Milli kitabxanada italiyalı naşirlə görüş keçirilib

 

İtaliyanın "Sandro Teti Editorenəşriyyat evinin direktoru Sandro Teti M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub. Görüşün məqsədi milli kitabxananı hər il Turin şəhərində keçirilən beynəlxalq kitab yarmarkasına dəvət etmək idi.

 

Kitabxanadan bildirilib ki, Sandro Teti sözügedən tədbirin əhəmiyyətindən danışıb milli kitabxananın iştirak etmək təşəbbüsünün Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevə aid olduğunu qeyd edib.

 

Milli kitabxananın direktoru Kərim Tahirov dəvəti yüksək qiymətləndirib ilk dəfə olduğu üçün xüsusi qonaq qismində iştirak edə bilmələri haqqında düşünəcəklərini deyib.

 

İtaliyalı qonaq rəhbərlik etdiyi nəşriyyat tərəfindən Azərbaycana aid italyan dilində 3 adda kitabı hədiyyə edib ölkəmizlə bağlı daha bir neçə kitabın çap olunacağını, Turindəki beynəlxalq sərgidə təqdimatının keçiriləcəyini bildirib.

 

Qonağa Azərbaycan muğamları (disk), Azərbaycan Milli Kitabxanasına dair fotoalbom film təqdim olunub.

 

Ədalət.- 2014.- 3 dekabr.- S.6.