TARİXİN ŞAHİDİ GƏDƏBƏY

Dağlara söykənib, dağ vüqarlıdı

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(Əvvəli ötən saylarımızda)

 

Gədəbəyin bugünkü növrağı həqiqətən ürək açır. Bu da səbəbsiz deyil. Özü bu səbəblərin içərisində böyük Yaradanın Azərbaycan xalqına, Azərbaycan coğrafiyasına, onun bir parçası olan Gədəbəyə gədəbəylilərə xüsusi sevgisidi. Belə ki, burdakı təbiət, burdakı təbii gözəllik dünyanın başqa heç bir nöqtəsində yoxdu bu gözəllik onu daimi sakinlərini, daimi izləyicilərini məsuliyyətli olmağa, bu gözəlliyi sevməyə, qorumağa vadar edir. Əks təqdirdə, dağlar, onun havası, suyu adamlardan inciyə bilər.

Bax, bu poetik, lirik ifadələrin arxasında dayanan gerçəklik onu göstərir ki, dağlara söykənən bu qədim diyarın adamları həyatlarını qurmağı, həyatlarını mənalı etməyi bacarırlar. Ona görə planlı şəkildə çəkilən yollar, abadlaşan küçələr, elektrik, su, qaz xətləri adamların həm rahatlığına, həm güzəranına öz müsbət təsirin göstərir. Burda bir məqamı xüsusi vurğulamaq lazımdır ki, dağ rayonlarına, o cümlədən Gədəbəyə dağ çəkilişi təbiətin oksigen bazası olan meşələrin qorunmasında, onun ərazicən genişlənməsində öz sözünü deyir. Deməli, bu gün Gədəbəydə təkcə yol kənarlarında deyil, eləcə park meydanlarda, həmçinin müxtəlif ərazilərdə salınan yaşıllıqlar da insanlara xidmətin bir nümunəsidi. Təbii ki, bütün görülən işlər rayon icra hakimiyyətinin digə əlaqələr qurumların nəzarəti rəhbərliyi altında aparılır. O cümlədən rayonun səhiyyə mədəniyyət sahələrinə ayrılan diqqət dediklərimizi bir daha təsdiq edir. Təqribən bir ay öncə Gədəbəydə keçirilən möhtəşəm bir tədbir əslində ümumrespublika tədbirinin başlanğıcı idi.

Biz Gədəbəy aşıqlarının ifalarını həmişə böyük coşqu ilə dinləmişik. Respublika aşıqlarının növbəti festivalının başlanğıcı da məhz bu səbəbdən Gədəbəydə gerçəkləşdi. Həmin tədbirin açılışında çıxış edən filologiya elmləri doktoru, professor, çox dəyərli ziyalı yazıçı-publisist Qəzənfər Paşayev bizimlə söhbətdə bildirdi ki, bu torpaq cənnətdi! Bu torpaq özünün səxavəti ilə, bərəkəti ilə cənnətdi! Bu torpaq sazıyla, sözüylə, böyük-kiçiyə hörmətiylə cənnətdi! Deməli, bu torpaqdan bəhrələnən musiqi, o musiqinin bir qolu olan saz söz həm cənnətdən gələn musiqi səsidi.

Görkəmli alimimizin təkcə saza, sözə yox, həm Gədəbəyə ünvanlanan bu fikirləri bizim bu regionun mədəni həyatına daha yaxından bələd olmağımız üçün bir ipucu oldu. Yerli sakinlərdən, həmçinin rayonun əlaqədar qurumlarının təmsilçilərindən öyrəndik ki, Gədəbəydə mədəni-kütləvi tədbirlərin keçirilməsi, həmçinin bu rayonun sakini olan dəyərli elm, mədəniyyət, incəsənət adamları ilə görüşlər, musiqili axşamlar, əlamətdar günlərlə bağlı tədbirlər həyat normasına çevrilibdi. Eləcə rayonun səhiyyə sahəsində müəyyən uğurlar var. Bir faktı da xatırlatmaq yerinə düşər ki, Gədəbəyin Azərbaycan elminə. Eləcə səhiyyəsinə hədiyyə etdiyi kifayət qədər tanınmış imazalar var. Rayon səhiyyə şöbəsinin, onun aidiyyəti sahələr üzrə ixtisaslı kadrlarla təmin edilməsinin bu tibbi kadrların əhalinin sağlamlığı keşiyində durması çox müsbət nəticələri göz önündədi. Yəni səhiyyə ocaqlarının həm kadrlarına, həm müasir tibbi avadanlıqlarla təmin edilməsi üçün rayon rəhbərliyi zəruri addımları həmişə atır bu gün söylənilən istiqamətdə fəaliyyətini davam etdirir.

Hər kəs yaxşı bilir ki, insanların sağlamlığı uğrunda aparılan mübarizə elə ən kiçik yaşlardan başlayır. Bu mənada körpələr evlərində, məktəblərdə keçirilən həkim briqadalarının reydləri, aparılan peyvənd əməliyyatları digər zəruri işləri rayonun səhiyyə işçilərinin məsuliyyətindən xəbər verir. Gədəbəydə mineral sulardan, təbiətin bu coğrafiyaya bəxş etdiyi nemətlərdən yararlanma onu həm ölkə, həm ölkənin hüdudlarından kənara çıxarmaq üçün yerli sahibkarların göstərdiyi fəaliyyət təqdirəlayiqdi. Yəni bu gün Gədəbəydə sahibkarlığın inkişaf etdirilməsi üçün yüksək bir şərait yaradılıbdı. Adamlar məqsədli inamlı şəkildə öz işlərini qurur onların açdıqları yeni obyektlər həm öz növbəsində yeni yerlərinə çevrilir. Son nəticədə bu fəaliyyətdən təbii ki, Gədəbəyin axtaran, ehtiyat içərisində çabalayan insanları istifadə edirlər. Bax elə statistikanın da göstərdiyi kimi, son vaxtlar əhalinin məşğulluğu, həmçinin yeni-yeni yerlərinin açılması məsələsi rayon icra hakimiyyəti başçısının planında xüsusi yer tutur.

Bəli, Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov özünün bütün fəaliyyətini ölkə rəhbəri cənab İlham Əliyevin tələb göstərişlərinə uyğun bir şəkildə qurmaqla Regionların İnkişafına Dair Dövlət Proqramının gerçəkləşməsi yolunda ciddi addımlar atır. Deməli, bu gün Gədəbəydə əgər 70-ə yaxın yeni məktəb binası tikilib istifadəyə verilibsə, deməli, son nəticədə qazanan yenə gədəbəylilər olacaqdı.

Bəli, Azərbaycanın bu qədim diyarında bu gün böyük coşqu ilə qaynayan həyat insanlara xidmət üçündü. Həmin xidmətin təşkilatçısı, ona nəzarət edən rayon icra hakimiyyəti, xüsusilə rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov birmənalı şəkildə gədəbəylilərin sosial-iqtisadi problemlərinin azalmasına, mədəni həyatlarının daha da rəngarəng olmasına çalışır. Bunu gerçəkləşdirmək üçün isə dövlət başçısının ayırdığı vəsait, həmin vəsaitlərin təyinatları üzrə xərclənməsi indi göz önündədir. Yəni xərclənmiş hər bir manat Gədəbəyi gədəbəylilərin həyatını yeniləşdirib, gözəlləşdiribdi. İnanıram ki, bu istiqamət həmişə belə davam edəcəkdi.

Son olaraq həmkarım əslən gədəbəyli olan Polad Qasımovun da vurğuladığı kimi, bu gün Gədəbəydə günün tələblərinə cavab verən normal bir mühit yaradılıbdı. Bu da insanlara həm maddi, həm mənəvi cəhətdən daha güvəncli olmaq imkanını veribdi. Deməli, Gədəbəyin hələ bundan da gözəl günləri qarşıdadı.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-13 dekabr.-S.7.