ŞAİR ÖMRÜ

 

 ("Dünya səndən kimlər keçdi" silsiləsindən - ƏHƏD MUXTAR)

 

Mən öz misralarımın işığında yol gedirəmg

Qürubdan dan yerinəuzanan əllərimdir misralar

 

Bu misralar şair-publisist Əhəd Muxtarındır. O indi aramızda yoxdur. Amma biz onu unutmamışıq. Uzun illər mətbuat sahəsində çalışan, "Ulduz" "Azərbayjan" jurnallarında məsul katib şöbə müdiri vəzifələrində çalışan, bədii tərcümə sahəsində xeyli əməyi olan bu gözəl insanın yoxluğuna deyəsən, alışdıq. etmək olar? Ölüm haqdır.

Yuxarıdakı birinci misra onun bütün taleyinə aiddir, ikinci misra ancaq şairlik anlarına, poetik çağlarına işarədir. Əhəd Muxtar şeir yazmayanda da, öz adi, gündəlik məişət qayğıları ilə başını qatanda da, hər gün "Ulduz" jurnalında "Məsul katib" yazılan qapıdan içəri girib neçə-neçə cavan yazarların taleyinə cavahdeh olanda da, mütərcimliyin ağır əzablarına qatlaşanda da "misraların işığında yol gedirdi". Lakin Əhəd Muxtar bacardığı ya bacarmadığı hansı işi görürsə-görsün, o, insan fəaliyyətinin bütün növlərinə, özü dediyi kimi "öz misralarının işığında" baxırdı. Hətta hirslənəndə , qəzəblənəndə , əsəbiləşəndə , yersiz bir münasibətdən əsib-coşanda da şair idi. Təbiətindəki lirika o dəm özünü büruzə verirdi. Ancaq deyəndə ki, "qürubdan dan yerinə uzanan əllərimdir misralar", o zaman qarşımda ancaq ŞAİR dayanır. Fikirləşirəm ki, bunu ancaq ŞAİR deyə bilərdi. Həmin bu misra buna bənzər misralar Əhəd Muxtarın yaşanılmış ömrünün mənəvi stimulu idi.

1989-cu ildə, "Dünya yaman dünyadır" şeirlər kitabını öz dəst-xəttiylə yazıb mənə verəndə dedi ki, burada bir çox şeirləri oxuma, mən onları yazanda haçansa unudulacağını da görürdüm. Əli Kərimin belə bir şeiri var: deyir ki, qışın sazağında, şaxta güc gələndə şair, şeirlərini bir-bir ota atır. Oda atır ki, qızınsın, üşüməsin. Amma elə şeirləri var ki, şaxta onu dondursa dailiklərinə işləsə , onu oda atmayacaq, könlünün ən müqəddəs arzuları kimi. Sən o şeirləri oxu!

Şairin özünə, sözünə qarşı bu tələbkarlığı sevindirdi məni. Həmin kitabı bu ovqatla da oxuyub başa çatdırdım. Gördüm ki, Əhəd Muxtar hətta oxumağını rəva bilmədiyi şeirlərində səmimidir.

Həmin kitabda birinci şeir "Birinci başlayın Azərbaycandan" adlanırdı. Düzü bir az pərt oldum, bu nədir, yenə al bayraqların, əmək qəhrəmanlarının, uca dağların təsviri iləmi qarşılaşacağam? Qulaqlarımız döyənək olmadımı? Ancaq o şeiri oxuyanda, gördüm yox. Şair, ənənəyə, stereotipə qarşı çıxır:

 

O hansı diyardır, baxsan hayana,

Görərsən, daşı da fikrə dalıbdı:

Meşəsi marala, düzü ceyrana,

Dənizi balığa həsrət qalıbdı.

Belə bir torpağı versəniz nişan,

Başlayın birinci Azərbaycandan!

 

Şeir 1983-cü ildə yazılmışdı, deməli, Ə.Muxtar o dövrün tərənnüm poeziyasına uymayıb. O, mümkün qədər bu tipli poeziyanın orbitindən uzaqlaşıb. Çalışıb ki, süni pafosdan, təmtəraqdan, alqış ritorikadan uzaq olsun, ağrılardan, sosial bəlalardan yazsın. "İki düşmən" şeirində yazırdı ki:

 

Yamanca dəyişib qiyafəsini,

Uürət edib kəsən yox nəfəsini,

Öldürür, batırır haqqın səsini!

Bu eli, vətəni eyləyən talan

Birisi rüşvətdir, birisi yalan!

 

Əhəd Muxtarın bu cür publisistik səpgili şeirlərini oxuyanda bir onu fikirləşirdim ki, bizim müasir poeziyada ötən illərin rüsvayçı rəhbərlik üsulu, cəmiyyəti bürüyən mənəvi müflislik mənəvi vandalizm kifayət qədər ifşa edilməmişdir. Əlbəttə, poeziya zərif sənətdir liranı iti oxlarla əvəz eləmək Sabir cürəti, Sabir qeyrəti tələb edir. Açığını desək, Azərbaycan şeirində Mirzə Ələkbərdən sonra bu şanlı vəzifənin öhdəsindən kimsə onun qədər gələ bilmədi. Gələ bilməzdi, çünki uydurulmuş "sosializm realizmi" doğması şeiri şairləri öz çərçivəsinə almışdı. Şeirin vəzifəsi əsasən tərənnümə, təsdiqə tabe etdirilmişdi. Yalnız 60-cı illərdə poeziya qismən olsa, siyasəti yox, sənətin mövqeyini ifadə etdi.

Əhəd Muxtarın 70-80-ci illərdə yazdığı bir sıra şeirləri məhz bu mövqeni ifadə etdiyi üçün yadda qaldı. "Hardan çıxır Həmzələr", "Rüşvət", "daldan atılan daş" şeirləri barədə o zaman rəğbətlə söz açırdılar. Bu poetik nümunələr təkcə ona görə rəğbət doğurmurdu ki, durğunluq hegemoniyasına qarşı müəyyən müqaviməti ifadə edirdi. Yox! Poeziya həmişə dövrün ədalətsizliklərinə qarşı həssas olubvə həmişə "ilk üsyançı" rolunda çıxış edib. Məncə, həmin şeirlərin əsas məziyyəti onların poetik ləyaqətində idi. Başlıcası, Əhədin şeirləri aktual mövzu arxasında gizlənmirdi, bu şeirlərin özü formaca bitkin idi:

 

Adam var rüşvətlə çıxıb " günə",

Təbəssümü-rüşvət, gülüşü-rüşvət.

Rüşvətlə düşübdü ana bətninə,

Bu gözəl dünyaya gəlişi-rüşvət!

 

Topdağıtmaz evlər onun əlindən,

Yerlə yeksan olub, külə dönübdü.

Dəyişkən nırxından, gəlhagəlindən,

Gündə min qarışqa filə dönübdü!

 

Müharibə onun ağrıları neçə illərdir ki, şairlərimizin şeirlərində özünə əbədi yuva seçmişdi. Lakin cgəlin görək həmin mövzuda yazılan cild-cild şeirlərdən neçəsi yaşayır? Çox az qismi! O azlar içində Əhəd Muxtarın "İyirmi milyon" şeirinin öz yeri var:

 

Sən ey Piskaryovdan boylanan heyrət!

Mamay təpəsində ucalan qüdrət!

Sizsiniz, sizsiniz İyirmi milyon!

Brestdə əbədi daşlaşan qeyrət,

Xatında yer altdan püskürən nifrət,

Sizsiniz, sizsiniz İyirmi milyon!

 

Əhəd Muxtarın lirik poemaları da şeirlərindəki sadəliyi, səmimiyyəti yaşadırdı. "Üç səhifəlik roman" poemasında müharibə illərinin həqiqətlərinə müasirlik meyarı ilə yanaşılırdı. Şair, sanki belə bir sual verirdi: müharibə təkcə səngərlərdəmi davam edir? bu sualın cavabı kimi qəddar bir qadın obrazını bizə təqdim edirdi. Bu qadın müharibənin ən ağır çağlarında köməksiz qocaları, atasız uşaqları təhqir edir, su qiymətinə sapsarı qızıllar samballayır, aclıq ehtiyacdan istifadə edib tox harın bir həyat keçirir. nəhayət, elə bir gün gəlir ki, özü o qocaların, o uşaqların gününə düşür. Poema ibrətli bir sonluqla bitirdi:

 

Həkim ölümün pəncəsindən aldı səni,

Ancaq elə düşünmə ki,

Ömürlük itirdiyin

Adamlığı qaytardı sənə

 

Əhəd Muxtar həm də məhsuldar tərcüməçilərdən idi. Birgörürdün ki, böyük bir romanın tərcüməsinə girişib. Özübu işdən zövq alırdı. Georgi Markovun "Sibir", Zdenek Pluqarcın "Gümüş pul", B.Prusun "Firon" romanları onun tərcüməsində Azərbaycan oxucularına çatdırılmışdı. O, özbəkcə də bilirdimüasir özbək poeziyasından xeyli tərcümələri vardı (Normurad Nərzullayev, Həmid Əlimcan, C.Kamal, Təşni Qurbanovs.).

Ölümündən on səkkiz il keçir. Bu müddət ərzində onun bir kitabı belə çap olunmayıb, doğulduğu Astarada, Bakıda xatirəsi yad olunmayıb. Amma onu sevən dostlarının qəlbində yaşayır. Allah rəhmət eləsin!

 

Ədalət.-2014.-30 dekabr.-S.7.