TURİZMİN
FORMALAŞMASINDA TARİXİ ABİDƏLƏR
ƏVƏZOLUNMAZDIR
REGİON
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Haradan baxsan görənləri
valeh edən şəhər
Respublikanın hər yerində
olduğu kimi, yüksək dağ silsilələri ilə əhatələnmiş şimal-qərb
bölgəsində də
Dövlət Proqramının
icrası uğurla davam etməkdədir. Qafqazın incisi sayılan Qax rayonunun da
sürətli inkişafı
diqqət mərkəzindədir.
Bu rayon indi təkcə
təbiət gözəllikləri
ilə deyil, şəhərdəki və
kəndlərdəki yenilikləri,
müasirləşməsi və
nəticə etibarilə
əhalinin yaşayış
tərzinin yaxşılaşması
ilə də fərqlənir, diqqət çəkir.
Bir zamanlar təbiət gözəlliklərinin
fonunda o qədər də cəlbedici görünməyən şəhər
variasiyaları, indi özünün modern üslubu
ilə görənləri
bu dağlar, bu meşələr, bu çeşmələr
qədər valeh edir. Ciddi məsələdir və ciddi irəliləyişdir.
Xüsusilə Qax şəhərinin
müasirləşməsi, urbanik inkişafı ilə yanaşı, şəhər görüntüsündə
və şəhər
təsərrüfatında qədim memarlıq ənənələrinin qorunması
və bərpası çox dəyərli yanaşmadır. Bütün bunlar
da son dövrlərin diqqət və qayğısının nəticəsidir.
Bu yerlərin ən
sıx turizm marşrutlarından biri olması görülən
işlərin əhəmiyyətini
və məsuliyyətini
ikiqat çoxaldır. Modernləşmə yeni xüsusiyyətlər
üzərində qurulduğundan
inkişafın perspektivlərinə
də işıq salır, insanların ruh yüksəkliyini artırır.
Turizmin cazibədar marşrutları...
Bu gün Qax rayonuna turist kimi qədəm basan istər Azərbaycan, istərsə
də xarici ölkə vətəndaşı
olsun, təbii ki, ilk öncə buradakı təbiət gözəlliklərinin sehrinə,
cazibəsinə düşəcəkdir. Sonra şəhər səliqəsi
və gözəlliyi,
"Yaşıl park",
"Ağçay", "Uludağ"... və başqa istirahət mərkəzlərinin özünəməxsusluğu,
otellərin dünya standartları səviyyəsində
xidmət mədəniyyəti...
Bütün bunlar turizmin
zövq və komfort tərəfləridir.
Ancaq elə məsələlər
də var ki, onlar Qaxın
əbədi simvollarıdır.
İlisu sultanlığının
yadigarları və qalıqları, daha keçmişlərə aid olan
və hətta islamdan öncəki tariximizlə bağlı abidələr, 2000 ilə
yaxın yaşları
olan qədim məzarlıqlar... İndi qonaqlar
mövcud olan bütün gördükləri
ilə yanaşı, Vətən tarixi anlamında belə istiqamətli bilgilərə
də həvəslə
maraq göstərirlər.
İçəribazarın yeni dövranı
Mən bu mözuya əvvəllər
də bir dəfə üz tutmuşam. İndi bir az geniş şəkildə
söhbət açım.
Son illərin ən uğurlu və diqqətçəkən
yeniliklərindən biri
də Qax şəhərinin mərkəzindəki
tarixi yer - abidə olan İçəribazarın restavrasiyası,
yenidən qurularaq sakinlərin və qonaqların istifadəsinə
verilməsidir. Tarixləri yaşadan,
xatırladan bu unikal abidənin yenidən qurulmasının
ideya müəllifi və maliyyə dəstəkçisi uzun illər rəhbər vəzifələrdə çalışan
və hazırda ölkə iqtisadiyyatının
strateji qurumlarından
birinə - Azərbaycan
Respublikası Meliorasiya
və Su Təsərrüfatı
ASC-yə rəhbərlik
edən tanınmış
dövlət xadimi Əhməd Əhmədzadədir.
Təkcə Qaxda deyil bölgədə bir çox başqa diqqətçəkən tədbirlərin
təşəbbüskarı və təşkilatçısı
kimi Əhməd Əhmədzadənin adı
həmişə hörmətlə
çəkilir. Əbəs
yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti,
cənab İlham Əliyevin özü Qaxa səfərləri zamanı buradakı quruculuq işlərindən
həmişə razı
qalmış, İçəribazar
və digər tarixi yer və
abidələrin timsalında
qədim memarlıq ənənələrinin qorunub
yaşadılmasını vacib
bilmişdir.
Yaxın-uzaq
tariximizdən...
Bir zamanlar çarizmə qarşı aparılan azadlıq mübarizəsi Qaxın da ərazisində öz nişanələrini saxlamışdır. Çar dağlıların hücumlarının qarşısının alınması üçün mühafizə qalaları, sədlər, istehkamlar tikməli olmuşdu. Buna baxmayaraq, yenə də dağlıların mübarizəsini, inamını qıra bilməmişdi. İlisu sultanlığının ərazisində Əhməd xan tərəfindən tikilən qalaçalar indi də qalmaqdadır. Karvan yollarının qovşağı sayılan Qaxda Alazan çayı vadisində çox qədimlərdən yurd-yuva yerləri olan Minbərək, Torpaqqala, V-VI əsrlərdə ticarət şəhərcikləri olan Ləkit və Qum Qaxın ərazisində qərblə şərqin, cənubla şimalın karvan yollarının keçidi, həm də bu yerlərdə qalıb ixrac və idxal ticarəti ilə məşğul olan tacirlərin fəaliyyət meydanı olmuşdur. Minbərəkdən sonra karvan yollarının Şəki-Şirvan, Şamaxı və Dərbənd tərəflərə genişlənməsi ilə bağlı Qaxda ikinci bir dayanacaq - karvanların gecələmə, qalıb istirahət etmə şəhərciyi Minbir saray Kürmük çayının sol sahilində tacirlərin həm də bazar yerinə çevrilmişdi. Lakin bir dəfə dəli Kürmük çox güclü daşqın törədərək Minbir sarayı yerlə-yeksan etmişdir. Bundan sonra qalan ərazidə zaman-zaman Qaxmuğal əhalisinin yaşayıb çalışdığı küçə və meydanlar formalaşmışdır.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
ədalət.-2014.-16 dekabr.-S.7.