ÖZÜ
GETDİ, SÖZÜ QALDI DÜNYADA..
("Səyavuş Sərxanlının
əziz xatirəsinə)
I məqalə
Onun dünyaya
gəlişindən anjaq
atası, anası, əzizləri xəbər
tutdu. Böyüdü,
yaşa doldu, sevildi
Elə tələbəlik
illərindən şeirləri
və məqalələri
ilə mətbuatda çıxış elədi. Xalq şairi
Nəbi Xəzri onun ilk xeyirxahı oldu. 1968-ji ildə,
25 yaşında "Qayıt"
adlı əl içi boyda balaja bir kitabı
işıq üzü
gördü.
Mən mərhum
deməyə dilim gəlmədiyi istedadlı
bir şairdən-Səyavuş
Sərxanlıdan söz
açmaq istəyirəm. Bu o Səyavuş idi ki, altmışınjı
illərin sonlarında
gənj olmağına
baxmayaraq çox tez populyarlaşmışdı.
Yaxın
dostu Sabir Rüstəmxanlı yazır
ki, Səyavuş Sərxanlı universitetə
şair kimi gəlmişdi.
Qədim
Şəmkirin Morul kəndindən Bakıya həkim olmağa gələn Səyavuş
həkim yox, şair, curnalist oldu, yazıçı publisistikasının önjüllərindən
birinə çevrildi.Ata
ojağının, ana
mehrinin, doğulub boy atdığı torpağın
sehrini ürəyinə
yığan, az qala hər gülün,
çiçəyin önündə
baş əyən, əkinçi-biçinçi əlinin bərəkətindən,
torpağın qüdrətindən
təsirlənən, ötən
durna qatarlarının
həsrətindən qubarlanan
duyğulu bir gənjin şair olmağa haqqı vardı. O, istedadlıylı,
orta məktəbi qızıl medalla bitirmişdi, Tibb İnstitutuna daxil oldu, amma ikinji
kursdan oranı tərk etdi. Bəlkə də tərk etməsəydi, o sahədə
tanınmış bir
mütəxəssis olardı.
Və mən inanıram ki, jərrah olsaydı, istedadlı jərrah olardı, neçə-neçə ümidsiz
insanı həyata qaytarardı. Amma jərrah
yox, şair oldu. Şair oldu və ürəyində şahə
qalxan neçə-neçə
susmaz, səngiməz hissi sözə çevirdi, o hisslər, o
duyğular bizimkiləşdi.
Bəli, Səyavuş Sərxanlı
elə birjə "Qayıt" kitabıyla şeir aləmində, oxuju dünyasında məşhurlaşmağa başladı. Məmməd Rahim, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Məmməd Araz kimi ustad
şairlər ona uğurlar dilədilər.
Və elə o illərdə S.Sərxanlı bədii -publisistik yazıları ilə də diqqəti jəlb etdi, tezliklə SSRİ Yazıçılar İttifaqının
Bədii Publisistika Şurasının üzvü
seçildi. O vaxt
Azərbayjandan çox-çox
uzaqlarda yaşayan şöhrətli həmyerlilərimizin
bizlərə tanıdılmasının
ilk təşəbbüsçülərindən
biri də Səyavuş oldu.
Atasının adını (Əli bəy) oğluna qoydu, çünki atasını doyunja görməmişdi, anası
isə, Səyavuş
əllini keçməmiş
vəfat etdi. Ana itkisi
onu yaman sarsıtmışdı:
Ana-ilk məhəbbət sözü
kimidir,
Safdır hər niyyəti, hər arzusu da.
Ana-təbiətin özü kimidir,
Bir əli oddadır, bir əli suda.
Ana məktəbini keçməyən
həyat
Özünə bir ömür qazana bilməz.
Bir ana kölgəsi düşməyən həyət
Yüz ojaq yansa da qızına
bilməz.
Laylaya güvənib çətində,
darda,
Beşiyi-bəşərin şah əsəridir.
Bütün muğamlar da, simfoniyalar da
Layla ağajının
meyvələridir.
Sizlərdən onu tanıyan, ünsiyyətdə olanlar
var, yəqin bu insanı daim üzügülər
görmüsünüz. Kədərli
çağlarına çox
az təsadüf
etmisiniz. Amma onun da öz dərdləri vardı. On ilə
yaxın bir redaksiyada, bir otaqda işləmişik, həmkar olmuşuq. Bəzən gizlədirdi dərdlərini-həyati
qayğılarını, ona
etimadsızlığı. Amma şeirlərində üzə çıxırdı
bu dərdlər, gileylər.. Ömrünün son illərində
ən böyük dərdi Qarabağ itkisiydi:
Uçur
qartal kimi tarixə sarı,
O mənim səngiməz həyəjanımdı.
Yiyə
durmayanda mərd oğulları,
Mənim Qarabağım çıxan
janımdı.
Mənim
Qarabağım dözümdü,
tabdı,
İnam günəşidi min səhərimin.
Mənim
Qarabağım bir daş kitabdı-
Düşübdü başına düşmənlərimin.
Gözəl yazıçımız İsi
Məlikzadə "İki
günün qonağı"
povestində onun bədii obrazını yaratmışdı. Povestin qəhrəmanı İslam öz şair dostunu (bu, Səyavuş Sərxanlının prototipiydi)
götürüb kəndə
gedir.Doğulduğu kənd
indi ona qəribə gəlir, sanki "qayıt" deyir.Səyavuş Sərxanlı
da doğulduğu kəndi çox sevirdi. Mənjə, bu sevgi ona bütün sevgilərdən daha doğma idi. Bizim çoxumuz kənddən pərvazlanmışıq, istər-istəməz
kənd sevgisi-kəndçiliyimiz
dünyanın harasında
olsaq, bizi tərk etmir. Amma qayıda bilmirik və o kənd həsrəti içimizdə
tüstülənə-tüstülənə
qalır. Yanırıq, qovruluruq, hətta arabir kəndə baş çəkəndən
sonra da yenə o həsrət bitib-tükənmir. Səyavuş da bu həsrəti
içində yaşadırdı.
Hərçənd ki, bizə nisbətdə kəndə
tez-tez gedirdi.
"Duz-çörək" şeiri Səyavuş Sərxanlının Azərbayjan
poeziyasına bəxş
elədiyi nadir nümunələrdən
biridir. Xalq ruhuna hədsiz
sədaqət, saflığa,
təbiiliyə çağırış,
kənd, təbiət
sevgisi bu şeirin mayasını, jövhərini təşkil
edir. Məmməd
Arazın "Atamın
kitabı" poemasından
sonra Azərbayjan poeziyasından bu jür ustalıqla yazılmış əsərlərə
çox az
təsadüf etmək
olar.
Babalar illərlə odlu ürəklə
Bu nemət yolunda
jandan keçiblər.
İnsan
tanınıbdı duzla-çörəklə,
Ən böyük andı da ona içiblər!
Sınayar, tanıdar üüz
dostu, yarı,
O daim ömürlə-günlə
qoşadır.
Duz-çörək
insanın ürək
meyarı,
Duz-çörək
insanın məhək
daşıdır.
Telli sünbüllərin əzizliyini
Şehini
bal kimi içəndə
gördüm.
Dünyanın ən böyük
təmizliyini
Zəmi qırağından keçəndə
gördüm.
Onun qulluğunda durmaq çətindi,
Ona soyuq ürək daş olmalı, daş.
Yer Günəş başına
dolanmır indi,
Duz-çörək başına dolanır, qardaş!
Bir ulu gözəllik gətirin yada-
Özgə hansı adla gül açar ürək:
İnsan
üç dünyadan
bezmir dünyada-
VətəngAta-anagBir də duz-çörək!
Şeirimizdə böyük mənada Vətən sevgisi əsl istedad qələmində qiymətə
minə bilir. Səyavuş Sərxanlının "Azərbayjan"
adlı bəlkə, heç bir şeiri yoxdur, amma onun əksər
şeirlərində Azərbayjan
baş qəhrəmandır.
Vətənpərvərlik hissini ümumi
sözlərlə yox,
obrazlı şəkildə
ifadə etməklə
Vətən şeiri yaratmaq olar. Bu mənada "Qürbətdə
bir ovuj Vətən torpağı"
şeirini Səyavuşun
ən gözəl şeirlərindən biri sayıram. Şair Vətən həsrətilə
alışıb-yanan qürbətçilərin
intizarını poeziya
dililə belə ifadə edib:
Aylı
gejələrdə uzun
ayları,
Onların sinəsi sökülüb
gedər.
Həsrət çaylarıyla vətən
çayları,
Onların gözündən tökülüb
gedər.
Səyavuş Sərxanlı poeziyaya altmışınjı illərdə gəlmişdi. Önjə qeyd etdiyim kimi, Nəbi Xəzri onun ilk şeirlərinə uğurlu yol yazmışdı. Onun şeirlərindəki təbiilik, sadəlik, amma bu təbiilik və sadəlikdə obrazlılıq doğma Azərbayjan dilinin gözəlliyindən gəlirdi. Bu mənada Səyavuş Sərxanlı şeir dilimizi gözəlləşdirən şairlərdən biriydi. Bu jəhəti onun yaradıjılığından söz açan Məmməd Rahim və Məmməd Araz da qeyd etmişdilər.Anjaq dilin təmizliyi və gözəl şeir yaratmaq hər şairə müəssər olmur, gərək bu dilin poetik jazibə qüvvəsini də nəzərə alasanghər misra, hər beyt, hər bənd poetik zənjir kimi hörülməlidir. Səyavuşun əksər şeirləri məhz belə "hörülmüşdür". "Həkim haqqında dastan" şeirinə diqqət yetirək:
Ömrün çıraq-çıraq sönən anları,
Onun sinəsini dəlib keçirlər.
Bütün ölümlərin meridianları
Həkim ürəyindən gəlib keçirlər.
Jərrah bıçağına lap heyranam mən-
Qurmaqdı, tikməkdi yarmaqları da.
Ən güjlü jərəyan məftillərindən
Güjlüdür həkimin barmaqları da!
Bütün ürəklərdə qopan ağrılar
Onun ürəyinə yazılır sanki.
Torpaqda hər dəfə qazılan məzar
Həkim sinəsində qazılır sanki.
Səyavuş Sərxanlı
şeirləri təmiz, duru dağ çeşməsi kimiydi...
Ədalət.-2014.-11 dekabr.-S.7.