...YOXSA BU DAĞLARIN
ŞAHZADƏSİMİ?
(əvvəli ötən
saylarımızda)
Tikinti, təmir və abadlıq işlərinin 6 aylıq statistikası
2014-cü
ilin I yarımili ərzində Zaqatala rayonunda bütün maliyyə mənbələri
hesabına 13,4 milyon manat dəyərində
tikinti, təmir və abadlıq işləri görülmüşdür.
Dövr ərzində Zaqatala şəhərində Heydər
Əliyev Mərkəzi
üçün yeni binanın tikintisi başa çatdırılmış,
Qandax kəndində Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə yeni tibb
məntəqəsi inşa
edilərək istifadəyə
verilmişdir. Rayon Maliyyə İdarəsi və rayon Məhkəməsi üçün
yeni inzibati binaların, Azərbaycan Müəllimlər İnstitutunun
Zaqatala filialınının,
Zaqatala şəhərində
Dövlət Yanğın
Xidmətinin rayon şöbəsinin
depo binasının, Əliabad qəsəbəsində
və Çobankol kəndində yeni Yanğından Mühafizə
bölmələrinin tikintisi
davam etdirilmişdir. Rayon Mıərkəzi Xəstəxanasının reanimasiya
və cərrahiyyə
şöbələri üçün
liftin tikintisinə başlanılmışdır.
Yuxarı
Tala kənd 2 saylı tam orta məktəbin yerində yeni 450 şagird yerlik məktəb binasının tikintisi davam etdirilmiş, 2012-ci ilin may ayında baş vermiş güclü zəlzələ
nəticəsində qəzalı
vəziyyətə düşmüş
Aşağı Tala kənd 3 saylı 600 şagird yerlik və Yuxarı Tala kənd 4 saylı 360 şagird yerlik tam, Kürdəmir kənd 50 şagird yerlik ümumi orta məktəb binaları istifadəyə
verilmişdir.
2014-cü ilin I yarımili
ərzində rayonda məktəbəqədər təhsil
müəssisələrinin tikintisi və təmiri, onların maddi-texniki bazalarının
möhkəmləndirilməsi istiqamətində də işlər davam etdirilimişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə
zəlzələ nəticəsində
qəzalı vəziyyətə
düşmüş körpələr
evi-uşaq bağçalarının
bərpa-gücləndirilməsi və tikintisi üçün ayrılmış
vəsait hesabına Aşağı Tala kənd 1 saylı, Əliabad qəsəbə
4 saylı və Muxax kənd körpələr evi-uşaq
bağçalarında bərpa-gücləndirmə
işləri aparılmış,
yeni texnoloji avadanlıqlarla təchiz edilərək istifadəyə
verilmişdir. Hazırda
şəhər 2 saylı
körpələr evi-uşaq
bağçasının yerində
50 yerlik, Lahıc və Danaçı kəndlərinin hər birində 40 yerlik və Faldarlı kəndində 20 yerlik yeni körpələr evi-uşaq bağçalarının
tikintisində və şəhər 6 saylı
və Muğanlı kənd körpələr
evi-uşaq bağçalarının
bərpa-ğücləndirməsində
son tamamlama və abadlıq işləri aparılır.
Əliabad qəsəbəsində 1 saylı
körpələr evi-uşaq
bağçası təmir
edilərək yeni inventar və avadanlıqlarla təchiz edilmişdir.
Heydər
Əliyev fondunun maliyyə dəstəyi ilə şəhərin şimal-qərb yaşayış
massivində yeni 100 yerlik uşaq bağçasının tikintisinə
və Azərbaycan prospekti 108 saylı ünvanda yaşayış
kompleksinin 1-ci mərtəbəsindəki
qeyri-yaşayış sahələrində
yenidənqurma işləri
aparmaqla yeni 100 yerlik uşaq bağçası kimi uyğunlaşdırılması işlərinə başlanılmışdır.
Rayonda ümumi sahəsi 8682 kvm olan 57 fərdi
yaşayış evi tikilərək istifadəyə
verilmiş, yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin,
yüksək mərtəbəli
yaşayış binalarının
tikintisi davam etdirilmişdir.
Zaqatalanın tarixi keçmişinə
Prezident qayğısı
Şəhər abadlığına ayrılmış
vəsait hesabına Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev 23 avqust 2013-cü il tarixli 3083 nömrəli Sərəncamı ilə
Zaqatala şəhərinin
tarixi görkəminin
geri qaytarılması
və abadlıq-quruculuq
işlərinin davam etdirilməsi məqsədilə
Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan Zaqatala Rayon İcra Hakimiyyətinə
ayrılmış vəsait
hesabına şəhərin
H.Əliyev prospektində,
28 may, Ü.Sadıqov, Şəhriyar
və Qarabağ küçələrində binaların
fasadlarında 1568 kvm bərpa, dam örtüklərində
992 kvm əsaslı təmir işləri aparılmış, küçələrə
2205 metr uzunluğunda bardür, səkilərə
1560 kvm asfalt, 1309 kvm tamet örtüyü
döşənmiş, 936 metr
uzunluğunda yağış
suyu arxı tikilmiş, 41 ədəd yeni işıq dirəyi quraşdırılmış
və 1040 kvm yaşıllıq zolağı
salınmışdır. Hazırda bu
istiqamətdə işlər
davam etdirilir.
Hüquq mühafizə orqanları
İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunması
sahəsində Rayon İcra
Hakimiyyəti öz fəaliyyətini qanunçuluq,
ədalət, qərəzsizlik,
aşkarlıq və şəffaflıq prinsipləri
əsasında qurmuşdur.
"Azərbaycan Respublikasında
insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyinin
artırılması sahəsində
Milli Fəaliyyət Proqramı"nın icrası təmin edilmiş, Azərbaycan Respublikasının qanunvericilik
aktlarının icrası
nəzarətdə saxlanılmışdir.
İctimai asayişin qorunması,
kriminogen vəziyyət,
habelə vətəndaşların
hüquq və azadlıqlarının, qanuni
mənafelərinin qorunmasının
təmin olunması haqqında məhkəmə,
ədliyyə, prokurorluq
və polis orqanlarından
məlumatlar alınmış,
hüquqpozmaların profilaktikası
üzrə tədbirlər
həyata keçirilmişdir.
2014-cü ilin birinci
yarımilində rayonda
83 cinayət hadisəsi
qeydə alınmış,
kompleks şəkildə
aparılmış təşkilati-əməliyyat-axtarış
tədbirləri nəticəsində
cinayətlərin açılması
95.8 faiz olmuşdur. Rayon ərazisində narkotiklərlə
mübarizə sahəsində
9 cinayət faktı aşkar olunmuş, 7 kq qurudulmuş marixuana qanunsuz dövriyyədən çıxarılmışdır.
Rayonda
"Korrupsiyaya qarşı
mübarizəyə dair
və Açıq Hökumətin təşviqinə
dair 2012-2015-ci illər
üçün Milli
Fəaliyyət Planı"nın aidiyyətı
bəndlərinin icrası
diqqətdə saxlanılmış,
mərkəzi icra hakimiyyəti orqanlarına
hesabatlar verilmişdir.
Vətəndaş müraciətlərinə həssaslıq və qarşıda duran vəzifələr
2014-cü
ilin birinci yarısında RİHB-nın
yerlərdə 22 səyyar
qəbul-görüşləri keçirilmişdir ki, bu görüşlərdə
3122 adam iştirak etmiş, 127 tənqidi-qeyd
və təklif irəli sürülmüşdür.
Təhlil
göstərir ki, səyyar qəbullarda qaldırılan məsələlərin
13,4 faizi elektrik təchizatı məsələləri,
11,9 faizi içməli
su və kanalizasiya, 12,6 faizi məktəb tikintisi və təmiri, 11,9 faizi yolların təmiri, 11,9 faizi təbii qaz çəkilişi məsələləri
və digər məsələlərlə bağlı
olmuşdur.
Səyyar
qəbullarda irəli sürülən tənqidi
qeyd və təkliflərin 30 faizi artıq həll edilmiş, 21 faizinin icrası nəzarətə
götürülməklə həlli davam etdirilir, digər müraciətlərin isə
aidiyyəti qurumlar və ya Dövlət
Proqramı əsasında
həll olunacağı
barədə vətəndaşlara
müvafiq izahatlar verilmişdir.
Vətəndaşların müraciətləri əsasında
onlarla kilometr yollar asfaltlaşdırılmış,
qaz və elektrik xətləri çəkilmiş, məktəblər,
uşaq bağçaları,
mədəniyyət, səhiyyə
və idman obyektləri əsaslı təmir edilmişdir. Körpülər, suvarma kanalları tikilmiş və təmir edilmiş, ehtiyacı olan minlərlə insana, şəhid ailələrinə,
Qarabağ əlillərinə,
müharibə və əmək veteranlarına
müxtəlif yardımlar
göstərilmişdir.
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2014.-14 avqust.-S.3.