İmişli inkişaf yollarında

REGİON

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişa

 

 

fının təşviq edilməsi

 

(əvvəli ötən sayımızda)

 

Bu da rayonun sosial həyatı

 

Ötən 9 ayda rayon ərazisində 2210 metr məsafəyə SİP kabeli, 7308 metr məsafəyə AVVQ 2x10 mm2 markalı naqil xətləri çəkilmiş, 1710 ədəd elektron tipli enerqomer sayğaclar quraşdırılmış və ya bərpa edilmişdir. Rüb ərzində 47 ədəd müxtəlif gücdə olan transformatorlar təmir edilmiş, 33 ədəd istismara yararsız ağac dayaqlar yeniləri ilə əvəz olunmuş, 141 ədəd dəmir-beton dayaqlar basdırılmışdır.

Həmçinin, çürümüş ağac dayaqların dibinə 32 ədəd dəmir beton kötüklər basdırılmışdır. Rayonun elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə Hacıbabalı kəndi ərazisində 04 kv-luq yeni dəmir beton dayaqların basdırılması SİP kabellərin çəkilməsi başa çatmaq üzrədir. Rayonun 22 kəndində əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün SİP kabel xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur. Hazırda Bəhrəmtəpə qəsəbə ərazisində "Azenko" ASC tərəfindən smart kart tipli sayğacların quraşdırılması işləri tamamlanmaq üzrədir. Rayon Qaz İstismarı sahəsi tərəfindən rayonun qazlaşdırılması işi davam etdirilərək 1437 abonentin evinə təbii qaz xətti çəkilmiş, bununla da 9898 abonentin təbii qazdan istifadəsi təmin edilmişdir. Həmçinin, qeyri-əhali sektoru üzrə 70 abonentin də təbii qazdan istifadəsi təmin edilmişdir. Hazırda bu sahədə işlər davam etdirilir. Bundan əlavə şəhər ərazisində müxtəlif diametrlərdə korroziyaya uğramış dəmir borular təmir edilmişdir. İmişli şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar "Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci layihə" çərçivəsində İmişli şəhər və Yalavac kəndləri ərazisində yaşayan əhaliyə xidmət göstərmək üçün layihədə nəzərdə tutulmuş 9320 ədəd öncədən ödəmə sistemli smart elektron su sayğaclarının 8216 ədəd evlərə quraşdırılmış və bu sahədə işlər davam etdirilir. Quraşdırılmış su sayğaclarının 7500 ədədi aktivləşdirərək əhaliyə içməli su verilmişdir.

 

Səhiyyə sağlamlığa, həm də mənəviyyata xidmət etməlidir

 

Dövlət Proqramına uyğun olaraq rayonda imtiyazlı təbəqədən, eləcə də, şəkərli diabet, vərəm və digər xəstələrin dərman preparatları ilə təminatı diqqət mərkəzində saxlanılmış, nəticədə qeyd olunan təbəqədən olan xəstələrə bu mıəqsədlə 303.106 min manat vəsait xərclənmişdir. Bundan əlavə Səhiyyə Nazirliyi tərəfindən şəkərli diabet xəstələrinə 250 ədəd qlükometr və 1200 qutu test çubuqları verilmişdir. Mərkəzi xəstəxanada böyrək çatışmamazlığı xəstəliyindən əziyyət əkən vətəndaşlar üçün dializ şöbəsi yaradılaraq müasir tibbi avadanlıqlarla təchiz edilmiş, hazırda şöbədə 34 xəstə dializ olunur. 2014-cü ilin 9 ayı ərzində ərzində İmişli rayon Qaragüvəndikli kənd tibb məntəqəsi tikilmiş, istifadəyə verilməsi üçün son tamamlama işləri aparılır. Muradxanlı kənd xəstəxanasının təmir olunması isə nəzərdə tutulmuşdur. Rayonun mədəniyyət müəssisələrinin maddi texniki bazasının yaxşılaşdırılması və təmiri diqqət mərkəzində saxlanılmış, nəticədə ötən müddət ərzində mədəniyyət müəssisələrində 65,6 min manatlıq cari təmir işləri aparılmışdır. Bundan əlavə Aranlı kənd mədəniyyət evində də təmir işləri aparılır.

 

İntensiv nəqliyyat,

azad ticarət iqtisadi təməldir

 

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər tərəfindən 5.364.400 manat məbləğində və ya ötən ilin müvafiq dövrünə nisbətən 10,5 faiz çox nəqliyyat xidməti göstərilmişdir. Nəqliyyat xidmətinin 2.478.300 manatı yük daşınmasından, 2.886.100 manatı isə sərnişin daşınmasından yaranmışdır.

Rayon üzrə 228 abonentə telefon xətti çəkilmişdir. Rayonun Qaravəlili kənd EATS-də 24 portluq genişzolaqlı internet quraşdırılıb əhalinin istifadəsinə verilmişdir. Əlavə olaraq Mərkəzi EATS-də 320, Bəhrəmtəpə EATS-də 64, Sarıxanlı EATS-də 96 nömrə, Qaradonlu EATS-i 64, Cəfərli EATS-i 64, Əlqulular EATS-i 48, Bəcirəvan EATS-i 64 portluq internet avadanlıqları quraşdırılıb əhalinin istifadəsinə verilmişdir. Genişzolaqlı internet istifadəçilərinin sayı 2657-yə, CDMA tipli simsiz telefonların sayı isə 440-a çatdırılmışdır. Əhalinin genişzolaqli internetə olan təlabatını ödəmək üçün DSLAM avadanlıqları olmayan EATS-də internet avadanlıqları quraşdırılması nəzərdə tutulmuşdur.

Rayon üzrə ticarət sahəsi demək olar ki, tamamilə özəlləşdirilmiş, ticarət üzrə qeyri-dövlət sektorunun payı 99,9 faiz təşkil etmişdir.

Rayonda pərakəndə əmtəə dövriyyəsi 111.605.500 manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 2.205.600 manat təşkil etmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 14,3 faiz artmışdır.

Sosial-iqtisadi inkişafın yekunlarının təhlili göstərir ki, rayonda iqtisadiyyatın bir çox sahələrin inkişafı təmin edilmiş, İmişli şəhərində abadlıq-quruculuq işləri həyata keçirilmiş, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində uğurlu nəticələr əldə olunmuşdur.

İmişli rayonu bundan sonra da ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışacaq, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın gücləndirilməsi istiqamətində bütün qüvvəsini sərf edəcək.

 

Səxavət Məmmədli

Ədalət.-2014.-10 dekabr.-S.8.