Neftçalanın görünən
üfüqləri
REGİON
(əvvəli ötən
saylarımızda)
Fənn olimpiyadalarının rayon mərhələlərini uğurla keçmiş 6 şagird Respublika turunda iştirak etmiş, bunlardan 4 nəfəri tarix, fizika və Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə Respublika qalibləri olmuşlar.
Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi də diqqət mərkəzində saxlanılmış, Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Rayon Təhsil Şöbəsinin Fəaliyyət Planı hazırlanmışdır. Bu Fəaliyyət Planına əsasən ümumtəhsil müəssisələrində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş inşa-yazı müsabiqəsinin seçimləri aparılaraq 31 qalib rayon turunda iştirak etmiş, bunlardan 1 nəfəri Respublika inşa-yazı müsabiqəsində iştirak etmiş və VI yerə layiq görülmüşdür.
Respublika Fövqəladə Hallar Nazirliyinin Təhsil Nazirliyi ilə birgə "Fövqəladə Hallar uşaqların gözü ilə" Respublika müsabiqəsinin rayon turu uğurlu olmuş, 14 adda rəsm, model və əl işləri Respublika Təşkilat Komitəsinə təqdim edilmiş və bunlardan biri respublika üzrə I yerə layiq görülmüşdür.
İdman yarışlarında Rayon Uşaq Gənclər İdman məktəbinin nailiyyətləri daha yüksək olmuşdur. Belə ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş Respublika ümumtəhsil məktəbliləri arasında keçirilən "Boks" idman növü üzrə açıq birincilikdə Rayon Uşaq Gənclər İdman Məktəbinin 6 yetirməsi I yerə layiq görülərək qızıl, 2 nəfər isə II yerə layiq görülərək gümüş medala layiq görülmüşdür.
Hesabat ilində "Cəsurlar" və "Şahin" hərbi-idman yarışları keçirilmiş, bu yarışlarda müvafiq olaraq şəhər 3 saylı, Bankə qəsəbə 1 və 2 saylı, Qırmızıkənd və Xəzərkənd kənd tam orta məktəblərinin şagirdləri xüsusi fərqlənmişlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə fevral-may ayları ərzində Ulu Öndər Heydər Əliyev irsinin öyrədilməsi məqsədilə rayonun Heydər Əliyev Mərkəzində dərslərin yüksək səviyyədə hazırlanıb keçirilməsi ilə bağlı bütün zəruri tədbirlər görülmüş və bu işlər nəzarətə götürülmüşdür. Ümumilikdə tərtib edilmiş qrafikə əsasən rayonun 28 tam orta məktəbindən 693 nəfər XI sinif şagirdi bu dərslərə cəlb edilmişdir. Dərslər may ayının 20-dək davam etdirilmişdir.
Hesabat dövründə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən buraxılış imtahanlarının nəticəsində 682 nəfər XI sinif şagirdi attestat, 912 nəfər IX sinif şagirdi isə ümumi orta təhsil səviyyəsi üzrə şəhadətnamə almışdır. Ümumilikdə bu il 682 məzundan 349 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 204 nəfəri ali məktəblərə qəbul olmuşdur. Tələbə adını qazananlardan 41 nəfəri 500-dən çox bal toplamışdır ki, bunların da 8 nəfəri 600-dən yuxarı bal toplayanlardır. Ali məktəblərə tələbə qəbulunda şəhər 4 saylı, Qırmızıkənd, Xolqarabucaq, Qədimkənd və Aşağı Surra kənd tam orta məktəbləri ən yaxşı nəticə göstərmiş məktəblərdir. Yüksək bal toplayan məzunlar mükafatlandırılmış və onlara Fəxri Fərmanlar verilmişdir.
Sağlam həyat
sağlam gələcəkdir
Hesabat dövründə Neftçala Mərkəzi Rayon Xəstəxanasında əhaliyə göstərilən ambulator-poliklinik xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür.
9 ayda Mərkəzi Rayon Xəstəxanasının xidmət ərazisi üzrə 706 hamilə qeydiyyata götürülmüş, 696 körpə doğulmuş, tibbi əks göstərişlər istisna olmaqla doğulan körpələrin 99,9 %-i doğum evlərində yoluxucu xəstəliklərə qarşı peyvənd olunmuşdur. 0-1 yaşda uşaq ölümü azalaraq 4,3 promilli olmuşdur ki, respublika üzrə bu göstərici 9,9 promillidir. 9 ay ərzində 411 uşaq üçün Elektron Sağlamlıq Kartı alınmış və uşaqların sağlamlıq vəziyyətini əks etdirən bütün tibbi məlumatlar həmin kartlara yüklənərək Səhiyyə Nazirliyinin ümumi lokal bazasına yerləşdirilmişdir.
Rayon üzrə 0-14 yaşda
olan uşaq kontingentinin sayı 16812 nəfər olmuşdur. 0-14 yaşda
olan uşaq kontingentinə aparılan vaksinasiya və immunizasiya tədbirləri
planı 99,1% yerinə yetirilmişdir. Ötən dövrdə rayon üzrə
uşaqlar arasında difteriya, göyöskürək,
poliomielit, tetanus, qızılca
kimi yoluxucu infeksion xəstəliklər
qeydə alınmamışdır.
Ölkə Prezidenti cənab
İlham Əliyevin verdiyi tapşırığa
əsasən fevral ayının 17-dən Respublika
əhalisinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanılmış,
rayon ərazisində əhalinin
tibbi müayinədən
keçirilməsini təmin
etmək məqsədilə
Rayon İcra Hakimiyyəti
başçısının müvafiq Sərəncamı
ilə komissiya yaradılmış, qrafik
tərtib edilmişdir.
Fevral ayının
17-dən may ayının 1-dək rayonun 52 yaşayış
məntəqəsində yaşayan
67268 nəfər bu müayinələrdən keçmişdir
ki, bunun 12050 nəfərini uşaq kontingenti təşkil etmişdir. Bu müayinələr
nəticəsində 21 nəfər
ilkin şəkərli
diabetli, 6 nəfər
diffuz toksiki zoblu xəstə aşkar olunmuş, 589 nəfər dispanser müşahidəyə götürülmüşdür.
2523 nəfər ambulator,
52 nəfər stasionar
müalicəyə cəlb
olunmuş, 79 nəfər
isə Bakı şəhərinin müxtəlif
tibb müəssisələrinə
daha ixtisaslı müayinə və müalicə olunmaq üçün göndərilmişdir.
Həmçinin iyun ayında Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
və Neftçala
Rayon İcra Hakimiyyətinin
dəstəyi ilə Milli Onkologiya Mərkəzinin yüksək
ixtisaslı həkim mütəxəssislərindən ibarət səyyar həkim briqadası onkoloji xəstəliklərin
erkən aşkar olunması məqsədilə
rayonumuzda müayinələr
aparmışdır. Müayinələrdən keçənlərin ümumi
sayı 1051 nəfər
olmuşdur. Bu müayinələr nəticəsində
16 nəfərdə bu
və ya digər onkoloji patologiyalar aşkar olunmuş və onlara daha ixtisaslı
müayinə və müalicələr aparılması
üçün Milli
Onkologiya Mərkəzinə
göndəriş verilmişdir.
Neftçala Mərkəzi Rayon Xəstəxanasının
2013-cü ilin avqust ayından başlayan əsaslı təmiri hesabat dövründə də davam etdirilmişdir. Belə ki,
ötən müddət
ərzində poliklinika,
doğum, yoluxucu xəstəliklər, uşaq,
terapiya korpuslarında
dam örtükləri əsaslı
təmir olunmuş, həmin korpusların xarici və daxili divarlarında suvaq işləri başa çatdırılmış,
istilik, su-kanalizasiya xətlərinin çəkilişinə
başlanılmışdır.
Səxavət Məmmədli
Ədalət.-2014.-27 dekabr.-S.4.