İmişli inkişaf
yollarında
Layihənin istiqaməti:
Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi
Prezident "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramı"nın qəbul edilməsi və növbəti beş ildə də regionların sosial-iqtisadi inkişafının davam etdirilməsi, qazlaşdırma işlərinin tam axıra çatdırılması, elektrik enerjisi ilə təminatın daha da yaxşılaşdırılması, su, kanalizasiya, kənddaxili yolların tikintisi, iş yerlərinin açılması, məktəblərin, xəstəxanaların, tibb məntəqələrinin tikintisinin davam etdirilməsi, milli valyuta ehtiyatlarının inkişaf etdirilməsi, makroiqtisadi sabitliyin qorunması, iri fermer təsərrüfatlarının yaradılması, turizmin inkişaf etdirilməsi, sənaye sahələrinin müasirləşdirilməsi, Uşaq bağçalarının təmiri və maddi-texniki bazalarının möhkəmləndirilməsi ilə bağlı aidiyyatı dövlət strukturlarının rəhbərlərinə konkret tapşırıqlar vermişdir.
2014-cü ilin 9 ayı ərzində İmişli rayonunun sosial-iqtisadi inkişafında da bir sıra uğurlu nəticələr əldə olunmuşdur. İqtisadiyyatın əsas sahələri üzrə 253163.700 manatlıq məhsul istehsal edilmiş və ya xidmət göstərilmişdir. 9 ay ərzində ümumidaxili məhsul istehsalı struktur tərkibinə görə, sənaye üzrə 40,7 faiz, kənd təsərrüfatı üzrə 32,3 faiz, tikinti üzrə 9,4 faiz, ticarət üzrə 15,3 faiz, nəqliyyat üzrə 2,1 faiz, rabitə üzrə isə 0,2 faiz təşkil etmiş, rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutmuşdur.
İmişli şəhərində aparılan abadlıq və quruculuq işləri nəticəsində şəhərin siması tamamilə dəyişmiş, şəhər son dərəcə müasirləşmişdir. Bu sahədə işlər davam etdirilir.
İmişli-Bəhrəmtəpə, İmişliyə giriş yolunda, İmişli-Mirili-Qaravəlili avtomobil yolunun bəzi yerlərində təmir işləri aparılmış, 36 saylı yol istismarı idarəsi tərəfindən 585 min manat məbləğində iş həcmi yerinə yetirilmişdir. Hazırda Türkiyənin "Kolin" şirkəti tərəfindən Hacıqabul-Bəhrəmtəpə Respublika əhəmiyyətli avtomobil yolunda əsaslı təmir işləri aparılır və 40 km məsafədə İmişli rayonu ərazisindən keçən avtomobil yolunun istifadəyə verilmişdir. Bundan əlavə rayonun Sarıxanlı-Boşçalılar, Cəfərli-Əliqulular, Muradxanlı kəndlərini birləşdirən 23 km-lik asvalt-beton yol əsaslı təmir olunaraq başa çatdırılmışdır.
Hazırda Xoşçobanlı-Murğuzalılı 6 km, Xəlfəli 6 km, Qulubəyli 3 km, Qızılkənd 2 km, Aranlı 2 km avtomobil yollarında isə təmir işləri davam etdirilir.
Torpaqdan çıxan ruzi
Təsərrüfat hesablı rayon Aqroservis filialı tərəfindən 220 adda müxtəlif kənd təsərrüfatı texnikası və qoşquları ilə fermerlərə servis xidməti göstərilmiş, onlara güzəştli qiymətlərlə 491 ton amonium nitrat gübrəsi satılmışdır.
Rayonun müxtəlif kəndlərində ümumi 586 min m3 kollektor drenaj şəbəkəsində magistral SD və sol sahil kollektorlarında torpaqqazma və hamarlama işləri görülmüşdür.
İstismar planına uyğun olaraq 114 ədəd hidrotexniki qurğu, 20 ədəd hidrometrik postlar, 1,5 km nov kanalları, 6 km beton kanal, 3 ədəd nasos stansiyada cari təmir işləri aparılmış, suvarma kanallarında 1187 kub.m həcmdə 451,8 km məsafədə lildən təmizlənmə və təmir işləri görülmüşdür. Həmçinin hazırda rayonun bir çox kəndlərində əhalinin pay və həyətyanı torpaq sahələrinin suvarılmasına xidmət edən su arxlarında lildən təmizlənmə işləri davam etdirilir.
Heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 90819 başa, qoyunların sayı 242977 başa, quşların sayı isə 1276231 başa çatmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 952 baş, qoyunlar 3860 baş, quşlar isə 1011 baş artmışdır. Ət istehsalı (diri çəkidə) 8592,19 ton, süd istehsalı 35120,3 ton, yumurta 59975 min ədəd, yun istehsalı isə 362,2 ton olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün heyvandarlıq məhsullarının istehsalı artmışdır. 01 oktyabr 2014-cü il tarixə kimi 11652 hektar sahədə buğda, 5558 hektar sahədə arpa, 292 hektar sahədə kartof, 401 hektar sahədə bostan, 316 hektar sahədə tərəvəz, 180 hektar sahədə dən qarğıdalı, 3011 hektar sahədə pambıq, 620 hektar sahədə isə şəkər çuğunduru əkilmişdir. 2014-cü ilin 9 ayı ərzində 15002 ton arpa, 35541 ton buğda məhsulu istehsal edilmiş və məhsuldarlıq 29,4 sentiner olmuşdur.
Həmçinin 9 ay ərzində 2873 ton kartof, 3674 ton tərəvəz, 1714 ton qarğıdalı, 250 ton şəkər çuğunduru, 2930,6 ton pambıq tədarük edilmişdir. İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün Rayon Telestudiyasının yaxınlığındakı 10 ha ərazidə yeni istixanaların inşa olunmasına başlanılmış, rayonda taxılçılğın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə xarici investorları cəlb etməklə dövlət fondu torpaqlarından 7000 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş, həmçinin, kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün "MKT" MMC-yə 3813 hektar torpaq sahəsi verilmişdir.
(ardı gələn
sayımızda)
Səxavət Məmmədli
Ədalət.-2014.-9 dekbar.-S.6.