Neftçalanın görünən üfüqləri

REGİON

 

 Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

2014-cü ilin doqquz ayında rayonda ümumi məhsul istehsalının həcmi 2013-cü ilin müvafiq dövrünə nisbətən 3,6 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 152,4 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 milyon manat çoxdur. 2014-cü ilin doqquz ayında ümumi məhsulun tərkibində sənaye məhsulu 19 milyon 508,0 min manatya ümumi məhsulun 12,8 %-i qədər, kənd təsərrüfatı məhsulu 63 milyon 641,0 min manatya 41,8 %, nəqliyyat xidməti 1 milyon 400,0 min manatya 0,9 %, rabitə xidməti 500,0 min manatya 0,3 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 51 milyon 400,0 min manatya 33,7%, tikinti işlərinin həcmi 16 milyon manatya 10,5 % olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 89,3%-ə çatmışdır. Adambaşına 1823,0 manatlıq və ya 2013-cü ilin müvafiq dövrünə nisbətən 2,4 % çox məhsul istehsal edilmişdir.

2014-cü ilin doqquz ayında rayonda 5 yeni müəssisə yaradılmış, 431 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 7, fiziki şəxslər üzrə 431, mövcud müəssisə və təşkilatlarda 111 olmaqla, cəmi 549 daimi yeni yeri açılaraq işsiz axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti, quruculuq, abadlıq işlərinə 135 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 1415 nəfər cəlb olunmuşdur. Yeni yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.

Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 19 milyon 508,0 min manatlıq sənaye məhsulu istehsal olunmuş, və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 85,6 % təşkil etmişdir.

2014-cü ilin doqquz ayında nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 497,0 min ton yük, 5 milyon 350,0 min nəfər sərnişin daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən yük daşınması 6,2 faiz, sərnişin daşınması isə 7,2 faiz artmışdır.

Hesabat dövründə rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 500,0 min manatlıq rabitə xidməti göstərilmişdir. Göstərilən rabitə xidmətlərinin həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 25,0% artmışdır. Ümumi xidmətin 96,6 %-i bilavasitə əhalinin payına düşür. Hazırda rayonda hər 100 təsərrüfata 63 ədəd telefon aparatı düşür.

Cari ilin doqquz ayında əhalinin nominal pul gəlirləri 40 milyon 544,0 min manat olmuş, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3 % artmışdır. Adambaşına düşən pul gəlirləri 4,1 % artaraq 485,0 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əməkhaqqısı 268,0 manat təşkil edir. Bu isə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,5 % çoxdur.

 

Kənd təsərrüfatı əsas məşğuliyyətdir

 

Rayonda hesabat dövründə aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, cari ilin doqquz ayında kənd təsərrüfatının ümumi məhsulu 63 milyon 641 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 % artmışdır. Göstərilən dövrdə diri çəkidə 9448,2 ton ət, o cümlədən quş əti 6660,7 ton, 15147,3 ton süd, 3 milyon 193 min ədəd yumurta istehsal olunmuş, 2013-cü ilin doqquz ayı ilə müqayisədə ət istehsalı 2125,6 ton, süd istehsalı 68,6 ton, yumurta istehsalı 27 min ədəd artmışdır.

2014-cü ilin məhsulu üçün taxıl əkini sahəsi xeyli genişləndirilərək 45158 hektara çatdırılmışdır. Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Cari ilin doqquz ayında 394 km suvarma kanalları, 153,7 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 56 ədəd, kollektor-drenlərdə 50 ədəd hidrotexniki qurğularaqreqatlar əsaslı və cari təmir edilmişdir.

Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 01 oktyabr 2014-cü il tarixə iribuynuzlu mal-qaranın baş sayı 41700 başa, qoyun və keçilərin baş sayı 129411 başa çatdırılaraq ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu 345, xırdabuynuzlu isə 1058 baş artmışdır.

Rayonda baytarlıq xidmətinin işi qənaətbəxş olmuşdur. Belə ki, mal-qara arasında ölümə səbəb ola bilən iti infeksion xəstəliklərə qarşı zoobaytarlıq xidməti profilaktika işləri vaxtında tam həyata keçirilmişdir.

Fermer və sahibkarların texnikamineral gübrələrlə təminatını yaxşılaşdırmaq məqsədilə Respublika "Aqrolizinq" ASC-nin Neftçala "Aqroservis" filialının fəaliyyəti genişləndirilərək müxtəlif növ texnikaların sayı 105 ədədə çatdırılmış, torpaq istifadəçilərinin mineral gübrələrlə təminatında müsbət irəliləyişlərə nail olunmuşdur.

Qeyd edirik ki, rayonun Xol zonasında 17000 hektardan yuxarı suvarılan əkin sahələrinin tam suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Respublika rəhbərliyinin yaxından köməyi nəticəsində Kür çayından Xol zonasına 25 km uzunluğunda "Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisi"nə 2006-ci ildə başlanmışdır. Bu kanalın tikintisi 2008-2015-ci illərdə Azərbaycan Respublikasında "Əhalinin Ərzaq məhsulları ilə tam təminatına dair Dövlət Proqramı"na daxil edilmiş, kanalın 2008-2015-ci illər ərzində tikilib başa çatdırılması nəzərdə tutulmuş, bununla əlaqədar 2006-cı ildən hal-hazıradək kanalın tikintisinə 10,9 milyon manat vəsait sərf olunmuşdur.

 

(ardı gələn sayımızda)

Səxavət Məmmədli

Ədalət.-2014.-25 dekabr.-S.7.