Nurəngiz Gün
işığı
Cənnət
anaların ayağı altındadır
Nədənsə biz insanlar bəxtəvər çağlarımızın dəyərini bilmir, bəzən də onun necə gəlib-getdiyindən də xəbər tutmuruq. Lakin qapımız qəfil
döyüləndə təəssüflə
geriyə boylanırıq,
xüsusilə də ağır itkilərlə
qarşılaşanda...
Onda da ömrün-günün bəxtəvər
çağları idi. Dərd gözlərimə
kölgə salmamışdı
hələ. Dünya gözlərimdə
gözəl və gözəlliklərdən ibarətdi,
sanırdım. Belə gözəl
günlərin birində
adəti üzrə auditoriyaya daxil olarkən qeyri-adi düşüncəli baxışları
olan qəşəng bir qız diqqətimi
özünə çəkdi,
o isə jurnalı qarşıma qoyub yerinə əyləşdi.
Dərhal xatırladım ki,
tanıyıram bu gözəl qızı, onu görmüşəm.
Bu qız mənim
də, ömür-gün
yoldaşım Çərkəzin
də çox sevdiyimiz, ailəmizdən biri bildiyimiz əzizimiz İfrat xanımın tək qardaşının tək
balasıdır. Onu da deyim ki, anası
Nurəngiz xanımı
da televiziya ekranlarından yaxşı
tanıyırdım və
təkrarolunmaz diksiyasına,
məlahətli səsinə,
bənzərsiz gözlərinə
çoxları kimi mən də vurulmuşdum. Məlahətli çöhrəsi ilə
qəlblərə tez
yol tapan bu xanımın elə Jalə kimi gözəl qızının olması
da bir qanunauyğunluq
idi. Hər gün daha çox sevirdim övladımla yaşıd
olan bu ədəb-ərkanlı,
diqqətcil və mehriban tələbəmi.
Jalə nümunə olmaq üçün gəlib bu dünyaya hər mənada, məncə.
İllər bir-birini əvəz etdi və günlərin
bir günü Jalənin toyuna çağırıldım. Nurəngiz xanımın
bütün analar kimi bu toyda
da həyəcanı gözlərindən oxunurdu.
Bircə
balasının üstündə
zağ-zağ əsən
bu fədakar ananı başa düşmək çətin
deyildi...g Nurəngiz xanım narahat ana, qayğıkeş nənə, dostcanlı və qohumcanlı insan idi. Sevirdim onun şeirlərini və anlayırdım ki, sözün qədrini bilən bu xanımın şeirlərini qarşısındakına
heç kəs onun özü kimi çatdıra bilməz. Şeir oxuyarkən elə
bil sözlərinə
göyərçin əllərinin
hərəkəti ilə
musiqi qatırdı bu ecazkar xanım,
hər kəlməsi,
hər cümləsi insanın ürəyini fərəhlə doldurur, riqqətə gətirir və düşündürürdü.
Nurəngiz xanım öz
kövrək misralarındakı
fikirləriylə dünyanı,
insanları, yeri, göyu, günəşi,
ayı sevməyə səsləyirdi hamımızı.
Şairlik həqiqətin
səsidir, yaşantıların
göstəricisidir və
insan yazırsa, özünün iç dünyasını yazır,
düşündüklərindən çıxış edə
bilir... Şair missiyası - Peyğəmbər
missiyasıdır, deyirlər.
Nurəngiz xanımın özünün
də dediyi kimi vəhmdəm gələn səs idi onun qələmə
aldıqları və
elə onun ipəyə bürünmüş
səsi də göylərdən gəlirdi.
Onun gözəlliyi ilə düşüncələri
üst-üstə düşərək
qəlblərdə silinməz
iz buraxırdı, şeirlərindəki axıcılıq,
düşüncələrinin barı, zəkasının
məhsulu olduğundan
insanın daxilində
təlatüm yaradırdı
və düşündürürdi.
Əzizim Jalənin - mələyim-adlandırdığı
anası həqiqətən
göylərdən yerə
enən, günəşi
nigaran qoyan və yer üzündəki
hər bir yarpağın, budağın,
gülün, çiçəyin
solmasının fikrini
çəkən bənzərsiz
xanım idi. Belə insanlara görə gözəldir bu dünya. Ağlar qalan torpaqlarımızın
fəryadına biganə
qala bilməyən şairə Xocalı dərdinə də səs verdi.
O öz əsərləri
ilə əbədi olaraq Azərbaycan ədəbiyyatında var olacaqdır. O bu haqqı özü qazanıb.
Nurəngiz xanım kimi insanlar torpağa deyil, qəlblərə köç edir və onu sevənlərə
daha yaxın olur... O, çox səmimi qadın idi, müqəddəslik idi amalı, təpərli idi, təvazökar idi, xeyirxahlıqla yoğrulmuşdu
xəmiri. Günəşi çox sevən
Nurəngiz xanıma günəş də öz istisini və işığını
bol-bol vermişdi.
İstiqanlı, söhbətcil, təəssübkeş şairənin
üzündəki nur,
gözlərindəki işıq
buna sübut idi. Ölüm sevinməsin qoy,
Nurəngiz xanım özündən sonra sevənlərinə ən
böyük şah əsəri olan Jaləsini və göz bəbəyi hesab elədiyi Müjganını yadigar qoyubdur.
Jalə xanım ciyərparasının
xeyir işindəki çıxışında anası
haqqında dediklərini
mən ömrümboyu
unuda bilməyəcəm. Mənə elə
gəldi ki, heç yerə sığmayan, sonsuz məhəbbətin ifadəsi
olan bu sözlər
ülvi sevginin musiqisi idi və
ümumilikdə bir ana himni idi.
Jalə xanım, əzizim, mənim bu yazdıqlarım təsəlli deyil, mən özüm də öz acılarımda təsəlli qəbul etmirəm, təsəllini Allah verə bilər. Lakin hisslərimi də içimdə saxlaya bilmədim. Bir övladın öz valideynini bu ucalıqda, bu mərtəbədə qoruyub saxlaması, əzizləməsi qeyrətdir və örnəkdir. Bu hörməti, bu fədakarlığı kaş ki hər kəs bacaraydı...
Siz bunu
bacardınız! Ananızın südü
min halalınız olsun.
Siz öz qürurunuz, sədaqətiniz və əməllərinizlə
nəsil-nəcabətinizə şərəf gətirən
övladsınız, toxtaq olun!
Gözlərinizdən üzünüzə sel
kimi süzülən yaşlara
qıymazdı Nurəngiz xanım.
Ədalət.-2014.-25 dekabr.-S.6.