BAHADUR FƏRMAN
I yazı
Polirtanın üzərinə rəngləri sıxdıqdan sonra, işə başlamazdan rənglərin düzümünə xeyli tamaşa edirəm. Adətən qohum rəngləri yan-yana sıxıram. İsti rənglər bir yanda sıralanır, soyuq rənglər bir yanda. Mümkün qədər qara rəngi politraya yaxın buraxmıram. Ağ rəngi az işlətsəm də onu politranın mərkəzinə sıxıram. Ağ rəng politrada aparıcı rəng hesab edilir və rəngləri bişirmək, yoğurmaq, istənilən hala gətirmək üçün barışdırıcı ana rolunu oynayır. Gözəl bəzənmiş süfrəyə bənzəyən politra, iş zamanı səhmanını itirir, hikkəli fırçaların kotan əkməsindən sonra bir tərəf qanlı döyüş səhnəsinə, bir tərəf qarmaqarışıq düşmüş xəyallara bənzəyir...
Bahadur Fərmanın mənzərəsini işləmək üçün politra döyüşə hazırdı. Bu politranın üstünə sıxılmış rənglərin demək olar ki, hamısı isti rənglərdi və ararıcı ana rəng, Bahadur müəllimin ""Əmanətdir ürəyim"" şebrlər toplumundan seçilmiş rənglər-nümunələr olacaqdır.
Tam səmimiyyətimlə deyə bilərəm ki, Bahadur müəllimin görkəmində bir Qoşqar əzəməti, bir palıd dəyanəti, bir kəklikotu qoxusu, bir bulaq (Pir bulağı) duruluğu, bir bənövşə kövrəkliyi, bir qaya sərtliyi cəmləşib. Və ümidvaram ki, bu fikrimi bütöv mənzərə boyu duyduqca siz özünüz də təsdiqləyəcəksiniz.
O, qos-qoca görnüşüylə ağ saçlı müdrik bir babanı, qayğıkeş bir atanı, ucaboylu, yarlı-yaraşıqlı bir ərəni xatırlatsa belə, həmişə ruhunda daşıdığı, hər an da nisgili içində qovrulduğu, bir ağ saçlı ana həsrətinə bürünmüş çocuğa daha çox bənzəyir...
""Əmanətdir ürəyim"" kitabını müəllif belə başlayır :
Xoş gördük!
Bu başdan səmimiyyətinizə inanır və minnətdarlığımı bildirirəm. Nigarançılığım çoxdur, nə deyəcəklər? Qloballaşma dövründə mənim sadə şeirlərim kiməsə bir anlıq da olsa ümid, təskinlik bəxş edəcəkmi?
Yazılarımın
birində belə misralar var:
Şeirim
dövlətimsə, onun da çoxu
Süddən qovruq düşən uşaq kimidi.
Bu, süni təvazökarlıq deyil. Uğurlarımın
azlığının səbəblərindən biri və bəlkə
də birincisi məni bürüyən və əgər qəbul
etsəniz məsuliyyət hissidir...
Bilirəm,
Bahadur müəllimin bal dadan
etiraflarından ayrılmaq istəmirsiniz. Amma mən
müdaxilə etmək məcburiyyətindəyəm. Bu yazını politra üzərində təsadüfən
qurmamışam. Yazımda aparıcı rənglərin
hamısının Bahadur Fərmanın çox
çalarlı, məzmunlu, məntiqli və xoş ətirli
şeirlərinin və fikirlərinin olacağını bir
daha söyləyirəm. Bu isə onu
olduğu kimi göstərəcək və ümid edirəm
ki, yazı boyu heç bir boz rəngə rast gəlməyəcəksiniz.
Çox sadə və səmimi bir insandır Bahadur
müəllim.
İri gövdəlidi, şux qamətlidi.
Qıvrım saçları tamamilə ağarsa belə,ona daha da yaraşıq verir, Kəpəzin bəyaz
zirvəsini xatırladır...
Mən onun portret cizgilərini cızarkən, onu məsum
körpəyə də bənzətmişdim. Ürək
yanğısıyla yazılmış bu nümunəyə
diqqət yetirsək fikrimdə yanılmadığımı
görəcəksiniz:
ANAMDAN
AYRILARKƏN
Ayrılıq
yetişdi bizə yenidən,
Bir həsrət dumanı alıb könlümü.
Anama
baxıram pəncərədən mən,
Durub kövrəkliyin heykəli kimi.
Avtobus tərpənir, çatırmı gücü?
Nə yaman hay salıb, haray qoparıb.
Məni
aparmağa nə var, sürücü,
Fikrimi, dərdimi anam aparıb.
Ürəyim
kədərlə dolmasın deyə,
Bir az gülümsədi ayrılan zaman.
Yol uzaq,
bir xata olmasın deyə
Anam istərdi
ki, sürücü oğlan
Onun
gözləriylə baxa yollara,
Mülayim
adamlar çıxa yollara...
Təkərlər
fırlanır, uzaqlaşırıq,
Neçə
düz keçirik, təpə aşırıq...
Fikrimdən
gör, nələr ötüşür bu dəm,
Qovaqlar
anamdır elə bilirəm,
Hər
addım başında çıxaraq yola
Arxmca əl
edir:- Uğurlar ola...
Avtobus
dayanır bir yol başında,
Biletlər yoxlanır yenə də bir-bir.
Bir kimsə
bilmir ki, bu gün maşında
Bir ana
ürəyi biletsiz gedir...
Bahadur müəllim ana obrazını o qədər
canlı təsvir edir ki, şeir haqda əlavə fikir söyləməyə
qətiyyən ehtiyac qalmır.
ANAMIN
YANINA
QAYITMIŞAM
Çıxıb
hər işimin cazibəsindən
Anamın yanına qayıtmışam mən.
Ürək sevinməyə tapıbdı fürsət.
Dəlisov
əsəbim nə dinc olubdur,
Mənim
gedişimlə başlayan həsrət
Mənim gəlişimlə sevinc olubdur.
Baxıb
yollarıma xəyala dalıb,
Onun yuxusunda qalanıb ocaq.
Barmağı
illərlə üzüksüz qalıb,
Bircə gün üsküksüz olmayıb ancaq.
Qəlbinin
fərəhi aşıb-daşıbdır,
Sevinci dərdinə olubdu qənim.
Elə bil
bir azca cavanlaşıbdır
Bu titrək, bu kövrək ağsaçlım mənim.
Aşağıda nümunə göstərdiyimiz örnək
o qədər canlı boyalarla işlənib ki, sanki burada hər
şey nəfəs alır, danışır oxucu ilə.
Lütfən
diqqət yetirin, dinşəyin, su kimi için, hava kimi udun,
yaşayın bu şeiri:
DÖRD
CIĞIR
1
Gəldim
kəndimizə- dörd yanı dağlar,
Evlər
bahar dolu, abadan olsun.
Burda hər
qonağın öz hörməti var,
Hansı eldən olsun, obadan olsun.
Gəzdim
ayaq yalın şehli çəməni,
Turaclar pırr...edib qorxutdu məni.
Nə
qorxaq olurmuş turac ürəyi,
Sanki nəğməm
uçdu dodaqlarımdan...
Xıdra
çiçəklərin zərif ləçəyi
Yapışıb
qalmışdı ayaqlarımda...
Bir nəğmə
istədim,
dindi
bulaqlar,
Ürək bu nəğməni içmək istəyir.
Çiynimə
toxunan yaşıl budaqlar
Elə bil boyumu ölçmək istəyir.
Yaydı
çəmən boyu quşlar səsini,
Baxdı təbəssümlə hər zərif
çiçək.
Ağaclar
yol boyu öz kölgəsini
Ayağım altına sərdi xalı tək.
Burda
meşələrin səsi həzindi,
Dağlar zirvəsində Günəşi saxlar.
Bir
gözəl şeirə şirin vəzndi,
Şaqraq zənguləli billur bulaqlar.
Beynimdə
həsrətli kövrək düşüncə,
Öpdüm bu torpağı, sevindi ürək.
Dolaşdım
yorulub əldən düşüncə
Qaya kərtlərində
dağ keçisi tək...
II
(axşam)
Pozulmuş
misra tək görünür cığır,
Yanır çəmənlərin böcək
şamları.
Günəşi
ötürüb kəndə qayıdır
Soğança qoxulu kənd axşamları.
Nəğməsi
ayrılır qarğı tütəyin,
Dağların utancaq çiçəklərindən.
Örüşdən
qayıdan sağmal inəyin
Torpağa süd damır əmcəklərindən.
Üfüqlər
dağları yastıqmı sanır
Dərə mürgüləyir, sinəsində su.
Dəli
şəlaləyə düşüb islanır,
Mamırlı qayanın şirin yuxusu.
Toyuqlar
düzülüb ağac tarında,
Acıqlı köpəklər zəncirdən bezər.
Nabələd
adamın baldırlarında
Uçunma dolaşar, sızıntı gəzər.
Çəkilib
bulağa hər axşam çağı,
Sevənlər bulağı danışdırarlar.
Həyətdə
qalanan üç daş ocağı,
Küləklər üfürüb
alışdırarlar.
Bir vələs
yuxusu yanar ocaqda,
Sonra da qızarır köz həzin-həzin.
Gizləyin
baltanı küncdə-bucaqda,
Meşələr yuxuda balta görməsin.
Hirsli
arıların ballı nəğməsi,
Yatar
sübhə kimi bal beşiyində.
İşlək
nənələrin azalar səsi,
Mürgüsü
başlayar ev- eşiyin də...
III
(səhər)
Dərin
yuxusundan oyandı dağlar,
Günəş
zirvədədi qızıl tac kimi.
Çəmənə
şeh düşüb, dəymə, dağılar,
Çiçəklər yumşalıb ipək saç
kimi.
Çoban
tütəyini çalır ucadan,
Nəğməylə örtülür obanın
üstü.
Çay
kimi səmaya axır bacadan,
Evlərin göyümsoy sevinci tüstü.
Yuxuya
qalanlar peşiman olar,
İtər bir təbəssüm payı çəməndə.
Kəsməyin
quzunu, səhər qan olar,
Çoxalar ""lalənin"" sayı çəməndə.
Yamacda
durmuşam, yamyaşıl otlar,
İpəyə bürünüb zərif, təzə-tər.
Çoban
tütəyinin səsində otlar,
""Yağışı"" süd olan bulud
sürülər.
Yüz
qışa bəs edər könlümdəki yaz,
Açılan səhərə qurban mən olum.
Verin
sürüləri otarım bir az,
Nolar, bircə günlük çoban mən olum.
Könlümdə
saxlaram bu xatiratı,
Dağların bir günlük büsatı ollam.
Çala
bilməsəm də ""Çoban bayatı"",
Özüm güneylərdə bayatı ollam.
Baxışlar
od kimi, bulaqlar sərin,
A kəndim, üstünə şəfəq
saçılsın.
Heç
nə istəmirəm, sənin səhərin,
Həmişə
beləcə sakit açılsın...
IV
Hayıf,
tez yetişdi ayrılıq çağı,
-Sağ
ol, şirin sulu Palıd bulağı.
-Bizdən salam söylə anan Fatmaya,
O qulac
saçlıya, qaşı çatmaya...
-Anam
qocalıbdır, Palıd bulağı,
Daha dolu
güyüm götürə bilmir,
Sizdən
öyrəndiyi şirin nəğmənin
Şaqraq zillərini gətirə bilmir.
-Bir ovuc
şərbət al mənim suyumdan,
Ver
içsin anana söküləndə dan,
-Sağ
ol, Qoşqar dağı, sinəsi qarlım,
A bulud dəsmallım,
a şah vüqarlım!
-Məndən salam söylə anan Fatmaya,
O qulac
saçlıya, qaşı çatmaya.
-Anam
qocalıbdır, a Qoşqar dağı...
-Oğul,
nə söylədin bu bahar çağı?
Gərək gəlməyəydin bu xəbərlə sən.
Qoy mənim
üstümə boz duman ensin,
Bir dəstə
çiçək yığ ətəklərimdən,
Ver anan
qoxlasın, qəlbi sevinsin...
-Sağ
olun, a yollar, mən gedim gərək,
Qalsın
ayaq izim əmanətim tək...
-Bizdən salam söylə anan Fatmaya,
O qulac
saçlıya qaşı çatmaya...
-Anam
qocalıbdır, a daşlı yollar,
Sinəsi
həmişə sirdaşlı yollar...
-O gəlib
keçəndə xumarlanardıq,
Uzun
saçlarıyla tumarlanardıq...
Bu nə xəbər idi, nə söylədin sən?
Bu söz necə gəldi dodaqlarına?
Bir ovuc
torpaq al sinəmiz üstən,
Sürt
onun yorulan ayaqlarına...
Məni
biçənəkdən quşlar ötürür,
Yol boyu gül-çiçək qoparıram mən.
Dağlar
pay göndərib anamdan ötrü,
Anama
cavanlıq aparıram mən...
Buradaca bir anlıq sükuta dalırıq. Əvvəlcə sənətkarın
yağlı boya ilə təsvir etdiyi bu tabloların sehrinə
düşürük, sözün soğança qoxulu ətriylə
qol-boyun olub Xoşbulaq yaylağına, Palıdlı
bulağına qonaq oluruq, Pir Qoşqarın ətəklərində
qoxlaşan gül-çiçəklərdən dəstələr
hörürük, şehə batmış
ayaqlarımızın sızıltısını belə
hiss etmirik.
Şairlik
budur! Baxın, görün bu şeirlərdə
bir qüsur tapmaq mümkünmü? Sözlər
bir zərgər zərifliyi, bir rəssam həssaslığı,
bir bəstəkar peşəkarlığıyla
cilalanamış, ruhu göylərə pərvazlanan bir
şair eşqiylə bəzənmişdir. Bir-birinə söykənmiş misralar, poeziya
axar-baxarıyla coşub-daşır, təşbehlər,
metaforalar ustalıqla düzülmüş təsbehə bənzəyirlər.
Haqqında
söhbət açdığımız şeirdə,
şair təbiətin üc anını təsvit etmiş,
sonda cana gəlmiş təbiətlə
dialoq qurmuuş, yenə də ana sevgisini önə çəkərək
onun qocalmasından gileylənmişdir.
O, sadə dediyi şeirləriylə ANA portetini çox mükəmməl işləyir, dağları, bulaqları, yolları dilə gətirir, anasının qocaldığını elə məhzunluqla söyləyir ki, Qutsal Qoşqar dağı qüssələnir, Palıdlı bulaq kövrəlir, yamaclar çiçək, yollar torpaq göndərir, təbiətin ona bağışladığı dəyərləri bir dirlik suyu kimi sovqat aparır anasına.
Şairin Ana sevgisində elə bir bakirəlik var ki, adama elə gəlir heç kim ananı onun qədər sevə bilməz.
Ən çətin ayaqda ""Ana"" çağrılar,
Ay qəlbi,
istəyi ilk bahar ana.
Təki mənə
gəlsin bütün ağrılar,
Sənin mənim boyda ağrın var, ana.
Mən, şeirlərinə bu qədər oxşayan
az-az şairlərə rast gəlmişəm. Onun hər
misrasından bir Bahadur Fərman boylanır, istənilən
şeiri oxuyarkən sanki, onunla söhbət edirsən.
Ünlü
filosof-alimimiz Rüstəm Kamal deyir ki, Azərbaycan
poeziyasında mükəmməl landşaft örnəklərinə
çox az təsadüf edilir. Bahadur müəllimin təbiət şeirlərini
oxuyarkən onun əlvan boyalarına, canlı təsvirlərinə
heyran olur, bir anlığa özünü həmin mənzərələrin
əhatəsində hiss edirsən.
(Davamı gələn
şənbə sayımızda)
Ədalət.-2014.-13 dekabr.-S.10.