"Mirzə İbrahimov qoymadı"Vicdan susanda" dövlət mükafatı alsın" - Azərbaycanın ən çox çap edilən yazıçısı

 

Bu dəfə yolumuzu çoxdandır görünməyən, vaxtilə Azərbaycanın ən oxunaqlı yazıçılarından biri olan Vidadi Babanlının evindən saldıq.

Yazıçının evini tapmaq elə də asan olmadı. Etriaf edim ki, iki üç dəfə zəngdən sonra mənzilin nömrəsini tapıb, zəngi basdım.

Qapını özü açdı, salamlaşdıq.

Adətə əks olaraq, ilk sualı mən yox o, elə qapıdaca verdi : "Ay bala, neçə yaşın var?”

Öyrəndikdən sonra gülümsədi. 87 yaşında məndən daha yaddaşlı olduğunu dedi.

İş otağına keçib, onun bütün yaradıcılığının cəm olduğu kitabxanasının önündə söhbətə başladıq.

- Özünüz necə hiss edirsiniz?

-Gözüm çox zəifləyib. Bakıda müalicə etdirdim. Nəticəsi yaxşı olmadı. Sonra Türkiyəyə yollandım. Ordada dedilər ki, görsə 50 faiz görəcək. Amma hələ etmədilər ki, katarakta yetişməyib.

Hər şey qocaqlıqdan başlayır. Odur problem. Baxmayaraq ki, ağlım qaydasındadır. Amma ayağım ağrıyır, düz yeriyə bilmirəm. Gözümə görə rahat yaza bilmirəm, oxuya bilmirəm.

-Göz problemindən danışdınız. Son günlər nə yazırsınız ?

-Son zamanlar şeirlərə qayıtdım. Bir də roman hazırlamışam. Amma fikrimi daha ifadə etməyə çətinlik çəkirəm, ya da ki, xətt xəttin üzərinə çıxır, dolaşır, əmələ gətirənə qədər isə vaxt keçir.

-35 ildən sonra niyə məhz şeir yazdınız?

-Cavan vaxtımda "Vidadi Şıxlı” adı iləşeirlər yazırdım. Ədəbiyyata da elə şeirlə gəldim. Sonra Moskvada Ali Ədəbiyyat kursu vardı, orda oxuyurdum. Bakıdan göndərmişdilər. Orda oxuyan zaman ilk nəsrimi yazdım.

İlk povestim "Gəlin ”əsəri idi. Əvvəl poema kimi hazırlamışdım. Sonra çevirdim povestə ilk nəsrim beləcə yazıldı. Yazdım göndərdim Yazıçılar Birliyinə. Orda gənclərlə şöbədə İlyas Əfəndiyev rəhbər idi.

O oxudu, bəyəndi, "İnqilab və Mədəniyyət jurnalı”na göndərdim. Çap oludu və ondan sonra 35 il şeir yazmadım. 90-cı illərdən ilk dəfə şeir yazdım. Bunu da şəhidlərə, Qarabağa görə yazmışdım.

-Gənclikdən söz düşmüşkən, Bağırovu necə xatırlayırsınız?

-Universitetin filologiya fakultəsinin ikinci kursunda idim. Sahildən gəzməkdən gəlirdim. Filarmoniyaya tərəf qalxan küçəylə addımlayırdım, gördüm qabağımda kepkalı bir adam gedir.Təkdir.

Birdən iki nəfər qoluma girib saxladı ki, kimsən? hara gedirsən? Qayıtdım ki, tələbəyəm yataqxanaya gedirəm.

Sənədimi aldılar: baxdılar,sonra azad etdilər. Sonralar da Bağırovu iclaslarda görmüşəm. Çox hökmlü adam idi. Ədəbiyyata həmişə müdaxilə edirdi.

O vaxt Mərkəzi Komitədə də əsərlər müakirə edilir, sonra iclaslar protokollaşdırılırdı. Qayda belə idi: əvvəl tənqid etdiridi. Sonra yekun sözü özü deyirdi.

Bir dəfə Səmədi möhkəm tənqid etdilər ki, yazılarında hanı beynəlmiləlçilik? Məruzəçi də danışdı. Sonra Bağırov özü tənqidə başladı.

İclas bitəndə Səməd əlini qaldırdı ki, söz deyə bilərəmmi? Bağırov başı ilə razılığını bildirəndən sonra Səməd Vurğun çıxış edib,nöqsanları qəbul etdiyini bildirdi.

Birdən nə oldusa,Səməd keçdi özünümüdafiəyə. Bağırova qayıtdı ki, siz "Vaqif” pyesinə baxdınız. Üçüncü pərdədən sonra lojaya çaığrıb "Sağ ol” dedinizmi?

Sonra səhnə arxasına gəlib təşəkkür etdinizmi? 1945-ci ildə yazdığım "Stalin” şeiri üçün zəng etdinizmi?

Xeyli danışandan sonra belə yekun vurdu ki, "mən buyam”-deyib tribunadan düşdü. Əvvəllər Səməd danışanda hamı əl çalardı. Amma indi heç kim Bağırovun qorxusundan bunu etmədi.

O zaman belə bir qayda vardı: Bağırov kimi tənqid etsə onun kitabını bağlayır, ya güllələnməyə. Ya sürgünə yollayırdılar. İclasdan sonra Mehdi Hüseyn, Osman Sarıvəlli və Səməd Vurğun bir çıxdı. Mən də arxalarınca gəlirdim.

Yolda Səməd qaytdı ki, "Mehdi, nətəri danışdım?” Mehdi: "Ay Səməd, elə yerdə də özünütərifləmək olardımı?”,-dedi.

Sonra evə gələnə kimi Xavər xanım deyir ki, III katib Həsən Həsənov səni MK-ya çağırır.

Sən demə, Bağırov iclasdan sonra əmr verib ki. Səmədi tapın iclasın protokolunu özü yazsın, həm də bildiyi kimi. Ertəsi gün protokol kommunist qəzetində çapdan çıxır.

-Sizi AYB-ə kim gətirib, kim əleyhdarınız olub?

-AYB-dəədəbiyyat dərnəyi vardı. Hər 6 –cı gün gənclər toplanır, yazılarını oxuyurudular.

Təcrübəli yazçılar isə gəlib məsləhət verirdilər. Hansı əsəri bəyənəndə çapa tövsiyyə edirdilər. Mən orda ilk dəfə "Anam sən oldun” şeirini oxudum. Bəyənildi . "Gənclər ” qəzetinə yolladım.

Amma üstümə çox gəlirdilər ki, bu kənddən yazır, Osman yazıb da. (Osman Sarıvəlli-red.) Hanı yazılarında dövrün inkişafı? Adamı elə tənqdi edirdilər ki, yer ayağının altında titrəyirdi.

-Gələk , sizin şah əsəriniz olan "Vicdan Susanda” romanına.Necə oldu, bu əsəri yazdınız?

-1978-ci ildə də iki kitab bir çap olundu. O vaxta qədər isə iki dəfə ayrı-ayrılıqda işıq üzü görmüşdü. Romanı 1963-cü ildən yazmağa başlamışdım.

"İnqilab və Mədəniyyət” jurnalında hissə -hissə çapa verdim. O zaman da baş redaktor Calal Məmmədov idi. O əsəri tənqdi etdi. Jurnalda da çapına qadağa qoydu. Bunun üçün Mirzə İbrahimovun adından istifadə etdi.

Həmin vaxt 1968-in yayı -Mirzə Yaltada istirahətdə idi. O vaxt mən jurnalın nəsr şöbəsinin müdiri idim. Avqusta planlaşdırılma zamanı mən Moskvada oxuyan gənclərdən birinin povestini təqdim etdim.

Buna görə mübahisə yarandı. Cəlal Məmmədov dedi ki, Mirzə kimi adamın povesti 10-cu nömrədə getməlidir. Hansısa gənc hələ gözləyə bilər. Dedi, sən nə danışırsan?

Mənsə, dedim ki, Mirzə müəllim hələ Bakıda deyil. Povesti də yollamayıb. Gəl, bu gəncləri qabağa salaq.Bunu elə təqdim etdi ki, bütün aləm qarışdı.

İkinci gün Mirzə müəllim gəldi və məni çağırdı, gəldim gördüm ki, qəzet oxuyur. Məni görəndə qəzeti stola çırpdı və salamımı da almadı. Qayıtdı ki, Sən kimsən, məni bəyənmirsən?

Sən Calal Məmmədova niyə əks gedirsən? Nə qədər istəsəm də başa sala bilmədim.

Az sonra bildim ki , məni işdən çıxardıb və ən aşağı işə -qəzetə müxbir yollayıb. Təbii ki, getmədim və uzunmüddət işsiz qaldım.

Qılman Musayev ”Azərbaycan Nəşriyyatı”nın rəhbəri idi. İlk dəfə romanımı o nəşr etdirdi. Elə o dəqiqə də jurnal əsəri pisləyən və ələ salan tənqid yazısı verdi. Guya əsər Soveti ələ salır, bədii cəhətdən də zəifdir.

Deyirdilər ki, sovet insanının vicdanı susa bilməz.Partiyadan çıxarılmaq məsələsi qoydular. Bu da o demək idi ki, daha kitabım bağlandı. İşsiz müddətdə Nəsir İmanquliyevin köməyi çox oldu.Göndərirdi gedib oçerklər yazırdım.

Əsər 1973-c ildə Moskvada çap olundu. Özü də iki dəfə 100 min tirajla. Bu say görünməmiş bir rekord idi.

-Reaksiyalar necə oldu?

-Moskvada çapa gedən kimi, Bakıda mənə qarşı münasibət dəyişdi. İş təklifi gəldi. Kinostdudiyada tərcümə şöbəsinə baş redaktor təyin olundum.

Tərif çox oldu. Hətta əsərə dövlət mükafatı verilməsi təklif ediləndə Mirzə İbrahimov mane oldu.

-Əsərin ideyasını hardan götürmüşdünüz?

-Əsəri yazmağa iki il hazırlaşmışdım. O zamanlar hələ 60-cı illərdən ekologiya məsələsi aktuallaşmağa başladı.

Ətraf mühitin mühafizəsi ideyası genişləndi. Əsərin obrazları da burdan götürülüb. Göstərirdim ki, əslində bizdə də ekologiyanı düşünənlərlə yanaşı, buna qarşı çıxanlar var.

İttifaqın elə yeri yox idi ki, ordan mənə məktub gəlməsin. Azərbaycanca 9 dəfə nəşr edildi. Rusca isə 5 dəfə nəşr edildi. Hər dəfə də 100 min tirajla. Bu görünməmiş rekord idi. İndiyə kimi heç bir Azərbaycan yazıçısı bu rekordu təkrarlaya bilmədi.

-İsa Muğanna ilə necə qohumsunuz?

-Dayıoğlum idi. Məndən iki yaş kiçik idi. O mənə baxıb yazdı, həvəsə gəldi. Deyirdi ki, ədəbiyyata Vidadinin izi ilə gəlmişəm.

-Ən sevdiyiniz əsərlər hansıdır?

-İsmayıl Şıxlının "Dəli kür”ü, Muğannanın "Məşhər”i, Sabir Əhmədovun "Dünyanın arşını” .

-Niyə vəzifə almamısınız?

-Belə bir təklif gəldi ki, məni "Yazıçı nəşriyyatı”na baş redaktor təyin etsinlər.

Elə bu ərəfədə məni SSRİ yazıçılarından biri kimi xaricə göndərdilər. Getdim Avropaya ,gələnə kimi yerimə adam təyin edilmişdi.

 

atvxeber.az

ədalət.-2014.-11 dekabr.-S.4.