ÖZÜ
GETDİ, SÖZÜ QALDI DÜNYADA...
(Səyavuş
Sərxanlının əziz
xatirəsinə)
II məqalə
Səyavuş Sərxanlını "o gözəl
təbiət şairi
idi", ya da "o gözəl sevgi şairiydi" deyə tanıtmaq istəməzdim. Çünki təbiətin gözəllikləri
şair olmasaydı belə onu həmişə
dilə gətirəcəkdi.
Onun
"Təbiət ağlayır,
dəyməyin mənə"
şeirində insan və təbiət harmoniyası, yəni bu iki anlamın
vəhdəti, bir-birindən
qopub ayrılmamaqları
fikri təsdiqlənir.
Təbiət insansız,
insan da təbiətsiz yaşaya bilməz!
Buludlar döşənib qanad-qanada,
Çırpır leysanını dağ aşa-aşa.
Bir insan səsi də bəsdir həyata-
Düh-z-dünya
beləcə çağlaya,
daşa.
Xəzəlli cığırlar qoşuldu
neyə,
Qızıllı talaya göz yaşı axdı.
Bəlkə zümrüd səsli
quş oldu deyə,
Qayalar çayları
çiyninə taxdı.
Yas yox təbiətin bu yası kimi...
Kədər ömürlərdən nə
istəyir, nə?
Bütün ölənlərin anası
kimi
Təbiət ağlayır, dəyməyin
mənə...
Şeirlərində obrazlı ifadələr, təşbihlər, metaforalar
da axtarmıram. Çünki onun bütün şeirlərində poeziyanın
bədii təsvir vasitələri öz məqamında işlənirdi.
Bəlkə də o, bunları
qabaqcadan düşünmürdü,
onlar şeirə özü gəlirdt.
"A qarlı dağlar"da "dağların
köksündə vulkanmı
yatır - fikirli-fikirli
dumanlanır hey?" - bu demək üçün
başqa bir şair bəlkə nə qədər düşünər, daşınar,
amma Səyavuş Sərxanlı üçün
bu tipli deyimlər elə bil, içində çoxdan hazır imiş, sadəcə, yazıya köçürmək
qalırmış. "Burdan ordu keçib,
burdan cəng keçib, Ümmanla göz yaşı töküb dərələr.
Elə bil dağlardan bir nəhəng keçib, Ayağı altında çöküb
dərələr" - diqqət
edin və misralarda ifadə olunan mübaliğənin
necə bir mənzərə yaratdığını
gözünüzlə görün.
Gün çıxır, dumanla qalxır savaşa,
Dağların kürkünü istiləndirir.
Sanki qocalardı verib baş-başa,
Dağlar qəlyanını tüstüləndirir.
Şəlalə atlıtək çəkər
yüyəni,
Təpələr bir yorğun piyada kimi.
Dağlar-təbiətin sağlıq deyəni,
Qaldırar Günəşi piyalə
kimi.
S.Sərxanlının poeziası lirik, zərif, kövrək hisslərdən yoğrulmuşdu. O, "ürək
dilində danışan
şair" (B.Vahabzadə)
idi. Həyatdakı hər hansı
bir hadisə ona bu və
ya digər dərəcədə təsir
edirdi. Hətta, bir otaqda olanda, onun nəyə
görəsə ağladığını
görmüşəm. Biz illər boyu
bir-birimizlə dostluq edirik, yeyirik-içirik, bir yerdə yola çıxırıq,
amma çox zaman bir-birimizin ürəyindən xəbər
tuta bilmirik. Səyavuş deyirdi ki, bəzən gecəyarısı
yuxudan durur, balkona çıxır və birdən-birə həyatımın ağrılı-acılı
günlərini, dünyadan
vaxtsız köçənləri
yada salır, için-için ağlayıram.
Əlbəttə, bu şən
və gülərüzlü
insandan belə
pessimist sözləri eşitmək
istəmirdim. Amma o duyğular
şeirdən gizlədilmirdi.
"Ata qəbri" şeirində
olduğu kimi:
Durna qatarıdı sinəmə
enən,
Qəbristan köz kimi.
qəbristan soyuq.
Onun baş daşına qonub deyinən
Boz sərçə qədər
də etibarım yox!
Səyavuşun gözəl şeir zövqü vardı. Poeziya şöbəsinin
müdiri idi və yaxşı bir şeir oxuyan
kimi uşaqtək sevinirdi. Çalışırdı, əgər o şeir
bir cavan şairin qələmindən
çıxıbsa, çapına
kömək edirdi.
Hərdən günorta zamanı
məndən tələb
edərdi ki, bildiyim şeirlərdən
oxuyum ona. Bizi poeziya deyilən sehrli bir qüvvə
birləşdirirdi.
Dünya
səni qocaltdı,
Yaşıdın olsun deyə.
Əli Kərimin
Füzuliyə həsr
etdiyi bu şeiri oxuyanda onun gözlərindəki heyranlıq ifadəsini heç vaxt unutmamışam. Amma Əli Kərimdən ən çox sevdiyi misralar bunlardı:
Gecə
də, gündüz də fikrimdə sənsən,
Mən kimin fikrində yaşayım, söylə?
Bir dəfə Füzulidən
bu beyti söylədim:
Deyil bihudə gər yağsa fələkdən
başıma daşlar,
Binasın tişeyi-ahımla viran etdiyimdəndir.
Beyti gücüm çatdığı
qədər şərh
elədim və heyrətlə dedi: "Ay
Allah, gör nə boyda şairimiz var!". Və otaqda
davam edən bu "qiraət"in sonunda onun "Nərgizli" misralarına
keçirdim. Axı, Səyavuş
Sərxanlının özü
də sevgilər görmüşdü, o hissləri
yaşamışdı. Əli Kərimin "Qayıt"
şeirindən sonra o
mövzuda şeir yazmaq çətin olardı. Amma Səyavuş ayrılıqdan
doğan intizarı öz yaşantılarında
beləcə ifadə
etdi:
Nəğmə aparmısan özünlə
birgə-
Ömrüm səssiz qalıb, sədasız qalıb.
Dəniz
aparmısan gözünlə
birgə,
Ürəyim tufansız, dalğasız
qalıb.
Bir iblis qanıma yaman giribdir,
Çeşmə ürəyimi lilləndiribdir!
Nələr çəkməmişəm bu yolda bilsən...
Ağrı-acıları unutdurmağa,
İkimiz isti bir yuva
qurmağa.
Hardasan,
qanadlan qaranquş kimi-
Qayıt
ömrümə sən...
Qayıda
bilsən!
Səyavuş Sərxanlının poeziyasında
car olan həqiqətlər
onun publisistikasında
da eyni coşqunluqla
davam edirdi. O, uzaq Sibirdə yaşayan azərbaycanlıları soraqlayırdı,
onları öz xalqına tanıdırdı.
O, dünyadan vaxtsız
köç edən sənət adamlarının
taleyini qələmə
alırdı, təbiətin
ekoloci nizamının
pozulmasından yazırdı.
Qətiyyətlə demək olar
ki, onun publisistikası öz vaxtında bu canrın, bu sənət növünün
necə imkanlara malik olduğunu bir daha sübut
elədi. Səyavuşun publisistikası məncə,
curnalistika fakültəsində
tələbələrə tədris olunmalıdır.
"Ulduz" curnalında çap etdirdiyi "Dünyanın
Qarabağ dərdi"
publisistik yazısı
son iyirmi ildə bu mövzuda yazılmış ən maraqlı əsərlərdən
biridir.
...Lakin Səyavuş
Sərxanlıdan söz
açanda ancaq
ŞAİR sözü yada
düşür.Onun publisistikası
da, elə bilirəm, poeziya üstündə köklənib. Onun həyata,
insanlara münasibətində
də şair ədası, hökmü duyulurdu. Necə deyərlər, başdan-ayağa
şair idi. Yəni əgər şair obrazı haqqında düşünürüksə,
xəyala gələn
ilk şairlər sırasında
Səyavuş Sərxanlı
adı da var. Nə yazdısa, təmiz yazdı, şeirlərimizin heca vəznli gur çeşməsinə xəyanət
eləmədi. Ancaq çox
böyük təəssüf
hissilə qeyd eləməliyəm ki, öz poetik imkanlarından lazımi dərəcədə yararlanmadı.
Özü də bunu duyurdu və bəlkə də əzab çəkirdi.
Nə etmək? Seyid Əzim Şirvani demişkən:
Dünyaya gəlmək getmək
üçündür,
bu nə qəmdir?
Hamımız köç edəcəyik. Bizdən sonralara
nə qalacaqsa...o zaman təzədən doğula bilərik. Səyavuş Sərxanlı
demişkən:
Dünya
belə gəlib, belə gedəcək,
Bilən
bildiyini yenə edəcək,
Dur, sən də mənimlə bir yana gedək...
Gələn gəlməlidi, keçən
keçməli,
Gələnə-gedənə başını qoşma.
Yenə
də qəbirlər-qara
torpağın
Açılıb-örtülən yaxası kimi.
Ocaqdı
kül olan, hisi qalan hey,
Karvandan
bir tozlu izdi qalan hey,
Hərədən bir quru səsdi qalan hey!
ədalət.-2014.-12 dekabr.-S.7.