QOBUSTAN:
İNDİ GÖRƏNLƏR SEVİNİR
(əvvəli
ötən sayımızda)
Əhalinin sosial müdafiəsi və məşğulluq məsələləri rayon rəhbərliyinin gündəlik nəzarətindədir.
Rayonda əhalinin
sosial müdafiəsi və məşğulluğu
daim diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikası Prezidentinin
27 dekabr 2013-cü il tarixli fərmanına əsasən
01 yanvar 2014-cü il tarixdən beşdən çox uşağı olan qadınlara hər uşağa 30 manat məbləğində
sosial müavinətin
verilməsinə başlanılmışdır.
Hazırda rayonda 31 ailənin
174 uşağına sosial
müavinət verilir.
Ötən ilin sonunda bir ailəyə düşən sosial müavinət məbləğinin
123 manat olduğu halda, 01 iyul 2014-cü il tarixə 127,98 qəpik təşkil
etmişdir. Birinci yarımildə 225 ailənin
1056 üzvünə ünvanlı
dövlət sosial yardımı təyin edilmişdir.Hazırda 495 ailənin
2325 üzvü ünvanlı
dövlət sosial yardımı alır ki, bu da
rayon üzrə ailələrin
5,72 faizini təşkil
edir. Bu isə respublika üzrə orta göstəricidən
0,42 faiz yüksəkdir.Sosial müavinətlərin
verilməsi ilə əlaqədar vətəndaşlardan
rayon İcra hakimiyyətinə
son alti ayda müraciət daxil olmamışdır.
Bu ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə rayonda əmək yarmarkası keçirilmiş,
yarmarkaya 15 müəssisədən
126 boş iş yeri çıxarılmışdır.Müraciət
etmiş 65 nəfərə
işə göndəriş
verilmiş, onlardan 55 nəfəri münasib işlə təmin olunmuşlar.
Bakı-Şamaxı avtomobil yolunun 4 zolağa genişlənməsi ilə
əlaqədar rayonun Ceyrankeçməz kəndi
ərazisində "Polad
Yol Yapı" şirkəti tərəfindən
açılmış iş
yerlərində 420 nəfər
işlə təmin olunmuşdur ki, bunlardan 220 nəfəri Qobustan rayon sakinləridir.Ümumilikdə
birinci yarımildə
1234 yeni iş yeri yaradılmışdır
ki, 114-ü daimi iş yeridir.Bu da ötən ilin müvafiq dövründən 12 iş
yeri çoxdur.
Qobustanda davam edən tikinti-quruculuq işləri
hər yerdən görünür
Rayonda tikinti, quruculuq abadlıq işləri də müvəffəqiyyətlə davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin
2 may 2013-cü il tarixli
sərəncamına əsasən
Qobustan Mərkəzi
Rayon Xəstəxanasının 50 çarpayılıq yeni binasının, 4 dekabr
2013-cü il tarixli sərəncamına əsasən
isə 15 min nəfər
əhalinin yaşadığı
6 kəndi birləşdirən
Təklə-Sündü-Xilmilli yolunun, Qobustan şəhərində yaradılacaq
Kənd Təsərrüfatı
Nazirliyinin yerli təşkilatının inzibati
binasının tikintisi
davam edir.
Qobustan şəhərində pentensiar
müəssisələrdə cəza çəkmiş
şəxslər üçün
50 yerlik Sosial Adaptasiya Mərkəzinin,
100 yerlik uşaq bağçasının, Çuxanlı
kəndində 180 şagird
yerlik məktəbin tikintisi aparılır.Qobustan
şəhərinin girişində
şəhər göstəricisi
tamamlanmışdır.
Heydər Əliyev prospektində, Bakı-Şamaxı yolunun
şəhər ərazisindən
keçən hissəsində
abadlıq işləri
davam etdirilir. Sahibkarlar tərəfindən
Qobustan şəhərində
2 kafe və 2 ticarət mərkəzi istifadəyə verilmişdir.
Birinci yarımildə Qobustan İcra Hakimiyyətinin həyətindəki parkda
və müxtəlif yerlərdə 2000-ə yaxın
ağac və qızıl gül kolları əkilmişdir.
Aqrar rayonun özünəməxsusluğu
Məlum olduğu kimi Qobustan aqrar rayondur. Bu ilin məhsulu
üçün çox
böyük hazırlıq
işləri görmüşdür.
29 min hektardan artıq sahədə taxıl əkilmişdir.
Həmin
əkinlərə güzəştli
şərtlərlə 2000 ton gübrə verilmişdir.
Rayonun ərazisində
taxıl toxumçuluğu
ilə məşğul
olan 1 dövlət müəssisəsi, 1 Bölgə
Təcrübə Stansiyası
və 12 özəl toxumçuluq təsərrüfatları
fəaliyyət göstərir
ki, bu da
rayonda taxılçılıqla
məşğul olan fiziki şəxslərin, özəl təsərrüfatların
kondisiyalı taxıl
toxumu ilə təmin edir. Bu məqsədlə 2013-2014-cü ilin payızlıq taxıl əkinində
2657 ha sahədə əkin
aparılmışdır ki,
bundan da 228 ha sahədə toxumluq dənli bitkilər, 15 ha sahədə təcrübə
əkinləri, 24 ha sahədə
çoxillik yem bitkisi olan xaşa,
20 ha sahədə yem,
24 ha sahədə ərzaq
noxudu və 5 ha sahədə vələmir
əkilmiş sahələr
təkcə Bölgə
Təcrübə Stansiyasının
payına düşür.Bütün
sahələrdə aqrotexniki
qulluq işləri görülmüş, alaq
otlarına və ziyanvericilərə qarşı
mübarizə
aparılmışdır.80 ha sahədə
toxumluq növ alağı, 205 ha sahədə
isə sort alağı
edilmişdir.148 ha sahədə herik şumu
çıxarılmışdır.247 ha əkin
sahəsinə ammonium-nitrat
yemləmə gübrəsi
və 50 ha sahəyə
superfosfat gübrəsi
səpilmişdir.
Yeni üzüm plantasiyaları
Rayonun ərazisində
üzümlüklərin salınması
ilə bağlı da müəyyən işlər görülmüşdür. Belə
ki, Qobustan şəhəri üzrə
7 ha, Dərəkənd kəndində
2,5 ha, Cəmcəmli kəndində 12 ha, Təklə
kəndində 9,5 ha, Bədəlli
kəndində 7 ha, Cəyirli
kəndində 4,8 ha və
Yekəxana kəndində
3 ha olmaqla rayon üzrə
45,8 ha üzüm bağları
salınmışdır ki,
bunun da müəyyən hissəsi
artıq məhsuldardır.
Dəmyə torpaqlarında üzümlüklərin
salınması ilə
əlaqədar Respublika
Prezidentinin müvafiq tapşırığına uyğun
olaraq rayon ərazisində
2000 hektara yaxın üzümlüklərin salınması
planlaşdırılmışdır.
Heyvandarlıq sahəsində artım
davam edir
Keçən ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu heyvanların baş sayı 30146 başdan 30293 başa, inək və camışların baş
sayı 11287 başdan
11327 başa, qoyun və keçilərin baş sayı 189255 başdan 189674 başa çatdırılmışdır ki, bu da
ardıcıl olaraq
100.5%, 100.4% və 100.2% təşkil
etmişdir.
Rayonda Dövlət
Proqramına uyğun olaraq mal-qaranın baş sayının və məhsuldarlığının
artırılmasında damazlıq
işinin aparılmasının
mühüm əhəmiyyət
daşımasına diqqət
artırılmışdır.
Bu məqsədlə rayonda
mal-qaranın süni mayalandırılması üçün
5 süni mayalanma texniki fəaliyyət göstərir. Onlar 2014-cü ilin I yarımilində
228 baş inək və düyələrin süni mayalanması işini aparmış, süni yolla mayalandırılmış inək
və düyələrdən
189 baş bala alınmışdır.
Qarşıda duran vəzifələr
Sonda
RİH başçısı Adil Məmmədov demişdir:
- Bu ili möhtərəm
Prezidentimiz "Sənaye
ili" kimi müəyyənləşdirilməsi üçün Sərəncam
vermiş, müvafiq tədbirlər planı təsdiq edilmişdir. Eyni zamanda cənab Prezident öz çıxışında xüsusi
ilə qeyd etmişdir ki, hər bir rayonda
sənaye zonaları yaradılmalıdır. Biz
də rayonumuzda müvafiq zonanın yaradılması üçün
müvafiq tədbir görməliyik. Bir neçə gün öncə möhtərəm
Prezidentimiz Suraxanı
Günəş Elektrik
Stansiyasının açılışında
iştirak edərkən
cənab Prezidentə Alternativ və Bərpa olunan Enerji mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov tərəfindən "Qobustan
2020" pilot layihəsi təqdim
edildi. Bildirildi ki, layihə
"Ağıllı şəbəkə"
adlanan sistem vasitəsi ilə reallaşacaq. "Ağıllı
şəbəkə" enerji
itkisini azaltmaqla yanaşı, həm də istehlakçıya daha keyfiyyətli elektrik enerjisini ötürməyə imkan
verəcək.Bu sistem
Qobustanda hansısa bir ərazidə qəza baş verərsə, bütün
rayonun deyil, məhz həmin ərazinin elektrik enerjisi ilə təchizatını dayandıracaq.Layihənin
həyata keçməsi
ilə Qobustan rayonu üzrə 212 km elektrik ötürücü
xətlərinin qənaətinə
imkan yaradılacaq və 94 komplekt transformator məntəqəsi
ixtisara düşəcək.Layihə
həm də müxtəlif ölçülü
11 su anbarının yaradılmasını nəzərdə
tutur.Qobustanda günəş
elektrik stansiyaları hesabına boru su kəmərləri vasitəsi ilə suvarılan torpaqların sahəsinin 5 min hektardan 50
min hektara çatdırılması
nəzərdə tutulur.Layihə
çərçivəsində burada bir sıra
iqtisadi, kənd təsərrüfatı və
sənaye obyektlərinin
inşası planlaşdırılır...
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2014.-8 avqust.-S.3.