Gənclərin "Bəla"sı
"Narkomaniyadan özümüzü
qoruyaq" layihəsi çərçivəsində
hazırlanan tamaşa maraqla
qarşılandı
Narkomaniya əsrin ən təhlükəli bəlalarından sayılır. Bu xəstəliyə
tutulanlar arasında gənclərin çoxluq
təşkil etməsi
cəmiyyətdə ciddi
narahatlıq doğurmaya
bilməz. Təsadüfi
deyil ki, dövlət orqanları, ictimai təşkilatlar müxtəlif layihələr
həyata keçirərək
gənclərimizi bu qorxunc bəladan qorumağın yollarını
axtarırlar. Gənclər
və İdman Nazirliyinin Bakı şəhər Gənclər
və İdman Baş İdarəsi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin
birgə həyata keçirdiyi "Narkomaniyadan
özümüzü qoruyaq"
layihəsi də belə tədbirlərdəndir.
Layihə çərçivəsində
müxtəlif tədbirlər
keçirilir, maarifləndirmə
işləri aparılır
və bütün bu işlər gənclər arasında böyük dəstək qazanır.
Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrında
"Narkomaniyadan özümümü
qoruyaq" layihəsi
çərçivəsində hazırlanan Asif Kəngərlinin "Bəla"
tamaşası gənclərin
müzakirəsinə verilib.
Maraqlıdır ki, Əli Əmirov adına Mədəniyyət
Sarayında fəaliyyət
göstərən dram dərnəyi
"Bəla"nı elə
gənc istedadların
iştirakı ilə
hazırlayıb.
Tamaşadan əvvəl çıxış
edən Səhiyyə
Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin
layihələr üzrə
şöbə müdiri
Günel Babazadə narkomaniya kimi təhlükəli bəla
ilə mübarizə
sahəsində ölkədə
aparılan işlər
barədə ətraflı
məlumat verib, "Narkomaniyadan özümüzü
qoruyaq" layihəsinin
əhəmiyyətindən danışıb. Günel Babazadənin sözlərinə
görə, layihənin
əsas məqsədi
narkomanlığın fəsadları
haqqında gənclərimizdə
düzgün təsəvvürlərin
formalaşdırılması, eyni zamanda cəmiyyətin
diqqətini bu problemə cəlb etməkdən ibarətdir.
Sonra söz Gənclər və İdman Nazirliyinin Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova verilib. Raqif Abbasov bildirib
ki, Azərbaycan dövləti gəclərin
sağlam həyat tərzi keçirmələrinə,
pis və təhlükəli vərdişlərdən
qorunmalarına ciddi önəm verir, bununla bağlı mühüm addımlar atır. Baş idarə rəisi Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2013-cü il
tarixli sərəncamı
ilə təsdiqlənmiş
"Narkotik vasitələrin,
psixotrop maddələrin
və onların prekurslarının qanunsuz
dövriyyəsinə və
narkomanlığa qarşı
mübarizəyə dair
Dövlət Proqramının
(2013-2018-ci illər)" icrası
ilə bağlı görülən işlər
barəsində danışıb,
bu sahədə atılan müsbət addımları mərasimə
toplaşanların diqqətinə
çatdırıb. Raqif Abbasov
gənclər arasında
maarifləndirmə işlərinin
davamlı və səmərəli aparılmasını
vacib sayıb və "Narkomaniyadan özümüzü qoruyaq"
layihəsi çərçivəsində
hazırlanan "Bəla"
tamaşasının əhəmiyyətini
qeyd edib.
"Bəla" pyesinin
müəllifi, həkim-narkoloq
Asif Kəngərli söz alaraq tədbirin ərsəyə
gəlməsində köməyi
olan hər kəsə minnətdarlığını
çatdırıb. O, qeyd edib ki, gəncləri
narkomaniya kimi təhlükəli bəladan
qorumaq üçün
daha geniş təbliğat işlərinin
aparılması vacibdir.
Sonra səhnəyə Əli Əmirov adına
Mədəniyyət Sarayındakı
dram dərnəyinin üzvləri
çıxıblar və
Asif Kəngərlinin "Bəla" pyesi əsasında hazırladıqları
tamaşanı təqdim
ediblər. Əsər narkotik alverçilərinin
toruna düşən
gənclərin həyatından
bəhs edir. Narkoman olduqdan sonra hər şeylərini itirən bu gənclər sonda səhv yolda olduqlarını başa düşür və sağlam həyata qayıdırlar.
Tamaşanın quruluşçu rejissoru Fuad Cavadzadədir. Rolları
gənc istedadlar Əlixan Ağakişiyev,
Səbinə Quliyeva, Turan İsmayılzadə,
Cavidan Quliyev, Sənan Quliyev, Fuad Cavadzadə və başqaları ifa ediblər.
Sonda tamaşanın
hazırlanmasında əməyi keçənlərə Bakı
şəhər Gənclər və İdman
Baş İdarəsinin fəxri fərmanları
təqdim olunub.
Ədalət.-2014.-10 dekabr.-S.13.