nəticəsində
3 dəfəyədək azalıb.
Hazırda şəhəri su ilə təmin
edən əsas mənbə Təsi su xəttidir. Eyni zamanda Göydərə, Ərəbqədim, Cəmcəmli
kəndlərinə suyun
verilməsi həmin kəndlərdə əhalini
bu gün çətinliklərdən qoruyur,
onların təsərrüfatlarını
saxlamağa imkan yaradır.
Bir neçə
gün öncə biz
şəhərin Nərimankənd
adlanan hissəsində
də 1 km məsafədən
su xətti çəkərək su qülləsi quraşdırdıq. Bu həmin ərazidə yaşayan əhalinin su təminatının yaxşılaşdırılmasında ciddi dönüş yaratmışdır. Sual doğura
bilər ki, nə üçün bu qüllə əvvəllər quraşdırılmayıb.
Bildiyiniz
kimi hələ ikinci Dövlət Proqramında Qobustan şəhərində su və kanalizasiya sisteminin qurulması nəzərdə tutulmuşdur.
Bizim aidiyyəti təşkilatlara
müraciətlərimizə cavab olaraq bildirilirdi
ki, yaxın günlərdə işlərə
başlanılacaqdır.
Əsassız xərclərə yol verilməməsi, su və kanalizasiya sisteminin qurulması işinin ləngidilməməsi
məqsədilə biz belə
əlavə, müvəqqəti
xarakterli xətlərin
çəkilməsini məqsədə
müvafiq saymadıq. Çünki yeni yaranmış bu şəhərin su şəbəkəsi və kanalizasiya sistemi tam şəkildə
qurulmalıdır. Lakin ilin
bəlkə də tarixdə görünməmiş
bir şəkildə quraqlıq keçməsi,
əhalinin içməli
su ilə təmin olunmasında yaranan ciddi çətinlik
bizə bu xətti çəkməyə
vadar etdi. Hazırda bu hissə ilə
yanaşı Dərəkənd
kəndinə də
750 metr uzunluqda su xətti çəkilir
ki, yaxın vaxtlarda bu kəndə
də suyun verilməsinin şahidi olacağıq. Neçə illərdir ki, Təsi, Bədəlli, Sədəf kəndləri,
artıq bir ilə yaxındır ki, Ərəbqədim, Cəmcəmli, Göydərə
kəndləri bu su ilə təmin
olunurlar və əhali bunu çox böyük razılıq hissi ilə qarşılayır.
Qaz və elektrik enerjisi təchizatının
tələblərə cavab
verməsi əhalini razı salır
Rayonda əhalinin
təbii qazla təmin edilməsinin yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Hazırda
19 yaşayış məntəqəsi
təbii qazla təmin olunur.Yaşayış
məntəqələrinin 63,3 faizi, əhalinin
isə 86,1 faizi təbii qazdan istifadə edir. Poladlı, Yekəxana, Təsi və Sədəfli kəndləri
üçün daşıyıcı
xətlər çəkilmişdir.
Eyni zamanda Şıxzahırlı
və İlanlı kəndlərinə təbii
qazın çəkilişinə
başlanılmışdır. Bu kəndlərdə qazlaşdırma
başa çatdıqdan
sonra kəndlər üzrə 83 faiz, əhali üzrə isə 98,6 faiz
təbii qazla təminat olacaqdır. Hazırda təbii qazdan çox səmərəli
istifadə olunur, itkilər demək olar ki, aradan
qaldırılmışdır. Ümumi itki 1,15 faiz təşkil
edir ki, bu da respublika
üzrə ən aşağı göstəricidir.
Bu ötən ilin müvafiq dövrünə nisbətən
10 dəfə aşağıdır.
6 ayda əhaliyə satılmış təbii
qazın dəyəri
99,5 faiz ödənilmişdir. Bu isə Qaz İstismar
Sahəsi işçilərinin
öz işlərinə
məsuliyyətlə yanaşması,
yuxarı təşkilatla
əlaqələrin düzgün
qurularaq vaxtında
mal-materialla təmin olunmasının və ən başlıcası yaxşı rəhbərliyin
nəticəsidir.
Əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə rayonun elektrik xətlərində
və transformator yarımstansiyalarında cari
təmir işləri
davam etdirilmişdir. Əhaliyə rabitə xidmətinin göstərilməsi sahəsində
də mühüm işlər görülür.
Bu ilin may ayında həm Telekommunikasiya Qovşağının, həm
də "Azərpoçt"
DM-nin Qobustan rayon filialı üçün
yeni binaların açılışı keçirilib.
Bu eyni zamanda
əhaliyə keyfiyyətli
xidmət üçün
də real şərait
yaradır. 6 ayda
internetlə təminat
yüksəlmişdir, genişzolaqlı
internetin montaj tutumu 46,6 faiz
artırılmışdır. Rayonun Cəmcəmli kəndində
yeni elektron Avtomat Telefon Stansiyası, Yekəxana kəndində isə poçt binası tikilib istifadəyə verilmişdir. Yaxın günlərdə
Ərəbşalbaş kəndində
yeni elektron Avtomat Telefon Stansiyasının tikintisinə
başlanılacaqdır.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2014.-7 avqust.-S.3.