Səhnədən ayrı düşən
aktyorların çox
yaşadıqlarını xatırlamıram...
Bugünkü müsahibim Akademik
Milli Dram Teatrının
aktyoru, xalq artisti Hacı İsmayılovdu.
-Hacı müəllim, bu gün necə rollar ifa etmək
istərdiniz ki, ürəyinizdə olan sözünüzü məhz
həmin rollar vasitəsi ilə cəmiyyətə ötürmək
mümkün olsun?
-Sizin dediyiniz hal kinoda təbii
ki baş verib. İstər "Ad günü" filmində, istər "Həm ziyarət, həm ticarət" filmində öz istəyimi, münasibətimi
büruzə verə bilmişəm. Teatrda da
olub. Bir vaxtlar "Sizi
deyib gəlmişəm"
tamaşasında Məmmədhəsən
əmi rolu ilə mən kasıb, əzilmiş inanın fəryadlarını
tamaşaçıya çatdır
bilmişdim. 7 il bundan qabaq da "Alın yazısı" adlı bir tamaşada
Əliməndər rolu
mənə çox yaxın idi. İnsanlara münasibət, qayğı,
onların psixoloji durumlarını müəyyənləşdirmək
baxımından arzuladığım
rol olmuşdu. İndi də arzuladığım
rollar var. Amma mən hərdən deyirəm ki, insanlar talelərini seçmir, tale insanları
seçir. Teatrda da
belədir ki, rol verirlər ifa edirsən, vermirlər etmirsən.
Mən də ya müəllifdən, ya rejissordan rol istəyə bilmərəm axı... Yəni gözləyirəm. Bir də
bilirsinizmi mənim əsas məqsədim mənə tapşırılan
rolu yaxşı ifa etməkdən ibarətdir. Fərqi yoxdu,
müsbət, mənfi,
böyük, kiçik
olsun. Əsas odur ki, mən o rolu ürəyim istəyən
kimi ifa bilim.
-Hacı bəy, bu gün
teatrda yetərincə
gənc rejissorlar da fəaliyyət göstərir. Müqayisə aparanda hansı
nəsillə işləmək
sizin üçün
daha rahat idi. İndikilərlə, ya keçmiş
rejissorlarla?
-Təbii ki, keçmişdəki rejissorlarla
işləmək daha
asan və rahat idi. Çünki mən Tofiq Kazımov, Mehdi Məmmədov, Ələsgər
Şərifov kimi rejissorlarla işləmişəm.
Onlarla işləmək ona görə asan idi ki, onlar
bizdən nə istədiklərini yaxşı
bilirdilər. Aktyordan olunan
tələb də peşəkar tələb
olduğundan heç bir aktyorun durub
onlarla mübahisə etməyinə ehtiyac və həvəs olmurdu. Bu baxımdan
bizim nəslin bəxti gətirmişdi ki, elə rejissorlarla
işləmişdik. İndiki gənc
rejissorlarla işləmək
də bəzən alınır, bəzən
alınmır. Gərək
onların iş rejiminə alışasan.
Bəzən elə olur ki, heç rejissorla təmasa girmək də mümkün olmur. Bu baxımdan o dövrün
rejissorları ilə işləmək daha xoş idi. Həm də bəhrəsi, nəticəsi olurdu.
İndikilərlə də işləmək
olur. Ancaq bəzən baxırsan
ki, onlar ayrı-ayrı cərəyanlara
mənsubdular. Sən də
məcbur olursan ki, onlara uyğunlaşasan.
Bu da aktyora
təbii ki, asan başa gəlmir. Bu gün Azər Paşa Nemətov, Mərahim Fərzəlibəyov, Rövşən
Almuradlı kimi yaxşı rejissorlarımız
var. Amma yenə də fikrimdə qalaraq vurğulayıram ki, o dövrdə rejissor sənəti daha yüksək və daha mükəmməl
idi.
-Bəs daha gənc
rejissorlarla iş prossesi necədir?
-Bilirsinizmi rejissor gənc olmamalıdi. Rejissor mütləq müəyyən
bir həyat yolu keçməlidir.
Rejissorluq elə sənətdir
ki, bu təkcə
istedadla savadla həll olunmur. Rejissorun mütləq dünyaya baxışı, insanlara,
hadisələrə özünün
münasibəti olmalıdı.
Rejissor sənəti aktyor sənətindən qat-qat
yüksək sənətdir.
Bunun üçün də mütləq müəyyən
həyat təcrübəsi
olmalıdr. Bu qaçılmazdır. Mən bunu
həm də bilirsiniz nədən bilirəm. O vaxtı
Rasim Ocaqov məni "Ad günü"
filminə çəkəndə
mənim 33 yaşım
vardı. Mən onunla işlədiyim
vaxtı elə bilirdim ki, Rasim
Ocaqov məndən
20-25 yaş böyükdü.
Sonra məlum oldu ki, bizim aramızdakı
fərq cəmi on ildi. Sonralar bu barədə
çox fikirləşdim
ki, niyə mən Rasim müəllimi bu qədər yaşlı hesab etmişəm? Çünki onun peşəkarlığı,
həyat təcrübəsi,
cəmiyyətdə tutduğu
yer və bütün bunlar cəm halında məndə həmin hissiyyatı yaratmışdı.
Əsl rejissor məhz elə olmalıdı ki, aktyor da
ona inanıb ardınca gedə bilsin.
-Səhnədən ayrı
qalmaq qorxusu yəqin ki, sizdə də olur...
-Səhnədən ayrı
qalmaq aktyor üçün çox çətindir. Mən səhnədən ayrı düşən aktyorların çox yaşadıqlarını xatırlamıram.
Onlar heç biri uzun ömürlü olmayıblar. Çünki aktyoru yaşadan sənət və səhnə olub. Mənim aləmimdə teatrdan aktyor o zaman gedə bilər ki, yeriyə bilməsin, danışa bilməsin. Yəni sırf fiziki
qüsurları yaranarsa,
onu teatrdan ayırmaq olar. Təbii ki, yaşlı aktyorların da səhnədə oynamaq qabiliyyətləri olur.
Amma bu çox
az aktyorlara
xas haldır. Yadıma düşür Ağasadıq
Gəraybəylinin 90 yaşı
vardı. Biz onun əlindən tutub səhnəyə çıxardırdıq. Amma o, səhnədə elə rol ifa edirdi
ki, məəttəl qalırdıq. Səhnə bu
baxımdan çox ecazkardı. Nə özümə,
nə heç bir aktyora səhnədən
vaxtsız getməyi arzulamıram.
-Aktyor kimi maddi
durumunuz necə olub? Çətinlikləriniz çox olub,
ya əksinə?
-Bilirsinizmi, tək mən yox, o vaxtı mənimlə birgə sənətə gələn dostlarımın
da maddi durumu yaxşı olmayıb. İnanın ki, yaxşı
olmayıb. İndiki gənclərə
mən hərdən məəttəl qalıram.
Çox
gileylənirlər ki,
maaşımız azdı,
pulumuz yoxdu. İnanın,
mənim elə vaxtım olub ki, cibimdə on qəpik pulum olmayıb ki, avtobusa minib evə gedim. Və yaxud da qış
vaxtı əynimdə
qalın paltom, başımda isti papağım olmayıb.
Amma bunlar məni işimdən sənətimdən
heç vaxt aralaşdırmayıb, soyutmayıb.
O vaxtı bizim də maaşımız yüksək deyildi. Sadəcə
olaraq onda bizə dublyaj, televiziya tamaşaları, filmlər kömək edirdi ki, pis
vəziyyətdən çıxaq.
İndi
o dörvə baxanda aktyorlara qayğı daha çoxdur. Gənclərə də məsləhətim
budur ki, səbrli olsunlar. Əsas işlərini sevsinlər.
Çünki gələcək də onlarındı, teatrda.
-Gənclərdən söz
düşmüşkən, bu gün istedadlı
gənclər yetişir?
-Əlbəttə istedad
həmişə olub. İndi də
var. Amma istedadın da parıldaması üçün şərait
yaranmalıdı. Mən hərdən
deyirəm ki, bizim nəsil bəxti gətirmiş nəsildi. Bayaq qeyd etdiyim kimi biz teatrda işləyə-işləyə dublyaja gedirdik, filmlərə, televiziya tamaşalarına çəkilirdik.
İndiki gənc nəslə
də teatrdan əlavə imkanlar yaradılmalıdı. İndi şükür
ki, seriallar çəkilir. Mən cavan
aktyorların çoxunu
həmin seriallarda görəndə sevinirəm.
Yəqin
ki, kinolarımızın
da sayı çoxalacaq. Bilirsinizmi, birdən-birə
hər şeyi yaratmaq mümkün deyil. Səbirli olmaq lazımdı.
(ardı növbəti
sayımızda)
Ədalət.-2014.-26 dekabr.-S.8.