Neftçalanın görünən üfüqləri

REGİON

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

(əvvəli ötən sayımızda)

Hər gün yeni bir gözəllik

 

Rayon İcra Hakimiyyəti 2014-ci ilin 9 ayı ərzində rayon ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlamış, həyata keçirilən işlərin keyfiyyətinə xüsusi önəm vermişdir. Hesabat dövründə rayon ərazisində tikinti, təmir, yol çəkilişində 16 milyon 600 min manatlıq, kommunalsair xidmətlər sahəsində 182 min 387 manatlıq həcmi yerinə yetirilmişdir.

Neftçala Su-kanal idarəsi Neftçala şəhərində inşa edilən idman kompleksinin ərazisindən keçən magistral su xətlərinin başqa istiqamətdən aparılması ilə əlaqədar 160 mm olan polietilen borular vasitəsi ilə 1248 metr uzunluğunda yeni magistral su xətti çəkilərək istifadəyə vermişdir. Bundan başqa şəhərin M.Ə.Rəsulzadə, A.Cəfərov, M.Əsədov küçələrində ümumilikdə 853 metr uzunluğunda su xətti çəkilmişdir. 39 saylı Yol İstismar İdarəsi 2014-cü ilin 9 ayı ərzində xidmət etdiyi 40 km olan respublika əhəmiyyətli və 211 km yerli əhəmiyyətli avtomobil yollarında ümumilikdə 592,2 min manatlıq həcmi yerinə yetirmişdir. Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2014-cü ilin 9 ayında 18 min 238,7 manatlıq həcmi yerinə yetirmişdir ki, bundan təmizlik sahəsinə 117 min 114 manat, yaşıllıq sahəsinə isə 65 min 273 manat xərclənmişdir. Rayonun Heydər Əliyev prospektinin yenidən qurulması, yeni parkların salınması, prospekt boyunca yol kənarlarının abadlaşdırılması, Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin İnzibati Binasının, "Bayraq" meydanının, "Şəhidlər Kompleksi"nin, Kür çayı sahilində "Bulvar"ın, yeni müasir saat qülləsinin tikintisi başa çatmışdır. "İdman Kompleksi"nin tikintisi ilə əlaqədar ərazinin hazırlanması işləri davam etməkdədir. Yuxarı Qaramanlı kəndində 360 şagird yerlik tam orta məktəbin, Kürkənd kəndində 200 şagird yerlik tam orta məktəbin tikinti işləri başa çatmış dərs ilinin başlanması münasibətilə şagird- müəllim kollektivinin istifadəsinə verilmişdir. Aşağı Surra kəndində 360 şagird yerlik tam orta məktəbin əsaslı təmiri və əlavə 10 ədəd sinif otağının tikinti isə başa çatmaq üzrədir, son tamamlanma işləri aparılır. Azərbaycan Respublikası Prezidentinin 29 may 2014-cü il tarixli sərəncamına əsasən, rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat, 37 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi məqsədi ilə isə 3 milyon manat ayrılmışdır.

 

Prezidentin tarixi səfəri

ictimai tədbirlər

 

Hesabat dövründə Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsinə xüsusi fikir verilmiş, humanitar sahədə bir çox işlər həyata keçirilmişdir.

Hesabat dövründə ən mühüm ictimai-siyasi hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayona səfəri olmuşdur. Belə ki, 28 may 2014-cü il tarixində cənab Prezident rayona tarixi səfəri zamanı bir neçə inzibati sosial əhəmiyyətli obyektlərin açılışında iştirak etmişdir. İlk öncə cənab Prezident Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Sonra Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak edərək orada rayon ictimaiyyətinin bir qrup üzvləri ilə görüş keçirmişdir. Səfərinin sonunda cənab İlham Əliyev Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmiş, Kür çayı sahilində istifadəyə verilən park-bulvar kompleksində aparılan abadlıq quruculuq işləri ilə tanış olmuşdur. Cənab Prezidentin rayona səfəri həmçinin Neftçala rayonunun abadlığı inkişafı ilə əlaqədar imzaladığı 29 may 2014-cü il tarixli Sərəncamları rayon sakinlərinin böyük sevincinə səbəb olmuşdur.

Rayonda fəaliyyət göstərən "Gündoğar" rayon qəzetində ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət təbliğ olunmuş, sosial-iqtisadi məsələlər geniş işıqlandırılmış, milli-mənəvi dəyərlərin təbliğinə dair materiallar dərc edilmişdir.

9 ay ərzində rayon ərazisində ictimai-siyasi sabitliyin qorunub saxlanılması işlərinə diqqət yetirilmiş, partiyalar qeyri-hökumət təşkilatları ilə bir sıra əlaqəli işlər aparılmış, eyni zamanda rayonda dini durum da daim nəzarətdə saxlanılmış, din xadimləri ilə müntəzəm əlaqələr zamanı "Dini etiqad azadlığı haqqında" Qanunun müddəalarına riayət olunması onlara tövsiyə olunmuşdur.

"Beynəlxalq Sülh Günü" ilə bağlı 21 avqust-21 sentyabr tarixlərində rayonda "Sülh" aylığı keçirilmiş, aylıq çərçivəsində bir sıra tədbirlər təşkil edilmiş, təşkil olunan tədbirlərdə müharibə şəraitində yaşayan ölkəmiz üçün sülhün böyük əhəmiyyət kəsb etdiyi bildirilmiş, sülhünsabitliyin qorunması istiqamətində respublikada həyata keçirilən mühüm tədbirlər təbliğ edilmiş, ölkə başçısı cənab İlham Əliyevin xalqın və özünün sülh arzusunu ifadə edərək Dağlıq Qarabağ münaqişəsinin əsasən sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində həll edilməsinin tərəfdarı olduğu vurğulanmışdır.

Hesabat dövründə Qarabağ müharibəsi veteranları və əlilləri, şəhid ailələri, əlil qadınlar və digər kateqoriyadan olan insanlara diqqət və qayğı göstərilmiş, millidini bayramlar ərəfəsində onların ailələrinə baş çəkilmiş, bayram sovqatları paylanılmış və aztəminatlı ailələr üçün bayram süfrələri təşkil edilmişdir.

Təhsilə diqqət günün tələbidir

 

2014-cü ilin 9 ayı ərzində Rayon Təhsil Şöbəsi və rayonun təhsil müəssisələri təlim-tərbiyə işlərinin səviyyəsinin yüksəldilməsi, tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə bir sıra işlər görmüşlər. Belə ki, buraxılış sinif şagirdlərinin bilik səviyyəsinin yüksəldilməsi Rayon Təhsil Şöbəsi və məktəb rəhbərlərinin gündəlik diqqət mərkəzində saxlanılmışdır. Məktəblərdə ayrı-ayrı fənlər üzrə test yoxlamaları, monitorinqlər keçirilmiş, nəticələr təhlil olunaraq məktəb rəhbərlərinə və fənn müəllimlərinə əməli göstəriş və tövsiyələr verilmişdir.

(ardı gələn sayımızda)

 

Səxavət Məmmədli

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

ədalət.-2014.-26 dekabr.-S.7.