YAŞA, EY HAQQ

Romandan səhifələr

 

 (əvvəli ötən şənbə saylarımızda)

Lahıcda keçirdiyimiz qorxulu-səksəkəli günlər bizi bir-birimizə elə bağladı ki, yarımca saat ayrı düşəndə sanki havamız çatmırdı. Ulularımız gözəl deyiblər: "Var günün dostu, dar günün dotsu!". Elə bil bu sözləri deyəndə onu düşünüblər. Yaxın olduğumuz, doğmalaşdığımız gündən bəri Abbasqulu mənim həm var günümün, həm də dar günümün dostu olub. Ümbülbəninin gözündən heç nə yayınan deyil. Adamı bircə dəfə gördü, bəsdir. Biləcək ki, hansı yuvanın quşudur. Neçə illər qabaq Abbasqulunun barəsində dedikləri sonra necə də yerini aldı. Deyərdi ki, Abbasqulu sarıdan naxışın gətirib. Onunla ölümə getmək olar. Biləndə ki, bir yerdəsiniz səndən nigaran qalmıram.

İndi burada onun da, Məmmədəlinin də yeri necə görünür! Barı ikisindən biri yanımda olsaydı, bu qədər darıxıb, xiffət eləməzdim. Bilərdim ki, arxam var, dayağım var.

Elə bil içində acı sazaq əsdi: "Görəsən onların taleyi necə oldu, təzədən tutub dama bas-madılar ki? Çətin ki, yaxalarından əl çəkələr. Mənim hayıfımı da onlardan çıxacaqlar. Abbasqulu dözümlüdür. Məmmədəlini isə bu dəfə tutsalar heçg Ürəyi tablamayacaq. Yazıqlar ikisi də mənim yolumda çox əzab çəkib, ölümlə çox əlbəyaxa olublar. Bircə buraya gəlib çıxa bilsəydi-lərg Yenə üç dost, üç qardaş tikəmizi bölə-bölə ürəyimizi, beynimizi, arzularımızı bir-birinə qoşardıq. Biz and içmişdik, peyman bağlamışdıq ki, son nəfəsimizəcən, ürəyimizin son çırpıntı-sınacan "Müsavat"ın tutduğu, getdiyi yoldan dönməyək. Həmişə qürurla demişik, yenə də dey-əcəyik: "Müsavat" bizimdir, biz də "Müsavat"ın! Bizi bir-birimizdən yalnız ölüm ayıra bilər".

Yenə dostları xatırladı, ötən günləri yada saldı. Ürəyində gah sevinc qəmi boğdu, gah da qəm sevinci. Axıb getdi düşüncələri: "Çox adam "Müsavat"ın yaradılmasını tək mənim adıma çıxır. O adamlarda günah görmürəm. Bu bəlkə də mübarizə yoldaşlarımın ürək genişliyindən, tə-vazökarlığından irəli gəlir. Həmişə məni qabağa verirlər. Ancaq gərək həqiqəti unutmayasan, haqqı nahaqqa verməyəsən.

Düzdür, başımızda bu fikir çox dolanırdı: bir partiya yaradaq. Adını da qoyaq "Müsavat". Yəni, "Bərabərlik" partiyası.

Sonra tale elə gətirdi ki, Tehrana getməli oldum. Bakıda qalsaydım sakit buraxmayacaqdılar. Polis yenə izimə düşmüşdü, ovlamaq istəyirdi məni. Ona görə də İrana adladım. Orada da xalq ayağa qalxmışdı, şah üsuli-idarəsini uçurmaq istəyirdi. Mən də bu qaynar qazanın içinə düşdüm, bir də gözümü açanda gördüm ki, inqilaba qoşulmuşam, məşqrutəçilərin qabaq cərgəsindəyəm. Orada özümə çoxlu dostlar tapdım. Sədaqətli, dəyantəli dostlar! Onlara ürəkdən bağlandım. İndi də hamısı gözümün qabağındadır: Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rzag 1910-cu ilin sentyabrı ömrüm boyu yadımdan çıxmaz. Necə də sevinir, qürrələnirdik! Bu da çox təbii idi. Biz İran Demokratik partiyasının təməl daşını qoyur, tarix yaradır, tarix yazırdıq.

O zaman 26 yaşım vardı. Hələ ailə də qurmamışdım. Buna vaxt da yox idi. Gecəm, gündüzüm bilinmirdi. Yenicə dünyaya gətirdiyimiz Demokrat partiyasının iki qəzeti vardı - "İrane nou", bir də "İrane Ahat". İkisinin də baş redaktorluğu mənim boynumda idi. Çiyinlərimi çox ağır yükün altına vermişdim.

Bakı ilə də əlaqəmi üzməmişdim. Özüm Tehranda olsam da ürəyim doğma yerlərdə, doğmaların yanında idi. Məktubla, gəlib-gedənlə bütün işlər barədə bir-birimizi xəbərdar eləyirdik. Məmmədəlinin də bir ayağı Tehranda idi. Bizim yaratmaq istədiyimiz partiya - bizim "Müsavat"ımız ürəyimizdə, arzularımızda yol gəlirdi. Canımızı, qanımızı əsirgəmirdik. Bilirdik, inanırdıq ki, gələcək. Həsrətlə gözləyirdik yolunu.

Nəhayət, bizim də körpəmiz dünya işığına çıxdı. 1911-ci il "Müsavat"ın doğum ili oldu. Qoy insanlar da, tarix də bilsin ki, onun ilk laylasını mənim ürək dostlarım - Məmmədəli Rə-sulzadə, Abbasqulu Kazımzadə, bir də Tağı oğlu Nağı deyiblər.

Qəlbim həmişə onların qəlbi ilə birlikdə döyünüb. Çox hadisələr oldu, çətin günlər yaşadıq, itkilər verdik. İllər ötdükcə, zaman çalxalandıqca "Müsavat" da böyüdü, xalqdan güc aldı, qanadlarını bərkitdi, döyüşlərə girdi. Biz qələbə çaldıq. Mən onun sıra nəfəriydim, dönüb lideri oldum. Bu şərəfi mənə məslək, əqidə dostlarım, bir də canımı, qanımı, taleyimi qurban etdiyim xalqım verdi, özü də ürəkdən, cani-dildən".

Bir vaxtlar dilindən qopub ürəklərdə yuva tapan bu qanadlı sözlər yeneidən fikrini işıqlan-lırdı: "Azərbaycan dövri-istiqlalına bolşeviklər "Müsavat dövrü" deyirlər. Fəqət,xalq bu dövrə Azərbaycan dövrü deyir. Xalqın düşüncəsində Azərbaycan məfhumu coğrafi bir mənadan ziy-adə fikir və əməl şəklində təcəssüm edir. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur".

Xəyalı üç ildən bəri aralı düşdüyü doğma yurdu gəzib dolaşır, bir an da unutmadığı dostları ilə görüşürdü. Elə bil özünü onların qarşısında günahkar sayırdı. Ancaq onun nə günahı vardı axı?! Məmmədəmini qəhər boğdu: "İndi haradasınız, ay Məmmədəli, ay Abbasqulu, ay mənim əziz qardaşlarım? Səsimə hay verin! Bilmirəm "ÇK"-nın qanlı caynaqlarından necə qurtulacaq-sınız? Möhkəm olun, möhkəm dayanın! İnanıram ki, xalq sizi darda qoymayacaq!".

Dərindən köks ötürdü: "Nə olaydı, burada, qürbətdə də olsa görüşə biləydik, bir-birimizi ürəymimizin başına sıxaydıq!"

Xatirələr də çeşmə kimidir. Bir balaca gözünü qurdaladın - axıb gələcək, car olacaq. İndi də beləydi: hadisələr, görüşlər, olub-keçənlər birər-birər necə də axıb gedirdi gözünün qabağın-dang

Bakıg 1920-ci ilg Payızın ömrünə az qalıb. Bayırda qış havası var. Şəhər ağrıdan, əzab-dan göz yaşlarını içinə axıdan dərdli-ələmli bir insana bənzəyirg

Axşam təzəcə düşüb. Lampanın işığı can verir, gözləyirlər ki, indicə öləziyəcək, yenə qa-ranlıqda qalacaqlar.

"Xüsusi şöbə"nin podvalına salındıqları gündən axşamları demək olar ki, beləcə - qaran-lıqda keçir. Elə bil bunu qəsdən edir, əsəbləri ilə oynayırlar.

gMəmmədəmin zirzəmiyə sığmır, bərk hirslidir. Abbasqulu qorxur ki, gözətçini çağırıb yenə "atasını yandıra". Düşünür: "Tutalım yandırdı. Nə olsun? At indi bolşeviklərin altındadır, hara istəyirlər, ora da çapırlar". Əsəbləri dözmür:

- Necə də qansızdırlar, - deyir, - Allahın işığını da qıymırlar, cirə ilə verirlər. Düşmən olanda nə olar? Axı niyə anlamırlar ki, biz də insanıq?!

- Sən onlardan insanlıq gözləyirsən? - Məmmədəminin səsi ovxarlı qılınca dönür. - Əlacları olsa havamızı kəsərlər, işıq nədir kig

- Bilirəm, - deyə Abbasqulu çırağın ağlar-sızlar işığında yazıq-yazıq onun üzünə böaxır. - Görəsən sənin bu dostun bizə kələk gəlmir ki?

- Hansı dostum?

- Kobanı deyirəm.

- Daha Koba yoxdur, Abbasqulu.

- Yoxsa çıxıb getdi o zalım oğlu? - Abbasqulu təşvişə düşür.

- Yox, getməyib, buradadır. - Məmmədəmin arxayın-arxayın cavab verir. - Koba indi dönüb Stalin olub. Polad sözündən düzəldib ləqəbini. Stalin, yəni polad kimi möhkəm adam.

Abbasqulu çiyinlərini çəkir.

- Bizim üçün nə fərqi var, ya keçəl Həsən, ya da Həsən keçəl. Bircə sözünün dalından qaçmasın, yalamasın tüpürdüyünü.

- Məncə, vədinə xilaf çıxmaz.

- Mənə də elə gəlir. Ancaq nə biləsən?! İnsan çiy süd əmib.

Qapı zərblə açılır. Diksinirlər. Abbasqulunun sözü ağzında qalır. Gözətçi adamın əsəblərini yerindən oynadan kal səslə qışqırır:

- Rəsulzadə!

Abbasqulu əlindən bərk yığıb onun. Qalxıb üstünə yeriyir:

- İvan, deyəsən səsin özünə xoş gəlir, hə?!

Gözətçi bir ayağını qaçaraq qoyaraq:

- Pankratov sizi çağırır, Rəsulzadə! - deyir.

Hər gün saatlarla dindirildiyi, ruhunun,qəlbinin, əsəblərinin çarmıxa çəkildiyi o kabinetə - "Pankratovun xarabası"na sarı bircə addım atmaqona cəhənnəmə getməkdən də betərdir. Yenə canını dişinə tutub səssizcə qapıdan çıxır. Abbasqulu yetim uşaq kimi boynunu içinə salıb onun dalınca baxır. Ürəyində: "Kaş, xeyirliyə olaydı" - fikirləşir.

Qabaqda Məmmədəmin, arxasınca da əli silahlı gözətçi qaranlıq dəhlizdən keçib Pankra-tovun "qulluği-şərifi"nə yetişirlər. "Xüsusi şöbə"nin şefi qoz ağacından düzəldilmiş iri, qədimi stolun arxasında sərələnib oturub. Onun bu oturuşu, ədası, baxışları açıq-aşkar deyir: "Rəsulzadə, sənin dövranın keçdi. İndi hakimi-mütləq mənəm. Mən nə desəm, o da olmalıdır, bildin!".

Pankratov ətiacı adam idi. "Müsavat" adı gələndə elə bil dədəsinin gorunu söyürdülər. Açıq-aşkar hiss olunurdu ki, qarşısındakı adama dərin kini var. Bu dəqiqə qanını tökməyə hazır-dır. Məmmədəminin ovxarlı baxışları onu qılınc kimi doğrayır. Pankratov qəzəbini boğa bilmir. İlan kimi qıvrılıb, sinəsini stola verir və altdan yuxarı Rəsulzadəyə baxır. İçinin zəhəri gözlərinə süzülüb. Gözlərində göllənib. Əlacı olsa, bütün bu zəhəri son qətrəsinəcən təkəbbürlü "qonağ"ın canına yeridər, heç "uf" da deməz.

Acıqlı-acıqlı, bir az da saymazyana:

- Cənab Rəsulzadə, - deyir, - yoldaş Stalin sizdən inciyib.

- Nə üçün? - Məmmədəminin dodaqları yavaşca tərpənir.

- Onun sözlərinə şübhə etdiyiniz üçüng Deyir ki, yoldaş Rəsulzadə niyə bizə inanmır. Niyə mənim vədimə şübhə ilə baxır.

Pankratov imkan vermirdi ki, o, ağzını açıb nəsə desin, istəmir söhbətin uzanmağını. Stalinin sözlərini hökm oxuyurmuş kimi birnəfəsə güllə kimi yağdırır:

- Mən bir neçə gündən sonra Moskvaya yola düşürəm. Siz də mənimlə bərabər ge-dəcəksiniz. Sizi orada sərbəst buraxacaqlar. İstəsəniz ailənizi də özünüzlə apara bilərsiniz. Mo-skvada tamamilə azad-asudə yaşayacaq, həm mənim, həm də Sovet hökumətinin himayəsini hiss edəcəksiniz. Ailəniz burada qalsa, o da Azərbaycan hökumətinin himayəsində olacaq. Yoldaşlarınız Məmmədəli ilə Abbasqulu da sizinlə birlikdə gedəcəklər.

Bir anlığa araya sükut çökür. Pankratovun gürzə baxışları məmmədəmini dalayıb çalır: "Rəsulzadə, yoldaş Stalin yaman girdi qanının arasına, yoxsa mauzerimdə sənə də güllə payı saxlamışdım. Moskvaya getməklə elə bilirsən canını qurtarırsasn? Yox, hələ bilmək olmaz bu işin axırı nə ilə qurtaracaq!".

Məmmədəminin baxışları da öz növbəsində onu cavabsız qoymur: "Pankratov, çox da se-vinmə! Mənim də xalqım sizin başınıza sığal çəkən deyil. Bu torpaq od olub yandıracaq sizi! Zülm ilə abad olan bir gün gələr bərbad olar".

Pankratov istehzalı-istehzalı deyir:

- Cənab Rəsulzadə, sizi təbrik edirəm. Stalin sizə çox böyük şərafət göstərir. Bunu həm başa düşmək, həm də qiymətləndlirmkə lazımdır.

Elə bil Məmmədəmin onun dediklərini heç eşitmir. Əslində isə eşidir və bütün qəzəbini içində boğur. Ancaq qığılcım saçan gözlərində Pankratova cavabı aydın oxunur: "Qanmaz sən özünsən, Allahın qanmaz İvanı!"

Məmmədəminin baxışları Pankratovu qorxudur. O, söhbəti xırp kəsir:

- Rəsulzadə, azadsınız, gedə bilərsiniz.

 

(ardı var)

 

Nahid HACIZADƏ

Ədalət.-2014.-16 avqust.-S.6.