TURİZMİN
FORMALAŞMASINDA TARİXİ ABİDƏLƏR
ƏVƏZOLUNMAZDIR
REGİON
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
(əvvəli
ötən sayımızda)
Sultanlıqdan sonrakı İçəribazar
Çar Rusiyası XIX əsrin ikinci yarsında İlisu sultanlığını
da tam işğal etdikdən sonra strateji baxımdan əlverişli hesab edilən indiki Qax şəhərinin mərkəzindəki məşhur
İçəribazar rus
əsgərlərindən ibarət
qarnizonun yerləşmə
məntəqəsinə çevrilmişdir. Daş divar
hasarlarla əhatələnmiş
qalaya hər hansı hücum baş verərsə mazqallar vasitəsilə qarşı tərəfə
atəş açmaq
mümkün olmuşdur.
Çay
daşından əhəng
məhlulu ilə tikilmiş qalanın içərisində yaşayış
evləri, müxtəlif
sənətkar emalatxanaları,
dükanlar və böyük bazar olmuşdur. Elə buna görə
də yerli əhali qalanın əhatə etdiyi daxili ərazini İçəribazar adlandırmışdır.
Bugünkü Qax şəhəri
məhz bu qalanın daxilindən genişlənərək müasir
görkəmini almışdır.
Vorontsovun
əmri:
Hacı
Murad öldürülməlidir!
Qaxla Şəkinin
arasında meşə
massivində Hacı Murad qətlə yetirilərkən Vorontsovun
böyük ümüd
bəslədiyi İçəribazar
qarnizonunun əsas hərbiçiləri rus və ermənilərdən
ibarət idi. Çar məmurları
Hacı Muradı mühasirəyə alıb
çoxlu itkilər versə də, igid dağlını diri tuta bilməyib
öldürmüşdülər. İçəribazarda ruslar
və ermənilərin
əhaliyə divan tutması
bir yana,
Dağıstandan sığınacaq
üçün buraya
qaçıb gələn
günahsız adamların
bir çoxu çar Nikolayın göstərişi ilə
edam olunmuşdu. O vaxtlar
Qaxın yerli əhalisi qonşu dağlı xalqları ilə də dostluq əlaqələri saxlayırdı. Bu əlaqələr Gürcüstana,
Dağıstana, Çeçenistana
qədər geniş bir ərazini əhatə edirdi. İnsanları bu yerlərə
cəlb edən, bu yerlərə bağlayan qaxlıların
- Azərbaycan türklərinin
qeyri-adi səmimiliyi idi.
Üzeyir
bəy Hacıbəyov
İçəribazarda...
İçəribazar qala kompleksinin ətrafında yaşayış
evləri o qədər
də çox olmurdu. Orada elə adamlar
məskunlaşırdılar ki, ziyalılığı
ilə seçilirdilər.
Peterburqda, Odessada təhsil almış vətənpərvər
insanlara çar məmurları birbaşa müdaxilə edə bilmirdilər. Azərbaycan xalq maarifinin
və elminin görkəmli nümayəndələri,
Qabulovlar və digər mətanətli insanlar qaladakı irticaçılardan qorxub
çəkinmirdilər. Çoxları üçün maraqlı olan başqa bir faktı da diqqətə
çatdırmaq istəyirəm.
Məlumdur ki, Azərbaycanın iki görkəmli mütəfəkkiri
- dahi Üzeyir bəy Hacıbəyovla Müslüm Maqomayev həm dost, həm də sonradan qohum olublar. Müslüm
(Əbdülmüslüm) Maqomayev,
yəni Azərbaycanın
məşhur müğənnisi,
SSRİ xalq atrisri Müslüm Maqomayevin babası 1885-ci ildə Qroznuda dünyaya gəlsə də onun atası nəslən indiki Qax rayonundan olmuşdur. Müslüm Maqomayev 1899-1904-cü illərdə Qori müəllimlər seminariyasında
oxumuşdur. Burada
təhsil alarkən o,
musiqiyə də böyük həvəs göstərmiş, ilk əsərlərini
yazmış, Üzeyir
bəy Hacıbəyovla
tanış olmuşdur. Maqomayevin musiqi yaradıcılığından,
bəstəkarlığından söhbət açsam, yeni bir şey
demiş, əlavə
etmiş olmaram. Bütün bunlar hamıya məlumdur.
Ancaq yəqin ki, Müslüm Maqomayevin
1902-ci ildə Qoriyə
gedərkən yolüstü
Qaxda dayanıb İçəribazarda dəmirçi
işləyən atası
Məhəmməd kişi ilə görüşməsi tamam
başqa bir əhvalda maraq doğurmalıdır. Axı
o, İçəribazara dostu
Üzeyir bəylə
gəlmişdi...
Qaxlıların qürur mənbəyi
...İçəribazar çar Rusiyasının süqutundan sonra irticaçılardan təmizləndi. İçəribazar XIX əsrin sonları XX əsrin əvvəllərindən
yaşayış yeri,
mədəni əyləncələr,
xalq yaradıcılığının
və milli bayramların keçirilməsi
yeri kimi də öz funksiyasını davam etdirdi.
Ancaq son illərin
bərpa işləri
İçəribazarı daha
cazibədar görkəmə
gətirərək görənləri
heyran etməkdədir. Buradakı küçə
və meydanlar, tikililər, digər qurğular, kiçik konsert və tamaşalar üçün
qurulmuş amfiteatr ilkin görkəmləri saxlanılmaqla böyük
zövq və istəklə yenidən qurulmuş və genişləndirilmişdir. Rayon rəhbərliyi İçəribazarın daha
mükəmməl formalaşması,
tariximizin bir parçasını yaşatması
üçün bütün
vasitələrdən istifadə
edir. Özü də hər
dəfə sakinlərlə,
ziyalılarla məsləhətləşmə,
gözəl təşəbbüslərə
hörmətlə yanaşma
şəraitində. Bu səbəbdəndir ki, Qaxda təməli qoyulan və davam etdirilən hər hansı bir iş və
tədbir uğurla başa çatdırılır.
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2014.-17 dekabr.-S.7.