"Azərbaycan"ın bu
ilə vidası
Son sayı oxumağa
tələsin
Yeni nəşrlər
Hər bir ədəbi nəşr özü ilə birlikdə oxucu camiyəsinə yeni nəfəs gətirir, yeni söz çatdırır. Bu mənada nəşrin qaim-qədimliyi, yəni onun kifayət qədər oturuşmuş
olması xüsusilə
təqdirəlayiqdi. Fikrimi
bir az
da açıq ifadə etsəm, onda deyə bilərəm ki, böyük həyat tarixçəsi olan, uzun bir məsafə
qət etmiş ədəbi jurnallarımızın
hər biri yeni-yeni sayları ilə öz ənənəsini həm
də qoruya bilir. İstənilən yeni sayda mütləq təzə bir nəfəslə qarşılaşırsan, təzə
bir sözün oxucusu olursan.
Artıq
oxucu qapısını
döyən və tarixin arxivinə verməyə hazırlaşdığımız
2014-cü ilin sonuncu
"Azərbaycan" jurnalı
bir növü bir ilin ovqatını
ifadə etməyə
nail ola bilib.
Çünki buradakı yazılar,
imzalarla yanaşı,
jurnalın sonunda oxuculara təqdim edilən "Azərbaycan"
- 2014" xatırlatması bir növü oxucunu ilin əvvəlinə
qaytarır, ordan 12-ci saya qədər bir yol gəlməsinə
səbəb olur.
Şəxsən mən vərdişimə
uyğun olaraq ilin son saylarını məhz o xatırlatmadan oxumağa başlayıram
və orada gördüyüm imzalar, əsərlərin adları
mənə nostalji hissləri yaşatmaqla yanaşı, həm də nələri gözdən qaçırtdığımı
da xatırladır.
Burda səmimi bir etiraf edim ki,
hərdən öz imzamı da o sırada görmək könlümdən keçir.
Amma o mərhələ
qapımı döyməyib...g
Bəli,
"Azərbaycan"ın son sayı ən çox qadın yazarlarımıza yer ayırıb. Demək olar ki, jurnalın ilk poeziya nümunəsi ilə yanaşı, son müəllif
yazısına qədər
olan məsafənin böyük payı xanımların ixtiyarına
verilibdi. Şeirsevərlər Füruzə Məmmədlinin
imzasını təbii
ki, tanıyırlar.
Bu xanım şairənin
oxuculara 12-ci sayda təqdim edilən şeirləri də özünəməxsusluğu ilə seçilir. Elə həmin şeirlərdən
birində söylədiyim
fikir özünü bir daha göstərmiş
olur.
Ömrün yarısı ölüb,
Qalıb diri yarısı.
Görüm elə boş qalsın,
Bu qəbirin yarısı.
Nə su, nə dəmiryolu,
Nə od, nə
kömür yolu.
Mən keçən ömür yolu -
Bir sətirin
yarısı.
Hər yan qəbir quyusu,
Dolmur səbr
quyusu.
Dünya
bir sirr quyusu-
Biz - o sirin yarısı.
Poeziyasevərlərin diqqətinə təqdim olunan Nisə Bəyimin, Afaq Şıxlının,
Vaqif Aslanın, Rəfail İncəyurdun,
Ətraf Sərrafın,
Gülağa Tənhanın
bir-birindən maraqlı,
poetik fikirləri maraqla qarşılanır.
Yeri gəlmişkən,
xatırladım ki, həmin şairlərin arasında öz orijinallığı ilə
mənim üçün
daha doğma olan Nisə Bəyim, Vaqif Aslan və Rəfail
İncəyurdun şeirlərini
demək olar ki, birnəfəsə oxudum. Çünki təkcə yaş,
zaman baxımından deyil, həm də ədəbiyyata aid olma baxımından mən onları özümə daha yaxın sayıram. Bax elə fikirlərimi Vaqif Aslanın bu misraları da təsdiq edə bilər.
Bağının qədrini bilə
bilməyən,
Barının qədrini bilə bilərim.
Dağının qədrini bilə
biləməyən,
Qarının qədrini bilə bilərmi.
Və yaxud Nisə Bəyimin:
Bir ağac yarpaq idik,
Tez açılıb-töküldükg
Buludların bəhsinə,
Göz yaşına
büküldük.
Jurnalın nəsr bölümündə
gənc və istedadlı yazarımız
Varisin oxuculara iki hekayəsi təqdim edilib. Onsuz da hər əsəri
ilə təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da maraqla izlənən və qarşılanan Varisin hekayələri də müəllifin oxuculara Yeni il hədiyyəsi
də sayıla bilər. Bu bölümdəki
Gülşən Lətifxanlının
"Dağlar qızı"
povesti və Səxavət Talıblının
"Adəmin övladları"
romanının son hissəsi
də oxucu marağını qazanmaq gücündədi.
"Azərbaycan"ın 12-ci sayında
Mirzə İbrahimovun
həyat yoldaşı
Sara xanıma məktubları,
Vaqif Yusiflinin bugünlərdə 90 yaşını
qeyd etdiyimiz Nəbi Xəzri və 80 yaşını andığımız Tofiq
Bayram barəsində maraqlı xatirə-tanıtım
yazıları da diqqəti çəkib. Üstəlik, jurnalda Buludxan
Xəlilovun professor Nizaməddin
Şəmsizadənin 60 yaşı
ilə bağlı
"Alim, tənqidçi
şair" məqaləsi
də özünəməxsusluğu
ilə seçilir.
Həmişə maraqlı xatirələrini
müxtəlif ədəbi
üslublardan istifadə
etməklə oxuculara
çatdıran Qəşəm
Nəcəfzadə bu
dəfə də
"Qəşəmə bir
dənə qələm..."
adlı xatirəsini oxucuların istifadəsinə
verib. Həmin xatirə Qəşəmi
tanıyan hər kəs üçün dünənə baxışla
bağlı bir anım ifadəsidi.
Mən
son sayını sizlərə
təqdim etdiyim jurnalın tənqid və ədəbiyyatşünaslıq
bölümündə Safura
Quliyevanın, Aygun Bağırlının və
Nərgiz Cabbarlının
da bugünkü ədəbi proseslərə
fərqli baxışlarının
şahidi ola
bilirik. Daha doğrusu, bu
dəyərli tənqidçi
xanımlarımız ədəbiyyatımıza
öz baxışlarını
mükəmməl bir
şəkildə sərgiləyiblər.
Bəli, artıq başa
çatmaqda olan ilin sonuncu sayı kimi "Azərbaycan"ın mükəmməl
təqdimatını baş redaktor İntiqam
Qasımzadə, baş redaktor
müavinləri Südabə Ağabalayeva
və Əsəd Cahangir, eləcə də
məsul katib Tofiq Mahmudov biz oxuculara
bir növü
qarşıdan gələn ilə hədiyyə saymaq olar. Və
onların bu təqdimatı həm də
2015-ci ilin "Azərbaycan"ı üçün yaxşı bir
özüldü. Mən də "Azərbaycan"ın
oxucularından biri kimi
onun yaradıcı kollektivini
Yeni il münasibəti
ilə təbrik edib və daha
böyük uğurlar
diləyirəm.
Ədalət.-2014.-19 dekabr.-S.8.