...YOXSA BU DAĞLARIN ŞAHZADƏSİMİ?

(əvvəli ötən sayımızda)

 

Hesabat ilində mərkəzləşdirilmiş xərclərdən 10,8 milyon manat subsidiya alınmış, büdcə xərcləri 11,8 milyon manat və ya 95,8 faiz icra olunmuşdur.

2014-cü ilin altı ayında əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ünvanlı sosial yardımların, pensiyaların, əməkhaqlarının vaxtında verilməsi təmin edilmiş, aztəminatlı ailələrə qayğının artırılması diqqət mərkəzində saxlanılmışdır. Hesabat ilində 506 pensiya işi təyin edilmiş, 16605 pensiyaçıya xidmət göstərilmiş, 3,0 milyon manat məcburi dövlət sosial sığorta haqları yığılmış, proqnoz tapşırıqlar 100,2 faiz icra olunmuş, 19 hüquqi fiziki şəxsə qarşı maliyyə sanksiyaları tətbiq edilmişdir. 2014-cü ilin birinci yarısında rayonda 4767 nəfərə sosial müavinət, 1614 ailənin 7020 üzvünə (hər ailəyə orta hesabla 127,01 manat) ünvanlı sosial yardım verilmiş, 217 nəfər tək, kimsəsiz qocalara xidmət göstərilmişdir.

İl ərzində məşğulluq xidməti orqanları tərəfindən 376 nəfər işaxtaran kimi qeydiyyata alınmış, 272 nəfər münasib işlə təmin olunmuş, 7 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir.

Cənab Prezidentin tapşırığı əsasında ASAN xidmət mərkəzləri fəaliyyət göstərməyən bölgələrdə ASAN xidmətin səyyar avtobusların əhaliyə xidmət göstərilməsi nəzərdə tutulmuşdur. 10 iyul 2014-cü il tarixdən ASAN xidmətin səyyar avtobusları rayona gəlmiş rayon Mədəniyyət evində Mədəniyyət evinin qarşısında əhalinin xidmətdən yararlanması üçün əlverişli şərait yaradılmışdır...

Öyrənirik ki, gün ərzində təxminən 250-300 vətəndaş "Asan xidmət"ə müraciət edir onlara xidmət göstərilir. Rayondan 10 nəfər könüllü bu işə cəlb olunmuşdur. Rayon sakinləri onlara yaradılan bu şəraitə görə cənab Prezidentə rayon rəhbərliyinə təşəkkürünü bildirirlər.

 

Torpağın qədir-qiymətini bilməyin Zaqatala nümunəsi

 

Rayonun 134981 hektar vahid torpaq fondunun, 84354 hektarı dövlət mülkiyyətində, 17554 hektarı bələdiyyə mülkiyyətində, 33073 hektarı isə xüsusi mülkiyyətdədir.

Son illərdə aqrar sektorda həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində rayonda 2014-cü ilin birinci yarısında kənd təsərrüfatı məhsullarının istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz artaraq 32 milyon manata çatmışdır.

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası ilə bağlı rayonda kənd təsərrüfatı işləri davam etdirilərək 12082 ha sahədə 2014-cü ilin məhsulu üçün payızlıq taxıl, o cümlədən 8415 ha sahədə buğda, 14622 ha sahədə yazlıq bitkilər, o cümlədən 5903 ha sahədə qarğıdalı, 128 ha sahədə paxlalılar, 503 ha sahədə tütün, 222 ha sahədə dən üçün günəbaxan, 25 ha sahədə qazanlıq gülü, 1535 ha sahədə kartof, 2098 ha sahədə tərəvəz, 780 ha sahədə bostan bitkiləri 3428 ha sahədə yonca əkilmişdir. Kənd təsərrüfatı işlərinin aqrotexniki müddətlərdə keyfiyyətlə icra edilməsi məqsədi ilə rayonda bütün imkanlar səfərbər olunaraq cari ilin I yarısında 9835 ha sahədən 18788 ton taxıl, o cümlədən 6164 ha sahədən 11997 ton buğda, yazlıq əkinlər üzrə 2641 ton kartof, 2189 ton tərəvəz, 180 ton bostan məhsulu, 13.4 ton tütün, 700 ton meyvə, 16 ton yaşıl çay yarpağı istehsal olunmuşdur.

Nazirlər Kabinetinin iclasında cənab İlham Əliyev demişdir: "..... Burada verilən məlumata görə, hazırda 30 min hektar torpaqda 19 iri fermer təsərrüfatının yaradılması prosesi gedir. Nəticə etibarilə, biz mövcud olan torpaqlarda məhsuldarlığı artıraraq özümüzü tam şəkildə taxılla təmin edə bilərik. Məhsuldarlıq 56 sentnerdir, ancaq orta hesabla ölkə üzrə təxminən 25-26 sentnerdir. Yəni, yeni təsərrüfatlarda məhsuldarlıq iki dəfə artır. Ən müasir texnologiya, texnika, gübrələr, aqroxidmət göstərilir. Çalışmalıyıq ki, bu təcrübəni biz bundan sonra o qədər böyük olmayan təsərrüfatlara da tətbiq edək. Əlbəttə ki, həcm baxımından bu, fərqlənəcək, amma yanaşma eyni olmalıdır. Əslində biz iri fermer təsərrüfatlarının müasir səviyyədə yaradılması ilə ölkəmizdə bir standart müəyyən edirik. Bundan sonra Azərbaycanda kənd təsərrüfatının inkişafı dünyanın aparıcı təcrübəsinə əsaslanmalıdır".

2014-cü ilin I yarısında "Aqrolizinq" ASC-nin Zaqatala filialı tərəfindən fermer təsərrüfatlarına 1 ədəd kombayn və 1 ədəd traktor lizinqə verilmiş, istehsalçıların ehtiyacını ödəmək məqsədi ilə rayona 4 ədəd taxılyığan kombayn gətirilmişdir. Prezidentin 25 dekabr 2013-cü il tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında" sərəncamı rayonda kənd təsərrüfatı məhsulları istehsalçılarının həmin texnikaya olan tələbatının ödənilməsində mühüm rol oynayaraq strateji məhsul olan taxılın vaxtında və itkisiz yığılmasını stimullaşdırır.

 

Suyasuvarmaya ciddi münasibət

 

Son illərdə ölkəmizdə əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilməkdədir. Ölkə Prezidentinin "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırması və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" 29 yanvar 2014-cü il tarixli Sərəncamının icrası olaraq "Azərbaycan MeliorasiyaSu Təsərrüfatı" ASC tərəfindən qazılacaq 17 ədəd subartezian quyusunun yeri mütəxəssislər tərəfindən müəyyən edilərək torpaq sahəsinin sənədləşmə işləri aparılmış və artıq Aşağı Tala, Yuxarı Tala, Göyəm, Sumaylı, Dombabinə, Aşağı ÇardaxlarÇobankol kəndlərində subartezian quyularının qazılması tamamlanmışdır. Bundan başqa, 1 ədəd subartezian quyusu təmir-bərpa edilmiş, 15 ədəd subartezian quyusu təmir edilmiş, 2100 ha əkin sahəsinin suvarılmasına xidmət edən iki pilləli Alazan nasos stansiyasında təmir-bərpa işləri davam etdirilmişdir.

Cari ilin 6 ayında 516 min m3 çay yataqlarının təmizlənməsi, 156.2 min m3 suvarma kanallarının lildən təmizlənməsi, 400 pm uzunluğunda daş beton bəndin tikintisi, 315 m3 qabion bəndlərin quraşdırılması, 3689 m3 daş-beton bəndlərin təmiri işləri həyata keçirilmişdir.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-13 avqust.-S.3.