ƏDƏBİ HƏYAT

MÜASİR AZƏRBAYCAN ROMANI

 

 (icmal)

1847-ci ildə rus ədəbi tənqidinin flaqmanı-V.Q.Belinski yazırdı: "Romanpovest bizim zəmanəmizdə ədəbiyyatın bütün digər növlərini sıxışdırıb arxa plana keçirmiş və ədəbiyyatda hakim mövqeyə keçmişdir. Mübaliğəsiz demək olar ki, indi bizim zəmanədə ədəbiyyat dedikdə romanı və povesti nəzərdə tuturlargRoman deyilən bu cadugər nə olan şeydir? Onun savadlı kütlələri ovsunlayıb ələ almasının səbəbi nədədir? Onlara nə barədə danışır, nə öyrədir, nə ilə onları cəzb edir?..

Romanın məzmunu müasir cəmiyyətin bədii təhlilidir, cəmiyyətin görünməyən elə əsaslarını açıb göstərməkdir ki, adət edilmiş vərdişlər və düşüncəsizlik onları cəmiyyətin özündən də gizli saxlayır. Müasir romanın vəzifəsi-həyatı bütün çılpaq həqiqəti ilə əks etdirməkdir. Buna görə çox təbiidir ki, roman, bir istisna kimi, ədəbiyyatın bütün digər növlərinə nisbətən hamının diqqətini cəlb etmişdir: cəmiyyət romanı öz güzgüsü hesab edirona baxıb özünü görür, öz-özünü dərk edir".

Belinskinin roman haqqında bu mülahizələrini o dövrə qədərki rusdünya romanını səciyyələndirən ən doğru və dəqiq bir tərif kimi qəbul etmək olar. Xatırladaq ki, XIX əsr romanın bir janr kimi inkişafında yeni və deyərdik ki, ən yüksək mərhələ idi. Dostoyevski, Balzak, Viktor Hüqo, Stendal, Q.Flober, L.Tolstoy, V.Skott, E.Zolya kimi nəhəng sənətkarlar həmin əsrin yetirdiyi dahi romançılar idi. Ədəbiyyatın estetik amalını, məna və mündəricəsini, axtarış cəhdlərini ifadə etmək baxımından roman əvəzsiz bir janr idi. Bu ənənə sonrakı-XX əsrdə də uğurla davam etdirildi və bəşəriyyət bu əsrdə Qorki, Folkner, Heminquey, Şoloxov, F.Kafka, M.Prust, C.Coys, Ç.Aytmatov, U.Eko kimi möhtəşəm romançılarla tanış oldu. Roman XX əsrdə İNSANın daxili-ruhi təkamülünün ideal göstəricisi səviyyəsində bir hadisəyə çevrildi. XX əsrdə bu janrın əsas missiyası dünyanın özünün bütövlükdə mahiyyət və mənasını açmaq, onun amansız həqiqətlərini insanın gözləri qarşısında canlandırmaq və bədii həqiqət yolu ilə insana dünyada yaşamağın fəlsəfəsini aşkarlamaq idi... Bütün başqa janrlar da buya digər dərəcədə həmin missiyanı yerinə yetirir, ancaq romanda bu vəzifə daha böyük ölçüdə reallaşır, necə deyərlər, roman dünyanı əks etdirirsə, ayrı-ayrı janrlarda dünya hissələr şəklində canlandırılır. Burada görkəmli tənqidçi Yaşar Qarayevin bir fikrini xatırlatmaq yerinə düşər: "Roman, hər şeydən əvvəl, böyük epik lövhələr janrıdır, dövrü, epoxanı təsvir etmək üçün ən əhatəli və imkanlı formadır. Oçerk, hekayə, yaxud povest həyatın nisbətən kiçik bir parçasını təsvir edir, roman isə ən böyük parçasını! O, həyatı və cəmiyyət tarixini vəhdət və bütövlükdə mənalandıra bilir. Hər şeyi və ən geniş səpgidə təsvir etmək hüququ hamıdan çox romana məxsusdur. Onun bütün başqa ədəbi janrlardan fərqini haqlı olaraq heykəlin rəsmdən fərqinə bənzədirlər: rəsmdə predmet bir tərəfdən, heykəldə dörd tərəfdən görünür! Mahiranə detal, yaxşı mənada təfsilat və təfərrüat romanı az qala həyatın, janlı gerçəkliyin özünə çevirir: Epiklik və vüsət onu bir janr kimi janrın bütün vahidlərindən ayırır. Roman heç vaxt kiçik həyat lövhəsi ilə kifayətlənmir, ayrılıqda ildırımı, göy gurultusunu təsvir etmir, romanın məqsədi fırtınanın özünü təsvir etməkdir!"

Azərbaycan romanı Dünya romanı cərgəsinə yalnız XIX əsrin sonlarında qoşulubbu zaman ROMAN AvropaRus ədəbiyyatında özünün öncə qeyd etdiyimiz kimi, ən möhtəşəm bir zirvəsindəydi, ən parlaq nümunələri ilə diqqəti cəlb edirdi və deyə bilərik ki, ədəbiyyatın aparıcı qüvvəsini təşkil edirdi. Cərgəyə təzə qoşulan Azərbaycan romanı isə ən axırıncı sıraların birində dayanmışdı, çünki onun strukturu, "texniki bazası", poetikası hələ tam şəkildə müəyyənləşməmişdi. Azərbaycan romanı, necə deyərlər, "uşaqlıq dövrünü" yaşayırdı. Təsadüfi deyil ki, Azərbaycan nəsri XX əsrin əvvəllərindən Şura inqilabına qədər kiçik romanların hesabına öz missiyasını yerinə yetirirdi. XIX əsrin sonlarında qələmə alınmış və ədəbiyyatşünaslıqda ilk Azərbaycan romanları kimi təqdim edilən "İbrahimbəyin səyahətnaməsi" (1887), "Bahadır və Sona" (1896-1899), "Şeyda bəy Şirvaninin məktubları" (1898) əsərlərindən sonra kiçik romanların mövsümü başladı (Abdulla Şaiq), "Nakam qız", "Zavallı Cavad", "Bədbəxt gəlin", (Rza Zəki), "Həyatın qəhri altında, yaxud xainin sonu", (Ağababa Yusifzadə), "Solğun çiçək" (Əli Səbri), "Can yanğısı" (Abdulla Divanbəyoğlu), "Aşıq Qərib" (Hacı Cabbarzadə), "İki nakam" (Nemət Bəsir), "Bir yetimin naləsi və yaxud qardaş-qardaşa etdiyi xəyanət" (Bağır Cabbarzadə),"Yetimlərin sərgüzəşti" (Mirzə İsmayıl xan), "Məsalikül-məhsinin", "Kitab yüklü eşşək", "Əhmədin kitabı" (Əbdürrəhim Talıbov), "Bədbəxt milyonçu, yaxud Rzaqulu xan firənkiməab" (M.S.Ordubadi), "Gözəllərin vəfası", "Xoşbəxtlər", "Neftmilyonlar səltənətində", "Cəhalət fədailəri" (İbrahim Musabəyov) və s. İndiki ədəbi meyarlarla yanaşsaq, adları çəkilən bu əsərlər nə həcm, nə forma-struktur, nə də ideya-bədii xüsusiyyətləri baxımından roman sayıla bilməzlər. Bunlar həcmcə iri hekayə, yaxud mikro povest sayılmalıdır. Əksəriyyətində məlum süjetlər diqqəti cəlb edirdi.

Ancaq bu kiçik romanlar o zamankı Azərbaycan oxucusunu roman deyilən bir KİTABla xeyli dərəcədə yaxınlaşdırdı. Hələlik bu böyük KİTABın ilk səhifələri yazılırdı.

Biz keçən əsrin əvvəllərində yaranan kiçik həcmli romanlar haqqında bu yazıda ətraflı söz açmaq fikrində deyilik. Və bu xüsusda söhbətə yekun vurub deyə bilərik ki, biz də həmin tədqiqatçıların belə bir mülahizəsinə şərikik ki, ilk Azərbaycan romanlarının yaranması roman janrının meydana gəlməsində xeyirxah bir təşəbbüs idi.

Son iyirmi ildə yaranan romanlarımız haqqında söhbətə başlamamışdan öncə Azərbaycan ədəbiyyatında həmin dövrə qədər (1930-1996) yaranan romanlara da münasibətimizi bildirək.

Yaradılan hər bir bədii nümunə, o cümlədən, roman, əgər istedadla yazılıbsa, ədəbiyyat tarixindən silinmir, buya digər dərəcədə izi qalır.

Təbii ki, sovet dönəmində yaradılan və indi bəzilərinin iddiasına görə əksər nümunələri "sovet gerçəkliyini" əks etdirdiyi üçün istehza ilə qarşılanan romanlardan heç cür imtina etmək olmaz. Bir də axı, "sovet gerçəkliyi" bütünlüklə ədəbi gerçəkliyin özü demək deyil. Ədəbi gerçəklik heç də "sovet gerçəkliyini" tam mənada özündə əks etdirmir. Yəni sırf ideoloji meyarlarla yazılan və doğrudan da sosrealizm tələbləri ilə səsləşən romanlarımız olduğu kimi, bu tələblərə o qədər də cavab verməyən və yaxud heç cavab verməyən romanlarımız da olmuşdur.

Biz burada sovet dövründə yazılan romanlar haqqında tipoloji bir təsnifat aparmaq fikrində deyilik. O dövrdə yaradılan romanlar içərisində-sözün həqiqi mənasında bu günün özündə belə sevə-sevə oxunan nümunələr az deyil. Bu romanlarsız Azərbaycan nəsrini təsəvvür etmək qətiyyən mümkün deyil. Çünki bu əsərlər yaşanılan tarixin bədii inikasıdır, Azərbaycan gerçəkliyinin buya digər dərəcədə əksidir. Hətta bu romanların yaranmasında ideoloji təzyiq və təsirləri də nəzərə almasaq, roman janrının Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi inkar edə bilmərik. Bizdən əvvəlki nəsillər M.S.Ordubadinin "Dumanlı Təbriz", "Gizli Bakı", "Döyüşən şəhər", Əbülhəsənin "Yoxuşlar", "Dünya qopur", Süleyman Rəhimovun "Şamo", "Saçlı", Mir Cəlalın "Bir gəncin manifesti", "Dirilən adam", Mehdi Hüseynin "Daşqın", "Tərlan", Əli Vəliyevin "Qəhrəman" romanlarını sevə-sevə oxumuşlar. Mirzə İbrahimovun "Gələcək gün" romanının o illərdə gənc ədəbi nəslə, oxuculara aşıladığı təsir sonralar dönə-dönə etiraf olunmuşdur. Bizbu romanları oxuyuruq və təbii ki, təkcə bu əsərlər vasitəsilə ötüb keçən tariximizin bədii ifadəsini deyil, həm də ədəbiyyatımızın keçdiyi yolu izləyirik. Ötüb keçən tarixitarixi hadisələri qiymətləndirəndə tarixçilər yenidən o dövrə qayıdır, buraxılan səhvləri, yanılmaları təshih etməyə çalışırlar. Ancaq onlar heç cür tarixibaş verən tarixi hadisələri inkar edə bilməzlər. Ədəbiyyat tarixinə də inkarçı mövqedən yanaşmaq olmaz. Sovet ədəbiyyatı kimi bir reallığın üstündən xətt çəkmək nə dərəcədə doğrudur? Azərbaycan sovet ədəbiyyatı çoxəsrlik Azərbaycan ədəbiyyatının tərkib hissəsidir və bu yazıya dəxli olan "Azərbaycan sovet romanı" terminibu mənada təəccüblü görünməməlidir.

Azərbaycan romanının Şura inqilabından müstəqillik dövrünə qədər keçdiyi yolu izləsək, belə bir nəticəyə gələ bilərik ki, bu janr mövzuproblematika, süjet və ədəbi qəhrəman baxımından əsasən üç mərhələni özündə ehtiva etmişdir. Birincisi; inqilabi-tarixisosial mövzuları əks etdirən, fərdin taleyindən daha çox cəmiyyət həyatından bəhs edən və ədəbi qəhrəmanları da bu müstəvidə təsvir edən ilk mərhələ...g

İkinci mərhələdə Azərbaycan romanı müharibədən sonrakı "dinc quruculuq" illərinin "romantikasını" əks etdirir. Müharibə haqqında yazılan bir neçə əsəri istisna etməklə, Azərbaycan romanı əsasən "istehsalat" mövzusuna meyl etdibu dəfə döyüşən-vuruşan Vətəndaş müharibəsi qəhrəmanlarını qurucu insanlar əvəz etdi. Onlar təzə neft yataqları kəşf edir, şəhərlər salır, kənd təsərrüfatında əmək nailiyyətləri qazanır, tikintidə hünər göstərirdilər. Həyatda da, ədəbiyyatda da canlı " prosesi" gedirdi. Ədəbiyyat həyatda gedən bu prosesləri bəzən olduğu kimi əks etdirirdi və deyək ki, ədəbiyyatla həyat arasında sanki bir eynilik yaranmışdı. Bu yandan da "konfliktsizlik nəzəriyyəsi" romanlarda ciddi bir qəhrəman tipinin yaranmasına, bu qəhrəmanın bir insan kimi bütün mürəkkəb aləmi ilə canlandırılmasına mane olurdu. "Müsbət qəhrəman" ziddiyyətli olmamalıdır" şüarı "istehsalat romanları"nın bədii-estetik dəyərini heçə endirirdi.

Bu iki mərhələni səciyyələndirən və onları bir ortama gətirən bir cəhəti də nəzərdən qaçırmaq olmaz. Bu da məhz "müsbət qəhrəman" məsələsi idi. Onun əsası otuzuncu illərdə qoyulmuşdusosrealizm kontekstində "müsbət qəhrəman" problemi əslində, təhrif olunurdu. Təqdim olunan obrazı yalnız "aydan arı, sudan duru" görmək istəyi ona gətirib çıxarırdı ki, bəzi yazıçılar qəhrəmanın mənəvi aləminin təsvirindən imtina edirdilər. Belədə cansız, quru, müqəvva "müsbət qəhrəman"lar meydana gəlirdi.

Azərbaycan romanının "baharı" bizim fikrimizcə, keçən əsrin əllinci illərinin sonları-altmışıncı illərinin əvvəllərindən başlayır və qətiyyətlə deyə bilirik ki, roman janrı məhz bu dönəmdə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur. Maraqlıdır ki, altmışıncı illərdə Avropada "romanın ölümü"ndən danışırdılar, "roman öz missiyasını başa çatdırmışdır, onu povest əvəz edir" mülahizəsi gündəmə gəlmişdi, hətta 1963-cü ildə Leninqradda Avropa yazıçıları cəmiyyəti və SSRİ Yazıçılar İttifaqının birgə iştirakı ilə "Roman, insan, cəmiyyət" mövzusunda beynəlxalq bir simpozium da keçirildiorada bir çox tənqidçilər, yazıçılar öz çıxışlarında az qala Romanı tabuta qoyub dəfn etmək istəyirdilər. Amma məhz altmışıncı illərdə Azərbaycan romanı özünün yeni, tamamilə fərqli xüsusiyyətləri ilə diqqəti cəlb etdi.

 

(ardı növbəti şənbə sayımızda)

ədalət.-2014.-27 dekabr.-S.15.