TARİXİN
ŞAHİDİ GƏDƏBƏY
REGİON
Layihənin
istiqaməti: Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi
Dağlara söykənib, dağ
vüqarlıdı
Azərbaycanın
regionları içərisində Gədəbəyin
özünəməxsus yeri var. Bu özünəməxsusluğun
müxtəlif parametrlərini cızmaq mümkündü.
Xüsusilə mənə, yəni dağlıq Qarabağdan olan bir vətəndaşa bu ərazi
daha doğma təsir
bağışlayır. O da Gədəbəyin
təbiəti ilə, onun zəngin flora və faunası itlə
bağlıdı. Yəni Gədəbəydə olduğum hər bir səfərdə
doğulduğum kəndlə, rayonla bu yerlərin daxili bir müqayisəsini
aparmışam. O qədər oxşar cəhətlər
tapmışam, hərdən elə bilmişəm Gədəbəy
həm də elə Dağlıq Qarabağın bir hisəsi deməkdir. Təbii ki, bu bir
jurnalistin, yurd həsrəti
yaşayan qaçqının
düşüncəsinin, xəyalının məhsuludu.
Əsl həqiqətdə isəg
Bəli, dağlara yaraşıq olan
bu qədim diyarın hər bir tərəfində göz
oxşayan, könül
açan obrazlı desəm, ruhu qidalandıran füsnkar
mənzərələr elə bil ki, rəsam işidi. Sanki Tahir Salhov,
yaxud Mikayıl Abdullayev,
lap elə Səttar Bəhlulzadənin özü uca bir yerdə dayanıb fırçası ilə
burda qəribə bir
təbiət yaradır. Həmin təbiət
lövhələri insan amili
ilə cilalanır, rənglərin arasından süzülüb
gələn əhyat eşqi həm də
gədəbəylilərin ümumi istəyinin,
qurub-yaratmaq əzminin bir
işartısı kimi göz,
könül oxşayır.
Bir az Şuşa dolamalarını xatırladan və Şəmkirdən üzü yuxarı qalxan yolla Gədəbəyə doğru gedirəm. Yol boyu ötən səfərlərimin təəssüratını yaddaşımda təzələyib düşünürəm ki, yenə həmin gördüyüm ünvanlar gözümün qarşısında canlanacaq. Amma deyəsən yanılıram. Çünki Gədəbəyin sərhəddiqni keçib rayon ərazisinə daxil olandan sonra burda rahatca hiss oluna biləcək işartılar adama təsir etməyə başlayır. Təbii ki, bu ən öncə təbiətlə, bu yerin havası ilə, suyu ilə bağlıdı. Düzdü, indii son bahardı. Dağların başını qar tutub. Hiss olunur ki, o qardan axıb gələn işıq həm də bir şaxta, bir sazaq gətirir. O şaxta, o sazaq da ağacların yaşıl yarpaqlarını xəzəl rənginə salıb, sonra da çubuqlayıbdı. Ağaclarda tək-tək yarpaqlar nisgil bir qüsə təsiri bağışlayır. Mən yurd nisgilli Allah bəndələrindən biri kimi o yarpaqlardan gözümü çəkə bilmirəm. Elə yadıma Cek Londonun "Son yarpaq" hekayəsini saldıqdan sonra Gədəbəyin içərilərinə doğru hərəkət edən maşının sürətini artırıram. Bu da rayonun ilk kəndləri, yəni yolun sağında və solunda olan həmin kəndləri keçərkən yol kənarında dayanıb maşın gözləyən orta yaşlı bir kişinin yanında əyləci basıram. O, maşina yaxınlaşıb həm maraq, həm də tərəddüdlə mənə baxır:
- Rayon mərkəzinə gedirəm, əyləş, səni də aparım.
Bu sözlərimdən sonra tanımadığım həmin şəxs köhnə tanışlardan biri kimi ərkləç qapını açıb əyləşir. Yol boyu müxtəlif mövzularda söhbət edirik. Nəhayət, mətləb üsğünə gəlirəm. Ondan Gədəbəy barəsində, bu ərazidəki yeniliklər barəsində soruşuram. Bir az fikrə gedir. His edirəm ki, tanımadığı adama nə isə demək, danışmaq ona çətindi. Onu bu ağır durumdan çıxarmaq üçün özümü təqdim edirəm və bildirirəm ki, xoş niyyətlə gəlmişəm, gördüklərimi yazacam. Yalnız bundan sonra yol-yoldaşımın elə bil ki, "ağzının qıfılı açılır".
Müəllim, son bir ildə rayonumuzda
çox dəyişikliklər
baş verib. Təsəvvür edin ki, bir
həftə rayon mərkəzinə
gtməyəndə, növbəti
səfər zamanı
çaşıb qalırsan.
Az qala
adamlar gecəni gündüzə qatıb
işləyirlər. Rayonda su,
kanalizasiya, istilik, rabitə məsələləri
hər cür çözülür. İdarə, müəssisələr bununla
bağlı icra hakimiyyətinin yaratdığı
komissiyaya vaxtaşırı
məlumtalar verirlər.
Dediklərimi bir gədəbəylinin
öz rayonu barəsində reklam çıxışı kimi
qəbul etməyin.
Özünüz gedəndə hər
şeyi gözünüzlə
görəcəksiniz.
Belə də oldu. Biz rayon mərkəzinə çatdıq.
Yol-yoldaşım məni qonaq
dəvət etsə də, sağollaşıb
ayrılıram. Məqsədim
onun söylədiklərini
yerində görüb
tanış olmaqdı.
Bəribaşdan deyim ki, rayon mərkəzinin özündə
aparılan quruculuq-abadlıq
işləri yad adamı da özünə
çəkir. Hara baxırsansa,
tikinti işçilərini
görürsən. Kimsə yolu,
səkini düzəldir,
kimsə ağlay döşəyir, kimsə
əlində rəng dolu qutular hər
tərəfi ağartmağa,
təzələməyə cəhd edir. Bütün bunlar bir kompleks
təsiri bağışlayır.
Hiss olunur ki, Gədəbəydə Regionların
İnkişafına Dair
Dövlət Proqramına
uyğun olaraq icra hakimiyyəti başçısı və
onun komandası böyük işlər görür. Həmin görülən işlərin sırasında
isə təbii ki, abadlaşan Heydər Əliyev parkı, tikilən məktəb, körpələr
evi və səhiyyə ocaqlarıdı.
Xatırlatmaq yerinə düşər
ki, bütün bu işlərin görülməsində əsas
məqsəd Regionların
İnkişafına Dair
Dövlət Proqramının
tələblərini yerinə
yetirmək və sakinlərin maddi rifah halını yüksəltməkdi. O da
məlumdu ki, bu gün digər
regionlarımız kimi,
Gədəbəydə də
iş yerinə tələbat çox böyükdü. Bu da həm sahibkarlığın,
həm dövlət xətti ilə açılan iş yerlərinin mahiyyətini daha da qabardır.
Rayon mərkəzində həmsöhbət olduğum
gənc bir oğlan vurğuladı ki, indi Gədəbəydə
işlə təmin olunmaq, ehtiyaclarını aradan qaldırmaq əvvəlki illərə
baxmış xeyli asanlaşır. Ola bilsin
ki, bunun mayasında da bacarıqlı rəhbər
faktoru dayanır.
Axı rayonun yeni rəhbərliyi
günün tələblərindən
qaynaqlanan məsələlələrin
həllini həm ön plana keçirir,
həm də bunu daha tez
və keyfiyyətli görməyi qarşıya
məqsəd qoyubdu.
Bax elə rayonda tikilən məktəb binalarının sayı və aparılan təmir işlərinin keyfiyyəti də bundan xəbər verir. Bəlli olur ki, rayon
icra hakimiyyətinin başçısı Ramiz
Yediyarov artıq rayonda quruculuq, abadlıq işləri aparan insanlarla birbaşa ünsiyyət quran icra başçısı
kimi tanınıbdı.
Hər kəs çəkinmədən
ona yaxınlaşıb
aruz və istəyini bildirə bilir. bu
da rayonun ümumi abu-havasına, yəni adamların dövlətçiliyə inamına
çox yüksək
və böyük təsir bağışlayır.
Elə bizim gəzib-gördüklərimiz
də bu eşitdiklərimizi bir daha təsdiq etdi.
(Ardı var)
Əbülfət
MƏDƏTOĞLU
ədalət.-2014.-11 dekabr.-S.7.