Salyan müasirləşir

REGİON

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Salyan rayonuna səfəri zamanı sakinlərlə görüşündə demişdi: -" Salyanın gələcək inkişafı ilə bağlı gözəl planlar vardır. Mənə göstərilən təqdimatda şəhərin inkişafı, Salyanın müasir şəhərə çevrilməsi planları çox böyükdür, çox təsirlidir. Mən əminəm ki, biz salyanlıların dəstəyi ilə bütün bu məqsədlərə çatacağıq. Salyan Azərbaycanın, bu bölgənin ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Bakı artıq dünya gözəlidir. Dünya miqyasında seçilən bir şəhərdir. Bütün şəhərlərimiz gözəlləşməlidir. Bütün şəhərlərdə, kəndlərdə yaxşı yaşayış şəraiti, yerləri olmalı, infrastruktur layihələri icra edilməlidir. Azərbaycan xalqı daha da yaxşı yaşamalıdır. Hər bir kəndin sakinləri də yaxşı yaşamalıdır..."

Həqiqətəndə səhərin mərkəzində sanki yeni bir aləmə, yeni bir gözəllik diyarına düşürsən. Salyanın girəcəyində - buranın Salyan olduğunu bildirən abidə yeni görkəmdə, yeni formada inşa olunub. Şəhərdə Ümummilli Liderimiz Heydər Əliyevin möhtəşəm abidəsinin, İcra Hakimiyyətinin, sosial müdafiə fondunun, telekommunikasiya qovşağının, məktəblərin, yaşayış evlərinin, digər bir çox inzibati və özəl binaların, bayraq meydanının yeni, müasir görkəmi diqqəti cəlb edir. Küçə divarları yerli daşlarla bəzədilib . Yenidənqurma, abadlıq, rayonun iqtisadiyyatının yüksəldilməsi işləri bu iluğurla davam etdirilir. İnsanlılar özləri də yeni müəssisələrə, bina və obyektlərə, bər-bəzəkli küçə-meydanlara baxdıqca qürur hissi keçirir, böyük ruh yüksəkliyi şəraitində işləyir, qurub-yaradırlar.

Hələ sağlığında dünya şöhrəti qazanmış xalqımızın dahi oğlu Ümummilli Liderimiz Heydər Əliyevin ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bilavasitə rəhbərliyi, diqqət və qayğısı sayəsində ölkəmizin digər bölgələri ilə yanaşı Salyan da tamamilə abadlaşmış, gözəl, yaraşıqlı olmuşdur.

Artıq qeyd etdiyimiz kimi, indi Salyan sakinləri böyük həvəs, inam və hünərlə çalışırlar. Onların bu ildən keçən dövr ərzində fəaliyyətlərini özündə əks etdirən faktlara diqqət yetirək məncə kifayət edər.

Prezidentimizin sərəncamı ilə ayrılmış 2 milyon manat vəsait hesabına rayonda xeyli işlər görülmüşdür. Beləliklə şəhərin küçələrinə 2100 kvadrat metr üzlük daş döşənmiş, səki kənarlarına 3190 metr bardurlar düzülmüş, 3320 kvadratmetr sahəyə tamet-piltə döşənmişdir. Rayonun ərazisində 12 min ədəddən çox ağac əkilmişdir. Kür üzərində isə müasir körpü inşa edilir. Çuxanlı kəndi ərazisində "Şəfa" quşçuluq Açıq Səhmdar Cəmiyyətində istehsal gücü 450 min olan inkubator sexi, Qaraçala qəsəbəsində "Hacı Camalxan" kəndi fermer təsərrüfatında 10 min tonluq tutumu olan taxıl anbarı inşa olunmuşdur. Digər tikinti və abadlıq işləri isə ilin sonunadək başa çatdırılacaq.

Rayon üzrə keçən dövr ərzində məhsul buraxılışının ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artmışdır. Həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı 1,3 faiz, rabitə işlərinin həcmi 10,4 faiz, nəqliyyat xidməti 34,5 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi 9,8 faiz, əhaliyə göstərilən pullu xidmətin səviyyəsi isə 7,3 faiz çox olmuşdur.

Yerli büdcənin gəlirləri də keçən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz çox təşkil etmişdir. Odur ki, rayonun büdcə təşkilatlarında çalışanların əmək haqqı, pensiya və müavinətlər vaxtında tam ödənilmişdir. İşləyən hər bir nəfərə düşən orta aylıq əmək haqqı 279 manatdan çox olmuşdur.

Əhalinin işlə təmin olunması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi sayəsində ötən dövr ərzində 576 daimi yeri yaradılmışdır.

Keçirilən əmək yarmarkasında 41 idarə və müəssisə tərəfindən təqdim edilmiş vokant yer sayəsində 101 nəfər ixtisasına uyğun işlə təmin olunmuşdur.

Rayonda əhalinin qaz, enerji və digər istilik mənbələri ilə təminatının yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilmişdir. Qaraçala qəsəbəsinə, Kürqaraqaşlı kəndinin qaz olmayan hissəsinə və Arbatan kəndinə yeni qaz xətti çəkilmişdir.

Beləliklə, Salyanda qazla təmin olunan ailələrin sayı 18 minə çatdırılmışdır.

Salyan şəhərinin və kəndlərinin su ilə təminatının yaxşılaşdırılması məqsədilə Babazanlı dağında yeni su anbarının tikintisi və təzyiqli su xətlərinin çəkilməsi işləri aparılır.

Kənd əməkçiləri bol məhsul yetişdirmiş, 52717 ton taxıl istehsal etmişlər. Bu ilin noyabr ayınadək 2015-ci ilin dənli bitkilər əkini üçün 2205 hektar şum edilmişdir.

Heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilməsi sayəsində bu il ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 1,4 faiz, davarların sayı isə xeyli çox olmuşdur.

Plasmas yaşayış massivində müasir tələblərə cavab verən 640 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Rayonun bir çox məktəbləri əsaslı və cari təmir edilib, şagirdlərin istifadəsinə verilmişdir.

Şorsulu xəstəxanası üçün 100 çarpayılıq yeni korpus tikilib istifadəyə verilmişdir.

Ümumiyyətlə Salyanın səhiyyə, təhsil, ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində də görülən ürəkaçan tədbirləri saymaqla qurtaran deyil.

Salyanın bu günü çox gözəldi, sabahı isə daha nurlu və işıqlı olacaqdır.

 

Tahir Məmmədov

 

Ədalət.-2014.-5 dekabr.-S.7.