Uşaqlarınızı qoruyun!
Mən 4-cü kurs tələbəsi Aydan Sabirli, məni narahat edən məsələyə diqqət çəkmək istədim. Uşaqlarımızı nə qədər qoruyuruq? Müşahidələrimdən gəldiyim nəticələrə əsasən gördüyüm mənzərə məni qətiyyətlə narahat etdi və bunu paylaşmaq istədim. Psixoloji problemlərə nəyin ki, yetkin və yeniyetmədə həmçinin uşaqlarınızda da rast gəlinir.
2014-ün yayı Türkiyədə narkotik maddə istifadə edən yeniyetmələrlə və gənclərlə təcrübəm əsnasında onların həyatları ilə tanış oldum və onların gələcək həyatlarının bu şəkildə formalaşmasında, onların bu gün bu vəziyyətdə olmasında valideynlərinin və dırnaqarası sapı özümüzdən olan dostlarının böyük payı olduğunu da müşahidə etdim.
Narkotik maddə qəbul edən ATA! Sən qızının taleyi barəsində nə düşünmüsən?
O gələcəkdə hansı
mövqeni tutacaq? Təcrübəmdə şahidi olduğum
hadisəyə əsaslanaraq
cavablandırım. Gələcəkdə, bəlkə də bu gün maddə
istifadəsi səbəbindən
klinikada müalicə
alacaq, ya da müalicə aldığını zənn
edəcək. Sonra
çıxacaq və
yoluna davam....
Buna görə uşağını
özündən qoru...!!!
İmkanlı valideyn... PUL VAR, amma
SEVGİ YOXDUR. Uşağına oyuncaq alırsan?
PUL verirsən? Paltar alırsan? Bəs
SEVGİ? Onu sevdiyini neçə
dəfə söyləmisən?!
Onu neçə dəfə qucaqlayıb, öpmüsən?!
Uşağınla nə qədər
maraqlanmısan? Onun dostları,
rəfiqələri kimdir
bilirsən? Əlbəttə,
yox...
Mən deyim... Maddə istifadəçiləri...
Onu
"Dostlarından" qoru...!!!
Siz valideynlər
hər bir qarşılaşdığınız problemdə uşaqlarınızı
günahkar bilirsiniz. Əlbəttə, məsuliyyəti onun boynuna atmaq, sizin heç bir günahınızın
olmamasını vurğulamaq
cox rahatdır.
Bir dayanın və düşünün... "Mən nədə, harada səhv etmişəm?!!! Günahım nədir?!!! Hansı davranışım uşağımda bu nəticələrə yol
açdı?!!! Nə haqla
onun gələcəyini
məhv edirəm?!!!"
İstəsəniz və
məsuliyyətli olsanız
bu sualların sayını artırmaq olar...
Metroda gedərkən
mənə çoooxxx...
təsirli gələn
bir mənzərə ilə rastlaşdım. Uşaq
bir "səhv etdi" - əslində, bu sadəcə onun anası üçün yanlış
davranış idi- və bu zaman
anası onu vurmaq üçün əlini qaldırarkən uşaq (5 yaşı olardı) ananın əlini tutub, digər əli ilə özünə şillə vurdu.
- Sizcə buna nə səbəb olub?
Ana özü üçün
qaydalar, səhvlər
və düzlər sıralayıb. Və uşaq bu çizgidən ayağını
kənara qoyduqda "ana" onu "döyərək cəzalandırır".
Bunun düzgünlüyünü
kim izah
edə bilər?! Bu uşaq gələcəkdə
hansı psixoloji problemlərlə qarşılaşacaq?
O zaman bu "ana" uşaq üzərindəki təsirini
düşünəcəkmi? "Ona vurmasam
bunlar olmazdı" deyecəkmi?! YOX!!! Çünki,
o valideyndir... "SƏHVSİZDİR".
Axı valideynlər səhv etmir...
Valideyn səhv
etmirsə niyə bu qədər çox psixoloji problem var? Niyə bu qədər
uşaq əziyyət
çəkir? Səbəbkarı kimdir?! SİZ!!!
Uşağını özündən
qoru...!!!
Qarşılaşdığım acı bir təcrübə daha... Bir oğlan
uşağı... Hansı
ki, sadəcə 5 yaşı var... Qonaq getdiyi evdə kiçik uşaqlarla mübahisə edir. Oyuncaqları, əşyaları
qırır - (aqresiya)...
Ata həsrəti çəkir...
Atalı
uşaqları gördükdə
məyusluq, üzüntü,
paxıllıq hissi keçirdir. Və ana
hələ də onun psixoloji yardıma ehtiyacı olduğunu düşünmür.
Və uşaq
böyüyür. Yeniyetmə yaşına
gəlir. Onda hələ də aqresiya, ata həsrəti,
ata ilə futbol və ya digər oyunları
oynama, top alma, atadan maşın sürməyi öyrənmə
istəkləri davam edir. Bəs ana bu istəkləri basdırmaq
üçün nə
edir? Ona "sevgi" göstərir.
Pul verir. Marka geyindirir.
Bu yeniyetmə artıq
10-cu sinif şagirdidir. Uşaq gecə
00:00 da ana ilə mübahisə edərək digər yeniyetmələrlə, öz
deyişi ilə "söhbətə" gedir.
Və ya damarlarını kəsir. Ana hələ də onun psixoloji yardıma ehtiyacı olduğunu düşünmür.
Və etdiyi ona daha
çox pul vermək olur. Və 2-ci kurs tələbəsi olan bu gənc... Antisosial şəxsiyyət
tipinə malik... Sosiopat insan...
İllər ötür... Bu gənc artıq iki ildir ki,
həbsdədir. Cəza çəkir.
Niyə?
Çünki anası onun
psixoloji problemi olduğunu düşünmədi.
Onun ata həsrətini görən olmadı.
Atası
belə, digər övladları ilə əylənərkən onun
həsrətinin fərqində
belə deyildi.
İndi
düşünək... Bu cəza kimin haqqıdır?!!!
Uşağını özündən
qoru!!!
Və əkiz oğlan uşaqları... O uşaqlar ki, sadəcə 3 yaşları varkən pərdə yandırır, əkizlərdən biri digər əkiz oyuncağı vermədiyi üçün, həmin oyuncağın digər ucunu elektrik açarına salır. Uşaqların evdə qırmadıqları əşya yoxdur. Niyə??? Çünki uşaqlar "çox dəcəldilər". Nənəsi, babası və valideynləri bu şəkildə düşünür. XEYR!!! Onlar hiperaktiv uşaqlardır. Psixoloji yardım almazlarsa gələcəkdə sosiopat olma ehtimalı yüksək körpələr...
Uşaqlarımız "Ağ
kağıza" bənzəyir. Nə yazarıqsa, onu oxuyarıq. Uşaqlarınıza gözəl,
əyləncəli, sevgi dolu
uşaqlıq yaşadın. O "Ağ
kağızlara" oxuduqda zövq alacağınız cümlələr
yazın və gələcəkdə də sevinclə oxuyun. Və onları günahlandırmağa ara verərək, özünüzü
də günahlandırmağa vaxt
ayırın...!!!
Ədalət.-2014.-19 dekabr.-S.6.