UZAQ,
YAXIN-DOĞMA BALAKƏN...
(əvvəli
ötən sayımızda)
Rayonda bitkiçiliklə
yanaşı heyvandarlığın
da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış,
iribuynuzlu mal-qaranın,
qoyun-keçilərin, quşların
və arı ailələrinin baş sayı və bütün növ məhsulların istehsalı
üzrə artım əldə olunmuşdur.
Cənab Prezidentin tapşırığına
uyğun olaraq rayonda quşçuluq sənayesinin inkişaf etdirilməsi üçün
mövcud əlverişli
şərait nəzərə
alınmış, Qaysa
kəndində inkubasiya
təsərrüfatı yaradılmış
və istifadəyə
verilmişdir. Təsərrüfatın bir dəfəyə
5000 yumurtadan cücə
çıxartmaq gücü
vardır. Cari ildə rayon üzrə ümumi əkin sahələri əvvəlki
ilə nisbətən
314 ha və yaxud 2,7%, 2011-ci ilə nisbətən isə 2969
ha və yaxud 32,5% artmışdır. Bütövlükdə
2014-cü ilin 6 ayında
aqrar sahədən 25,4 mln. manatlıq gəlir əldə edilmişdir ki, bu da
əvvəlki ilə nisbətən 1,3 mln. manat çoxdur.
İstehsal olunan məhsulun 11,3 mln manatı bitkiçilik, qalan yəni qalan 14,1 mln manat isə
heyvandarlıq məhsullarının
payına düşmüşdür...
Bələdiyyələrin fəaliyyəti genişlənir
və formalaşır
Öyrənirik ki, keçən
dövr ərzində
bələdiyyələr tərəfindən
59 nəfərə həyətyanı
sahə kimi 5,02 ha, 3 nəfərə sahibkarlıq fəaliyyəti
üçün 90 m2 torpaq
sahəsi satılmışdır.
Eyni zamanda, Katex bələdiyyəsində
kənd təsərrüfatı
məhsulları istehsalı
məqsədi ilə
48,5 ha torpaq sahəsi hərrac yolu ilə icarəyə
verilmişdir.
Hesabat dövründə ekoloji tarazlığın qorunması
və yaşıllaşdırma
işlərinin aparılması
sahəsində 20 ha meşə
əkini aparılmış,
0,96 ha sahədə tinglik salınmış, hazırda həmin sahələrə xidmət
göstərilir.
Katex-Balakən magistral yolunun kənarlarında, şəhərin
küçə və
parklarında 10 mindən
çox həmişəyaşıl
ağacın və bəzək kollarının
əkilməsi təmin
edilmişdir.
2014-cü ilin birinci
yarısında rayon ərazisində
abadlaşdırma, tikinti,
təmir və quruculuq işləri sürət və keyfiyyətlə aparılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin
2013-cü ilin avqust ayında imzaladığı
Sərəncama əsasən
tikintisi üçün
vəsait ayrılmış
Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala
yolunda işə başlanılmış və
birinci mərhələ
başa çatdırılmışdır.
Cənab Prezidentin həmin tarixdə imzaladığı
digər Sərəncama
əsasən rayonda abadlıq işlərinin davam etdirilməsi üçün icra hakimiyyətinə ayrılan
vəsait hesabına işlərin görülməsi
davam etdirilir. Birinci yarımillikdə
həmin vəsait hesabına şəhərin
Rafiq Səmədov küçəsində yerləşən
bağ abadlaşdırılaraq
yenidən qurulmuş və burada Soyqırım qurbanlarının
xatirəsinə abidə
kompleksi tikilmişdir.
Həmin
küçədə "Veteranlar bağı" salınmış, küçələrdə
yol nişanları daha müasirləri ilə əvəz edilmişdir. Şəhərdə 20 kommunal binanın dam örtüyü dəyişdirilmiş,
16 binanın isə fasad hissələri mişar daşı və dekorativ daşlarla üzlənmişdir.
Heydər Əliyev adına mədəniyyət
və istirahət parkının giriş hissəsi yenidən qurulmuşdur. Şəhərin
Heydər Əliyev və Atatürk prospektlərində, Nəriman
Nərimanov, Rafiq Səmədov, Məhəmməd
Əsədov, Əli Ansuxski küçələrində
və Soyqırım bağında 10100 kvadrat metr tamet plitə,
2755 poqometr metr bordür düzülmüş,
2271 kvadrat metr küçə divarı
dekorativ daşlarla üzlənmiş, 170 yeni
işıq dirəyi basdırılmışdır. Balakənçay körpüsünün kənarı kollardan təmizlənmiş, həmin
ərazi yeni üslubda yaşıllaşdırılmışdır.
Qabaqçöl qəsəbəsinin mərkəzində yerləşən
park abadlaşdırılmış, ərazi işıqlandırılmışdır.
Hazırda abadlıq işləri
davam etdirilir.
Məktəb tikintisi sahəsində 280
yerlik Talalar kənd tam orta məktəbinin inşası
başa çatdırılmış
və bina yeni dərs ilinə şagirdlərin istifadəsinə veriləcəkdir. Rayonun Qaysa
kəndində 20 yerlik
körpələr evi-uşaq
bağçası tikilərək
istifadəyə verilmişdir.
Şəhərdə, Şərif və
Şambul kəndlərində
yeni uşaq bağçalarının tikintisi,
Sarıbulaq kəndində
isə uşaq bağçasının əsaslı
təmiri işləri
davam edir.
Hesabat dövründə
respublika və rayon əhəmiyyətli avtomobil
yollarına xidmət göstərilmiş, asfalt-beton
qarışığı və
çınqıl materialı
ilə təmir işləri aparılmış,
şəhər küçələrinin
asfaltlaşdırılmasına başlanılmışdır.
Kəndarası yollar müasirləşir
Yerli bələdiyyələrin vəsaiti
hesabına 1,5 km kəndarası yollara asfalt tökülmüşdür.
Hazırda bu iş bələdiyyələr
tərəfindən davam
etdirilir və ilin sonunadək kəndlərdə daha 8
km məsafədə yol
asfaltlanacaqdır. Uzun illər
ərzində kəndlərdə
yollar bələdiyyələr
tərəfindən qum-çınqılla
təmir olunmuşdur.
Belə yol təmiri isə müasir tələblərə cavab
vermir. Son iki
ildə bələdiyyələrin
kənd yollarının
asfaltlaşdırılması istiqamətində fəaliyyəti
təqdirəlayiqdir. Ötən
dövr ərzində
bələdiyyələr tərəfindən
22,4 km uzunluğunda kəndarası
yollara qum-çınqıl
döşənmiş, 4,4 km uzunluğunda su kanalları və arxlar təmir edilmiş, 3,0 km uzunluğunda
yeni içməli su xətləri çəkilmiş, abadlıq
və yaşıllaşdırma
işləri aparılmışdır.
Bununla belə bələdiyyələr daha
çox yerli əhəmiyyətli sosial
problemlərin həllinə
nail olmalıdırlar. Bunun
üçün bələdiyyələr
öz büdcələrinin
gəlir hissəsinin
tam icra olunmasına
nail olmalı və həmin vəsaitləri seçicilərin iştirakı
ilə şəffaf şəkildə müxtəlif
problemlərin həllinə
yönəltməlidirlər.
Hesabat dövründə ümumi
sahəsi 2534 m2 olan 23
fərdi yaşayış
evi, ümumi sahəsi 1510 m2 olan 15 ədəd xidmət və sahibkarlıq obyektləri tikilərək
istifadəyə verilmişdir.
Əhalinin təhlükəsizliyi tədbirləri çərçivəsində
Mazımçay sistemində
180 p/m uzunluğunda, İnterçayın
Şərif kəndindən
keçən hissəsində
390 p/m, Balakənçay sistemində
100 p/m uzunluğunda daş
beton bənd tikilib istifadəyə verilmişdir. Katexçayda Əsgərovlar məhəlləsində
100 p/m uzunluğunda daş-beton
bənd tikintisinin başlanılması üçün
hazırlıq işləri
görülür. Balakən çay
sisteminin daş-beton bəndində 220 m3 həcmində
təmir, çaylarda
280 min m3 həcmində məcraların
təmizlənməsi işləri
aparılmışdır.
Xidmət təşkilatlarının fəaliyyəti tələblərə
uyğun qurulur
Əhalinin içməli su
ilə təminatının
yaxşılaşdırılması sahəsində su anbarları, magistral və şəhər su xətləri təmir olunmuş, şəhərin Ə. Ansuxski
və Nizami küçələrində yerləşən
3 yaşayış binasının
su və kanalizasiya xətləri yenilənmiş, kanalizasiya
lyukları tikilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin "Əkin
sahələrinin suvarma
suyu ilə təminatının yaxşılaşdırılmasına
və əhalinin içməli suya olan tələbatının
ödənilməsinə dair
əlavə tədbirlər
haqqında" 29 yanvar
2014-cü il tarixli Sərəncamına
əsasən rayonda qazılması nəzərdə
tutulan 10 artezian quyusundan 8-i qazılaraq istifadəyə verilmişdir.
Digər
2 quyunun qazılması
və istifadəyə
verilməsi ilə bağlı işlər aparılır. Sarıbulaq kəndində
mövcud su quyusundan 3 km məsafədə
su şəbəkəsi
qurulmuşdur.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2014.-16 avqust.-S.4.