UZAQ, YAXIN-DOĞMA BALAKƏN...
(əvvəli ötən
saylarımızda)
2014-cü
ilin birinci yarısında əhaliyə
elektrik enerjisi verilişi sahəsində
keyfiyyətin artırılması üçün 11 transformator əsaslı,
74 transformator cari təmir edilmişdir. Yüksək və aşağı gərginlikli
elektrik hava xətlərində 15 yeni
dəmir beton dayaq basdırılmış,
2 yeni xətt ayırıcısı quraşdırılmış,
6,9 kilometr məsafədə
təmir işləri
aparılmışdır. Şəhər
ərazisində 1,87 kilometr məsafədə
0,4 kvt-luq elektrik verilişi xətləri
"SİP" kabellə əvəz
edilmişdir.
Əhaliyə rabitə xidmətlərinin
göstərilməsi sahəsində
Meşəşambul kəndində
256 nömrə tutumlu
yeni elektron telefon stansiyası quraşdırılmış, xətt
şəbəkəsi qurulmaqla
əhaliyə telefon çəkilişinə başlanılmışdır. Ə. Ansuxski
küçəsində 400 metr, R. Səmədov küçəsində 700 metr
məsafədə hava
rabitə xətlərinin
yeraltı aparılması
üçün kabel
kanalizasiya quyusu texniki normaya gətirilmiş, kəndlərdə
1600 metr məsafədə
kabel təmir olunmuşdur.
Təhsil və səhiyyə
yenilikləri
Fənn olimpiadalarının respublika
turunda iştirak edən 19 nəfər şagirddən 7 nəfəri
olimpiadanın qalibi olmuşdur. Şagirdlərdən 1 nəfəri I yeri,
1 nəfəri II yeri,
5 nəfəri isə
IV yeri tutmuşdur.
Olimpiada qaliblərindən
5 nəfəri humanitar
və texniki təmayüllü liseyin,
1 nəfəri Yeni
Şərif,1 nəfəri isə Qaysa kənd tam orta məktəblərinin şagirdləridir.
Ümumtəhsil məktəblərinin IX və
XI siniflərində buraxılış
imtahanlarının mərkəzləşdirilmiş
qaydada keçirilməsi
üçün müvafiq
hazırlıq tədbirləri
görülmüş və
2 fəndən buraxılış
imtahanları mərkəzləşdirilmiş
qaydada Azərbaycan Respublikası Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası
tərəfindən keçirilmişdir. IX sinif üzrə 1042, XI sinif üzrə isə 686 nəfər şagird bu tədris ilində müvafiq kurs üzrə məktəbi bitirmişdir.
Müasir
Azərbaycan tarixinin ümumtəhsil məktəblərində
daha səmərəli
öyrənilməsi məqsədi
ilə Heydər Əliyev Mərkəzində
Təhsil Nazirliyi tərəfindən müəyyən
edilmiş mövzulara
uyğun dərslər
ümumtəhsil məktəblərinin
XI sinif şagirdlərinə
tədris olunmuş, dərslər may ayının
26-dək davam etmişdir.
Əhaliyə tibbi xidmətlərin göstərilməsi sahəsində
müsbət tendensiya
davam etmiş, 390 cərrahiyyə əməliyyatı
keçirilmiş, 605 uşaq
doğulmuşdur. Bu müddət
ərzində müxtəlif
ixtisaslı həkimlərdən
ibarət briqadalar daima ucqar kəndlərdə
olmuş, əhali arasında həm müayinə, həm də tibbi maarifləndirmə
işləri aparmışlar.
Ölkə Prezidenti cənab
İlham Əliyevin təşəbbüsü və
tapşırığına əsasən rayon əhalisinin
tibbi müayinədən
mütəşəkkil keçirilməsinə
rəhbərlik və
nəzarəti təmin
etmək üçün
rayon qərargahı yaradılmış,
rayonda əhalinin kütləvi tibbi müayinədən keçirilməsi
təmin olunmuşdur.
Rayon ərazisində sanitar
gigiyenik nəzarətdə
olan obyektlərdə profilaktik tədbirlər həyata keçirilmiş
və əhali arasında xüsusi təhlükəli infeksiyalar
qeydə alınmamışdır.
Birinci yarımilin statistik
göstəriciləri
Hesabat dövründə rayonun əsas sosial iqtisadi göstəriciləri
əhəmiyyətli dərəcədə
yüksəlmiş, ümumi
məhsul buraxılışı
64,8 milyon manat təşkil etmişdir. 25,4 milyon manatlıq kənd təsərrüfatı
məhsulu, 3,6 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, 9,2 milyon manatlıq tikinti işləri görülmüşdür.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə
kənd təsərrüfatı
məhsulu istehsalı
5,4 faiz, sənaye məhsulu istehsalı 13,2 faiz artmışdır. Ümumi
məhsul buraxılışında
kənd təsərrüfatı
istehsalının xüsusi
çəkisi 39,1 faiz, sənayenin xüsusi çəkisi
5,6 faiz, tikinti işlərinin xüsusi çəkisi 14,3 faiz təşkil etmişdir.
Hesabat dövründə rayon büdcəsinin
ümumi gəlirlər
üzrə proqnozu
115.7 faiz, cari gəlirlər üzrə
proqnozu isə 126,1 faiz yerinə
yetirilmişdir. Yerli gəlirləri və xərcləri tənzimləmək
üçün mərkəzləşdirilmiş
xərclərdən ayrılan
vəsait 114,2 faiz təşkil etmişdir.
2014-ci ilin birinci yarısında
polis şöbəsi tərəfindən
63 cinayət hadisəsi
qeydə alınmış,
onlardan 96,1 %-nin üstü açılmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi
cinayətlərin sayı
34 fakt azalmış, açılma faizi yüksəlmişdir.
Vətəndaş müraciətlərinə qayğı və diqqət
2014-cü ilin birinci
yarısında RİH başçısı
yanında şuranın
10 yığıncağı keçirilmiş, həmin
yığıncaqlarda sosial-iqtisadi
inkişafın müxtəlif
sahələrini əhatə
edən 24 məsələ
müzakirə olunmuşdur. Vətəndaşların müraciətlərinə baxılması
işinin təkmilləşdirilməsi
rayon icra hakimiyyətinin
fəaliyyətində mühüm
vəzifə olaraq daim diqqət mərkəzində saxlanılır.
Hesabat dövründə
RİHB aparatında vətəndaşların
qəbulu, məktub, ərizə və müraciətlərinə baxılması
sahəsində bir sıra işlər görülmüş, vətəndaşların
qanuni tələblərinin
yerinə yetirilməsinə,
eləcə də imkansız vətəndaşların
müxtəlif sosial problemlərinin həllinə
yardımlar göstərilmiş,
imkan xaricində olan, əsassız hesab edilən müraciətlərlə bağlı
ətraflı izahatlar
verilmişdir.
Cari ilin 6 ayı ərzində RİHB aparatına
532 vətəndaş müraciəti
daxil olmuş, RİHB
tərəfindən 268 nəfər
vətəndaş qəbul
edilmişdir. Ötən
illə müqayisədə
daxil olan müraciətlərin sayı
645 ədəd ( 2,2 dəfə) azalmışdır.
Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının
nəticəsində yuxarı
orqanlardan 215 ədəd
və ya ötən ilin müvafiq dövründən
3 dəfə az, Respublika Prezidenti Administrasiyasından 186 ədəd
və ya ötən ilin müvafiq dövründən
3,1 dəfə az müraciət daxil olmuşdur. Cari ilin 6 ayı ərzində RİHB aparatına
20 ədəd kollektiv
müraciət, 22 ədəd
təkrar müraciət
daxil olmuşdur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə
kollektiv müraciətlər
2 dəfə, təkrar
müraciətlər isə
2,3 dəfə azalmışdır.
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2014.-19 avqust.-S.3.