Dəmir Çeşməli
Yol yarıdı
Zirvə deyə...Yol əl çalır,
Yoldan-yola yol ucalır.
Yolu keçdin yol qocalır,
Yol yarıdı, yol yarıdı.
Sağ yanında sol ayrıcı,
Qoldan-qola qol ayrıcı.
Yolun yası yol ayrıcı,
Yol yarıldı... yol yarıdı.
Bir azdan yoxuşu başlar.
Yoxuşla savaşı başlar,
Baxt çəkən naxışı başlar.
Yol yarıdı... yol yarıdı.
Naz elədi nazı gəldi,
Qışı getdi yazı gəldi.
Mən hardaydım qızı gəldi
Yol yarıdı... yol yarıdı...
Qaldım
Üşüdən üşütdü... dondum
Öləzimiş közə qaldım.
Həsrətin oduna yandım,
Dildən qopan sözə qaldım.
Baxan baxdı baxış bildim,
Qəmin yedim,naxış bildim.
Yolu keçdim, yoxuş bildim,
Nurdan düşmüş gözə qaldım.
Gecəni gündüzə qatdım,
Dumana bürünüb
yatdım.
Deyəsən harasa batdım,
Yönü itmiş izə qaldım.
Yazdığım
Yer Göydü, Göy Yerdi burda,
Dərdə salıb dərdi burda.
Verdiyini
verdi burda,
Cəmlənib, cəmdi yazdığını.
Sulanır suyu bilinir,
Girişi quyu bilinir.
Sevlir toyu bilinir,
Bu dəm o dəmdi
yazdığım.
Gözləri boşalır,dolur,
Əlləri saçını yolur.
Əhvalı pərişan olur,
Kədərdi, qəmdi yazdığım.
Çöhrəsində üzüm gülür,
Dodağında sözüm gülür.
O güləndə gözüm
gülür,
Canımda himdi yazdığım.
Ah çəkir, ahı nalədi,
Üzündə xalı lalədi.
Şehlənib şehi jalədi,
Gözləri nəmdi yazdığım.
...Bu yaz da yazıram
onsuz,
Uzağı yaxını sonsuz.
Yarı
çılpaq, yarı
yönsüz,
Yazmışam kəmdi yazdığım.
Demə
Dərdin
kimlə dərdləşibdi,
Çiçəkl ərə desən-demə.
Sağlıq olsun mərdləşibdi,
Mələklərə desən-demə.
Can verib can alıb candan,
Dəyişib halı o andan.
Görəsən əsib hayandan,
Küləklərə desən-demə
Arzusa sonu görünməz,
Düzənsə yönü görünməz.
Səninsə məni görünməz,
Diləklərə desən-demə.
Tanrım
Ovuma ovutdum ovda,
Qaçhaqaçda, qovhaqovda.
Axar su nohurda-novda,
Bilən tək gəlirəm, Tanrım.
Nə yaxşı-yaxşıdı yaxşı,
Qəlbə dolur söz naxışı.
Gözümdən getmir baxışı,
Ölən tək gəlirəm, Tanrım.
Şahidi
yox idi şahın,
Dünyanı tutmuşdu ahı.
Get ha gedin nə bəh-bəhi,
Gələn tək gəlirəm Tanrım.
Qalıb
Mənim
gəlib-gəlməməyim,
Allaha-Tanrıya qalıb.
Öz yerimi bilməməyim,
İndidən sonraya qalıb.
Biçim-biçim biçilmişəm,
Sudan içib içilmişəm.
Səndən ötrü kiçilmişəm,
Bütövüm yarıya qalıb.
Uzunu-eni
bilinmir,
Məzhəbi, dini bilinmir.
Arxası
önü bilinmir,
Qalıbsa anrıya qalıb.
Baxtı
özündən yeyindi,
Gahdan yerin gah göyündü,
Döyündü qəlbi, döyündü
Yaradan Yar Aya qalıb.
Dağlar
Şeh göz yasım gözə gəlmir,
Öz ovumdu izə gəlmir.
Yenə
küsüb bizə gəlmir,
Vremir ömrə
ömür dağlar.
O baxışla baxmaq olmur,
Gözlərimə taxmaq olmur.
Axasıydım axmaq olmur,
Suya batıb,
çimir dağlar.
Burda göyün yeri olur,
Hər nə görsən diri olur.
Sənnən mənnən biri
olur,
Dediyimi demir dağlar.
Bulaq gözüm suda axır,
Yerə axır, göyə baxır.
Tanıdınmı əvvəl-axır?
Mən Dəmirəm, Dəmir dağlar.
Yaşayır məhəbbət
Yayından yayınıb yana bitmişəm,
Qanında qovrulub qanda itmişəm.
Ən gözəl fürsətə
ona yetmişəm,
Yerimi yurdumu bilməyib hələ.
Allah rizasında Allaha bağlı,
Batmayıb nəfəsi itməyib ağlı.
Ürəyi niskilli sinəsi
dağlı,
Ləngiyib yollarda gəlməyib hələ.
Günəşdən pay alıb ağlar-ağlardı,
Ayrılıq dəmində dağlar-dağlardı.
Bostanı sovulub tağlar-tağlardı,
Baxtına güləni gülməyib
hələ.
Buluddan ayrılıb yığmağı
qalıb,
Üfüqdən boylanıb doğmağı
qalıb.
Doğmaca balasın doğmağı
qalıb,
Yaşayır məhəbbət ölməyib
hələ.
Dağlar
Zirvədə zirvə dayanıb,
Keşikdi bağlara dağlar.
Gecənin sübhü oyanıb,
Şahiddi çağlara dağlar.
Kimsəsi yox kimi vardı.
Yolu azıb, cığır dardı,
Libası, kəfəni qardı.
Bükülüb ağlara dağlar.
Yan-yana düzülüb düzü,
Qibləyə boylanır üzü.
Var olsun neçəsi... yüzü,
Söykənib dağlara dağlar.
Üstünə gələrdik bir
vaxt,
Gecikdi gəlmədi
bəd-baxt.
Söküldü, töküldü o taxt,
Çəkildim dağlara dağlar.
Yerimsən
Gələnin gedəni önə
düşübdü,
Göylərin göy yeri mənə
düşübdü.
Bu tənhalıq enə- enə dübdü,
Sən məndən
ayrılan günah yerimsən.
Yolları yormuşam yorulan
yerdə,
Bəs niyə
möhtacam sən düşən dərdə?
Baxıram bu üzdən
o üzə pərdə,
Təəsüf doğuran min ah yerimsən.
Yozulan yuxumsan-yozanım sənsən,
Dərdimi anlayıb yozanım sənsən.
Kərəmim,Qəribim,Ozanım sənsn,
Göyün göy qatında Allah yerimsən.
Yamaclar yaxınım,yamaclar yanım,
Tutub yaxasından
durum dayanım.
Bir gözü qıyıqdan
qaçım,yayınım,
Tanrının verdiyi dərgah yerimsən.
Rənginə düşmüşəm ağın qaranın,
İtisi baş alıb gedir aranın.
Pozulub pərdəsi-deyin aranın,
Uzaqdan-uzağa agah yerimsən.
El-oba danışır səxavətindən,
Çəkinmə sevənin ədavətindən.
Səadət umuram sədaqətindən,
Sən mənim
doğmaca nigah yerimsən.
İtirdim səni
Burda ağac gördüm çiçəkləmişdi...
Yarpaq budaq üstə ləçəkləmişdi.
Burda bir qız vardı...
göyçəkləşmişdi..
Axtardiğım yerdə itirdim səni.
Dərələr uzanır üzü
yuxarı,
Zirvənin göz yaşı çayın axarı.
Örüşdən qayıdır çoban naxırı.
Axtardığım yerdə-itirdim səni.
Nə səsdi? Kol-kosda
çaqqal ulaşır,
Ayağa izin yox tikan
dolaşır.
Payıza
gedən yol toza bulaşır,
Axtardığım yerdə-itirdim səni.
...Göydən yerə sevgi töküləsiydi...
Həsrətin çarmıxa çəkiləsiydi.
Yolumuz yenidən çəkiləsiydi,
Axtardığım yerdə-itirdim səni.
Xəbərim yox
Əlim
əldə, fikir yoxda,
Bir deyən yox, dayan toxta.
Sən qalmısan azla-çoxda,
Sənin boyda qədərim yox.
Gözdən uzaq yurd qalıbdı,
Ondan böyük
dərd qalıbdı?
"Boz Çöldə"
"Boz Qurd" qalıbdı,
Elə bilmə
kədərim yox.
Uzağım-uzağa yaxın,
Baharın sazağa yaxın.
Olan mən yazığa yaxın,
Təkcə səndən xəbərim
yox.
Şükür
Yoluma yovuşub gəldim bu yerə,
Dağlar
çökmür,duman
çökür min şükür.
Üzümə iz gülür,
bilir "Boz Dərə"
Kövrələn bulud yaş tökür min şükür.
Dərəyə boylanır zilin
baxarı,
Dərənin özüdü suyun axarı.
Bənövşə boy verir boyu yuxarı,
Boynunu əyməyir-bükür,
min şükür.
Paylaşdım payımı paydan
olmadım,
Ovumu ovutdum ovdan olmadı.
O Taya getdim, bu
Taydan olmdım,
Olana-qalana şükür, min şükür.
Unutmur
Baxıram, baxışı tanışdı mənə
Görkəmi gör nələr danışdı mənə.
Bu yerlər anam tək yanaşdı mənə,
Gönçəsi gül doğub, gülü unutmur.
Sirli sirdaş olur, xatırlayıram,
Bacı-qardaş olur, xatırlayıram.
Yol üstü daş olur, xatırlayıam,
Sürünür zirvəyə yolu unutmur.
Dolayı bürüyən duman yüyurur,
Bahardan-bahara buzu əriyir.
Yuxuya qalan qış susub kiriyir?
Hələ dil-dil ötmür,dili unutmur.
Bir yanı doludu,boşdu
deyirəm,
Yükünə yüklənib daşdı
deyirəm.
Güneydə gününə qışdı
deyirəm,
Küləyi hayqırır yeli unutmur.
....Baxıram baxışı
tanışdı mənə,
Görkəmi gör nələr danışdı mənə.
Bu yerlər anam tək yanaşdı mənə,
Gönçəsi gül doğub, gülü unutmur.
Ədalət.-2014.-25
dekabr.-S.6.