Masallı - cənubun gözəl rayonu
REGİON
Layihənin
istiqaməti: Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi
(əvvəli
ötən sayımızda)
Hesabat dövrü
ərzində Bakı şəhərində keçirilən
kənd təsərrüfatı məhsullarının
satışı yarmarkalarında Masallı
sahibkarlarının da iştirakı təmin
edilmişdir. Yarmarkaya 51.9 ton kartof, 19.9
ton soğan, 21.9 ton badımcan,
4.6 ton lobya, 16.1 ton xiyar,
2.8 ton bibər, 43000 ədəd
yumurta göndərilmişdir.
Dəfələrlə qeyd etdiyimiz kimi Masallı rayonunda kənd təsərrüfatının inkişaf
etdirilməsi və gəlirli sahəyə çevrilməsi qarşımızda
duran ən prioritet məsələdir. Bu istiqamətdə müəyyənləşdirilən
tədbirlərin həyata
keçirilməsi, o cümlədən
yeni bazarların tapılması işi sürətləndirilməlidir. Bu məqsədlə tərəfimizdən Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə və digər əlaqədar təşkilatlara ünvanlanmış
məktublarda kartof və tərəvəz məhsullarının xaricə
ixrac olunmasına köməklik olunması xahiş olunmuşdur.
Bu proses ciddi nəzarətdə saxlanılmış
və bu istiqamətdə müsbət
nəticə əladə
olunmuşdur. Belə ki, bu il Masallıda istehsal olunan məhsulların xaricə
ixrac olunması prosesində heç bir problem yaşanmamışdır.
Masallıda ənənəvi və faydalı əkin sahələri əsasən
tərəvəzçilik, çayçılıq və
kartofçuluq hesab olunur. Taxılçılıqdan bu sahələrə keçid prosesinin sürətlə aparılması
və hazırda əkilməyən 7 min hektara
yaxın torpaq sahəsinin əkin altına salınması minlərlə yeni iş yerinin açılmasına və
əhalinin rifah halının ciddi şəkildə yüksəlməsinə
səbəb olacaqdır.
Eyni zamanda əlaqədar təşkilatlarla aparılan
danışıqlar nəticəsində
"Yaşıl market"in
salınması ilə
bağlı ilkin razılıq əldə olunmuşdur ki, bu çox əhəmiyyətli
bir hadisədir və rayonda kənd təsərrüfatının
inkişafına öz
tövhəsini verəcəkdir.
Lakin bu prosesdə rayonun torpaq sahibkarları fəal iştirak etməlidirlər.
Biz istiqamət veririk və müvafiq köməklik göstəririk, torpağı
əkən, becərən
isə kəndlidir.
Buna görə də torpaqlardan səmərəli istifadə
olunması üçün
əkilməyən torpaqların
dövlətə geri
qaytarılması və
əkinə cəlb olunması ilə bağlı tərəfimizdən
yuxarı təşkilatlar
qarşısında məsələ
qaldırılmışdır. Hazırda bu istiqamətdə məsləhətləşmələr aparılır.
Hesabat dövründə Viləşçay
Su Anbarı İstismar
İdarəsi tərəfindən
rayonun Təzəkənd,
Banbaşı, Şərəfə,
Xocavar, Hacıtəpə,
Təklə, Həsənli,
Xıl, Gəyəçöl,
Xallıcallı, Sərçuvar,
Dəlləkli, Əhmədli,
Qarğalıq, Musaküçə
kəndləri ərazisindəki
suvarma kanallarında ümumilikdə 120000 m3 həcmində
və 54 km uzunluğunda
lildən təmizləmə
işləri aparılmışdır.
Hesabat dövrü ərzində
Masallı Meşə
Mühafizəsi və
Bərpası Müəssisəsi
tərəfindən 79 ha sahədə
meşə səpini və əkini işləri aparılmış,
10 ha sahə kollardan təmizlənmişdir.
Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat
dövründə rayonda
iri və xırdabuynuzlu mal-qarada və digər ev heyvanlarında
qara yara, quduzluq və dabaq xəstəliklərinə
qarşı, eləcə
də ev quşlarında müxtəlif
xəstəliklərə qarşı
peyvəndləmə işləri
aparılmışdır.
Su həyatdır, su paklıq
Artıq 2 ildən çoxdur ki, Cənab Prezidentin xeyir-duası ilə Masallı şəhərinin içməli
su təchizatının
və kanalizasiya sisteminin yenidən qurulması işlərinə
başlanılmışdır. Bu proses
çərçivəsində görülən işlərdə
uzunmüddətli gecikmələr
və problemlər müşahidə olunmuşdur.
Bununla bağlı tərəfimizdən
aidiyyəti təşkilatlara
ciddi iradlar bildirilmiş və nəticədə işlərin
gedişində müəyyən
dönüş əldə
olunmuşdur. Ümid edirik
ki, bu layihə
vaxtında və yüksək keyfiyyətlə
tamamlanacaq və bununla da şəhərin
ən böyük problemi öz həllini tapacaqdır.
Masallı rayonunun əksər kəndlərində içməli
su xəttinin və ya qaynaqlarının
olmaması əhalinin
gündəlik həyatında
ciddi çətinliklər
yaradır. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən
müvafiq qurumlara verilən tapşırıqlara
əsasən Muğan
zonası və Qızılağac istiqamətində
olan 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması
məqsədilə layihələndirmə
işləri aparılmış
və "Viləşçay"
su dəryaçasından
həmin istiqamətlərdə
olan kəndlərə
içməli su xəttinin çəkilməsinə
başlanılmışdır. Hazırda su mənbəyindən Şərəfə-Həsənli-Təklə
istiqamətində 19 kilometrə
yaxın magistral xətt çəkilmişdir.
İlin sonuna qədər layihə çərçivəsində
bəzi kəndlərə
suyun verilməsi nəzərdə tutulur.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat
Birliyi tərəfindən
gündəlik 300,0 min
kvadrat metr sahədə təmizlik işləri aparılmışdır.
Eyni zamanda şəhərin küçə və prospektlərində su axarlarının işlək
vəziyyətə gətirilməsi
və onların vaxtı-vaxtında təmizlənməsi
diqqət mərkəzində
saxlanılmışdır.
Təhsilin də, səhiyyənin
də
öz uğurları var
Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə
son illərdə Masallıda
təhsil infrastrukturunun
yenidən qurulması
və modernləşdirilməsi
istiqamətində genişmiqyaslı
tədbirlər həyata
keçirilmişdir. Yeni məktəb
binalarının tikintisi
və əsaslı təmiri geniş vüsət almışdır.
Bu çərçivədə
rayonda 42 yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Yeni təhsil
konsepsiyasında peşə
təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu mənada rayonda fəaliyyət göstərən
yeganə peşə məktəbinin maddi-texniki
bazasının yaxşılaşdırılması
və fəaliyyətinin
genişləndirilməsi həlli
vacib məsələlərdəndir.
(ardı gələn
sayımızda)
Səxavət Məmmədli
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
ədalət.-2014.-19 dekabr.-S.6.